Manaf süleymanov



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə3/17
tarix06.06.2020
ölçüsü2,43 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   17
Toy  və  kef  məclisləri.  O  həftə  olmazdı  ki,  Məhərrəm  mərasimi  və 
orucluq ayı istisna olmaqla, bu və ya digər məhəllədə və ya da bir neçə yerdə 
belə  məclislər  qurulmasın.  Çuvallar  dolusu  düyü  arıtlanar,  qoçlar,  toğlular, 
toyuq-xoruzlar  kəsilərdi.  Bir  neçə  yerdə  ocaqlar  qalanar,  irili-xırdalı  qazanlar 
asılardı. Xörəklərin, ədviyyatın ətri yeddi məhəlləyə yayılardı. 
Xalılar-xalçalar döşənər, stullar qoyular, hərə öz  mövqeyinə görə yer 
tutardı.  Qarabağdan,  bəzən  Şirazdan  xanəndələr,  sazəndələr  dəvət  edilərdi. 
Oynayan  oğlan  (mütrüb)  və  qızlar  (çəngi)  çağrılardı.  Mütrübləri  İraqdan, 
çəngiləri isə Tiflisdən gətirərdilər. 
Mütrüblərin  əla  növlü  ipək  və  yundan  xüsusi  libasları  vardı:  dar 
şalvar, dar köynək, onun aşağısında bir qarış enliyində zərli-zibalı qırçın, qızılı 
baftadan kəmər, qismən dikdaban ayaqqabı. 
Çəngilər başdan-ayağa ipək tül və ya da qazdan rəqqasə libası geyinər, 
yarımüryan  olardılar,  güləbətin,  xara,  ya  da  baftadan  dikdaban  ayaqqabıda, 
geyimləri  zərli-zibalı  parçalarla  bəzədilərdi.  Başlarında  daş-qaşlı    çutqular, 
üzləri ənnik-kirşanlı, gözləri sürməli-vəsməli, saçlar hörük-hörük, qulac-qulac. 
Rəqs  zamanı  çəngini  «ağpapaq»  adlanan  kişi  müşayiət  edərdi.  Ağpapaqların 
əynində  gümüş  vəznəli  ağ  çuxa,  başlarında  təpəsində  qırmızı  məxmərli  iri 
ağpapaq,  məxmərin  üstündə  güləbətin  xaç,  ayaqlarında  məs,  bellərində 
təkbənddən  sallanan  gümüş  xəncər  olardı. 
Belə məclislər əksərən dava-dalaşla qurtarardı; adətən dava da mütrüb 
və  ya  zənginin  oynamağı  üstə  düşərdi:  biri  deyərdi  mənim  qabağımda  oyna, 
digəri tələb edərdi yox, gərək mənim qabağımda oynayasan; iş atışmaya, ölüb-
öldürməyə çıxardı. 
Qoluzorbalar  tez-tez  acıqdan  mütrübün  saçlarını  qırxdırıb  tökərdilər 
yerə.  Mütrüb  dörd-beş  yumurta  sarısını  mis  qabda  yandırıb  şirəsini  çıxardar, 
on-on beş gün tez-tez başına sürtərdi; saç tez, həm də daha gur gələrdi. 
Qoçular.  Çəmbərəkəndli  Kərbəlayı  Gülü  qoçular  barəsində  ətraflı 
danışardı:  «Qobustan tərəfdən, Qoçu  adında  iyirmi  -  iyirmi beş yaşlarında  bir 
gədə  gəlmişdi  Bakıya.  Arabaçı  idi.  Bərkə-boşa  düşüb,  özünü  göstərirdi.  Çox 
güclü,  həm  də  ötkəm  idi.  Söz  tərs  gələn    kimi  tərəf  müqabili  şapalaqlayırdı. 
Kürəyini yerə qoyan yox idi. Deyirdilər ki, həzrəti Əli əleyhisalam onu yuxuda 
kəmərbənd  edib,  kürəyində  İmam  Əlinin  pəncəsinin,  beş  barmağının  izi  var. 
downloaded from KitabYurdu.org

34 
 
Kimə  şillə  ilişdirərdi,  hərif  o  dəqiqə  yıxılardı.  Bazulu  gədə  idi,  qabağına  heç 
kəs çıxmağa sürət etmirdi. Səsi zəhmli, gur idi, Deyirlər bir dəfə ram olmayan  
xam bir at  gətirirlər.  Haradan  yanaşsan    dişdiyirmiş,  arxadan  hənirti duyanda 
şıllaq atır, şahə qalxırmış. Hadisə yerinə Qoçu gəlir çıxır, qabağa keçib bərkdən  
bağırır,  ata  zərblə  elə  bir  tutarlı  şillə  ilişdirir  ki,  heyvan  başlayır  əsim-əsim 
əsməyə...  Hoppanır  minir  atın  belinə,  başlayır  onu  məhmizləməyə.  At 
götürülür. 
Hamı deyir ki, at Qoçunu aparıb daşa, qayaya çaxıb öldürəcək. Dörd-
beş saatdan sonra Qoçu qayıdır, altındakı at da köpük içində. 
Qoçu özü ortaboy, arıq amma enlikürək gədə idi. Tapançaya, tüfəngə 
öyrənəndən sonra fəğan elədi... 
Ondan sonra kim ki, bir az xoruzlanırdı, deyirdilər ki, «adə, qoçusan?» 
«Zalım oğlu, qoçu deyilsən ki,» «Mənim üçün qoçu olmayacaqsan ki!» O xislət 
adamlara «Qoçu» adı qoydular... 
Qoçuların  sayının  artmasına  səbəb  Bakının  dövləti,  şöhrəti  idi. 
Gürcülər  gəlirdi  Bakıya,  pul  alıb  dövlətli  adamın  müddəisini,  düşmənini 
öldürürdülər.  Bu  minvalla  daraşmışdılar  Bakı  varlılarının,  tacirlərin,  neft 
xozeyinlərinin  canına,  hədə-hərbə  gəlib  deyirdilər  ki,  filan  qədər  verməsən 
vurub öldürəcəyəm. 
Bakı  xozeyinləri  də  təpərli,  ötkəm  cavanları  yığıb  hərəsinə  bir-iki 
gözəl libas, papaq, çəkmə, tapança, patron, xəncər, beybut alırlar, həftə başı da 
ciblərinə filan qədər xərclik qoyurlar, deyirlər ki, Tiflisdən gələn lotu kintoların 
ayağını kəsin... Doğrudan da onlar gürcü kintolarının əl-ayağını yığdılar; az-az 
gəlirdilər,  özləri  də  qorxa-qorxa.  Sonra  da  ki,  qoçular  özləri  harınlaşdılar,  hər 
məhəllənin  bir  neçə  qoçusu  vardı.  Bazar-dükanı  aralarında  paylayıb  xərac 
yığırdılar. Varlıların hər birisinin öz qoçu dəstəsi vardı; qoçuların özlərinin də 
gözətçiləri  olardı.  Xüsusi  geyimləri,  bellərində  xəncər,  beybut,  «afserski» 
tapança, mauzer, nağan bağlayardılar. 
Qoçular bir-birilə yola getmir tez-tez savaşırdılar. Elə ki, başlayırdılar 
atışmağa,  küçədə  qaça-qaç  düşürdü,  konduktor,  konkasürən  atları  qoyurdular 
başlı  başına,  qaçıb  gizlənirdilər...  Atlar  hürkürdü,  konka  yoldan  çıxırdı... 
Atışmada təsadüfən ölənlər də olurdu. 
Bir qoçunun başına Qurubağda qəribə əhvalat gəlir. Şəhərdə tanınmış 
Kürən  qoçu  Qurubağda  oturub  ötüb-keçənlərə  əziyyət  verir,  sataşır,  kefi 
istəyəndə  döyür,  tapança  ilə  təhdid  edirdi;  camaat  da  onu  görəndə  yolunu 
dəyişdirib  xatadan  qaçırdı.  Kürən  qoçu  salam  verib  ötən  adamı  söyüb 
incidirmiş  ki,  sən  kimsən  ki,  mənə  salam  verirsən,  salam  verməyənləri 
döyürmüş  ki,  məni  aya  salmırsan.  Harınlıqdan  lap  qudurmuşdu.  Özü  də  çox 
yekəpər,  həm  də  çox  güclü  imiş,  yaxşı  da  nişan  alırmış.  Qoçubaşılar  belə 
vaxtda ona baş qoşmaz, ötüb keçərdilər. 
downloaded from KitabYurdu.org

35 
 
Realni  məktəbin  son  sinif  şagirdlərindən  biri  Qurubağdan  keçəndə 
Kürən  qoçu  onun  qabağını  kəsib  çənəsinin  altını  əlləyir;  o  zamanlar  bu,  çox 
böyük  təhqir  hesab  edilirdi.  Şagird  pərt  olur  və  evə  gəlib  əhvalatı  anası 
Fatmaya danışır. Ana tapançanı doldurub verir oğluna və deyir ki, «bu saat get, 
onu öldür, -  və qəzəblə əlavə edir, - öldürməsən, mən səni öldürəcəyəm». 
Oğlan əlində tapança qayıdır Qurubağa və Kürən qoçuya deyir ki, sən 
nə sürətlə mənim çənəmi əllədin, öldürəcəyəm səni. 
Kürən qoçu hırıldayıb oğlanı ələ salır, nataraz arxasını ona sarı çevirib 
əyilir və deyir: «Hünərin zar vur görüm... Sən yox, gərək dədən gələydi». 
Oğlan tətiyi basıb tapançadakı güllələrin altısını da qoçunun bədəninə 
boşaldır... Kürən qoçu elə oradaca ölür... 
Zəngin məhəllələr. Bir məhəlləni tutan, dörd fasadı, dörd əsas küçəyə 
baxan,  yiyələrinin  milyonlar  sahibi  olduğunu  uzaqdan  xəbər  verən,  qübbələri 
gümüş kimi parıldayan, çoxmərtəbəli, bərli-bəzəkli, insanı heyran edən şahanə 
imarətlər,  gündə  milyonlarla  gəlirin  haqq-hesabını  vuran  maliyyə,  ticarət, 
nəqliyyat,  eynilə  inzibati,  hərbi  və  mülkü  idarələrinin  bir  əfsanəvi  ad  daşıyan 
mehmanxana,        restoran,        lokanta,        kino,  teatr,  sirk,  dəbdəbəli  alış-veriş 
kantorları,  doğrama  qapılı  mağazalar,  ikimərtəbəli  pasajlar  və  bunlar  təki 
müəssisələr  şəhərin  mərkəzində  yerləşirdi.  Buradakı  döngə  və  küçələrin  - 
Nikolayevski,  Olginski,  Velikoknyazski,          Qarçakovski,      Sadovi,     
Naberejni,  II  Aleksandr,  Mixaylovski,  Krivoy,  Torqovi,  Telefonnı  - 
Romanovski    prospekt,  Vrangelski,    Qubernski    və  başqa  bu  kimi  adlar  da 
uzaqdan bu araların kübar məhəllələri olduğunu xəbər verirdi. 
Bu  küçələrdə  adamlar  qarışqa  təki        qaynaşırdı.  Dünyanın  bütün 
ölkələrindən  gətirilmiş  nəfis  ipək,  yun,  kətan,  pambıq  parçalar,  rəngarəng 
libaslar, ətriyyat, sabun, min bir çeşidli nəqşlərlə bəzədilmiş saxsı, çini, büllur, 
şüşə, gümüş, farfor qab-qacaq, şirmayı, kəhrəba, qızıl, mərcan qutuları və digər 
əşyaları  nə  təsvir  və  nə  də  sayıb  qurtarmaq        mümkün  idi.  Darçın,  zəfəran, 
mixək, kakao, hil, kofe və digər ədviyyatın ətri adamı uzaqdan vururdu. 
Avropa  ölkələrindən  gətirilmiş  mebellər,  Rusiya  xəzləri,  İran  və 
Azərbaycan xalı və xalçaları, tirmə şallar, Türküstan parçaları, buxara  dəriləri, 
yemiş meyvələri, Səmərqənd, Xivə, Xarəzm malları, Fransadan - Liondan    və 
İrandan – Həmədandan gətirilmiş xrom, şavro, gön, tumac və lak ayaqqabılar, 
çin  və  alman  farforları,  çin,  seylon,  hind  çayı  və  digər  ölkələrin  malları 
müştərini  uzaqdan  valeh  edirdi.  Məşhur  apteklər,  fotoqraf  dükanları,        dərzi 
emalatxanaları,  arvad  bəzəkxanaları,  kişi  bərbərxanaları  mərkəzdə,  varlılar 
yaşayan  məhəllələrdə  idi.  Meyvə-tərəvəz  satılan  dükanlarda  ilin  bütün 
fəsillərində  növbənöv  təravətli  meyvələr  almaq  mümkün  idi;  vitrinlərə  büllur 
bəzəkli  çini,  saxsı  vazalarda  qoyulmuş  lətif,  əla  növlü  hulu,  şaftalı,  üzüm, 
qovun, xiyar, alma, armud, heyva, nar, narınki, min bir bağ-bağçadan, iqlimdən 
downloaded from KitabYurdu.org

36 
 
xəbər  verir,  insanı  məftun  edirdi...  Əlbəttə,  təbiətin  bütün  bu  nemətləri  kübar 
şəxslərin, yüksək rütbəli məmurların nəsibi idi. 
Olkinski  küçəsində  bir  neçə  zərgər  mağazası  vardı,  brilyant,  mirvari, 
yaqut  və  zümrüdü  yalvara-yalvara  satırdılar.  Xüsusi  dükanlar  vardı  ki, 
dünyanın hər yerindən gətirilmiş saatlar vardı. 
Dəbdəbəli  dəllək  dükanlarının  divarlarındakı  daş  güzgülər,  səkkiz-on 
qəndilli  çilçıraqlar  göz  qamaşdırır,  məxmər,  xara,  atlas  pərdələr,  rəngarəng 
ağamlardan qayrılmış mebellər müştərini heyran edirdi. 
Adı  dillər  əzbəri,  beş-altı  iri  vitrinli,  bütün  Avropa  və  Asiya 
dərmanları və məlhəmləri tapılan əczəxanalar da bu arada idi. Buraya dünyanın 
hər yerindən dava-dərman, ot-çiçək dərmanları gətirilirdi. 
Məşhur  məlhəmçi  Ağa  Ərzumanın  tək  qapılı  «Məlhəm»  dükanında 
qəribə müalicə üsulu vardı - yaraya özü baxıb, məsləhət bildiyi məlhəmi qoyar, 
sarıyar və pulunu alardı. 
Bazar (Hüsü Hacıyev) küçəsində Həkimov qardaşlarının  məşhur şərq 
davaxanası «Əttar» da dillər əzbəri idi; burada ağac, kök və hər növ digər təbii 
dərmanlar satılırdı. Gül və ədviyyat ətri adamı uzaqdan vururdu. 
Haşımov  (Gənclər)  meydanından  başlamış  Velikoknyaz  (Zevin) 
küçəsinədən  üzüaşağı  düşən  əyri  döngədə  ona  qədər  sərraf  dükanı  vardı. 
Dünyanın  çuval,  kisə  və  qutular  dolusu  bütün  valyutalarının,  əskinas  və 
sikkələrinin qızğın alış-verişi kedirdi. 
Bir  sərraf  Hacı  var-yoxunu  qızıl  pula  verib  seyfdə  gizlədir.  Birdən 
qızılın  məzənnəsi  düşür,  kişi  qorxudan  dərd  tapır.  Cavanlar  növbə  ilə 
yaxınlaşıb təsəlli verirmiş kimi: «Hacı, darıxma, qalxar» deyə kişini iki mənalı, 
eyhamlı sözlərlə daha da dilxor edirdilər. 
Bir  neçə  mağaza  barədə  xüsusi  danışmağa  dəyər.  Fərhadzadələrin 
«Hacı,  bəri  bax»  bəzzaz  mağazası  «Metropol»  mehmanxanasının  (Nizami 
muzeyi) altında  idi; dünyanın  ən zərif ipək,  yun və  pambıq parçaları satılırdı. 
Bostaqanovun  mebel  dükanı  «Qrand  Otel»  mehmanxanasının  (Caparidze 
küçəsindəki Nizami muzeyi ilə üzbəüz iki mərtəbəli böyük bina) altında idi; o, 
əla  növlü  rus,  fransız,  macar,  ingilis  və  digər  ölkələrin    ən  yaxşı  yumşaq 
mebelini satan tacir hesab edilirdi. 
Olkinski  (Caparidze)  küçəsinin  ortasında  fransız  taciri  «Obon 
Marşe»nin  mağazası  bütün  məhəlləni  tuturdu;  burada  yalnız  fransız  malları 
satılırdı:  misli olmayan hər  növdə  və  hər rəngdən  üst köynəyi, qalstuk, qadın 
xalatları,  gecə  köynəkləri,  alt  paltarlar,  arvad  və  kişi  corabları,  bəzək  əşyası, 
ənnik,  kirşan,  min  cür  başqa  ətriyyat,  qutuların  naxışları,  büllur  şüşələrin 
formaları, rəngi, şəffaflığı insanı valeh edirdi. 
«Obon  Marşe»    firması  ilə  rəqabət  aparan  «Bəradəran  Ağasıyev» 
küçənin  o  tayında  rəqibinin  dükanı  ilə  üz-üzə,  üç  qapılı  mağaza  açmışdı; 
Moskvaya,  İstambula  Peterburqa,  Tehrana,  İzmirə,  Parisə,  Varşavaya,  Nijni 
downloaded from KitabYurdu.org

37 
 
Novqoroda  tez-tez  səfər  edib  əla  növlü  köynək,  qalstuk,  alt  paltarı  gətirib 
satılırdı;  özü  də  malın  keyfiyyətini  nümayiş  etdirmək  üçün,  reklam  məqsədilə 
parçanı qıfvari düzəldib, yuxarıdan enli, aşağı tərəfdən nazik edər,  iplə bağlar 
və içinə su doldurardı, altına da tas  qoyurdular ki, müştərilər  görsün ki, parça 
necə saf, necə möhkəmdir, su buraxmır. 
Tağıyev pasajında (Köhnə  univermaq) Dorojnov hər növ hazır paltar 
satırdı; kişi, arvad, uşaq libasları, yun, ipək, kətan paltarlar,.. 
Satıcıların  hər  fəsil  üçün  paltarları  vardı;  özləri  də  çox  şey  alan 
müştəriyə kömək edər, küçəyə qədər yola salar, hətta faytona da mindirərdilər. 
Onunla  üzbəüz  üçmərtəbəli  binanın  altında  qoşa  qapılı  şirniyyat  dükanı 
dururdu, qəribə orası idi ki, nə vaxt alınsaydı - pirojna, tort, paxlava, pəşməy və 
s. isti olardı. 
Bu  dükanın  qonşuluğunda  «Koloniya  malları»  mağazası  vardı;  Yava 
adasından tutmuş Trabzona qədər dünyanın bütün tütün, papiros, siqar, siqaret, 
qəlyənlar  üçün  Şiraz  tənbəkəsi,  kakao,  qəhvə,  bütün  ədviyyat  və  s.  mallar   
satılırdı;   bunların   ətri   bütün   məhəlləyə  yayılırdı. 
Şəhərdə  çoxlu  fotoqraf  vardı.  Kuliyev,  Kakavixin  və  David 
Rostamyan  dillər  əzbəri  idi.  Bu  üç  fotoqrafın  müştəriləri  neftxudalar, 
mülkədarlar, zəngin təsirlər, yüksək rütbəli məmurlar, gəmi sahibləri, bir sözlə 
seçilmiş adamlar idi. 
Kuliyevin  foto  emalatxanası  Nikolayevski  (Kommunist)  küçəsində, 
Kakavixininki isə Krivoy küçədə (indi o məhəllə yoxdur), David Rostamyanın 
emalatxanası Marinsk (Karqanov) küçəsilə  Torqovi (Nizami) küçənin tinində, 
ikimərtəbəli  binada  idi.  Bu  emalatxanalarda  əlaltılar  işləyər,  sifariş  qəbul 
edərdilər. İri portretlər, ailə şəkilləri,  venetkalar hazırlayardılar. Qiymətləri  də 
baha  idi.  Üst  mərtəbədəki  altıotaqlı  mənzildə  David  yaşayırdı  və  çox  hörmət 
etdiyi dövlətliləri, yüksək mənsəb sahiblərini özü qəbul edər, sifariş  götürər və  
hazırlayardı.  Gödəkboy,    çənəsində  balaca  saqqalı,    burma    bığı    vardı,    başı 
yekə,  qarnı  şişman.    Evlənməmişdi.  Hər    barədə  usta,  püxtə  adam  idi.  İran 
təbəəsi  olduğundan,  konsulla  bərk  dostluğu  vardı;  üst  mərtəbədə  əli  altında 
yeddi-səkkiz qız işləyirdi, hamısı da bir-birindən gözəl,  göyçək, məlahətli... 
Bir dəfə qızlar Davidin başına oyun açmışdılar. Həmişə şərabı gümüşə 
tutulmuş  bəzəkli  buynuzda  içərdi.  Qızlar  onun  buynuzuna  oxşar  buynuz 
qayıtdırıb,  ucuna  yivli  düymə  saldırırlar.  Məclislərin  birində  qocanı  içirdib 
kefləndirir, girəvəyə salıb buynuzun ucundakı yivli düyməni boşaldırlar, şərab 
axıb  Davidin  şalvarını  isladır.  Haramzada  qızlar  əl-ayağa  düşüb,  cəld  kişini 
soyundurub  paltarını  dəyişdirmək  bəhanəsilə  onun  yarımçılpaq,  şalvarsız 
şəklini çəkirlər. 
Elə  ki,  o  özündən  çıxıb  qızlara  acıqlanardı,  darabara  salıb  işdən 
çıxarmaqla  təhdid  edərdi,  qızlar  da,  bir  dəstə  qızın  arasındakı  yarımüryan 
fotonu  İran  konsuluna  və  şəhərin  mənsəb  sahiblərinə,  nüfuzlu  dövlətlilərə 
downloaded from KitabYurdu.org

38 
 
göndərməklə onu hədələyərdilər, David o saat susmağa vadar olardı. O zaman 
belə  bir  şəklin  faş  olması  David  üçün  ölümə  bərabər  idi,  ya  gərək  Bakıdan 
köçüb gedəydi, ya da ki, intihar edəydi, başqa çarə yox idi. Keçmiş «Krizoyda» 
məşhur saatsaz yəhudi   Fuks dükanı vardı. Fuks müştərilərlə dəmir barmaqlıqlı 
balaca  pəncərədən  danışar,  sövdələşər,  saatları  alıb-verərdi,  heç  kəsi  içəriyə 
buraxmazdı, pilləkənlə dükanın içindən bir başa ikinci mərtəbəyə qalxardı; elə 
bil  qəfəsdə  yaşayırdı;  küçəyə  gediş-gəlişi  həyət  tərəfdən  idi.  O  da,  əksərən 
zənginlərə xidmət edərdi. 
Bakıda  Torqovi  küçəsində  şamaxılı  tacir  Tağıyevin  əzəmətli 
mülkünün  altında,  Hacı  Rəcəblinin  bir  məhəlləni  tutan    nəhəng  mülkü 
(«Vətən»  kinoteatrı)  ilə  üzbəüz  dükanda,  şəhərdə  ən  məşhur  şirniyyatçılardan 
olan  bir  alman  hör  növ  şirniyyat  satardı.  Moskvadan,  Peterburqdan, 
Varşavadan, Parisdən mal alardı. İrili-xırdalı metal və karton konfet qutularının 
bəzəyi, görkəmi insanı cəlb edərdi, xoş ətir verərdi. Tort və pirojna üçün krem 
hazırlamaqdan  ötrü  Abşeron  adalarından  səbət  dolusu    qağayı  yumurtası 
gətizdirərdi.  Müştəri  əlindən  dükanda  tərpənmək  olmurdu.  Evlərə  gündə 
yüzlərlə  sifariş  yollayardı.  Satıcı  qızlar  gözəllikdə,  xoş  rəftarda  bir-birilə  bəhs 
edərdilər.  Qızların  al  dodaqları,  sədəf  dişlərinin  parıltısı  adamı  ovsunlayardı, 
müştəri heç  vaxt  əliboş bayıra  çıxmaz,  mütləq bir şey alardı.  Hələ  o qızların 
libasları...  Saçlarının    bəzəyi,  bağladıqları  rəngarəng  ipək  lentlər    heyrətamiz 
idi.  Duruşları,  yerişləri  can  alırdı,  yerimir,  elə  bil  pərvanə  təkin  uçurdular... 
Sahildə  II  Aleksandr,  yaxud  Naberejnı  küçədə  (Neftçilər  prospektində) 
«Qafqaz-Merkuri»    körpüsündən tutmuş (indi bu körpü yoxdur, yeraltı keçidin 
qabağında  idi)  Sadovı  (Çkalov)  küçəsinə  qədər  iki-üç  mərtəbəli  binaların 
altındakı dükanların çoxusu İran tacirlərinə məxsus idi. Topdan-satış xuşgəbər, 
qaysı, kişmiş, səbzə, xurma, ədviyyat, badam, ləpə, düyü və digər mallar alış-
verişi  edirdilər.        Alt  mərtəbələrdə  dükan  və  anbarlar,  üst  mərtəbələrdə  isə 
mənzilləri yerləşirdi. 
Bu  arada  hambal  əlindən  tərpənmək  olmurdu.  İki  nəfər  məşhur 
hambalı  -  Arşakı  və  Dadaşı  şəhərdə  tanımayan  yox  idi.  Hamballar  dallarında 
palan  səhərdən  axşamacan  şələ  daşıyardılar.  Səhərlər  və  şam  vaxtı  şirin  çayla 
pendir-çörək  yeyərdilər,  günorta  isə  bir  kasa  piti  ilə  nahar  edərdilər.  Bir  kərə 
nahər  edəndə  bir  hambal  yoldaşına  deyir  ki,  «Gedə,  Məmiş,  goburnat  istəsə 
gündə iki piti yeyər». 
Bu prospekt atlı kazaklarla dolu olardı.  
«Kələntərov» (Gənclər meydanı) pasajı üç səmtə baxırdı, burda gözəl 
şeylər satılırdı: qədim qəmələr, qılınclar, kəşkül, rəhil, sədəf və şirmayı qutular, 
bəzəkli  qablar,  üsür,  mərcan  və  kəhrəba  həmaillər,  boyunbağı  və  təsbehlər, 
«Fərhad və Şirin», «Əsli və Kərəm», «Rüstəm və Söhrab», «Leyli və Məcnun» 
dastan  və  poemaları  motivi  əsasında  toxunulmuş  xalı  və  xalçalar,  cecimlər, 
tirmə şallar olardı. 
downloaded from KitabYurdu.org

39 
 
Velikoknyaz  (Zevin)  küçəsi  ilə    Haşımov  döngəsinin  tinində 
Hüseynov  qardaşları  çini  qablar,  vazalar,  qənddanlar,      çay    dəstgahı,      qəhvə 
fincanları, güldanlar, küpələr   satırdılar;  soğan qabığı  nazikliyində rus,  yapon, 
çin, alman, fransız, İran, Hindistan malları;   gecəçıraqları,  yumru  lampalar...  
Hamısı  göz  oxşayır,  ürək  sevindirirdi.  Zərif  barelyeflər,  qorelyeflər,  miniatür 
rəsmlər,    əlvan    çiçək  hörükləri,  məleykə  şəkilləri  qabları  bəzəyirdi.    
Vitrinlərdəki  çıraqları  yandıranda    əfsanəvi  bir  mənzərə  yaranırdı.  Vitrinlərin 
birində    metaldan  balaca  bir  mayak  qoyulmuşdu.    hündürlüyü  yarım  metr 
olardı;  mayakın  eyvanında  saat  vardı;  mayakdan  azca  aralı  bir  ağac  dururdu, 
koğuşunda  «ayı»  quraşdırmışdılar;    mexanizmi  quranda  ayı  başlayırdı 
oynamağa. 
Benderin Olginski (Caparidze) küçəsindəki bəzzaz dükanı məşhur idi. 
«Aslanov  qardaşları»  da  Benderin        qonşuluğunda  manufaktur  satıb 
onunla rəqabət aparırdılar. 
«Cəvahir»  mağazası;  Haşımovun  Olkinski  küçəsindəki  özəmətli 
binasının altında bir neçə qapılı mağazada «Əliyev qardaşları» dünyada nə cür 
qızıl,  platin,  gümüş,  cəvahirat,  bəzək  əşyası  var  idisə  satırdılar:  üzük,  sırğa, 
qolbaq,  cütqabağı,  medalyon,  həmail,  belbağı,  kəmər  və  başqa  şeylər.  Hamısı 
da  əla  növ,  başdan-başa  cəvahiratla  -  yaqut,  ləl,  zümrüd,  zəbərcəd,  mirvari, 
sədəflə  bəzədilmiş,  qravyuralı  qızıl  gümüş  papiros  qutuları,  təkbənd,  bir  sözlə 
hər şey... 
Bu  dükanla  bağlı  iki  hadisənin  baş  verdiyini  söyləyirlər.  Nikolay 
istibdadının  qızğın  vaxtında  birdən  Olginski  küçəsi  tərəfdən  şübhəli  adamları 
jandarmalar  və  polislər    mühasirəyə  alıb    başlayırlar  tutmağa.  Məqsədləri  də 
guya  izinə  düşdükləri,  məşhur  ixtilaçını  yaxalamaq  imiş.  O  da  özünü  itirmir, 
keçir «Cəvahir»  mağazasına,  tələb  edir  ki,  məni   gizlədin. Cəvahirfüruş  da   
onu    tanıyırmış,    haqqında    çox    şey  eşidibmiş.  Belə  ixtilalçılardan  hamı 
qorxardı.  Neçə  gün  əvvəl  Haşımov  (Gənclik)  meydanından  Velikoknyaz 
(Zevin)  küçəsinə  düşən  döngədə,  Qala  divarı  ilə  üzbəüz  sərraf  dükanlarından 
birinə iki nəfər girib stol üstündəki neçə min manat qızıl pulu torbaya tökmək 
istədikdə,  sərraf  malını  qorumaq  məqsədilə  özünü  qızılın  üstünə  atır,  onu  elə 
yerindəcə  tapança  ilə  öldürüb,  qızılları  torbaya  doldurub  dükandan  çıxırlar, 
güllə  səsinə  gələn  polislə  atışa-atışa  özlərini  İçərişəhərə  verib,        aradan 
çıxdıqlarını  yaxşı  bilirdi.  Həmin  adam  o  dəstənin  başçısı  idi.  Cəvahirfüruş 
qorxudan, tez divardakı iri, gizli seyfin qapısını açıb onu gizlədir, qapını da tez 
qıfıllayır. 
Jandarmlar  doluşur    dükana,    başlayırlar  axtarışa,  lakin  heç  nə  tapa 
bilmirlər,  çıxıb  getməyə  məcbur  olurlar.  Əlbəttə,  pusquda  adam  qoyurlar. 
Axşam düşür. Cəvahirfüruş mağazanı bağlayır,  gedir evinə, bir də sabahı gün 
səhər  tezdən  gəlir,  yan-yörəni  əməlli  yoxlayıb,  pusquda  heç  kəsin  olmadığına 
əmin  olandan  sonra  mağazanı  açır  və  adamı  seyfdən  azad  edir.  İkinci  hadisə 
downloaded from KitabYurdu.org

40 
 
1916-cı  ildə  baş  verir.  Payız  günlərinin  birində  bir  general  iki  polkovnikin 
müşayiəti  ilə  gəlib  girir  «Cəvahir»  mağazasına.  Bakıda  generala  çox  az  rast 
gəldiyindən  adamlar  heyrət  edirdi.  Cəvahirfüruş  bərk  sevinir  ki,  yağlı  müştəri 
düşüb tora. Hörmətlə yer göstərir, başlayır dil-ağıza. Polkovnikin biri deyir ki, 
bizim general xanımı üçün bir qədər bər-bəzək əşyası almaq istəyir, ona layiq 
bir şey varsa göstərin, yoxsa, başqa mağazaya gedək. 
Cəvahirfüruş    brilyant,    zümrüd,        yaqut,        zəbərcəd,  mirvari  dolu 
qutuları düzür stolun üstünə və tərifləyə-tərifləyə bir-bir nişan verir. 
Polkovniklər  ən  qiymətli  zinət-bəzək  əşyası  ilə  dolu  bir  neçə  qutu 
ayırıb, generalla astadan danışırlar, o da başı ilə razılığını bildirir; polkovniklər 
cəvahirfüruşa  deyirlər  ki,  general  qalır  burda,  biz  ikimiz  bu  qutuları  aparıb 
göstərək  onun  xanımına,  nəyi  bəyənsə  götürər,  qalanını  qaytarıb  gətirərik, 
haqq-hesabı  da  çürüdərik.  Cəvahirfüruş  o  saat  yoldan  ötən  faytonu  çağırıb 
onları oturdur, faytonçunun haqqını da verib, yola salır. Bir saat keçir, iki saat 
keçir həriflərdən xəbər çıxmır... Cəvahirfüruş səbrini itirir, nə edəcəyini bilmir; 
generaldan  da  qorxur  ki,  danışsa  qəzəblənər.  Axırda  dözə  bilmir;  cəsarətini 
yığıb  generala  yaxınlaşır  və  soruşur  ki,  cəvahiratı  aparanlar  harda  qaldı,  niyə 
gəlib çıxmırlar? General dinmir. Çək-çevirdən sonra məlum olur ki, hərif laldır. 
Polisi  çağırırlar...  İstintaq vaxtı Rostov  macəraçılarının, lal bir adama  general 
libası  geyindirib  gətirib  girov  qoyub  cəvahir  qutularını  götürərək  aradan 
çıxdıqları aydınlaşır. 
Şəşəə  mağazası:  «Cəvahir»in  qonuşuluğundakı  bu  dükan  da  şəhərdə 
məşhur  idi;  uzun,  çilçil  qranit  pilləkanında    iri,  qara    hərflərlə  «Blestyaşi  
maqazin»  həkk  edilmişdi;  dükanın  üstündə  isə  daş  güzgüdən  düzəldilmiş 
hərflərdə  eyni  sözlər  yapışdırılmışdı...  Bakıda  «Şəşəə»  təki    təmtəraqlı  ikinci 
mağaza  yox  idi.  Gözlər    qamaşır,    baxan    məftun      olur,    çaşırdı...    Vitrinin 
tavanı və divarları daş güzgüdəndi,  yerinə qara  mərmər döşənmişdi; tavandan 
asılmış səkkiz qəndilli büllur çıraq yana-yana fırlanırdı;    güzgülər isə min bir 
əlvan  ziya  saçır,  ətrafa  əfsanəvi    şəfəq  yayırdı.  Vitrində  qoyulmuş    çini  qab-
qacağın  gözəlliyk  mənzərənin  təsirini  birə  min  artırırdı.  Min  bir  diyardan 
gətirilmiş  qab-qacaq  rəngarəng  şəfəqlər  altında  sanki  bir-birilə  bəhs  edir, 
rəqabətə  girir.  Hər  biri  özünün  daha  qiymətli  olduğunu  gözə  çarpdırmaq 
çalışırdı.  Bu  mənzərənin hər  iki  tərəfdəki  vitrin  güzgülərində  əks olması  həm 
əşyaların  saylarını,  həm  də  təsir  qüvvəsini  qat-qat  artırırdı.  «Şəşəə»də  bütün 
ölkələrin:  rus,  yapon,  fransız,  alman,  çin,  ingilis,  italyanların  çini  qabları 
tapılırdı.  Qabların  haşiyələrini,    nəqşlərini,    şəkillərini,  bəzəklərini,  ürək  açan 
rənglərini  nə  təsvir,  nə  də  təsəvvür  etmək  mümkündür.  İri  nimçələrin  içində 
imperatorların,  şahların,  kral  və  hökmdarların,  sərkərdələrin,  onların 
arvadlarının şəkilləri, dövrədə xoş rəngli abı, qızılı, gümüşü, yaşıl, al,   sumağı, 
sarı, bənövşəyi, qırmızı, sürməyi və ağ naxışlar, zolaqlar və haşiyələr olardı. 
downloaded from KitabYurdu.org

41 
 
Xörək dəstgahı hər biri əlli-altmış adamlıq, xırdadan tutmuş lap irilərə 
qədər  hər  cür  nimçə,  dayaz  və  dərin  boşqab  və  sairə...  qəhvə-çay  dəstgahı, 
meyvə-şirniyyat dəstgahları... İnanmaq olmurdu ki, bunları insan  yaradıb... Əl 
vurmağa, toxunmağa adamın heyfi gəlirdi... Vitrinin tavanından sallanan səkkiz 
qəndilli  büllur  çilçıraq  işıq  saça-saça  fırlandıqca  əfsanəvi  bir  mənzərə 
canlanırdı. 
Torqovı  (Nizami)  və  Telefonnı  (28  Aprel)  küçələrində  o  tay,  bu  tay 
hərəsi  bir  memarlıq  incisi,  sənət  nümunəsi,  bir-birindən  fərqli,  eyni  dərəcədə 
diqqəti  cəlb  edən,  gözləri  oxşayan,  qürur  hissi  doğuran  əzəmətli  binaların 
birinci mərtəbələrində təmtəraqlı mağazalar vardı. 
Şəhərdə  hər  məhəllədə  əyləncə  evləri  vardı.  Onlardan    ikisi  -  
«Çanaxqala»  lokantası  və  «Qış  klubu» - «Kazino» barədə xüsusi qeyd etmək 
maraqlı  olardı,  «Çanaxqala»  Olkinski  (Caparidze)  küçəsindəki  üçmərtəbəli 
binada  yerləşirdi;    fasadlardakı  yarım  dairə,  xudmani  eyvanlara  paslanmayan 
poladdan qayrılmış  çiçəklərlə bəzədilmiş  gözəl  metal  şəbəkələr vurulmuşdu.  
Girəcəyin    üstündə    iri    hərflərlə,    hüsnxətlə  yazılmış  lövhə  uzaqdan  müştəri 
çağırırdı.  Birinci  mərtəbənin  yarısında  eyni  adlı  kafe  vardı;  bura  dövlətli 
möhtəkirlərin,  maliyyəçi,  sənayeçi  və  tacirlərin  məskəni  idi.  Yığışıb  paxlava, 
şəkər çörəyi, şor qoğalı yeyə-yeyə, kofe, mineral suları,  limonad, kakao içə-içə 
söhbət edər, müxtəlif sərgüzəştlər danışar, sevdalaşardılar. 
Binanın  üstündə  -  «Çanaxqala»  lokantasında  kübarlar  bütün  keçəni 
kefdə, ziyafətdə, əyləncədə olardılar. 
Lokanta    axşam  saat  onda  işləməyə  başlardı;    bir  neçə  iri  və  xırda 
salonu  vardı.  Musiqi  çalınırdı,  xanımlar  qəhqəhə  ilə  gülürdülər.  Ləziz 
xörəklərin ətri bütün  məhəlləni bürüyərdi. Musiqi sədaları, xanəndələrin avazı 
səhərə  qədər  susmaq  bilməz,  rəqs  davam  edərdi.  Bu  lokantanın  rəqqasələri 
gözəllikdə,  məlahət,  naz-qəmzədə  dillər  əzbəri  idi.  Milyonçulardan  çoxları 
buradan  məşuqə  və  aşna  tapardı.  Buradakı  qızlara  vurulub  evlənənlər  də 
olurdu.  Yeri  gəlmişkən  belə  bir  «aşiqanə»  macəradan  danışmaq  yerinə  düşər. 
Onu  altıncı  ildən  maliyyə  və  iqtisadiyyatın  qeyri-sabitliyindən  valyuta  alış-
verişi  daha  da  rəvac  tapmağa  başladı.  On  doqquzuncu  ildə  lap  kəlləçarxa 
qalxdı.  Valyuta  alverçiləri  arasında  Çəpgöz  Kazım  ad  çıxarmışdı.  Vücudca 
cılız, gözə çarpmayan, görkəmi kifir bir adam  idi. 
Məktəbi  yarımçıq  qoyub  atasının    əli  altında  sərraflığa  başlayır, 
sonralar  valyuta  alıb-satmağa  qurşanır,  tez-tez  Tiflisə,  Batuma,  Türkiyəyə  - 
İstambula  gedib  qayıdır,  ingilis,  italyan,  türk  lirələri  gətirir,  birə  iki  baha 
qiymətə  satır,  axırda  Çəpgöz  Kazım  dönüb  olur  milyonçu.  Gündüzlər 
küçələrdə, bulvarda veyllənib, keçələr kazino və lokantalarda əylənir. Çox vaxt 
«Çanaxqalada» ilişib qalır. 
«Çanax qala» lokantasında iyirmi-iyirmi iki yaşlarında bir yəhudi qızı 
vardı.  Çoxları  onun  aludəsi  və  məftunu  idi.  Ona  görə  hər  gecə  lokantada 
downloaded from KitabYurdu.org

42 
 
olurdular.  Hətta  gündüzlər  belə,  bir  yerə  yığışanda  onun  təbəssümündən, 
yerişindən, oynamağından, söhbətindən ağız dolusu danışardılar. Yana isə hər 
adama  məhəl  qoymaz,  meyl  göstərməzdi.  Sərraf  yəhudilər  kimi  öz  qədr-
qiymətini  bilər,  çoxlarını  quru  ümidlə  yaşadar,  hər  kəsə  yerini  göstərməyi 
bacarardı. Birdən xəbər yayıldı ki, Çəpgöz Kazım rəqqasə yəhudi qızı Yanaya 
evlənir.  Doğrudan  da  bir  neçə  gecə  rəqqasə  artıq  oyun  meydanına  çıxmadı. 
Məşuqi  ilə  xüsusi  süfrə  salınmış  stolun  arxasında,  ən  görkəmli  yerdə  oturub 
şam  edir,  əylənir,  şabaş  göndərir,  xörəkpaylayanlara  xərclik  verirdi.  Çox 
keçmədi  təzə  xəbər  çıxdı  ki,  Çəpgöz  Kazım  Yanayə        qoşulub      Amerikaya,   
qızın ata-anasının   yanına gediblər. Sərrafa, möhtəkirə nə var ki, harda pul var, 
ora da onun vətənidir. 
Lokantalara və əyləncə evlərinə növündən və dərəcəsindən asılı olaraq 
təkcə içəri girmək haqqı qızıl pulla beş manatdan iyirmi beş manata qədər idi. 
Ən  ləziz  xörəklər,  əla  növlü  meyvələr,  şirniyyat,  içkilər  lokantalarda  baha 
qiymətə  satılırdı.  Çini  qab-qacaq,  gümüş,  çəngəl-bıçaqlar,  büllur  qədəhlər 
cingildəyər,  qəndil  və  çilçıraqlar  ətrafa  şölə  saçar,  ahəngdar  musiqi  adamları 
əyləncəyə çağırardı. 
Krasnovodski  (indiki  Səməd  Vurğun)  küçəsindəki  «Qış  klubu»  - 
«Kazino»  da  öz  dəbdəbəsi  ilə  məşhur  idi.  (Binanın  sahibi  Musa  Nağıyev  idi). 
Burada  restoran,  tamaşa  və  rəqs  salonları  və  qumar  oyunu  üçün  irili,  xırdalı 
otaqlar vardı. 
Neft  mühəndisi  Qriqori  Aleksandroviç  Qazarbəyov  nəql  edirdi  ki, 
mədən  və  zavodların  sahibləri,  yüksək  mövqeli  çinovniklər,  adlı-sanlı  varlı 
mühəndislər,  milyonçular  və  tacirlərin  bəziləri  axşamdan  gecə  yarısına,  hətta 
səhər  açılana  qədər  kazinoda,  ya  da  yay  klubunda  (Filarmoniya)  olardılar. 
Peşələri yeyib-içmək, rəqs etmək, bir də tumar oynamaq idi. Mən kluba nadir 
hallarda  gedərdim.  Bir  dəfə  «Qış  klubu»nda  qərara  gəldim  ki,  bəsdir 
mühəndislərlə oynadım, qoy bir dəfə də neftxudalarla oynayım. 
Girdim  iri  oyun  otağına,  yaşıl  mahuddan  süfrə  salınmış  uzunsov 
stolun arxasında oturdum.    Adamlar bir-bir gəlir, stullar tutulurdu.    Milyonçu  
Aramyan  içəri  girdi,  məni  gördükdə  təəccüb  etdi.  Yaxınlaşıb  soruşdu:  «Qrişa, 
burda niyə oturmusan? Dur ayağa, oyunçular gəlir...». Dedim ki: «Minas dayı, 
mən  də  oynamaq  istəyirəm».  Xəbər  aldı:  «Nə  qədər  pulun  var,  Qrişa?». 
Qoltuğumdan pul bükümünü  çıxardıb    aça-aça dedim: «Min manat». Minas 
bığaltı gülümsədi, məxmər pərdəni  aralayıb  balaca  bir torba  götürdü,  mənə  
uzatdı:  «Bunu  tut!»  dedi.  O  qədər  ağır  olacağını  gözləmirdim,  az  qaldım 
torbanı  qucağımdan  salım.  Qızıl  olduğunu  başa  düşdüm.  Özümü  itirdim  və 
utandım. Minas dayı xoş bir əda ilə güldü: «Bala, Qrişa, - dedi: - burda on min 
manatlardan  oynayırlar,  sənin  min  manatın  kara  gəlməz,  heç  bir  dövrəyə 
çatmaz,  çolpanın  pərqusunu  didən  təki  səni  ütərlər.  Dur  ayağa!»  Onda  başa 
düşdüm ki, neftxudaların, milyonçuların qumarı nədir. 
downloaded from KitabYurdu.org

43 
 
Bir  professor  nəql  edirdi  ki,  Suraxanıda  mədən  müdiri  idim.  Gündüz 
saat üçdə çıxıb gəlirdim şəhərə. Çox vaxt klubda  əylənərdim, arabir qumar da 
oynayardım.  Bir  dəfə  üstümdə  olan  pulu  uduzdum,  çıxıb  mindim  faytona, 
getdim  mədənə,  seyfdən  pul  götürüm.  Kontora  çatanda  axşam  düşmüşdü. 
Qaranlıq  idi.  Pulu  götürdüm.  Telefon  zəng  çaldı.  Dəstəyi  qaldırdım,  danışan 
xozeyin  idi.  Təəccüblə  xəbər  aldı  ki,  axşam  vaxtı  orda  neynirsən?  Deyə 
bilməzdim  ki,  qumar  oynamağa  pul  üçün  gəlmişəm;  cavab  verdim  ki,  güclü 
neft  verən  bir  quyu  şıltaqlıq  edirdi,  onu  sahmana  salırdım,  işi  qurtarıb  şəhərə 
qayıdıram. Sabahı  gün  bütün qəzetlərdə xəbər yazılmışdı ki, işgüzar, namuslu 
mühəndis  axşama  qədər  mədəndə  qalıb,  aldığı  əmək  haqqını  doğruldur. 
Xozeyin  də mənə bir  aylıq əlavə    maaş verdi. 
Kazinonun  restoranında  olanlar  nəql  edirdi  ki,  stolların  üstündə 
dünyanın  bütün  nazi-neməti,  ləziz  təamları,  şirniyyat,  meyvə  və  içkiləri 
qoyulardı.  Stolüstü ipək lampalar, tavandakı billur çilçıraqlar, bəzəkli taxta və 
ipək  çin  fanarları  ətrafa  rəngarəng,  əlvan  şəfəqlər  saçardı...  Müştərilər  yeyib-
içdikləri  vaxt  musiqi  çalınar,  qəndil  və  fanarların  işığı  tədricən  azaldılardı... 
Məxmər pərdə qalxar, pərdə arxasında, səhnədə üryan qızlar rəqs edərdilər. 
Küçələrdə  isə  minlərlə  ac-susuz,  sərgərdan,  işsiz  insanlar  gecələmək 
üçün yer axtarırdılar. 
Qumar oynanılan otaqlarda, rəqs salonunda tez-tez dava düşər və hətta 
atışma başlardı. 
Dövlətli  kişilərin  əksərinin  xarici  qadınlardan  aşnaları  vardı.  Onlara 
matişkə deyirdilər, hamısı üçün mənzil tutar, bəzən mülk alar, naz-nemət içində 
saxlayardılar. Bunu çoxları, hətta öz qanunu arvadları da bilərdi. Dövlətlilərin 
arvadları  da  tez-tez  növbə  ilə  bir-birinin  evinə  yığışıb  ziyafət  məclisləri 
qurardılar,  tez-tez  də  kimin  ərinin  xarici  arvad  aşnasının  daha  gözəl  olduğu 
üstündə  mübahisə  qopardı.  Hər  kəs  iddia  edərdi  ki,  ərinin  matişkəsi  daha 
gözəldir və axırda saç davasına çıxardılar. 
Şəhər bağı. Bakıda bağ-bağça, yaşıllıq yox dərəcəsində idi. 
Şəhər  üçün  əsas  plan  layihəsi  vaxtaşırı,  dəfələrlə  təshih  edilib 
təkmilləşdirilmişdi.  Şəhərin  memarı  Qasımbəy  Hacıbababəyovun  qurduğu 
layihələrdə,  gələcəkdə  meydanlar,  bağ-park  və  bulvar  da  nəzərdə  tutulmuş, 
eyni zamanda yaşıl örtük üçün yerlər ayrılmışdı. 
Bakı  bitki  aləmi  cəhətindən  ən  geridə  qalmış  şəhər  hesab  edilirdi. 
Bunun əsas səbəbi suyun az, daha doğrusu olmaması idi. 
Bakının ən köhnə bağı qubernator (sağlamlıq zonası) bağı hesab edilir
sahəsi  dörd  hektar  yarımdır.  Bu  bağ  1830-cu  illərdə,  keçmişdə  iki  qala  divarı 
arasında yerləşən şəxsi bağ-bağça və bostanların yerində salınıb. Şəhərdə uzun 
müddət  yeganə  bağ  idi.  Bakı  şəhər  komendantı  Lənkəran  və  İrandan  Bakıya 
gələn  bütün  gəmilərin  yiyələrini  və  kapitanları  bir  neçə  çuval  qara  torpaq 
gətirməyə  vadar  edərdi;  əmri  yerinə  yetirməyənlərdən  cərimə  alınardı.  İlk 
downloaded from KitabYurdu.org

44 
 
növbədə  tut,  zeytun,  qarağac,  şam,  akasiya  ağacları  əkilmişdi.  Bir  neçə  yerdə 
güllük-çiçəklik  də  salınmışdı.  Məhəlli  ağac  cinslərindən  başqa,  kənardan,  bu 
yerlərə ağac növləri də gətirilirdi. 
Ötən  əsrin  altmışıncı  -  yetmişinci  illərində  bağın  ərazisini  xeyli 
genişləndirirlər,  altı-yeddi ildən sonra bəzək ağacları və kol-koslar əkilir, rəqs 
və  istirahət  meydanları  düzəldilir.  Bağın  bədii  görkəmini  ildən-ilə 
gözəlləşdirirdilər. 
Neft  sənayesinin  inkişafı  ilə  əlaqədar  bağın  da  görkəmi  get-gedə 
dəyişir, hovuzlar, köşklər, terraslar salınır. Doxsanıncı illərin ortalarında əsaslı 
binalar tikilir. 
Əhalini  bağa  həftədə  bir  dəfə  buraxırdılar.  Amma  bağın  darvazaları 
yüksək rütbəli məmurların, milyonçu neftxudaların üzünə hər zaman açıq idi. 
Quru  bağ  -  Burada  kol-kosdan  əlamət  yox  idi.  Yarım  xaraba  hovuz 
heç  vaxt  su  görməzdi,  zir-zibillə  dolu  olardı...  Yağış  vaxtı  sel  yuxarı 
məhəllələrdən gətirdiyi zir-zibili, çirkabı bura tökərdi. 
Yığıncaqların  çoxu  burada  keçirilərdi.  Qocaman  müəllim  Ağabala 
Qasımov  nəql  edərdi  ki,  1905-ci  ildə  minarələrdən  azan  səsi  ucalanda, 
kilsələrin  zəngləri  səda  qoparanda  Parapetdə  qırmızı  parçanın  üzərində  iri,  ağ 
hərflərlə  yazılmış  iki  şüar  asdılar:  «Rədd  olsun  mütləqiyyət!»,  «Yaşasın 
sosializm!» Ətraf küçələrdəki adamlar meydana tələsdilər, havaya da bir neçə 
şar  buraxdılar.  Şarların  üstündə  bu  sözlər  yazılmışdı:  «Məhv  olsun 
monarxiya!»  «satqınlara, casuslara ölüm!». 
Qaradovoylar, 
pristavlar, 
bütün 
polis 
məmurları 
əl-ayağa 
düşmüşdülər, şüarlara yaxın düşmək olmurdu. Şarları partlatmaq üçün güllə də 
ata  bilmirdilər  ki,  çaxnaşma  düşər,  qırğın  başlaya  bilər.  Get-gedə  adamların 
sayı artırdı... Müxtəlif yerlərdə kürsü qoyub natiqlər Azərbaycan və rus dilində 
nitq söyləyir,   istibdadı   lənətləyir,   hürriyyəti   alqışlayırdılar. 
Birdən polismeyster silahlı qaradovoy dəstəsilə Bazar (Hüsü Hacıyev) 
küçəsindən  Vrankel  (Qarayev)  küçəsilə  üzü  aşağı  hücuma  keçdi.  Starı 
Politseysk  (Məmmədəliyev)  küçəsindən  gələn  at  nallarının  səsləri  eşidildi  və 
atlı kazaklar camaatın başının üstünü aldılar, şallax və tatarını işə saldılar. 
Kim  hara  yaxın  idi  o  səmtdə  -  Voronsov  (Əzizbəyov),  Qəssabbazar, 
Tatarski (Krupskaya)    küçələrinə üz tutub qaçırdı. 
«Malağan»  (9  Yanvar)  bağı:  Onun  hər  tərəfi  karvansara  idi; 
qəzalardan  yük  gətirən  malağanlar  tövlələrdə,  həyətdə  atlarını  bağlayar, 
furqonları qoyardılar. Bu aradakı küçələrdə, həyətlərdə, döngə  və  dükanlarda, 
evlərdə, dəhlizlərdə, zirzəmilərdə çoxlu çəlləkçi emalatxanası vardı. Çirkablı su 
və dizə qalxan palçıq xəstəlik və natəmizlik mənbəyi idi. Hələ 1870-ci illərdən 
burada  bağça  salmağa  çalışırdılarsa,  yeraltı  suyun  keyfiyyətinin  pisliyi, 
torpağın gildən ibarət olması, tullantılar ağacların inkişafına imkan vermirdi. 
downloaded from KitabYurdu.org

45 
 
Neft  milyonçusu  Şibayevin  şahanə  mülkü,  Rusiyanın  çay  ticarəti 
maqnatı,  dünyanın  çay  ticarəti  inhisarçısı  vısotskinin  öz  arxitekturasına  görə 
digər  binalardan  seçilən  və  uzaqdan  nəzərə  çarpan  mülkü,  Hacı  Haşımın  oğlu 
Əli Heydərin Çin və Yaponiya səfərindən qayıtdıqdan sonra yapon memarlığı 
üslubunda  tikdirdiyi  Mikado  (Səməd  Vurğun)  teatrı,  bir  də  Hacı  Ələkbər 
Dadaşovun  qoşa  əzəmətli  gəlir  evlərinin  ucaldılması  «Malağan»  (9  yanvar) 
bağı ətrafının simasını dəyişdirdi. 
Mülkədar  Ələkbər  Dadaşov  barədə  maraqlı  bir  əhvalat  danışırdılar. 
Beş oğlu var imiş, balacası çox cüvəllağı imiş, fürsət tapan kimi evdən şey-şüy 
çırpışdırıb, aparıb satırmış, tuta bilmirlərmiş. Axırda atası təngə gəlib deyir ki, 
ay bala, bu şeyləri hey aparıb ucuz qiymətə satıb zay edirsən, tullayırsan çölə, 
heç olmasa  mənə sat. Oğlan  deyir  ki, dədə, səninlə sövdam tutmaz.  «Niyə, ay 
qoduq, birdən ikiyə  mənimlə  sövdələşibsən? Bəs əminlə  niyə tutur?»  «O ayrı, 
sən  ayrı.  Bilirəm  ki,  səninlə  tutmaz»  -  deyə  oğlan  boyun  qaçırır.  Atası  təkid 
etdikdə oğlan deyir: «Yaxşı, indi ki, üz vurursan, de görüm o altındakı xalçaya 
nə  qədər  verərsən?».  Kişi  özünü  itirir,  qəzəblə  qışqırır:  «Küçüyün  biri  küçük, 
altımdakı malımı mənə satırsan? Qoduq!» Oğlan gülür: «Gördün dədə, - deyir, 
-  dedim  tutmaz,  təkid  edirsən.  Əmim  şeyə  baxmamış  pulu  çıxardıb  hesabı 
çürüdür». 
Birja  (26  Bakı  komissarı)  meydanı  bomboş  idi,  xəzri,  ya  da  gilavar 
əsəndə tozdan göz açmaq olmurdu. Yaxınlıqdakı kazarmada yaşayan soldatlar 
bu meydanda məşq edirdilər. 
Axşam  bazarı  -  Veçerna  (S.  Vurğun  bağı)  meydanı  da  bomboş  idi, 
ətrafında  taxta  budkalar  vardı;  axşamüstü  tünlük  olardı.  Cürbəcür  şey  alıb 
satırdılar. 
Bakıda  ağac,  kol-kos,  gül-çiçəklik  salınmasına  Hacı  Zeynalabdin 
Tağıyevin  1895-ci  ildə  Mərdəkanda  açdığı  bağbanlar  məktəbi,    daşlıq  və 
qumsallıqda  saldığı  təcrübə  pöhrəliyi    ixtisaslı  bağbanlar  dəstəsinin 
yaranmasına böyük təkan verdi. 
Dəniz  kənarında  bulvar  salmaq  məsələsi  Bələdiyyə  idarəsində 
dəfələrlə  müzakirə  edilmişdisə  də,  əsl  əməli    işə    yalnız      1909-cu    ildə,  
istedadlı    mühəndis,  yorulmaz  təşkilatçı    və  patriot  Məhəmməd  Həsən  
Hacınskinin  rəhbərliyi  altında  başlanır.  Bələdiyyə  idarəsi  bulvar  salmaq  üçün 
60.000  manat  pul  buraxmağı  qərara  alır.  Bakı  varlıları  da  xeyli  kömək  edir. 
Layihə işlərində və təşkilat məsələlərində şəhərdəki bir neçə əzəmətli  binanın  
və iki  Kirx  binasının  layihə müəllifi Adolf Eyxler ürəkdən iştirak edir. 
Bulvar  şəhərin  dəniz  fasadı  olduğunu  nəzərə  alaraq  müsabiqə  elan 
edilir  və  tanınmış,  adlı-sanlı  memar  və  inşaatçı  mühəndislər  işə  qoşulur.  30 
memar-mühəndis  müsabiqədə  iştirak  etməyə  dəvət  olunur.  Fərdi  sifarişlərin 
yerinə  yetirilməsinə  baxmayaraq  bu  müsabiqədə  Zivərbəy  Əhmədbəyov, 
downloaded from KitabYurdu.org

46 
 
Ploşko,  Termikelov,  Edel  və  tanınmış  başqa  istedadlı  mütəxəssislər  ürəkdən 
çalışırlar. 
İlk mərhələdə bulvar «Qafqaz-Merkuri» körpüsündən (Kukla teatrının 
binasından)  Seyid  Mirbabayevin  (Azneft)  binasınadək  uzanacaqdı.  Bu  arada 
sahildə  sınıq-sökük  qayıqlar,  köhnə  yelkənli  gəmilər  vardı,  çirkab  sular  axıb 
dənizə tökülürdü. 
1910-cu  ildə  bulvarda  əkilmiş  ağaclar,  kol-kos  və  çiçəklər  artıq  göz 
oxşayırdı. 
Quba  meydanı  şəhərin  ən  qələbəli  yerlərindən  biri  idi.  Parapetlə 
bərabər 
əsas 
meydan 
hesab 
edilirdi. 
Buradakı 
karvansaralarda, 
mehmanxanalarda bütün Azərbaycan qəza və kəndlərindən gəlmiş müsafirlərə, 
alverçilərə, tacirlərə, sənətkarlara təsadüf edilərdi. Qoçuların   əsas  məskən  və  
yığıncağı  Quba  meydanı idi, bütün şər əməllər, fitva vermək, adam öldürmək, 
qız    qaçırtmaq,    mağaza,    anbar    yarmaq,          dövlətlilərdən  rüsum  almaq,  ev 
yarmaq  və  digər  şər  əməllərin  tədbiri  Quba  meydanında  tökülər,  qət  edilərdi. 
Burada  Balaxanı,  Bondarnı,  Çadrovı,  Sisyaanov,  Bazar  və  Şamaxı  küçələri 
çarpazlaşırdı.  Binaların  birinci  mərtəbələrində  baqqal,  bəzzaz,  xırdavatçı, 
çarıqçı,  (iki  cür  çarıq  tikərdilər:  əyan,  ruhani  və  varlılar  üçün  xüsusi  Şiraz 
çarığı, qara camaat üçün isə xam göndən), qəssab dükanları,  aşxana,  cızbızçı,  
çayxana,  kababçı  dükanları, sərrac və sənətkar emalatxanaları  yerləşirdi. 
Binaların üst mərtəbələri isə mehmanxana və mənzillər idi. Meydanın 
bir  tərəfində  taxta  budkalarda  yəhudilər  min  bir  əşya  alış-verişi  edirdilər. 
Xüsusi  emalatxanalarda  dəmirdən,  misdən,  hətta  gümüşdən  cürbəcür 
formalarda  təkbaşlı,  qoşabaşlı,  üç,  dörd  və  hətta  beş-altı  başlı,  bərli-bəzəkli, 
naxışlı şamdanlar, eynilə fanarlar qayırardılar. 
Quba  meydanından  haçan  keçilsəydi,  çayxana  və  aşxanalardan 
qramafon və şarmanka səsi eşidilərdi. 
Payız  və  qış  aylarında  sələbçilər  iri  sələbdanlarda  sələb  satar  və 
qışqırardılar:  «Sələb  var»,  «Məlhəm  var»,  «Sinə  dərmanı»,  «Döş  davası», 
«Məcundur»,  «Cana  xeyirdir».  Bitki  kökündən  hazırlanan  sələb  süd  rəngində 
olar, ətri, dadı adama ləzzət verərdi. 
Quba  meydanındakı  yeməkxanalardan  biri  də  Həsən  Pervoyun  adı 
dillər  əzbəri  «İslam»  restoranı  idi.  O  zaman  ev,  dükan,  restoran,  mağaza 
yiyəsinin  adı  ilə  tanınardı.  Həsənə  də  xörəklərin  ləzizliyinə  görə  «Pervoy» 
ləqəb  qoymuşdular.  Səkili  mərtəbədəki  bu  restoran  səhərdən  gecə  yarısına 
qədər  müştərilə  dolu  olardı.  Burdakı  xörəklər  kimi  dadlı  xörək  heç  yerdə  yox 
idi;  şəhərdəki  müştərilərdən  başqa  ətraf  qəsəbə  və  hətta  mədənlərdən, 
kəndlərdən  -  Sabunçu,  Suraxanı,  Ramana,  Bibiheybət,  Keşlə,  Ağşəhər, 
Qaraşəhərdən faytonda, qazalaqda bu restorana nahara gələr, yeyib-içib qəlyan 
çəkər, söhbət edər, sövdələşər, mal alıb satardılar. Handa bir dövlətli, tanınmış 
downloaded from KitabYurdu.org

47 
 
qoluzorba  sövdəgər,  tacir,  çodar  və  digər  adamlara  burda  rast  gəlmək  olardı. 
Fayton, qazalaq küçəboyu bir-birinin dalınca düzülərdi. 
Bir  gün  nahara  gələn  müştərilər  görür  ki,  «İslam»  restoranı  bağlıdır; 
səs-küy  salırlar,  başlayırlar  Həsən  Pervoyu  axtarmağa.  Əlaltılarından  birini 
tapıb  soruşurlar,  bu  nə  əhvalatdır...  Deyir  ki,  xəbərim  yoxdur,  işə  gəldim 
gördüm  ki, lələ köçüb  yurdu  qalıb... Müştərilər dilxor olurlar. Xörəklərin belə 
ləzzətli  olmasının  səbəbini  Həsən  Pervoyun  əlaltısı  nəql  edir:  biz  hər  şeyi 
hazırlayırdıq,  Həsən  Pervoy  sirrini  öyrənməsinlər  deyə  hamını  mətbəxdən 
çıxardıb  əti  qazanlara,  küpələrə,  tavalara  özü  təklikdə  töküb  yerbəyer  edər, 
ocağa asandan  sonra bizi  mətbəxə buraxardı. Deməyinən  Həsən Pervoy bütün 
qablara  ölçüsünə,  Həcminə  görə  müəyyən  miqdarda  tiryək  sürtüb  sonra  ət 
tökərmiş,  ədviyyat  da  əlavə  edərmiş;    bu  qayda  ilə  az  doza  ilə  müştəriləri 
tədrislə tiryəki etmişdi. Yaxşı da pul qazanıb dövlətlənmişdi. 
Həsən  Pervoy  özü  İranın  Zəncan  şəhərindən  idi.  Bakıdakı 
zəncanlıların  çoxusu  şatır-çörəkçi  idilər;  onlar  da  xeyli  pul  qazanandan  sonra 
gözlənmədən yoxa çıxardılar. 
Yarım  kilometr aralı Kömürçü meydanında  əvvəllər kömür basdırıb 
satardılar, sonralar döndərmişdilər  oranı  bazara,   əksərən   köhnə  pal-paltar  
və  ev  müxəlləfatı  satılardı.  Bələdiyyə  idarəsi  ora  Voronsov  meydanı  adı 
qoydusa, camaat tərəfindən qəbul edilmədi, köhnə adı Kömürçü meydanı qaldı 
üstündə.  Burda  da  qramafon  və  şarmanka  çalınardı.  Kömür  meydanında  da 
xoruz  və  qoç  döyüşdürərdilər,  qoçlar  kəllə-kəlləyə  gələndə  zərbin  səsindən, 
şaqqıltıdan adam diksinir, elə bir təsəvvür oyanırdı ki, hər iki qoçun başı tikə-
tikə  olub  ətrafa  səpələndi;  xoruzlar  al  qan  içində  olar,  tez-tez  gözləri  deşilər, 
döşlər  yırtılardı,  amma  ən  maraqlı  oyun-tamaşa  dəvələrin  döyüşməsi    olardı; 
elə    ki,  küçəbəküçə  carçılar  hərlənib  xəbəri  yayardılar,  səbrsizliklə  oyun 
gününü    gözləyərdilər.  Dəvələrin  döyüşməsini  heç  bir  heyvan  döyüşməsi  ilə 
müqayisə  etmək  olmaz.        Bu  eyni  cinsli  heyvanın  bir-birinə  tutduqları 
divandan insan dəhşətə gəlirdi. Quduz itlərin,   canavarların vəhşiliyi qızışmış 
dəvələrin    qəzəbi    yanında    oyuncaq    hesab    oluna    bilər.  Heyvanda  nə  qədər 
dərin  kin, qəzəb, rəhmsizlik olarmış.    Ağızlarından köpük püskürərdi; gözləri 
elə  dumanlanardı  ki,  sanki  heç  nəyi  görmür.  Ayaqları  ilə  təpikləyir,  bir-birini 
çeynəyir, parça-parça, tikə-tikə etmək  istəyirdilər.  Qızmış  gözlər  qan   çəkib 
az  qalırdı  hədəqəsindən  çıxsın.  Hikkədən  əsim-əsim  titrəyirdilər.  Canlı  aləmə 
müvafiq  necə  də  ad  tapıblar:  vəhşi,  yırtıcı.  Üstün  gəlmək,      xudpəsəndlik 
görünür ibtidadan canlıların  xilqətindədir  ki,  ondan  ötəri ölümə gedir, məhv 
olurlar. 
Kömür  meydanında  tez-tez  pəhləvanlar  da  güləşər,  güclərini 
göstərərdilər.  Kəndirbazlar  məharətlərini  nümayiş  etdirmək  üçün  kəndirin 
üstündə qəribə oyunlar çıxarardılar. 
downloaded from KitabYurdu.org

48 
 
Bütün  bu  növ  əyləncə  və  mərəkələr  bir  zamanlar  bürc  divarları 
qabağında,  o  aralar  hələ  boş  olanda,  realnı  məktəb,  qız  məktəbi  tikiləndən 
əvvəl, Qapan dibindən yuxarıda olardı. 
 Starıveş  -  köhnə  şeylər  və  işlənmiş  müxtəlif  şeylər  satanlarla 
Kömürçü  meydanı  dolu  olardı.  Kəlləpazlar  vardı  ki,  ancaq  qoyun  baş-
ayağından kəlləpaça bişirərdilər, müştərilər səhər tezdən özlərini verərdilər bu 
dükanlara. 
Həlimaşıçılar,  qışda  buğda  və  yağlı  qoyun  ətindən  həlim  aşı 
hazırlardılar.  Müştərilər  axşamdan  gətirib  qab  qoyar,  pulunu  da  qabaqcadan 
verərdilər; səhər tezdən gəlib aparardılar. 
Su  kəməri.  Bakı  əhalisi  su  sarıdan  çox  əziyyət  çəkirdi.  Bələdiyyə 
idarəsi    bunu  aradan  qaldırmaq  üçün  hələ  1880-ci  ildən  tədbirlər        görməyə 
başlamışdı.  (Bu  məsələdə  Hacı  Zeynalabdin  çox  fəal  çalışır  və  çox  da  pul 
xərcləyir). Əvvəl Bakı ətrafında su mənbəyi axtarılır, sonra Şamaxı  qəzasında 
kəşfiyyat  işləri  aparılır.  Bütün  səylər  boşa  çıxır.  1892-1898-ci  illərdə  Kür 
çayından  Bakıya  su  kəməri  çəkmək  layihəsi  hazırlanır,    lakin    bu  layihədə  
göstərilən  kəmər  çox baha başa gəldiyinə görə, bələdiyyə idarəsi bunu təsdiq 
etmir...  Əlacsız  qalıb  1893-cü  ildə  sahildə  dəniz  suyunu  təmizləyən  qurğu 
düzəldirlər.  Gündə  30.000  vedrə  su  təmizlənirdi.  Bu  da  əhalinin  ehtiyacını 
ödəyə bilmirdi. Beş ildən sonra ikinci su təmizləyən qurğu işə düşür. Bununla 
yanaşı  Kür  çayından  barjlarda  su  daşıyıb  vedrəsini  yarım  qəpiyə  satırdılar. 
Sonralar Volqa çayından barjlarla su daşımağa başladılar. Bu su, daha baha idi, 
vedrəsi  iki    qəpiyə.  Kasıblar  suya  olan  əsas  ehtiyaclarını  yalnız  həyətlərdəki 
quyulardan  ödəməyə  məcbur  idilər.  Bu  da  tez-tez  cürbəcür  xəstəliyə  səbəb 
olurdu.  Hökumət  vaxtaşırı  bu  quyulara  dərman  tökürdü,  bəzən  torpaqla 
doldururdu.  1899-cu  ildə  şəhərdə  suya  olan  tələbin  daha  da  artdığını  görüb 
Hacı  Zeynalabdin  Tağıyev  xarici  şirkətlə  25.000  manata  müqavilə  bağlayır. 
Avropanın  bir  neçə  şəhərinə  su  kəməri  çəkmiş  mühəndis  Vilyam  Lindleyi 
Frankfurt  Mayndan  gətizdirir  və  ona  çeşmə  axtarmağı  tapşırır.  Bələdiyyə 
idarəsinə  isə  deyir  ki,  su  tapılandan  sonra  pulumu  versəniz  yaxşı,  verməsəniz 
də eybi yoxdur. Lindley  Qubanın yaxınlığında,  Bakıdan  190  kilometr uzaqda 
quyu qazdırıb Şollar suyunun mənbəyini kəşf edir. Bələdiyyə idarəsində Quba 
ətrafında tapılmış su mənbəyinə şübhə ilə baxırlar, inanmırlar; kəmər çəkməyi 
rədd  etməyə  çalışırlar.  Tağıyev  şübhə  edənlərə  deyir  ki,  Şahdağ  öz  qarı  və 
buzlaqları ilə əbədi olduğu kimi, Şollar çeşməsinin suyu da əbədidir. 
Bu  söhbətlə  əlaqədar  maraqlı  bir  əhvalatı  xatırlatmaq  vacibdir. 
Bələdiyyə idarəsinin xüsusi işlər üzrə bir məmuru nəql edirmiş ki, məni Parisə 
göndərmişdilər. Bir axşam eşitdim ki, Hacı Zeynalabdin Tağıyev gəlib, «Luvr» 
mehmanxanasına düşüb. Səhər getdim «Luvr»a. Gördüm ki, Parisin bələdiyyə 
rəisi  Hacının  yanındadır,  söhbət  edirlər.  Dilmanc  da  yanlarında.  Hacı  məni 
downloaded from KitabYurdu.org

49 
 
görəndə dedi ki, bu şəhərin su kəmərinə və qurğulara gedib baxacağam, sən də 
qoşul mənə. Razılaşdım. Bütün günü Parisi hərləndik. 
Bələdiyyə rəisi Raevski də su məsələsində hacının tərəfini saxlayır və 
var qüvvəsilə çalışırdı. Layihə və hazırlıq işləri ləng gedirdi. Qubernatorluq və 
şəhər  bələdiyyə  idarəsi  Peterburqdan,  hökumətdən  kömək  istəyir.  H.  Z. 
Tağıyev  işi  sürətləndirmək  üçün  Quş  Məmməd  Həsəni  Rayevski  ilə  bərabər 
paytaxta,  dövlət  palatasına  yollayır  ki,  Bakı  şəhəri  üçün  5  faizli  istiqraz 
buraxılışını  sürətləndirsin.  Çox  keçmir  ki,  1909-cu  ilin  axırlarında  qərar  çıxır 
ki, su kəməri inşası üçün şəhər bələdiyyə idarəsinə 27 milyon manat beş faizli 
istiqraz  buraxmağa  icazə  verilsin.  Bundan  sonra  layihə  təsdiq  edildi  və  su 
kəməri çəkmək sürətləndi. Hesaba görə kəmər şəhərə gündə üç milyon vedrə su 
verəcəkdi. Neftxudalar su kəmərinin çəkilməsi üçün çox pul vermişdilər. 
Nəhayət, 1916-cı ilin axırlarında Bakı -Şollar su kəməri hazır oldu və 
1917-ci  ilin  yanvarında  bu  iş  sona  çatdı.  Şəhər  camaatının  o  günkü  sevincini 
təsəvvür  etmək  çətin  idi.  Həmin  gün  çoxlu  qoyun,  dəvə,  öküz  qurban  kəsildi, 
məhəllələrdə ehsan məclisləri açıldı. Su fontanları işə düşdü, əhaliyə gündə üç 
dəfə - səhər, günorta və axşamüstü su verildi. 
 
Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə