Məişət zorakılığı haqqında anlayışlar. Təcavüzkar davranış nəzəriyyələri



Yüklə 84,78 Kb.
səhifə1/13
tarix22.03.2022
ölçüsü84,78 Kb.
#54043
  1   2   3   4   5   6   7   8   9   ...   13
Məişət zorakılığı haqqında anlayışlar. Təcavüzkar davranış nəzəriyyələri.


Məişət zorakılığı haqqında anlayışlar.

Təcavüzkar davranış nəzəriyyələri.

Ümumdünya Səhiyyə Təşkilatı “zorakılıq” anlayışına aşağıdakı kimi tərif verir: “zorakılıq” özünə, digər şəxsə, insanlara və ya icmaya qarşı yönəlmiş cismani zədələr, ölüm, psixoloji travma, inkişafın pozulması və ya müxtəlif növ zərərlərlə nəticələnən (yaxud son dərəcə yüksək ehtimalın olması) gerçəkləşmiş və ya təhdid şəklində bilərəkdən fiziki qüvvə və ya hakimiyyətin tətbiq edilməsidir.

“Məişət zorakılığı” anlayışı qurban və təcavüzkarın cinsinə görə müəyyən olunmur. Ailədə təcavüzkar kimi kişi, qadın, böyüklər və uşaqlar da ola bilərlər. Amma məişət zorakılığının daha çox yayılmış forması – kişinin öz gücünü ailənin qadın üzvlərinə, o cümlədən cinsi münasibətdə olduğu qadına qarşı istifadə etməsidir. Məişət zorakılığı istənilən irqdən, yaşdan, cinsi oriyentasiyadan, dindən və ya cinsdən olan hər kəsin başına gələ bilər. Məişət zorakılığı bütün sosial-iqtisadi mənşəli və təhsil səviyyələrindən olan insanlara təsir göstərir. Yaşından, irqindən, cinsindən, cinsi oriyentasiyasından, inancından və ya sinfindən asılı olmayaraq hər kəs məişət zorakılığının qurbanı ola bilər. Məişət zorakılığının qurbanları arasında uşaq və ya digər qohum və ya hər hansı digər ailə üzvü də ola bilər. Məişət zorakılığı adətən tanışlıq və ya ailə münasibətlərində cinsi partnyora qarşı təhqiramiz davranış nümunəsi kimi özünü göstərir, burada zorakılıq edən şəxs qurban üzərində güc və nəzarət edir. Məişət zorakılığı ciddi fiziki xəsarət və ya ölümlə nəticələnə bilər.

22 iyun 2010-cu ildə qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanununda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:



      1. Məişət zorakılığı – yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması;

      2. Məişət zorakılığından zərər çəkmiş şəxs (bundan sonra – zərər çəkmiş şəxs) – bir yerdə yaşadığı ailə üzvünün, yaxın qohumunun, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxsin ona qarşı qəsdən törətdiyi bu Qanunun 1.0.3-1.0.6-cı maddələrində nəzərdə tutulmuş hərəkətlər nəticəsində fiziki və ya mənəvi zərər çəkmiş şəxs;

      3. Məişət zəminində fiziki zorakılıq – bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırması;

      4. Məişət zəminində psixi zorakılıq – bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləri;

      5. Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi – bu Qanunun şamil edildiyi şəxslərin birinin digərini onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaratmasına, belə asılılığı saxlamasına və ya ondan sui-istifadə etməsinə yönəlmiş hərəkətləri;

      6. Məişət zəminində cinsi zorakılıq – bu Qanunun şamil edildiyi şəxslərin birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsi;

      7. Məişət zorakılığının qarşısının alınması – məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlər;

      8. Yardım mərkəzləri – zərər çəkmiş şəxslərə hüquqi, tibbi, psixoloji, sosial və digər yardımın göstərilməsi məqsədi ilə yaradılan dövlət və qeyri-dövlət qurumları;

      9. Mühafizə orderi – məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt.

“Məişət zorakılığının qarşısının alınması haqqında” AR qanunu aşağıdakı şəxslərə şamil edilir:

  • yaxın qohum olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), habelə birgə yaşadığı hallarda digər qohumlara;

  • nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada;

  • qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslərə, habelə üzərində qəyyumluq və ya himayəçilik təyin edilmiş şəxslərə;

  • qanuni nikahda olmadan birgə yaşayan kişi və qadına, habelə onlarla birgə yaşayan yaxın qohumlarına

Zərərçəkmiş və təcavüzkar arasında münasibətlərin xarakterindən asılı olaraq məişət zorakılığı aşağıdakı kimi təsnif edilə bilər:

  • Valideynlər və digər tərbiyəçilər tərəfindən uşaqlara qarşı zorakılıq – uşaq sağlamlığına, onun yaşamasına, inkişafına və ləyaqətinə faktiki zərər vura bilən fiziki və ya emosional davranışın bütün mənfi formalarını, cinsi zorakılığı, qayğısızlığı və etinasızlığı özündə cəmləşdirir.

  • Gender zorakılığı (həyat yoldaşı (partnyor) tərəfindən edilən zorakılıq) – fiziki, cinsi və psixoloji zərər və ya qadınlara əziyyət verən cinsi baxımdan törədilən və eyni zamanda istər ictimai, istərsə də şəxsi həyatda azadlıqdan məhrumetmə təhdidləri kimi zorakılıq aktı deməkdir.

  • Yaşlı qohumlara və ailədə yaşayan ahıl insanlara qarşı zorakılıq – ailədən asılı xəstə olan yaşlı valideynlərə və ya daha yaşlı nəslə qarşı mənəvi, fiziki və cinsi zorakılıq törədilməsi, bununla da onlara emosional travma, fiziki zədə və s. kimi zərərlərin yetirilməsidir.

Məişət zorakılığının geniş yayılmasına səbəb cəmiyyətdə gücün və səlahiyyətin kişinin əlində cəmlənməsi, patriarxal təsəvvürlərin, toksik maskulin davranışların, kişinin qadına tabe olması kimi dini inancların sosial norma sayılmasıdır. Pekin Fəaliyyət Planında da deyildiyi kimi “qadına qarşı şiddət tarixən qadın və kişi arasındakı qeyri-bərabər güc münasibətlərinin təzahür formasıdır ki, bu da kişilərin qadınlar üzərində dominantlığına və qadınların diskriminasiyasına, eləcə də qadınların hərtərəfli inkişafının qarşısının alınmasına gətirib çıxarmışdır”. Məişət zorakılığının cəmiyyətdə ayaq açıb yeriməsinə məhz elə cəmiyyətin bu işdə birbaşa və ya dolayı yolla iştirakı səbəb olur. Məişət zorakılığı qohum-tanışlar, bir məhəllədə yaşayan adamlar, qapı qonşuları kimi cəmiyyətin ailənin əhatəsində olan nümayəndələrinin törədilmiş zorakılığa bəraət qazandırması, günahı hər zaman qurbanda görməsi, ənənəvi olaraq kişilərin dominant və partnyorlarını nəzarətdə saxlamalı olduğu inancı ilə daha da sosial yüklü bir bəlaya çevrilir. Bir çox hallarda qanunla müəyyən edilmiş hallarla şəxsin və ya şəxslərin digərlərinə qarşı sərgilədiyi davranışlar zorakılıq olaraq müəyyənləşdirilsə belə cəmiyyətdə bunlar “normal” kimi qəbul edilir və stereotiplər formalaşır. Zorakılıqla bağlı stereotipləri aşağıdakı kimi qruplaşdırmaq olar:


Yüklə 84,78 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin