MƏMMƏdov qəRİb xəLİlov mahmud


Azərbaycana gələn turistlərin sayı (nəfərlə)



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə67/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
1   ...   63   64   65   66   67   68   69   70   ...   75

Azərbaycana gələn turistlərin sayı (nəfərlə) 

 

Ölkələr 1997 1998  1999  2000 



MDB ölkələri 132151  301287 

427564 


346483 

İran 103724 

139300 

121604 242354 



Türkiyə 28709 

19103 


10390 

20961 


Böyük 

Britaniya 

8636 5197  2281 

ABŞ 4392 



3257 

1763 


Almaniya 3456 3283 1423  -- 

İsrail 8157 

1898 


822 - 

Pakistan 1362 

728 411  6 

Fransa 1235 

609 

348  - 


Hindistan 1097 431  216 

Suriya 405 



208 

94 1 


Kanada 503 

93 90  - 

İtaliya 162 

482 


239 - 

Başqa ölkələr 11841  7287 

34802 

71202 


Cəmi 305830 

483163 


602047 

681000 


 

Qeyd edək ki, respublikamıza gələnlərin içərisində tranzit sərnişinlər,  şəxsi və  işgüzar məqsədlərlə  gələnlər 

üstünlük təşkil edir. 

Cədvəl 19.6. 

 

Azərbaycana gələn və Azərbaycandan xarici ölkələrə təşkil olunmuş şəkildə gedən turistlərin sayı 

 

 1994 



1995 

1996 


1997 

1998 


1999 

Azərbaycana gələn 

turistlərin sayı 

43551 47514 16350  22507  47780  11365 

Azərbaycandan 

gedən turistlərin 

sayı 

35786 68788 74045  100370  83496  51737 



 

- Dəqiq rəqəmlər məlum deyil. 

** Cədvəl 2001-ci ilin aprel ayına qədər fəaliyyət göstərmiş Azərbaycan Respublikasının Nazirlər Kabıııineti 

yanında Xarici Turizm Şurasının statistik məlumatları əsasında tərtib olunmuşdur. 

 

 

 



 

 

 

385


Cədvəl 19.7 

 

Az

ərbaycana g

əl

ən v

ə respublikadan 

xarici ölk

əl

ər

ə ged

ən turi

stl

ərin say

ı v

ə onlar

ın 





r müdd

ətind

ə x

ərcl

ədi

kl

əri m

əbl

əğ

 

 

*

C



ədv

əl – ÜT


T-nin statistikas

ına 


əsa

n t



ərtib olunmu

şdur.


 

- r


əq

əml


ər m

əlum deyil



 

 

 

386


Fəsil XX 

 

BƏŞƏRİYYƏTİN SOSİAL PROBLEMLƏRİNİN  

EKOLOJİ ASPEKTLƏRİ 

 

20.1. Urbanizasiyanın ekoloji aspektləri 

Urbanizasiya və ya şəhərlərin və şəhər əhalisinin çürətlə artması mühüm ümümdünya problemlərindən biri 

sayılır. Bu proses mühüm qlobal dəyişgənlik kateqoriyasına aid edilir. 1966-cı ildə dünyanın şəhər əhalisi 2,64 

mlrd, yaxud ymumi əhali  sayının 46% -ni təşkil edirdi. Dünya əhalisinin ümumi artması fonunda 1990-91 -ci il-

lərdə şəhər əhalisinin artımı ildə 2,5% idisə, kənd əhalisinin il ərzində artımı yalnız 0,8%  olmuşdur. Yer əhalisi 

dəqiqə ərzində 150 adam, hər gün – 220 min, il ərzində isə – 80 milyon adam artır. Dünyanın inkişaf etməkdə 

olan ölkələrinin əhalisinə gün ərzində 150 minə yaxın adam əlavə olunur. 

Demoqrafik partlayışın və urbanizasiyanın səbəbləri ayrı-ayrı ölkələrdə müxtəlif olmuşdur. XVIII əsrin orta-

larından başlayaraq və XIX əsrin  başlanğığına kimi Yer əhalisinin sayının artması hazırda inkişaf etmiş kateqo-

riyasına aid edilən ölkələrdə, yəni ABŞ və Böyük Britaniyada olmuşdur. Lakin XX əsrin ortalarından etibarən 

dünyada əhalinin sayının artmasını inkişaf etməkdə olan ölkələr təyin edir, bunun əsas səbəbi bu ölkələrdə sosial 

inkişafla bağlı olmuşdur. Belə ki, ölüm hadisəsi nisbətən sürətlə aşağı düşmüş, doğum isə əhalinin sağlamlığının 

yüksəlməsilə əlaqədar çoxalmışdır. Bununla yanaşı dünya cəmiyyətinin inkişaf etməkdə olan ölkələrinə hərtə-

rəfli yardım göstərilməsi epidemiyanın azalmasına və bütövlüklə tibbi xidmətin yaxşılaşmasına şərait yaratmış-

dır.  

Hazırda əhalinin yüksək artım tempi Afrika və Mərkəzi Amerikada- ildə 3% -ə yaxın, Cənubi Amerikada – 



2,2%,  Asiyada 1,8% təşkil edir. Milyarddan artıq əhalisi olan Çində isə demoqrafiq siyasətin keçirilməsi nəticə-

sində əhali artımı kəsgin aşağı düşmüşdür. 

Əhalinin artımı digər mühüm proses olan urbanizasiya – əhalinin şəhərlərdə cəmləşməsi və meqalopolisin 

əmələ  gəlməsidir. Urbanizasiya cəmiyyətin inkişafının bütün sahələrində mütərəqqi rol oynayır. Bu prosesdə 

əhalinin artımı üçün müsbət  şərait yaranır, kənd yerlərində yaranan əhali artımı  işçi qüvvəsi kimi şəhərlərdə 

cəmləşir, müxtəlif peşələrə yiyələnərək daha məhsuldar əməklə məşğul olur. Ona görə belə ölkələrdə əhalinin 

ümumi artımı əsasən şəhər əhalisinin hesabına gedir. Belə ölkələrdə urbanizasiya demoqrafik proseslərin tən-

zimləyicisi rolunu oynayır. Ürbanizasiyanın bilavasitə iki əsas səbəbi vardır: 1) Şəhərlərə  kənd yerlərindən, 

həmçinin digər ölkələrdən əhalinin miqrasiyası; 2) Şəhərlərdə doğum hadisəsinin ölümdən çox olması. 

Şəhər əhalisinin sayının yaxın keçmişdə və yaxın gələcəkdə artımı 20.1. saylı cədvəldə göstərilir: 

                                                                                                                    Cədvəl 20.1.  

Şəhər əhalisinin artması 

 

 



Kontinent 

Əhalinin sayı, mln. 

adam 

Şəhər əhalisinin payı, % 



1975 1995 2025  1975  1995  2025 

Afrika 104 250 804  25  34 

54 

Avropa 454  535  598  67 



74 

83 


Ş.və  Mər. 

Amerika 


235 332 508  57 

68 


79 

Cən. 


Amerika 

138 249 406  64 

78 

88 


Asiya 592 1198 

2718 25  35 

55 

Okeaniya 15  20  31 



72 

70 


75 

Dünya 1538 

2584 

5065 38  45 



61 

 

Cəmi 30 il əvvəl 1975-ci ildə  təxminən dünya əhalisinin üçdə biri şəhərlərdə yaşamışdır. 2000-ci ildən 



sonrakı onillikdə dünya əhalisinin yarıdan çoxu şəhərli olacaq, 2025-ci ilə yaxın isə  şəhər  əhalisi dünya 

əhalisinin demək olar ki, üçdə ikisini təşkil edəcəkdir. 



 

387


Hazırda inkişaf etmiş ölkələrdə şəhər əhalisinin sürətlə artımı təxminən yüz il əvvəl qeyd olunmuşdur. Cari 

50 il ərzində isə (1975-2025) bu ölkələrin şəhər əhalisi az artacaq. Lakin şəhər əhalisinin sayının artımının 90%-

ə  qədəri inkişaf etməkdə olan ölkələrin hesabına gedir. Afrika və 

Asiyanın əhalisinin üçdə biri hazırda şəhərlərdə yaşayır, 2025-ci ildə 

bu rəqəm 50%-ə çatacaqdır. 

Şəhər əhalisinin artımı şəhərdən-şəhərə və ölkədən-ölkəyə doğru daha 

güclü gedir. Bu vaxtdan, ən yüksək göstərici (təxminən ildə 5 %) ən kasıb, 

az inkişaf etmiş ölkələr üçün səciyyəvidir. Bəzi ölkələrdə (Birkina-Faso, 

Mozambik, Nepal, Əfqanıstan və b.) şəhər əhalisinin artımı hətta ildə 7%-ə 

çatır. 


İnkişaf etməkdə olan ölkələrdə  əhalinin sayı çox olduğundan 

əhalinin artım göstəricisi (%-lə) az olduqda belə ümumi əhali artımı 

xeyli çox olur. 

 

Øÿêèë20.2. 1400 - 2000-úè èëëÿðäÿ Éåð ÿùàëèñèíèí àðòûìû 

 

Əhalisi 8 milyondan artıq olan meqalopolis 1950-ci ildə dünyada cəmi iki olmuşdur. Nyu-York  - əhalisinin 



sayı 12,3 mln. və London – 8,7 mln. olmuşdur. 1990-cı ildə belə meqalopolislərin sayı 21 olmuşdur, onun 16-sı 

inkişaf etməkdə olan ölkələrin payına düşür, 2025-ci ildə meqalopolisin sayı 33, o cümlədən 27-si inkişaf et-

məkdə olan ölkələrdə olacaqdır. 

Aşağıda 30 ən böyük şəhərlərin siyahısı verilir. 

 

 

Dünyanın ən iri şəhərləri, mln. adamla (1995-ci il) 

 

 

 



Шякил 20.1 Дцнйа демогра-

фик  тенденсийасы  вя  ши-

мал-ъянуб йарымкцрялярин-

й

 

388


1. Tokio (Yaponiya)…….27,0 

2. Mexiko (Meksika)……16,6 

3.San-Paulo (Braziliya)…16,5 

4.Nyu-York (ABŞ) . ……16,3 

5.Bombey(Hindistan)..….15,1 

6.Şanxay (Çin) ………….13,6 

7.Los-Anjeles (ABŞ) ...…12,4 

8.Kalkutta (Hindistan) …11,9 

9. Buenos-Ayres (Argen)..11,8 

10.Seul(Cən.Koreya)……11,6 

11.Pekin (Çin)…………11,3 

12. Osaka. (Yaponiya) ….10,6 

13. Laqos (Nigeriya)……10,3 

14. Rio-de-Janeyro (Braz)10,2 

15. Deli (Hindistan)…….9,9  

 

16. Karaçı (Pakistan)…….. 9,7  



17. Qahirə (Misir)………….9,7 

18. Paris (Fransa)………….9,5 

19. Tyan-Şan (Çin)………..9,4 

20. Manila (Filippin)………9,3 

21. Moskva (Rusiya)……….9,3 

22. Cakarto (İndoneziya)….8,6 

23. Dakka (Banqladeş)…….8,5 

24. İstambul (Türkiyə)……..7,9 

25. London (Böyük Brit.)….7,6 

26. Çikaqo (ABŞ)………..6,8 

27. Tehran (İran)…………6,8 

28. Lima (Peru)…………..6,7 

29. Banqkok (Tayland)…..6,5 

30. Essen (Almaniya) …….6,5 

 

İri şəhərlər və ona bitişik ərazilər böyük antropogen təzyiqlərə məruz qalır. 



Qeyd etmək lazımdır ki, çox iri şəhərlərlə yanaşı, şəhərlərin yığışması (toplanması), yəni konurbasiya baş 

verir.  Məsələn, Yaponiyada Xonsyu adasında şəhər salınması (tikilməsi) praktiki olaraq fasiləsiz Tokiodan Ko-

beyə qədər 500 km-dən artıq məsafədə uzanır və bu şəhərlərlə birlikdə Yaponiyanın ikinci böyük şəhəri Osaku, 

ölkənin iri limanı, mühüm sənaye mərkəzi Naqoya və digər şəhərlər birləşir. ABŞ-ın şərq sahilyanı ərazisində 

konurbasiya böyük zolaq şəklində şəhəpləri birləşdirərək Vaşinqtondan Bostona qədər uzanır, Nyuyorku, Fila-

delfiyanı, Baltimoru  və başqa şəhərləri də birləşdirir. 

Orta ölçülü şəhərlərin çoxu meqalopolislərdən daha tez böyüyərək sürəti ildə 5% -i keçir. 

 

Bəzi aqlomerasiyalar və meqapolislərdə 

əhali artımının dinamikası 

Cədvəl 20.2. 

Meqalopolislər və 

aqlomerasiyalar 

Əhalinin sayı, mln. nəfərlə. 

1950 il 

1985 il 


2000 il 

Tokio-Yokoqata 6,7  17,2 

17,1 

Nyu-York 12,3 



15,3 15,5 

Kalkutta 4,6 

11,0 

16,6 


Sanxay 5,8 

11,8 


13,5 

Böyük Buenos Ayres 

5,3 

10,9 


Mexiko - 

18,1 

26,3 


San-Paulo - 

15,9 


24,0 

Rio-de-Janeyro -  10,4  13,3 

Seul  

10,2 


13,5 

Böyük Bonbey 

10,1 


16,0 

Dehli - 


13,3 


 

Bunun nəticəsində əhalisi 1 mln-dən 10 mln-a çatan olduqca çoxlu şəhərlər meydana çıxır. 2025-ci ilə qədər 

dünyada 516 –ya qədər (1990-cı ildə 270 idi) belə şəhərlər olacaqdır. 

Şəhər ərazilərinin, xüsusən meqalopolislərin antropogen dəyişmə dərəcəsi olduqca yüksəkdir. Şəhərin təbii 

landşaftları çox primitiv olub bura parklar, xiyabanlar, bəzən süni salınmış meşəliklər, dəniz və çay sahilləri da-

xil olur. Sadə və davamsız ekosistemlərdə faunadan yalnız ayrı-ayrı quş və heyvan növləri qalır, insan fəaliyyəti 

tullantılarından parazitlik edən heyvanlar, (siçovul), quşlara (qarğalar) və həşaratlara (tarakanlar-tətbəx böcəklə-

ri) çox rast gəlinir. 

Böyük şəhərlərdə havanın sənaye müəssisələri və nəqliyyat vasitələri və s. ilə çirklənməsi böyük ekoloji prob-

lemlər yaradır. Bu haqda «Atmosfer havası» fəslində ətraflı məlumat verilmişdir. 

Mülayim qurşağın  şəhərlərində praktiki olaraq malyariya (qızdırma) zəstəliyinə rast gəlinmir. Buna səbəb  

buradakı ölkələrin nisbətən varlı və səhiyyəsinin yüksək səviyyədə olmasılə deyil, oranın iqliminin sərinliyi ilə 

bağlı olub malyariya törədiciləri tam inkişaf tsiklini keçirə bilmir. 

Cakarta şəhərinin  təbii şəraiti bir sıra ciddi ekoloji problemləri, o cümlədən suyun keyfiyyət problemini mü-



 

389


əyyənləşdirir. Şəhərin düzən relyefi ilə əlaqədar  kanalizasiya sistemi açıq kollektor şəbəkəsi olub məişət çirkab-

larını toplayır. Belə bir sistem şəhərin əhalisi yarım milyon olan vaxt tikilərkən effektli olmuşdur. Hazırda isə bu 

kanalizasiya sistemi sayı 12 milyona çatan  şəhər əhalisinin həyat fəaliyyətinin məhsullarının tullantılarına ca-

vab verə bilmir. Burada  çirklənmə yalnız yerin səthində deyil, hətta yeraltı sulara keçərək  su təchizatında ciddi 

təhlükə yaradır. Cakartada çirkli sudan istifadə edilməsi nəticəsində baş verən mədə-bağırsaq xəstəlikləri  ilə 

əlaqədar yaşı 5-ə qədər olan uşaqların 20% -nin ölümünə səbəb olmuşdur. 

Səhərlərin əhalisinin  sıxlığı sistemlərə antpogen təsirin əsas dərəcə göstəricisi hesab olunur. Bu təsir şəhərin salındı-

ğı yerdən, adət-ənənədən, nəqliyyat və digər şəraitdən asılı olaraq dəyişir. Şanxay və Kalkuttanın bəzi rayonlarında əhali-

nin sıxlığı hektarda 800-1000 nəfər/ təşkil edir. Bunu varlı ölkələrin mənzil və evlərindəki əhalinin sıxlığı ilə müqayisə et-

mək olar. Banqkoka və Seulda da əhalinin sıxlığı xeyli yüksək olub 300-400 nəfər//ha təşkil edir. ABŞ –ın şəhərlərində isə 

göstərici 70 nəfər//ha  və daha aşağıdır. 

Həm nəhəng aqlomerasiyalar, həm də bir qədər kiçik şəhərlər – «milyonerlər» müxtəlif növ ekoloji fəlakət (bədbəxt-

lik) və gərginlikdir. 

Urbanizasiyanın aspektləri inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə müxtəlifdir. Kasıb ölkələrin şəhərlərinin 

sürətlə (tez) böyüməsi ətraf mühitə kəsgin təzyiq göstərir. Bununla bərabər şəhərin yaşaması onsuz mümkün olmadan 

həyattəminedici sistemlərin hamısı həddən artıq yüklənmiş olur, onların inkişafı əhalinin artımını təmin etməyə çatışmır. 

Bunlara su təchizatı, kanalizasiya, zibilin toplanması və təkrar işlənməsi, elektrik enerjisi təchizatı və s., həmçinin təhsil 

sistemi, tibbi yardım və sosial təminat aiddir. Bunun nəticəsmdə şəhər əhalisinin yaşayışı və sağlamlığına təhlükəli və-

ziyyət yaranır. 

 


 

390


Cədvəl 20.3. 

Dünyanın iri konurbasiyaları 

 

 



Adı və ölkə 

 

Konirbasiya



nın əsas 

şəhərləri 

Konur

basi-


yadakı 

eleme


nt-

lərin 


sayı 

Sahə, 


min 

kv.km. 


- lə 

Əhalis


i, mln. 

nəfər 


Sıxlığı 

nəfər/


kv.km 

Məsaf


ə 

Şimali-


Şərqi, 

ABŞ 


Boston, 

Nyu-York, 

Filadelfiya, 

Baltimor, 

Vaşinqton 

40 170 50  225 

1000 

Gölətrafı, 



ABŞ 

Detroyt, 

Klivlend, 

Pitsburq, 

Çikaqo 

35 160 35  220 



900 

Kaliforniy

a, ABŞ 

San-


Fransisko, 

Los Anjeles, 

San-Diyeqo 

15 100 18  180 

800 

Tokaydo, 



Yaponiya 

Tokio, 


İokoqama, 

Kavasaki, 

Naqoyo, 

Ktoto, 


Osaka, Kobe 

20 70 55 780 

700 

Midlands, 



İngiltərə 

London, 


Birmenqem, 

Mançester, 

Liverpul 

30 60 30 500 

400 

Reyn, 


Almaniya 

Kanştadt, 

Reyn-Pur, 

Pur-Mayn 

30 60 30 500 

500 


 

 

Hər halda hazırda 220 milyon şəhər əhalisi yararlı içməli su mənbəyindən məhrumdur, şəhərlərdə yaşayan 420 mil-



yondan artıq adamın hətta sadə tualeti belə yoxdur. Şəhər zibilinin 30…66%-i yığılmır. Zibillər, xüsusən ən kasıb əhali 

yaşayan zonalarda (məhəllələrdə) toplanıb qalır. Belə zonalar şəhərə bənzəmir, lakin məhz bu ərazilərdə əhalinin böyük 

hissəsi yaşayır, onları yalnız «şərti» olaraq şəhərli saymaq olar. 

İnkişaf etmiş ölkələrdə şəhərlərin mühüm ekoloji problemləri bu və ya digər dərəcədə həll olunmuşdur. Məsələn, bir çox 

şəhərlərdə son onilliklərdə havanın və suyun keyfiyyəti yaxşılaşmışdır. Tokioda 1960-cı illərdə küçə hərəkətini nizamlayan 

polis işçiləri oksigen maskalarından istifadə etmişlər. İndi isə havanın vəziyyəti xeyli yaxşılaşmışdır. 

Şəhər sistemləri xeyli su kütləsini, ərzağı və yanacağı istifadə edərkən, onları dəyişdirərək tullantılara çevirir. (şəkil 20.3.). Bu 

zaman inkişaf etmiş ölkələrin şəhərləri həyattəminedən sistemlərin xidmətindən olduqca yüksək dərəcədə istifadə etməsilə fərqlə-

nir. Nyuyorkun ortastatik bir sakini Bombeyin sakininə nisbətən üç dəfə çox su qəbul edir və səkkiz dəfə artıq zibil «istehsal» 

edir. Hətta bir şəhərin müxtəlif rayonları daxilində  əhalinin yaşayış səviyyəsindən asılı olaraq şəhərlərin həyattəminedici sistemlə-

rindən istifadə xidmətinin səviyyəsi də müxtəlif olur. 

 


 

391


Şək. 20.3. 1 milyonluq şəhərin metdolizmi sxemi (sutka ərzində) 

(Q.V. Stadniski və A.İ.Rodionova görə). 

 

İnkişaf etmiş ölkələrin ekoloji vəziyyətinin bir qədər yaxşılaşması onların sakinləri üçün əlverişlidir. Bununla belə 



bu şəhərlər kontinent və ya bütün dünya səviyyəsində ekosferin vəziyyətinə əlverişsiz təsir göstərir. İnkişaf etmiş öl-

kələrin bir nəfərinə düşən təbii resursların istifadəsi və parnik qazlarının emissiyası inkişaf etməkdə olan ölkələrin ka-

sıb şəhərləri üçün bu göstəricini xeyli ötüb keçir, son nəticədə isə inkişaf etmiş ölkələrin sakinləri qlobal ekoloji prob-

lemlərin güclənməsinə olduqca nəzərə çarpan təsir göstərir. 

Şəhərlərin ekoloji problemləri ətraf ərazilərin antropogen transformasiyasına böyük təsir göstərir. Bunun şəraiti  

və səbəbləri müxtəlif ola bilər. Məsələn, Afrikanın ayrı-ayrı ölkələrinin əhalisinin 90%-i hələ də yeməyi odunla hazır-

layır, ona görə də iri şəhərlərin 50-80 km radiusunda yararlı meşə sərvətləri deqradasiyaya uğramışdır. Odunun çatış-

mazlığı üzündən çox kasıb ailələr gündə yalnız bir dəfə isti yemək hazırlaya bilir. 

Sənaye müəssisələrinin və ya energetikanın fəaliyyəti nəticəsində havanın yüksək dərəcədə çirkləndiyi zonalarda 

şəhərlər ətrafında on kilometrlərlə məsafədə və ya hakim küləklər istiqaməti boyu bitki örtüyü transformasiyaya 

uğramış və ya tamamilə məhv edilmişdir. Mədən-metallurgiya mərkəzi olan Norilski şəhəri və onun ətrafında sənaye 

müəssisələrindən 100 km məsafədə təbii bitki örtüyü praktiki olaraq məhv edilmişdir. 

Çaylar üzərində yerləşən bütün iri şəhərlər bu çayların çirklənməsinə səbəb olaraq çay axını boyu neçə kilometr-

lərlə məsafədə suda həyatın tamamilə məhv olmasına səbəb olur. Tropik ölkələrdə iri şəhərləri kəsib keçən çaylarda 

patogen bakteriyaların qatılığı dəfələrlə yüksək olur. 

Dünyanın yüzlərlə iri şəhərləri və minlərlə bir qədər kiçik şəhərləri ətraf mühitin vəziyyətinin lokal pisləşməsinə 

səbəb olur. Bütövlükdə onlar qlobal vəziyyətə nəzərə çarpacaq dərəcədə təsir göstərir. 

Əhalinin artımı Yerin təbii sistemlərinə antropogen təzyiqi artırır. Daim artmaqda olan əhalini ərzaqla təmin et-

mək üçün məhsul istehsalını artırmaq tələb olunur, bunun üçün kənd təsərrüfatı istehsalına yeni (xam) torpaqlar daxil 

etmək, yaxüd mövcud torpaqları hədsiz istismar etmək lazımdır, bu isə torpaqların eroziyasına, səhralaşmasına və 

çirklənməsinə (toksifikasiyasına) səbəb olur. 

Dünyada sənaye istehsalı da durmadan yüksəlir və əhali tərəfindən onun məhsullarından istifadənin miqyası da ar-

tır. Bu isə təsərrüfat dövriyyəsinə daha çox yanacaq, enerji, xammal və geosferin digər resurslarını daxil etməyi tələb 

edir. Ətraf mühitə atılan antropogen fəaliyyətin tullantılarının həcmi də artır. Əhalinin sayı artdıqca su və maye tul-

lantıların miqdarı çoxalır, bu isə ya ətraf mühiti çirkləndirir, yaxud da lazımi texnoloji tədbirlər və əlavə investisiya 

tələb edir. 

Sosial-iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq əhəli sayının artımını azaltmaq bütün ölkələrin mühüm vəzi-

fəsi sayılır. Lakin bu zaman müxtəlif ölkələrdə adət-ənənə, dini qadağalar və əhalinin bu problemə olan münasibəti 

nəzərə alınmalıdır. Bu məsələnin aktuallığı və onun həyata keçirilməsinə demoqrafik problemlərə həsr olunmuş bey-

nəlxalq forumlarda baxılmışdır. Orada qeyd olunmuşdur ki, demoqrafik problemin həlli dayanaqlı inkişafın milli stra-

tegiyasının bir hissəsi olmalıdır və bütün ölkələr demoqrafik proqramlar işləyib hazırlamalıdır. 

 

20.2. Azərbaycan respublikasında urbanizasiyanın vəziyyəti 



Bu bölmə N.H.Əyyubovun (1999) materiallarına əsaslanaraq yazılmışdır. 

Azərbaycan Respublikasında əhalinin 53%-i şəhərlərdə yaşayır. Şəhər əhalisinin xüsusi çəkisinə görə Azər-

baycan RSFSR, Estoniya, Latviya, Ermənistan, Litva, Ukrayna, Belorusiya respublikalarından sonra keçmiş itti-

faq respublikaları arasında 8-ci yeri tuturdu. Şəhər  əhalisinin miqdarca sürətlə artmasına baxmayaraq, artım 

tempi ittifaq göstəricisindən həmişə geri qalırdı. Əgər 1939-1959-cu illərdə Azərbaycanın ümumi əhalisi içəri-

sində şəhər əhalisinin xüsusi çəkisi 12%, 1959-1970-ci illərdə 2%, 1970-1979-cu illərdə 3%, 1979-1989-cu il-

lərdə cəmi 1% çoxalmışsa, ittifaq üzrə bu göstərici müvafiq olaraq 16%, 8%, 6% və 3,3% olmuşdu. Ümumiy-

yətlə, 1939-cu ildən 1989-cu ilə kimi Azərbaycanda şəhər əhalisi 3,3 dəfə artdığı halda, keçmiş SSRİ-də 3,1 də-

fə artmışdı. Lakin bu müddətdə Azərbaycanda ümumi əhali artımı 2,2 dəfə, əhalisinin ittifaq üzrə ümumi artım-

dan 2,4 dəfədən (50%) çox olduğu üçün, respublikada şəhər əhalisinin xüsusi çəkisinin artım tempi orta ittifaq 



 

392


səviyyəsindən geri qalmışdı. Son məlumatların təhlili göstərir ki, belə bir vəziyyət hazırda da davam etməkdə-

dir. Azərbaycan Respublikasında şəhər əhalisinin xüsusi çəkisinin keçmiş ittifaq üzrə orta inkişaf tempindən və 

mövcud səviyyəsindən geri qalması burada şəhər əmələgətirici təsərrüfat sahələrinin zəif inkişaf etdirilməsi ilə 

izah olunur. 

Tədqiqatlar göstərir ki, yaranmış şəhər və şəhər tipli yaşayış məntəqələrinin 80%-i bilavasitə sənayenin və 

nəqliyyatın inkişafı ilə bağlıdır. Əgər keçmiş ittifaqın dağılması ərəfəsində sənaye və tikintidə çalışan əhali xalq 

təsərrüfatında işləyən əhalinin 39%-ə qədər idisə, Azərbaycanda bu rəqəm 26,1% olmuşdur. 

1   ...   63   64   65   66   67   68   69   70   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə