Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Kitabxana –Biblioqrafiya proseslərinin
Avtomatlaşdırılması Şöbəsi.
“31 –mart Azərbaycanlıların soyqırımı günüdür”
(Biblioqrafik yaddaş)
Mərkəzləşdirilmiş Kitabxana Sistemi. 2013
Tərtib etdi: Alıyeva Ə.
«31 mart Azərbaycanlıların soyqırımı günüdür».
Son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız çox böyük itkilər vermişdir. Ötən əsrdə dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım və deportasiya siyasəti bu gün özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə büruzə verir, həm də onu göstərir ki, ermənilərin xalqımıza olan tarixi münasibəti dəyişməyib. Ancaq Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyi və real beynəlxalq vəziyyət ötən əsrdən təmamilə fərqli olduğuna görə yəqin ki, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli, erməni işğalçılarının torpaqlarımızdan çıxrılması, daşnak ideyalarının davamçılarının yerində oturdulması mümkün olacaqdır.
1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür. Onların çoxunun meyidləri tapılmamışdır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyidləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər.
Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdu. 1918-ci ildə erməni bandaları insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi foto şəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir.
Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmişdir.
Qədim Azərbaycan şəhəri Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət materiallar toplanıb. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdu, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq Cümə məscidi yandırılmışdı. Erməni quldurları minlərlə dinc adamı qətlə yetirmişdir. Şamaxı qəzasının 53 kəndində ermənilər 8077 azərbaycanlını qətlə yetirmişdilər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,8 milyon manat olmuşdur.
Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın törətmişlər. Qubaya hücum edənlər içərisində özünü bolşevik kimi qələmə verən və 2 min əsgərə başçılıq edən David Kelovandilidən başqa, bolşevik Stiquada olmuşdu. Onun dəstəsində min əsgər olub.
Ermənilərin vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində üst-üstə 16 mindən çox insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü öldürülmüşdü. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir.
Erməni cəlladları «Böyük Ermənistan» yaratmaq üçün ilk növbədə Qərbi Azərbaycandakı müsəlman əhalisini buradan çıxarmağa və bu məkrli planın reallaşmasına çalışırdılar. Təkcə aprelin sonunda bu ərazidə dağıdılmış müsəlman kəndlərinin sayı 199-a çatırdı.
1918-ci ilin mart hadisələrinin təşkilatçısı və icraçısı erməni millətçiləri, Daşnaksütun partiyası və onun terrorçu birləşmələri və eləcə də əksəriyyəti erməni və slavyan millətlərinin mümayəndələrindən təşkil olunmuş Bakı Komunasının bolşevikləri idi. Bakıda yaşayan ermənilər 1918-ci ilin əvvəlində Cənubi Qafqaz cəbhəsindən çıxarılmış rus əsgərlərinin silah və sursatları ilə təchiz olunmuşdur. Martın 30-da qırğının həyata keçməsinə rəhbərlik etmək üçün başda bolşevik-daşnak, Şamiyan olmaqla Bakı Soveti yanında İnqilabi Mudafiə Komitəsi yaradıldı. Həmin gün saat 17:00-da döyüşlər başladı. Mart hadisələri mahiyyət etibarilə əsil soyqırım idi. Xəzər hərbi donanmasının topları müsəlmanlar yaşayan məhələlləri şiddətli top atəşinə tutdular. Martın 31-də erməni başkəsənləri “Kərpicxana” “Məmmədli”və “Zibildərə”məhəllərində yaşayan azərbaycanlıları tamamilə məhv etdilər. Heç kimin qaçmasına yol verməmək üçün bolçeviklər “müsavatçıları məhv etmək” pərdəsi altında Bakı Limanını ələ keçirmiş, İçəri Şəhəri mühasirəyə almışlar. Aprelin 1- də erməni əsgərləri binaya daxil olaraq dəhşətli qırğınlar törətdilər. 3 gün ərzində təkcə Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. Erməni bolşeviklər bununla kifayətlənmədilər. Quba qəzasının 122 kəndini dağıtmış, yandırmış təxminən 2000 nəfəri vəhşicəsinə qətlə yetirilmişdir. Atarbekovun və Lalayansin erməni hərbi hissələri Şamaxı qəzasında 8000 nəfəri qətlə yetirmişdir ki, onların 1653 nəfəri qadın, 965 nəfəri uşaq olmuşdur. Lalayansın göstərişi ilə kəndlərin birində qadınlar məscidə doldurularaq yandırılmışdır. Burada cəmi 58 kənd yandırılmışdır. Mikoyanın başçılıq etdiyi dəstələr isə sonradan Şamaxıya soxularaq burada 20 kəndi dağıtmışlar. Baloğlan kəndində isə 535 nəfər (250 kişi, 150 qadın, 135 uşaq) öldürülmüş, 69 nəfər yaralanmışdır. Navahi kəndində 1050 nəfər öldurulmuş və yaralanmışdır. Belə kədərli rəqəmli daha çox sadalamaq mümükündür. Soyqırım 1918-ci il sentyabırın ortalarına qədər davam etmişdir. Bu soyqırımda 600 minə yaxın azərbaycanlı vəhşi erməni millətçiliyinin qurbanı olmuşdur.
Yalnız Azərbaycan Xalq Cumhuruyyətinin yaradılması və Qardaş Osmanlı Dovlətinin Qafqaz İslam Orvdusunun köməyə gəlməsi nəticəsində bu qanlı faciələrə son qoyuldu. AXC hökuməti mart soyqırım hadisələrini təhqiq etmək üçün Təhqiqat Komissiyası yaradılmışdır. Lakin cumhuriyyətin süqutu bu işi çatdırmağa imkan vermədi. Yalnız Azərbaycan öz müstəqilliyini bərpa ettikdən sonra soyqırım hadisəsi haqqında real tarixi faktlar ictimaiyyətə açıqlandı.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə mərhum prezident Heydər Əliyevin 27 mart 1998-ci il «31 mart Azərbaycanlıların Soyqırımı haqqında» fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırım günü elan edilmişdir.
Fərmanda deyilir: «Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə qərara alıram:
1. 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edilsin.
2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi məsələsinə baxılsın.»
Xalqımıza qarşı 1918-ci ildə törədilən mart soyqırımı kimi faciəli bir tariximizin sovet tarixşünaslığında saxtalaşdırılması və ört-basdır edilməsini təkcə tarixi bir anın unudulması kimi qəbul etmək olmaz. Mart hadisələrinin saxtalaşdırılması xalqımıza qarşı tarixən düşmən münasibət bəsləyən erməni xislətinin gizlədilməsi oldu. Bu isə özlüyündə XX əsr tariximizdə yeni-yeni canlı səhifələrin açılmasına gətirib çıxarmışdır.
1998-ci ildən bəri respublikamızda 31 mart hər il Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. Bu hadisələri, onların dərslərini unutmağa haqqımız yoxdur. »Azərbaycan xalqı 1918-ci ilin mart-aprel aylarında dinc əhalinin qanlı soyqırım hadisələrin heç vaxt unutmayacaq.
Avropa Azərbaycanlıları Konqresi 31 mart-
Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bəyanat yayıb.
Sənəd Avropa Parlamentinin İnsan Hüquqıarı Departamentinin rəhbəri xanım Barbara Loxbilerə, Alman Bundestaqının prezidenti, doktor Norbert Lammertə, Avropa və Almaniyanın siyasi- ictimai dairələrinə ünvanlanıb. Bəyanatda deyilir ki, 1918-ci il martın 31-də erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımından 95 il ötür. 1918-ci il mart-aprel aylarında baş verən kütləvi qırğın zamanı silahlı erməni dəstələri dinc əhalini amansızcasına qətlə yetirib. Bəyanatda həmçinin 1992- ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Azərbaycanın Xocalı şəhərinə hücum edərək günahsız dinc əhaliyə amansızcasına divan tutduqları və onların vəhşiliyi nəticəsində 613 nəfərin şəhid, 487 nəfərin əlil olduğu, 1275 nəfər dinc sakinin –qocalar, uşaqlar və qadınların girov götürülərək ağılasığılmaz zülmə və təhqirlərə məruz qaldığı da vurğulanıb.
Avropa Azərbaycanlıları Konqresi Avropanın digər nüfuzlu beynəlxalq təşkilatlarına da müraciət edərək Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə, soyqırımını dövlət siyasətinin tərkib hissəsinə çevirmiş Ermənistana qarşı sanksiyalar tətbiq etməyə, Azərbaycanın ərazi bütövlüyünün , qaçqçn və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpasına biganə yanaşmamağa çağırıb.
Ombudsman 31mart –Azərbaycanlıların Soyqırımı Günü
ilə əlaqədar bəyanat yaymışdır.
Bəyanat BMT –nin baş katibi, onun müavini, təşkilatın insan hüquqları üzrə ali komissarı, Avropa komissiyası, Avropa Şurası, ATƏT, Beynəlxalq və Avropa Ombudsmanlar İnsititutu, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycanın xarici ölkələrdəki, xarici dövlətlərin respublikamızdakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatına ünvanlanmışdır.
Bəyanatda vurğulanmışdır ki, beynəlxalq hüquqa görə, soyqırımın ən ağır beynəlxalq cinayət olmaqla, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn təcavüz, insan əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi cinayyətlər qrupuna aid edilir. Soyqirımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya ilə müəyyən olmuşdur. İnsanlıq
əleyhinə cinayyətin tərkib hissəsini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidi. Bu günlərdə ABŞ-in Nyu- Cersi ştatının Dövlət Assembleyası 31 mart-Azərbaycanlıların soyqırımının 95 illiyi ilə bağlı qətnamə qəbul etmişdir.
Bəyanatda qeyd olunmuşdur ki, beynəlxalq təşkilatlar, Beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun olaraq, Ermənistanı ərazi iddialarından əl çəkərək münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddüalarını yerinə yetirməlidir. Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa edilərək onlar öz doğma yurdlarına qayıtmalı, əsir və girovlar azad olunmalıdır.
31 MART SOYQIRım HADİSƏLƏRİNİN ANIM GÜNÜ
İLƏ ƏLAQƏDAR KİTABXANALARIN QARŞISINDA
DURAN VƏZİFƏLƏR
Xalqımızın tarixinin ağrılı və unudulmaz səhifələrindən biri olan 31 mart Azərbaycanlıların soyqırımı günüdür. Bu il ağır dəhşətli faciənin 95 ili qeyd olunur. Bu qanlı faciənin anım günü ilə əlaqədar olaraq kitabxanaların üzərinə böyük işlər düşür. Bu münasibətlə xüsusi tədbirlər planı hazırlanmışdır və rəhbər orqanlarda təsdiq edilmişdir. Bununla yanaşı, respublika, şəhər, rayon kitabxanaları, o cümlədən, onların kənd filialları soyqırımla əlaqədar olaraq çap olunmuş ədəbiyyatı düzgün komplektləşdirməli, kataloq və kartotekalarda xüsusi rubrikalar açmalıdırlar və nəşr olunmuş materialları vaxtaşırı orada əks etdirməlidirlər.
Kitabxanaların əməkdaşları nəzərə almalıdırlar ki, 31 mart Azərbaycanlıların soyqırımı günü tariximizin qanlı səhifələrindən biridir. Elə buna görə də kitabxanalar müasir oxucuları və geniş ictimaiyyəti tanış etmək üçün müxtəlif kütləvi tədbirlərdən, əyani və şifahi təbliğat formalarından, foto-sərgi və kitab sərgilərindən, məruzələrdən, və s. bu kimi ənənəvi formalardan önəmli şəkildə istifadə etməlidirlər. Sərgi təşkil edilən zaman 31 mart soyqırımına aid olan kitablardan və dövrü mətbuatda çap olunan qəzet və jurnallardan istifadə etmək lazımdır. Qubadlı MKS-də bu tədbirlərin hamısına əməl olunmuşdur. Kitabxanada olan vəsaitlərdən”31 mart Azərbaycanlıların soyqırımı günüdür” adlı biblioqrafik yaddaş hazırlanmışdır.
Soyqırıma aid istifadə olunan ədəbiyyatlar:
Seyfəddin Qəniyev. 1918 ci il Şamaxı Soyqırımı. Bakı.”Nurlan” 2002.
Qulu Kənkərli. Erməni Lobbisi...Azərbaycan Faciəsi.Bakı.;Yazıçı 1992.
Nazim Qəhrəmanov. 1 Dünya Müharibəsində Qafqaz Cəbhəsində Erməni Amili. Bakı.2008.
Eldar İsmayılov. Ermənistan Türklərinin 1998 –ci il Soyqırımı. Bakı 1995.
Ramiz Mehdiyev. Azərbaycanlılara Qarşı Soyqırım gerçəklikləri. Bakı 2000.
Didərginlər. Bakı. Gənclik.1990.
İnqilab Xan Rəvan , Hacı Əliağa Cəfərli Xocalı Faciəsi roman. Bakı. “Çıraq”.2003.
Aslan Quliyev.Xocavənd Şəhidləri Bakı.Azərnəşr, 2006.
Tofiq Şirinov .Qarabağda Qan İzləri. Dram əsərləri. Bakı.”Nərgiz”2007.
Ziyəddin Sultanov.Qarabağ Gündəliyi. Bakı. Yazıçı 1991.
Azərbaycan harayı şeirlər poemalar. Bakı 2002.
Aslan Q uluyev. Xocavənd Şəhidləri. Bakı,Azərnəşr, 2006. 288səh.
Soyqrım günü ilə bağlı qəzet və jurnalda çap olunan məqalələr.
31 mart Azərbaycanlıların soyqrım günüdür. Iki əsr davam edən genosid.- Mədəni-marif- 4. 2007-ci il, səh5.
31 mart-Azərbaycanlıların soyqırımı günüdür. Dünyanı sarsıdan faciələr. - Azərbaycan qəzeti, 1 aprel, 2009-cu il.
Kiyevdə akademik Ramiz Mehdiyevin Ukrayna dilində çapdan çıxmış Azərbaycanlıların soyqrımının reallıqları kitabının təqdimatı olmuşdur.- Xalq Qəzeti, 24 yanvar, 2010-cu il.
31 mart Azərbaycanlıların soyqrımı günüdür. Soyqrım insanlıq əleyhinə cinayətlərin ən təhlükəsisidir. –Respublika qəzeti,- 30 mart, 2012-ci il.
Beynəlxalq Soyqrımı və kütləvi qırğınları Araşdırma Fondunun nümayəndələrinə Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı Soyqrımı haqqında məlumat verilmişdir.- Respublika qəzeti,-
12 sentyabr, 2012 –ci il.
Ombusman 31 Mart Azərbaycanlıların soyqrımı günü ilə
əlaqədar bəyanat yaymışdır.- Azərbaycan qəzeti, 30 mart, 2012 -ci il
Azərbaycanlıların soyqrımı siyasi-hüquqi qiyməti ilk dəfə Heydər Əliyev verdi.- Azərbaycan qəzeti, -29 mart, 2012-ci il.
“Azərbaycanlıların soyqrımı tarixin qanlı salnaməsi”.-Yeni Azərbaycan qəzeti,-30 mart, 2012-ci il.
Ataxan Paşayev. Zəngəzur və Qarabağda azərbaycanlılara qarşı soyqırımı.- Respublika qəzeti,-31 mart, 2013-cü il-№065. səh3.
Avropa Azərbaycanlıları Konqresi 31 mart- Azərbaycanlıların soyqirimi günü ilə əlaqədar bəyanat yayıb.-Yeni Azərbaycan qəzeti,-30mart, 2013-cü il. səh2.
Ombusman 31 Mart Azərbaycanlıların soyqrımı günü ilə
əlaqədar bəyanat yaymışdır.-Yeni Azərbaycan qəzeti,- 30 mart, 2013 -ci il. səh 2.
“Cənubi Qafqaz.1903-cü il” xəritəsi tarixi həqiqətlərə işıq salır.- Yeni Azərbaycan qəzeti,- 29 mart, 2013-cü il. səh7.
Dostları ilə paylaş: |