MÖVZU 1
Mülki hüquq vƏ
xüsusi hüquq
§ 1. Mülki hüquq xüsusi hüququn bir sahə
si kimi
1. «Mülki hüquq» termininin tarixi mə
nbə
yi
Bir çox qabaqcıl və inkişaf etmiş ölkələrin (Almaniyanın, Fransanın, Italiyanın, Yaponiyanın, ABŞ-ın və s.)
daxili milli hüquq sistemləri ayrı-ayrı hüquq sahələrindən — konstitusiya hüququndan; cinayət hüququndan;
ə
mək hüququndan; inzibati hüquqdan və s. ibarətdir. Bu hüquq sahələrindən biri mülki hüquq adlanır. Mülki
hüquq hər bir ölkənin dövlətdaxili milli hüquq sisteminin ən geniş, əsas və başlıca sahələrindən biri hesab olu-
nur.
Hər bir hüquq sahəsi ictimai münasibətlərin müəyyən bir sferasını tənzimləyir. Bəs mülki hüquq nəyi nizama
salır? Hansı növ ictimai münasibətlər onun nizamasalma predmetinə daxildir? Hər gün insanlar özlərinə maüa-
zadan, dükandan və bazardan ərzaq məhsulları, geyim şeyləri, ev avadanlıqları, məişət predmetləri və s. alırlar.
Bu kimi hallarda alqı-satqı münasibətləri yaranır. Bakı şəhərində tikinti təşkilatları bizim gözlərimiz önündə hər
gün bir-birindən yaraşıqlı və uca binalar tikir. Tikinti təşkilatları ilə həmin binaların tikilməsini sifariş edən
şə
xslər arasında münasibətlər podrat münasibəti adlanır. Hər gün işzilər (həkimlər, mühəndislər və s.), müəllim-
lər və tələbələr müxtəlif ictimai nəqliyyat vasitələrindən istifadə etməklə iş yerlərinə, ali təhsil müəssisələrinə
gəlirlər. Belə halda sərnişinlərlə ictimai nəqliyyat vasitələri arasında daşıma münasibətləri əmələ gəlir. ßdliyyə
orqanlarında öz nizamnaməsini dövlət qeydiyyatından kezirən və sahibkarlıq fəaliyyəti ilə məşüul olmaq niyyə-
tində olan müəssisə (firma) kommersiya bankında hesablaşma hesabı azır. Müştəri (müəssisə) ilə bank arasında
ictimai münasibət meydana gəlir. Universitetə dərsə gələn tələbələr paltolarını saxlamaq üçün qarderoba verir-
lər. Bu cür halda saxlama (saxlanc) münasibətləri göz qabaüındadır. Kəndli (fermer) təsərrüfatı sahibkarlıq fəa-
liyyətini həyata kezirmək üçün kredit təşkilatından kredit alır. Belə halda kredit münasibətləri yaranır. Vətəndaş
öz yaşayış evini yanüından sıüortalamaq üçün sıüorta təşkilatı ilə əlaqəyə girir. Göstərilən hal isə sıüorta müna-
sibətinin əmələ gəlməsinə dəlalət edir. Ata ölür və onun əmlakı vərəsələrə kezir. Bununla vərəsəlik münasibəti
yaranır. Bax, bütün bu və digər münasibətlər mülki hüquqla tənzimlənir və nizama salınır.
Müasir xarici ölkələrin (məsələn, Almaniyanın, Fransanın, Italiyanın, Hollandiyanın, Ispaniyanın və s.) milli