|
Microsoft Word Royan Institut docx
A
SO
Qa
etm
So
1.
2.
3.
So
1.
2.
3.
4.
5.
6.
So
1.
2.
3.
4.
•
Ünvan
Inşaat
•
ATS-in
•
“ İran
•
Tel: 4
•
Mobil
•
Email
Azərbayca
•
Qadın
•
Labo
•
Xəstə
ONSUZLUQ
adın ilə kişin
mədən qadın
onsuzluğun
33% qadınl
33% kişilər
33% Ya hər
onsuzluğun
Azoosperm
Yumurtahü
Uşaqlıq bo
Vaginal pro
Uşaqlığın p
Endometrio
onsuzluğun
Kişi və qad
Konservati
İ.U.İ (İnter
İ.V.F.(İn Vi
n: Bakı şəhr
tçılar M.
n yaxınlığın
n klinikası”
349804
le: 050-582-
l: Baku@roy
anda olan
şəhərin
n və kişi s
orator və k
əliyə aid m
Q NƏDİR ?
nin 1 il və d
nın hamilə q
3 səbəbi va
lardan asılı
rdən asılıdır
r ikisindən,
səbəbləri ?
iya.
üceyrənin ye
rularının ba
oblemlər.
problemləri
ozlar.
müalicə yo
dının maarif
v müalicə.
r Uterine İns
Vitro Fertiiza
Roy
ri
nda
-82-15
oyaninstitute
xəstələr ö
ndəki şöbə
sonsuzluğ
klinik mü
məsləhət v
“Təbiəti
?
daha artıq v
qalmamasın
ar:
ıdır.
r.
ya da namə
?
etişməsinin p
ağlanması.
i.
olları?
fləndirilməs
semination)
ation)-Uşaq
yan Ins
e.org
öz problem
əsinə,Dr.M
ğunun müa
ayinələr
ə dərman
in də bəz
vaxt ərzində
na sonsuzlu
əlum səbəbl
problemləri
si.
)- Uşaqlıqda
qlıqdan kəna
stitut-B
mlərini yox
Məcid Kav
alicəsi
lar
zən kömə
ə bir yerdə y
uq deyilir.
lərdən asılıd
i.
axili mayala
ar mayalanm
Baki fi
xlamaq üç
vəyə müra
əyə ehtiy
yaşaması nə
dır.
anma.
ma.
filialı
çun ROYA
aciət edə b
yacı var”
əticəsində ko
AN İnstitut
bilərlər
:
”
ontraseptiv
tunun Bak
qəbul
kı
5. İ.C.S.İ (İntra Cytoplazmic Sperm İnjection)-Spermanın yumurta hüceyrənin sitoplazmasına yeridilməsi
yolu ilə mayalanma.
Sonsuzluğun səbəbini aydınlaşdırmaq üçün həm qadın, həm kişi müayinədən keçməli, müxtəlif analizlər
aparılmalı, USM (Ultrasəs müayinəsi) olunmalıdır.
Səbəb aşkar olunduqdan sonra sonsuzluq ya dərman müalicəsi ilə aradan götürülə bilər, ya da
Uşaqlıqdaxili və Uşaqlıqdan kənar mayalanma aparılmaldır
SONSUZLUĞU MÜALİCƏ ETMƏK ÜÇÜN XƏSTƏ SƏBİRLİ OLMALI , BÜTÜN MƏSLƏHƏTLƏRƏ
RİAYƏT ETMƏLİ, DƏRMANLARI VAXTLI-VAXTINDA QƏBUL ETMƏLİDİR!
Royan Institut
“Sonsuzluq və Elmi Tedqiqat Mərkəzi”
İlk dəfə 1978-cı ildə İngiltərədə Uşaqlıqdan kənar mayalanma aparılıb və oğlan uşağı dünyaya gəlib.
İranda da 15 ildir ki, bu işlə məşğul olan
Royan
Süni Mayalanma və
Tədqiqat İnstitutu fəaliyyət göstərir.
Royan
İnstitutu Tehranda fəaliyyət göstərməsinə baxmayaraq dünyanın bir çox ölkələrindən
Ərəbistandan, Türkiyədən, Azərbaycandan xəstələr gəlir. 2004-2005-ci illərdə Azərbaycandan 120-a
qədər xəstə müraciət edib.
Sonsuzluğun müalicəsi 1ay və daha çox çəkdiyinə və Azərbaycandan olan xəstələrin İranda uzun müddət
qalmağı çətin olduğuna görə
Royan İnstitutunun bir nümayindəliyinin Bakıda açılması nəzərdə tutulur.
Xəstələr lazım olan müayinələrdən burada keçsinlər, konservativ (dərman) müalicə qəbul etsinlər.Amma
bəzi avadanlıqları Bakıya gətirmək hələ də mümkün olmadığına görə xəstələr əgər ehtiyac olarsa əlavə
müayinə və müalicə üçün İrana və ya digər ölkəyə gedə bilsinlər.
ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) müəyyən edib ki, dünyada 10-15% ailələr sonsuzluqdan əziyyət
çəkirlər. Bu ailələrin 50%-i konservativ müalicə (dərman müalicəsi, psixoloji təsir, qadın və kişinn
maariflənməsi ) ilə sağala bilirlər. Digər 50%-inə isə suni mayalanma üsulu tətbiq olunur. Süni
mayalanma 3 üsulla aparıla bilər:
1.İ.U.İ (İnter Uterine İnsemination)Uşaqlıqdaxili mayalanma.
2.İ.V.F.(İn Vitro Fertiization)Uşaqlıqdn kənar mayalanma (UKM).
3.İ.C.S.İ (İntra Cytoplazmic Sperm İnjection) Spermanın yumurta hüceyrənin sitoplazmasına yeridilməsi
yolu ilə mayalanma.
Uşaqlıqdn kənar mayalanmanın hansı üsulla aparılmasını aydınlaşdirmaq üçün həm də qadın həm kişi
müxtəlif müayinələrdən keçməlidir.
Süni mayalanma üsulunda əsas müvəffəqiyət xəstənin səbrindən və həkimin verdiyi bütün məsləhətlərə
(dərmanların düzgün və vaxtında qəbul edilməsi) riayət etməyindən asılıdır.
İ. İ.U.İ (İnter Uterine İnsemination)
Uşaqlıqdaxili mayalanma.
Bu metod qadınlarda bir xəstəlik yoxdursa və problem ancaq kişilərdə və ya kişilərdə problem yoxdursa
ancaq qadınlarda problem olarsa (immunoloji və ya psixoloji) istifadə olunur.
Bu metodun aparılması belədir: Kişidən sperma götürülür, laboratoriyada hazırlanır və kateter ilə
qadının uşaqlığının içinə yeridilir.
Bu metoddan yalnız üç dəfə istifadə etmək olar. Əgər bu metod bir nəticə verməzsə, onda İ.V.F. (İn Vitro
Fertilization) metodundan istifadə edilir.
İ.V.F. (İn Vitro Fertilization)
Uşaqlıqdan kənar mayalanma (U.K.M).
Bu metod əgər qadının uşaqlıq borularında və ya yumurtalıqlarında bir problem olarsa və yaxud kişidə
sperma sayının azlığı, hərəkətinin zəyifliyi olarsa, yada İ.U.İ. metodundan 3 dəfə istifadə olunubsa və
nəticə alınmayıbsa istifadə olunur.
Bu metodunun aparılması belədir: Kişidən sperma götürülür, sonra qadının narkoz altında
yumurtalıqdan yetişmiş yumurtahuceyrə götürülür və hər ikisi laboratoriya üsulları ilə birləşdirilir,
mayalandırılır və nəticəsində embrion alınır. Embrion alındıqdan sonra o qadın uşaqlığına yerləşdirilir.
İ.V.F. metodundan istifadədən əvvəl qadın hormonlarla hazırlanmalıdır, çunki bu hormonların təsiri
altında yumurtalıqlar daha da yaxşı yetişir. Bundan əlavə yumurtalıqların fəaliyəti dəfələrlə USM
müayinəsi vasitəsi ilə yoxlanır.
Bu əməliyyat qurtardiqdan sonra qadın evə yazılır və ona bir müddət isterahət məsləhət görülür. İ.V.F.
metodunun uğuru bütün dünyada 35-40%-dir.
İ.C.S.İ. (İntracytoplasmic sperm injection)
Spermanın yumurta hüycerənin sitoplazmasına yeridilməsi.
Bu metod kişinin spermasının miqdarı normadan çox aşağı olduğunda və ya İ.V.F.metodu nəticə
vermədiyində tədbiq olunur.
Aparılma qaydası belədir: Bu metod I.V.F. kimi aparılır. Fərq ondadır ki, İ.C.S.İ metodunda bir
spermatozoid götürülür və yumurtahüycüerənin sitoplazmasına yeridilir.
P.G.D.(Pre-İmplantation Genetic Diagnosis)
Pre-implantasiya Genetik Diaqnostika
Bu üsul hamiləlikdən (yəni embrion köçürmədən) əvvəl aparılır. Əsas məqsəd genetik xəstəlikləri aşkar
etməkdir. Əgər xəstədə buna göstəriş, yəni ailədə kimdəsə (atası və anası) xəstəlik varsa, bu diagqnostika
mütlək aparılır.
Freezing
Dondurma metodu.
Xəstədən götürülmiş bir neçə yumurtahüceyrə mayalandırılır, uşaqlığa yeridilir, ancaq 2 embrion
dondurulub saxlanılır. Dondurulmuş embrion 2 ilə qədər saxlanılır. Əgər qadında birinci mayalanma
alınmazsa, gələn iki ay təkrar olunur. Dondurulmuş embrion 2 ilə qədər saxlanılabilər.
PESA / TESE
Dəri altından sperm aspirasiyası (PESA) qeyri cərrahi metoddur ki, bununla sperma əldə olunur
(xüsusilə vasektomiya olunmuşlarda). Bu texnologiya anadangəlmə xəstəlik, infeksiya, eyakulyasiya
problemləri olan xəstələrdə aparılır. Xayadan sperma ekstaksiyası (TESE) texnologiyası yolu
bağlanmamış azospermiyası olan xəstələrdə aparılır. TESE həm də spermatid prosesi kəsildikdə aparılır.
Reproduktiv xəstəliklər
Bizim klinikada bir çox xəstəliklərin də müalicəsi aparılır. Məs: abort, menstrual xəstəliklər, endometrit,
ovulyasiya xəstəliyi, boru disfunksiyası, uşaqlığın yerləşmə pozğunluqları və s.
.
İran “Qızıl aypara” klinikası.
Sonsuzluq şöbəsi
Şərifzadə küç, №124, 3148 məhəllə
Inşaatçılar M. ATS-in yaxınlığında
Əlagə Tel:012-434-98-04
Mobil tel. 050-5-82-82-15
e-mail: Baku@royaninstitute.org
CİFT QANININ BANKI
(CORD BLOOD BANK)
Sütun hüceyrəiəri nədir?
Sütun hüceyrələr o hüceyrələrdir ki onlarda bütün hüceyrələri yaratmaq qabiliyyəti var.Məsələn.qan
hüceyrələri,sinir hüceyrələri,miokard hüceyrələri.
Sütun hüceyrələrindən nə zaman istifadə olunur.?
Məlum olunmuşdur ki ,cift qanında olan sütun hüceyrələr genetik xəstəliklər,xərçəng xəstəliyi,immun
sistem xəstəliklərinin müalicəsində istifadə oluna bilər.Bu hüceyrələrdən ürək xəstəliklərində,Ayzeymer
xəstəliyində,SPİD xəstəliyində,MS-də,Şəkər xəstəliyində və onurğa iliyinin zədələnmələrində istifadə
olunur.Bu hüceyrələr xəstənin immun sistemi tərəfindən rahat qarşılanır və inkar olunma faizi azdır.İnkar
olunma ilik transplantasiyasının əlavə təsirlərindən biridir.60 faiz hallarda sümük iliyi
transplantasiyalarında bu görünür. Ancaq cift qanının transplantasiyasında inkar olunma 10 faiz təşkil
edir.Yəni sümuk iliyi hüceyrələrində lazımi xüsusiyyətlər cift qanı hüceyrələrində də var.Ancaq sümük
iliyinin maneə yaradan xüsusiyyətləri cift qanı hüceyrələrində yoxdur.
Hər il 10 000 xəstədə olan problemlər məlumdur ki, bu problemlərin həlli sütun hüceyrələrinin köməyi ilə
mümkün ola bilər.Ancaq 70 faiz xəstələr öz orqanizminə uyğun olan hüceyrələri tapa bilmir.Bu
problemlərə daha çox Afrika və Asiya ölkələrində rast gəlinir.Ona görə də cift qanı hüceyrələrini yığıb
saxlamaq artıq dərəcədə əhəmiyyətlidir.
Cift qanının əhəmiyyəti haqqında əldə olunan məlumat:
İlk dəfə cift qanının transplantasiyası Fransada aparılıb.Bu transplantasiya Fankoni anemiyası olan
uşaqda aparılmışdır.1991-ci ildə SML olan uşağın üzərində aaparılmışdır.Hər iki transplantasiya
müvəffəqiyyətli olmuşdur.Son illərdə cift qanının sütun hüceyrələrindən onurğa yırtığı olan xəstələrin
müalicəsində istifadə olunur.66 faiz hallarda sütun hüceyrələrindən xərçəngin maliqnizasiyasının
müalicəsində tətbiq olunur.33 faiz hallarda anadangəlmə qan problemlərində istifadə olunur.
Bir paket cift qanı saxlamaqla uşağa SLE-yə uyğun gələn sütun hüceyrəsi tapmaq 100 faiz
mümkündür.Ancaq bu imkan onun valideynləri üçün 50 faiz.bacı və qardaşı üçün isə 25 faizdir.
Cift qanı necə yığılır?
Doğuşdan sonra cift uşaqdan ayrılır.Şpris vasitəsilə qan çəkilir və qan kisəsinə yığılır.Bu proses ağrısız
və müdaxiləsiz həyata keçirilir.Ancaq sümük iliyini yığmaq üçün ümumi narkozdan istifadə olunur.Cift
qanının yığılması 3-4 dəqiqə ərzində ginekoloqlar tərəfindən aparılır.
Qan yığıldıqdan sonra hansı işlər aparılır?
Alınan nümunə təcili cift qanının bankına yetirilməlidir.Nümunə banka yetiriləndən sonra
labaratoriyanın texniki bu qanı hazırlayır.
Cift qanını saxlamağa nə zaman qərara gəlməliyik?
Bu işi planlaşdırmaqdan ötrü hamiləlik vaxtı qan bankı ilə əlaqə saxlanılmalıdır.Hamiləliyin 28-dən 30-
cu həfəsinə qədər lazım olan paketləri almaq lazımdır.
Bu qan hüceyrələri necə dondurulur?
Bunun üçün DMSO tərkibindən istifadə edilir.Bu tərkib sütun hüceyrələrin məhv olmasının qarşısını alır
və onu onillərlə transplantasiya üçün yararlı saxlayır.
Cift hüceyrələrini necə saxlayırlar?
Hər banka çatan cift qanı müəyyən bir kodla kodlaşdırılır.Nukleoslu hüceyrələr ondan ayrıldıqdan sonra
bu qan xüsusi soyuducu paketlərə yığılır.Sonra o paketlər məxsus soyuducuda dondurulur və maye azot
bakında saxlanılır.Bu baklar hüceyrənin saxlanılmasından ötrüdür və xüsusi mühafizə olunmuş yerlərdə
saxlanılır.
Cift qanının bankı harada yerləsir?
Bizim bank İran İslam Respublikasının Tehran şəhərində yerləşir.Bütün şəhərlərdən və qonşu ölkələrdən
gələn qanlar burada saxlanılır.
Bu mərkəz özəl və ya dövlət müəsissəsidirmi?
Bizim mərkəz bir NGO kimi idarə olunur.15 ildən artıqdır ki bizim mərkəz bu işlə məşğuldur.
Qanın yuyulması prosesi:
1-ci mərhələ.
Qeydiyyatdan keçib lazım olan paketləri almaq mühümdür. Bu paketlərdə cift qanını yığmaq üçün lazım
olan alətlər və onun qaydaları göstərilir.
2-ci mərhələ.
Doğuşa hazır olmaq lazımdır.Bu zaman mərkəzdən alınan paket uşağın digər əşyaları ilə birgə doğum
evinə göndərilir.
3-cü mərhələ.
Nümunə yığılır.Bunun üçün cift bağından qan çəkilir və verilən kisələrə yığılır.
4-cü mərhələ.
Cift qanı mərkəzi ilə əlaqə saxlanılır.Biz günün 24 saatında sizinlə əlaqə saxlamağa qadirik.
5-ci mərhələ.
Nümunəni 24 saat ərzində soyuq şəraitdə bizim mərkəzə çatdirmrq lazımdır.
6-cı mərhələ.
Analizlər aparılır.Bunun üçün həcmin təyini.nukleotik hüceyrələrin sayı.infeksiyanın olub olmaması
nümunə üzərində araşdırılır.
7-ci mərhələ.
Cift qanının dondurulur.Analizlərdən sonra cift qan xüsusi paketlərdə -196 C-də saxlanılır.
Bu haqda alınan analizlərin cavablarının əksi cift qanını göndərən həkimə göndərilməlidir.
Cift qanını saxlamaqla
10-20 ildən sonra özünüzə və ailənizə lazım olan transplantasiya hüceyrələri əldə edə bilərsiniz!
Dostları ilə paylaş: |
|
|