Mövzu 11. MarketiNQİn strategiyasi və planlaşdirilmasi



Yüklə 202,44 Kb.
Pdf görüntüsü
səhifə1/11
tarix07.01.2024
ölçüsü202,44 Kb.
#207136
  1   2   3   4   5   6   7   8   9   10   11
M-vzu-119



MÖVZU 11. MARKETİNQİN STRATEGIYASI VƏ PLANLAŞDIRILMASI 
11.1. Marketinqin planlaşdırılması, onun forma və metodları 
11.2. Strateci marketinq planlaşdırılması prosesi 
11.3.Müəssisə səviyyəsində strateci marketinq planlaşdırılması 
11.4. Strateci biznes vahidlərində strateci marketinq planlaşdırılması 
11.5. İllik marketinq planlaşdırılması 
11.6 Marketinq planının strukturu 
11.7 Müəssisənin inkişaf imkanlarının təhlili 
 
11.1. Marketinqin planlaşdırılması, onun forma və metodları 
Marketinqin planlaşdırılması müəssisənin marketinq fəaliyyətinə təsir edən ətraf 
mühit amillərinin və öz imkanlarının təhlili, marketinqin məqsədinin müəyyən edilməsi, 
həmçinin marketinq fəaliyyətinin istiqamətləri üzrə qərarların qəbulu və onların həyata 
keçirilməsi üzrə tədbirlər, üsullar və metodlar kompleksidir. 
Planlaşdırmanın məqsədi müəssisənin nəyi nejə etməli olduğunu, nə əldə etmək 
istədiyini və konkret situasiyalarda hansı işləri görməli olduğunu qabaqjadan 
müəyyənləşdirməkdir. 
Marketinqin planlaşdırılması prosesi onun realizasiyası üzrə ardıjıl mərhələ və 
əməliyyatların, yerinə yetirilən hərəkətlərin məjmusudur. 
Marketinqin planlaşdırılması strateci marketinq planlaşdırılması və illik marketinq 
planlaşdırılması (məhsul üzrə marketinq planlaşdırılması) formasında həyata keçirilir. 
Strateci marketinq planlaşdırılması
müəssisənin məqsədi, imkanları və resursları 
arasında, həmçinin onlarla bazar imkanları arasında uzunmüddətli stabil tarazlıq 
yaradılması və bu tarazlığın saxlanması üzrə idarəetmə prosesidir. 
İllik marketinq planlaşdırılması
məhsul (məhsul çeşidi )üzrə həyata keçirilir və 
məhsul üzrə marketinq kompleksinin və strategiyasının tərtib edilməsini nəzərdə tutur. 
Müəssisənin 
marketinq planları
onun marketinq imkanlarını, məqsəd bazarlarını 


və onun xüsusiyyətlərini, bu bazarlara yönəldilmiş marketinq strate-giyasını və 
marketinq fəaliyyətinin qiymətləndirilməsi və nəzarət kriteriyalarını özündə əks etdirən 
rəsmi sənəddir. 
Marketinqin planlaşdırılması formalarına uyğun olaraq marketinq planlarının iki 
forması: strateci marketinq planları və illik (məhsul üzrə) marke-tinq planları vardır. 
Strateci marketinq planları
müəssisənin uzunmüddətli inkişaf istiqamət-lərini, 
meyllərini və bazara təklif edəjəyi məhsullar dəstini müəyyən edir, əhatə edir. Bu 
planlar strateci təsərrüfat vahidlərinin və müəssisənin marketinq üzrə menejerləri 
tərəfindən tərtib olunur. 
Məhsul üzrə marketinq planları
konkret bir məhsul növü və ya məhsul çeşidi 
üzrə marketinq strategiyasını əhatə edir. Bu planlar məhsul üzrə menejerlər tərəfindən 
tərtib edilir. 
Müəssisədə marketinqin planlaşdırılması 
üç səviyyədə
(pillədə): müəssisə, strateci 
təsərrüfat vahidləri və konkret məhsullar səviyyəsində həyata keçirilir. 
Müəssisə və strateci təsərrüfat vahidləri (strateci kommersiya bölmələri) 
səviyyəsində həyata keçirilən planlaşdırma strateci planlaşdırmaya, konkret məhsullar 
üzrə marketinq planlaşdırılması isə illik (məhsul üzrə) planlaşdırmaya aiddir. 
Strateci təsərrüfat vahidi
dedikdə müəssisənin tələbatının xüsusiyyətləri eyni olan 
istehlakçılar arasında müstəqil marketinq fəaliyyəti həyata keçirən bölmə-ləri başa 
düşülür. 
Marketinqin planlaşdırılmasında «yuxarıdan aşağıya», «aşağıdan yuxarı-ya» və 
«məqsədlər yuxarıdan aşağıya, planlaşdırma aşağıdan yuxarıya» metodlarından istifadə 
edilir. 
«Yuxarıdan aşağıya» planlaşdırma metodunda
marketinq strategiyası və 
resursların bölüşdürülməsi haqqında qərarlar müəssisənin planlaşdırma bölməsi 
tərəfindən mərkəzləşdirilmiş qaydada hazırlanır və ijra üçün müvafiq bölmələrə və 
strateci təsərrüfat vahidlərinə göndərilir. 
«Aşağıdan yuxarıya» planlaşdırma metodu 
qeyri-mərkəzləşdirilmiş planlaşdırma 


prosesidir və burada marketinq planlaşdırılması aşağı pillələrdə həyata keçirilir, 
baxılmaq və təsdiq edilmək üçün müəssisənin rəhbərliyinə təqdim edilir. 
«Məqsədlər yuxarıdın aşağıya, planlaşdırma aşağıdan yuxarıya» metodunun
mahiyyəti ondan ibarətdir ki, marketinqin məqsədi rəhbərlik tərəfindən müəy-yən 
edilir, marketinqin planlaşdırılması və marketinq planlarının tərtibi isə müəy-yən 
edilmiş məqsədlərə uyğun olaraq menejerlər tərəfindən həyata keçirilir. 

Yüklə 202,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin