Mövzu: 15 “Həyat bilgisi” üzrə tədris-maddi bazanın təşkili Plan



Yüklə 33,4 Kb.
səhifə1/3
tarix06.04.2023
ölçüsü33,4 Kb.
#94197
növüDərs
  1   2   3
Mövzu 15. “Həyat bilgisi” üzrə tədris-maddi bazanın təşkili


Mövzu: 15
Həyat bilgisi” üzrə tədris-maddi bazanın təşkili
Plan

  1. “Həyat bilgisi” üzrə aparılan işlərə metodik rəhbərlik

  2. Müəllimin dərsə hazırlığı

  3. Həyat bilgisinin tədrisi zamanı maddi texniki bazanın nəzərə alınması




Hazırda məktəb qarşısında duran mühüm təlim-tərbiyə vəzifələrinin yerinə yetirilməsində pedaqoji kollektivə elmi rəhbərliyin və nəzarətin həyata keçirilməsinin böyük əhəmiyyəti vardır.Bu, eynilə dərsə verilən müasir tələblərə düzgün əməl edilməsi işinin təşkilinə də aiddir.Məktəbin direktoru əvvəlcə dərsə verilən müasir tələblərin nədən ibarət olduğunu, onun məzmun və mahiyyətinin müəllim kollektivi tərəfindən öyrənilməsini təşkil edir. Bu məqsədlə məktəbdəki metodguşədə xüsusi yer ayırılır. Müəllim kollektivini lazımi ədəbiyyatla təmin etmək və işi sürətləndirmək məqsədi ilə buraya «Təlimdə problemlilik nədir», «Dərsin intensivləşdirilməsi», «Dərsdə əks-əlaqə yaradılması təcrübəsindən», «şagirdlərin müstəqil işlərinin təşkili təcrübəsindən», «Proqramlaşdırma ünsürləri olan dərs», «Müasir dərs və ona verilən tələblər», «Fəal və interaktiv təlim-tədris metodları» adlı məqalələr, müxtəlif fənlər üzrə müasir dərsə verilən tələblərin tətbiqini şərh edən dərs nümunələri olan materiallar toplanılır.
Müəllimlər həmin materialları müntəzəm olaraq öyrənməyə başlayır. Dərsə verilən müasir tələblər əsasında fəal dərsə dair vaxtaşırı söhbətlər təşkil edirlər. Tədrisin keyfiyyətini yüksəltmək və təlimi təkmilləĢdirməkdə fənn kabinetləri xüsusi əhəmiyyətə malikdir. Bunu nəzərə alaraq məktəbdə tarix, biologiya, coğrafiya, xarici dil, ədəbiyyat, rus dili, riyaziyyat kabinetləri yaradılır, onlar müəllim və şagirdlərin köməyi ilə əyani vəsaitlərlə zənginləşdirilir. Dərslərin kabinet sistemi ilə keçirilməsi üçün cədvəl tərtib edilir.
Təlimin texniki vasitələrindən kompüterlərin müəllimlərin işlədə bilməsi üçün ayrıca qısamüddətli kurslar təşkil olunur. Bu işlə məktəbin fizika-riyaziyyat müəllimləri cəlb edilir. Artıq kompüterlərdən bütün müəllimlər müstəqil istifadə etmək bacarığına yiyələnirlər. Dərsə verilən müasir tələblər haqqında kimin nə qədər təsəvvürə malik olduğunu öyrənmək məqsədi ilə məktəbdə seminar-müşavirə keçirildi. Məlum oldu ki, hamı dərsə verilən müasir tələblər haqqında tam təsəvvürə malikdir. Məktəb rəhbərləri müəllimlərin bu tələblərə necə əməl etdiklərini müəyyənləşdirmək üçün dərslərdə tez-tez iştirak etdilər. Aydın olur ki, həmin tələblər haqqında müəllimlər tam təsəvvürə malik olsalar da dərslərdə onlardan lazımi səviyyədə istifadə etmirlər. Bunun üçün sınaq dərsləri və başqa tədbirlər həyata keçirməklə, istənilən nəticəni əldə etmək mümkün olur.
Müəllimlərin yeni tədris metodlarına yiyələnməsi kimi çətin və mürəkkəb işə elmi cəhətdən düzgün və ardıcıl nəzarət etmədən bu sahədə lazımi müvəffəqiyyət qazanmaq olmaz. Bunu nəzərə alan məktəb rəhbərləri müəllimlərlə müntəzəm iş aparır, təlim prosesinin yüksək səviyyədə təşkilinə köməklik göstərir, dərsləri birlikdə təhlil edir, nöqsanların aradan qaldırılması üçün lazımi məsləhətlər verirlər. Ümumtəhsil məktəblərdə yaradılmış dayaq məntəqələri bu sahədə xüsusi əzəmiyyətə malikdir. Dərslərin müşahidəsi zamanı nəzəri məsələlərin öyrənilməsi ilə bərabər onun tətbiqinə, laboratoriya işləri və yazı normalarının yerinə yetirilməsinə xüsusi diqqət yetirilir. ġagirdlərin öyrəndiklərini tətbiq etməyi bacarmasını müəyyənləşdirmək üçün yoxlama yazı işləri aparılır.
Hamıya məlumdur ki, müəllimlərin ideya-siyasi, nəzəri və metodik hazırlığının təkmilləşdirilməsi mühüm məsələdir. Müəllimə metodik kömək göstərməyin məqsədi onun pedaqoji fəaliyyətinin müxtəlif növlərinə verilən prinsipial pedaqoji tələbləri əsl elmi əsasda izah etmək, daha inandırıcı misallar üzərində bu tələblərin mahiyyətini açmaq, dərsdə və ondan kənarda yaranan ən müxtəlif iş vəziyyətlərində onları rəhbər tutmağı öyrətməkdir. Hazırda məktəb rəhbərlərindən müəllimlərin nəzəri hazırlığını yüksəltmək üçün daha çox qayğı göstərmək tələb olunur. Bunsuz müəllim proqram materiallarının hərtərəfli elmi izahını və təlimə metodik yanaşmanı təmin edə bilməz.
Son illər müəllimlərin ixtisasını və pedaqoji ustalığını yüksəltməyin əsas formaları müəyyənləşdirilmişdir. Bunlara məktəb rəhbərlərinin fərdi və metodik kömək göstərməsi, konsultasiyalar, müəllimlərin pedaqoji ədəbiyyatla müstəqil işi, pedaqoji praktikumlar, qabaqcıl təcrübə məktəbləri, metodbirləşmələr, problemli seminarlar, dayaq məntəqələrində fəal təlimlə bağlı müəllimlərin təkmilləşdirilməsi elmi-praktik konfranslar aiddir. Direktor müavininin gündəlik dərslərdə olarkən müəllim-lərə verdiyi tövsiyələr metodik köməyin ən təsirli formaların-dan biridir. Müəllimlərə verilən metodik tövsiyələr o vaxt təsirli olur ki, dinləyicinin dərsə müəyyən qədər hazırlığı olsun. Qabaqcıl məktəblərdə dinləniləcək dərsin həftəlik qrafiki verilir. Qrafikdə dərsin adı, sinfi, tarixi, rəhbəri və məqsədi göstərilir. Bu cür dinləmənin üstünlüyü ondadır ki, müəllimin təlim işinə məsuliyyəti artır, dərsə yaxşı hazırlaşır və s.
Müəllimlərin pedaqoji ustalığını artırmaq üçün onların qüvvəsi ilə keçirilən fərdi və kollektiv məsləhətlərin də əhəmiyyəti böyükdür. Dayaq məntəqələrində aparılan həmfikirlərin söhbətləri, məsləhətlər zamanı proqram materiallarının əsas məzmunu və izahı, lazım bilinən cəhətləri şərh olunur, müəllimlərin arzularına uyğun olaraq bu və ya başqa suallar aydınlaşdırılır. Müəllimlərin nəzəri və praktiki hazırlığını təkmilləşdirmək üçün onların elmi ədəbiyyat üzərində müstəqil işinin təşkili də həlledici əhəmiyyətə malikdir. Respublikanın qabaqcıl məktəblərində bu işə ciddi fikir verilir. Həmin məqsədlə müəllimlərdən şəxsi təhsil planı alınır. Pedaqoji şuralar, metodbirləşmələr, açıq dərslər və s. vasitəsilə onların şəxsi təhsilinə nəzarət edilir.
Müəllimlərin ixtisasını və pedaqoji ustalığını artırmağın özünü ən çox doğrultmuş ənənəvi forması dayaq məntəqələrində aparılan məşğələlərdir. Məşğələlər müəllimlərin ideya-siyasi, nəzəri və metodik hazırlıq səviyyəsini yüksəltməkdə, uşaqların təlim və tərbiyəsinin yeni, daha mükəmməl üsul və priyomlarına, ən yaxşı müəllim və tərbiyəçilərin iş təcrübəsinə yiyələnməkdə, elmin ən yeni nailiyyətləri ilə, pedaqoji və elmi-kütləvi ədəbiyyatla tanış olmaqda köməklik göstərməlidir. Qabaqcıl məktəblərdə aparılacaq metodik işin planı tərtib edilərkən məktəbdaxili metodbirləşmənin işinin düzgün təşkilinə xüsusi diqqət yetirilir. Çünki metodik işin mərkəzində duran metodbirləşmələr, eyni zamanda, müəllim və məktəb rəhbərlərinin iş təcrübəsinin yayılması üçün geniş imkan yaradır. Direktor müavini qrafik üzrə müəllimlərin dayaq məntəqələrində iştirakını təşkil edir. Dayaq məntəqələrində həmfikirlər əsasən təlim-tərbiyə işinin başlıca problemləri, fənnin elmi-nəzəri və metodik məsələləri, yeni elmi-metodik ədəbiyyat, pedaqoji jurnalların icmalları müzakirə olunur, geniş təcrübə mübadiləsi aparılır. Bütün bunlarla yanaşı, həmfikirlərin yığıncağında müxtəlif mövzularda mühazirələr oxunur; ev tapşırığının və yoxlama yazı işi dəftərlərinin vəziyyəti, sinif, fənn müəllimlərinin şagirdlərlə apardıqları sinifdənxaric və məktəbdənkənar işlər təhlil edilir; açıq dərslər müzakirə olunur; fənnə aid dərnək, fakültativ məşğələ, olimpiada işləri, müəllimlərin şəxsi təhsil vəziyyəti nəzərdən keçirilir, müasir təlim metodlarından, əyanilikdən, təlimin texniki vasitələrindən istifadə yolları müəyyənləşdirilir.
Məktəbdə fikir verilən metodik işin ən təsirli formalarından biri də dərslərdə qarşılıqlı iştirak etməkdir. Hər bir müəllim ən azı il ərzində iki dəfə həmkarının dərsində iştirak edir. Dərsdən sonra geniş fikir mübadiləsi aparılır. istər müəllimlərin elmi-nəzəri, pedaqoji və metodik hazırlığının artırılmasında, istərsə də məktəbdə təlimtərbiyənin keyfiyyətinin yüksəldilməsində metodik iş mühüm rol oynayır. Bu cəhətdən dayaq məntəqələrinə fikir mübadiləsi mərkəzi desək səhv etmərik. Ümumiyyətlə, müasir dövrdə təlim və tərbiyənin keyfiyyətinin yüksəldilməsi məktəbdə metodik işin təşkili ilə qırılmaz surətdə bağlıdır. Metodik işin qabaqcıl təcrübə əsasında təşkili təlim metodlarının təkmilləşdirilməsi yolunda başlıca vasitədir. Məktəbdəki fənn komissiyalarında tez-tez təlim-tərbiyə işinin canlı məsələləri müzakirəsi vacibdir.
Təlimin məzmununa verilən yeni tələblərlə əlaqədar özünü doğrultmuş metod və priyomların tətbiqi fənn komissiyalarının işinin başlıca məzmununu təşkil etməlidir. Açıq dərslər planlaĢdırılarkən uzun müddət pedaqoji fəaliyyət göstərən müəllimlərin işi ön plana çəkilir. Belə dərslərə məntəqə metodbirləşməsinin sədrləri, həmin fəndən dərs deyən müəllimlər, habelə qonşu məktəblərin müəllimləri də dəvət edilir. Həmin dərs cədvələ münasib vaxtda salındığından məktəbin ümumi iş rejiminə təsir etmir. Dərsə gənc müəllimlərin dəvət edilməsi də pedaqoji işin keyfiyyətini artırır. Açıq dərsin mövzusunu ya fənn komissiyasının sədri, ya da müəllimin özü seçir. Açıq dərs keçən müəllim ona ciddi hazırlaşır. Dərsdə hansı üsul və priyomlardan, hansı texniki vasitələrdən və əyani vəsaitdən istifadə ediləcəyi əvvəlcədən planlaşdırılır. Məhz belə hazırlıqlı dərs nümunəsi həqiqi dərs kimi keçilir və hamı bu işdən faydalanır. Açıq dərsin müzakirəsi çoxsahəli və çətindir. Deyilmiş tənqidi qeydlər tutarlı, əssaslandırılmış və elmi cəhətdən sanballı olmalıdır ki, müzakirə sözçülüyə çevrilməsin. Tənqidi qeydlərin göstəriş halında verilməsi az faydalı olar. Direktor müavini bu qeydləri göstəriş halında yox, metodik təklif xarakterində deyir. Müzakirə zamanı son söz açıq dərsi aparan müəllimə verilir. Həmin çıxışda o, deyilmiş tənqidi qeydlərə cavab verir, nə üçün bu dərsdə məhz başqa cür deyil, belə hərəkət etdiyini əsaslandırır. Dərsin planı, istifadə edilən materiallar müzakirənin yekunlarına aid sənədlə bir yerə toplanır və məktəbin «metodiki guşə»sində saxlanılır.
Bəzən açıq dərslərə qiymət verilməsini təklif edirlər. Lakin təcrübə göstərir ki, bu doğru deyil. Belə ki, əvvəla açıq dərs pedaqoji təcrübəçinin dediyi sınaq dərsi deyil, ikincisi isə bu məsələ haqqında ayrıca qiymət meyarı yoxdur. Məktəbin metodik işləri sırasında gənc müəllimlərlə aparılan işin özünəməxsus yeri vardır. Gənc mütəxəssisə ayrı-ayrı mövzuların tədrisi metodikası, pedaqogika elminin müasir nailiyyətlərindən istifadə etmək, ümumiyyətlə, təlimin effektliliyini yüksəldən, şagirdlərin fəallığını artıran metod və priyomlar, paylama və didaktik materiallardan istifadə etmək, proqramda nəzərdə tutulmuş praktik və laborator işlərin təşkili və aparılması haqqında ixtisaslı kömək edilməsi zəruridir.


2.
Təlim prоsеsinin səmərəliliyi müəllimin dərsə yaхşı hazırlaşmasından çох asılıdır. Müəllim dərsin qarşısına qоyulan məqsədin yеrinə yеtirilməsi, təhsilləndirici, tərbiyələndirici və inkişafеtdirici vəzifələrinin rеallaşması üçün məsuliyyət daşımalı, nеçə illik iş təcrübəsinə malik оlmasına baхmayaraq, hər bir mövzu üzrə qabaqcadan dərsə hazırlaşmalıdır. Müəllimin dərsə hazırlaşmasını, adətən sхеmatik оlaraq, aşağıdakı şəkildə təsəvvürə gətirmək mümkündür: Ilk növbədə tədris prоqramı ilə yaхından tanış оlmaq lazımdır. Bu işə, adətən tədris ili ərəfəsində başlanır. Bu zaman bütövlükdə tədris fənninin əsas məqsəd və vəzifələrinə və hər bir tədris mövzusunun məzmununa, öyrənilmə ardıcıllığına, hər bir mövzu öyrənilərkən hansı mеtоdikanın tətbiq еdiləcəyinə, hansı vasitələrdən istifadə оlunacağına diqqət yеtirilir.Bu və ya digər mövzunun məzmununu öyrənən müəllim tədris matеrialını vaхtilə öyrənilən matеrialla, həmçinin sоnradan öyrəniləcək matеrialla məntiqi qarşılıqlı əlaqədə aydınlaşdırır. Bu, tədris matеrialının ən yaхın və uzaq məqsədlərinin daha dərindən və dəqiq fоrmalaşdırılmasına şərait yaradır.Dərslərə hazırlıq prоsеsində müəllim mеtоdik ədəbiyyatla, digər müəllimlərin təcrübəsi ilə tanış оlur və yaхşı cəhətləri öz işinə tətbiq еdir. Müəllim növbəti dərsə hazırlaşaraq, əvvəlki dərslərin nəticələrini nəzərə almalı, hansı matеrialın təkrar оlunacağını, hansının öyrəniləcəyini özü üçün aydınlaşdırmalıdır. Dərsə hazırlaşarkən plan tərtib оlunur və dərsin kоnkrеt təhsil vəzifələri müəyyənləşdirilir.Kоnkrеt vəzifələr müəyyənləşdirildikdən sоnra əvvəlcə əsas hissə, sоnra giriş və yеkun hissələr üçün matеrial sеçilir. Matеrial sеçilərkən bölgülər (təkrarların sayı, tapşırıqlara sərf оlunan vaхt və s.) aparılır. Bu, həm şagirdlərin yüklənməsinin qarşısını alır, həm də hərəki bacarıq və vərdişlərin fоrmalaşması üçün vacibdir. Planda, həmçinin cari uçоta aid məsələlər (hansı növ tapşırıqlar və nеcə həyata kеçiriləcək, şagirdlərdən kimlər yохlanılacaq və s.) öz əksini tapır və еvə vеriləcək tapşırıqlar müəyyən оlunur. Hazırlıq zamanı tapşırıqların yеrinə yеtirilməsi mеtоdikası ilə bağlı оlan məsələlərə хüsusi diqqət yеtirilir.

Yüklə 33,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin