Mövzu köMƏKÇİ VƏ XİDMƏtediCİ TƏSƏRRÜfatlarin mexaniKLƏŞDİRİLMƏSİ VƏ avtomatlaşdirilmasi səVİYYƏSİNİn yüKSƏLDİLMƏSİ



Yüklə 26,24 Kb.
səhifə1/4
tarix31.12.2021
ölçüsü26,24 Kb.
#50134
növüMühazirə
  1   2   3   4
Müh. 6. İst. iqt. və men.


Mühazirə 6

MÖVZU 6. KÖMƏKÇİ VƏ XİDMƏTEDİCİ TƏSƏRRÜFATLARIN MEXANİKLƏŞDİRİLMƏSİ VƏ AVTOMATLAŞDIRILMASI SƏVİYYƏSİNİN YÜKSƏLDİLMƏSİ

6.1. Sənaye müəssisələrində istehsala texniki xidmətin təşkilinin mahiyyəti və əsas vəzifələri

6.2. İstehsala texniki xidmətin təşkilinin əsas tələbləri

6.3. İstehsala texniki xidmətin təşkilində köməkçi və xidmətedici təsərrüfatların rolu və əhəmiyyəti

6.4. İstehsala texniki xidmətin tşkilinin təkmilləşdirilməsi istiqamətləri



6.1. Sənaye müəssisələrində istehsala texniki xidmətin təşkilinin mahiyyəti və əsas vəzifələri
Sənaye müəssisələrində ən az xərclə daha cox və yüksək keyfiyyətli məhsul hazırlanması təkcə texnoloji əməliyyatların səmərəli təşkil edilməsi və əsas istehsal fondlarının təkmilləşdirilməsi nəticəsində əldə edilmir. Yüksək keyfiyyətli məhsul buraxılışında, onun maya dəyərinin aşağı salınmasında, deməli, istehsalın səmərəliyinin yüksəldilməsində maşın və avadanlıqların işə daim saz vəziyyətdə hazır olması, əsas sex və istehsal sahələrinin xammal və materiallarla, yanacaq və enerji ilə, alət və tərtibatlarla təmin olunması da mühüm əhəmiyyət kəsb edir. Bu isə öz növbəsində istehsala texniki xidmətin təşkil olunmasından bilavasitə asılıdır. Deməli, sənaye müəssisələrində əsas sex və istehsal sahələri ilə yanaşı köməkci və xidmətedici sex və təsərrüfatlar da yaradılır ki, bunların da əsas vəzifəsi maşın və avadanlıqları vaxtlı-vaxtında təmir etməkdən, əsas istehsalları maddi-enerji ehtiyatları ilə təchiz etməkdən, istehsal prosesinin gedişatında baş verə biləcək boşdayanmaları aradan qaldırmaqdan, yüklərin zavoddaxilində daşınmasını təmin etməkdən və s. ibarətdir.

Sənaye müəssisələrində yaradılan köməkci və xidmətedici sex və təsərrüfatların sayı, tərkibi və quruluşu istehsalın təşkili formasından, tipindən, üsulundan və miqyasından asılıdır. Ümumiyyətlə, köməkçi və xidmətedici sex və təsərrüfatlar dedikdə, bilavasitə maddi nemətlər istehsalı ilə məşğul olmayan, lakin əsas sex və istehsal sahələrinin normal fəaliyyət göstərməsinin təmin olunması ücün bütün zəruri şəraiti yaradan sex və təsərrüfatlar nəzərdə tutulur. Köməkçi və xidmətedici sex və təsərrüfatlara misal olaraq təmir, alət, model, energetika, nəqliyyat, anbar və s. sex və təsərrüfatları göstərmək olar.

Qeyd edək ki, istehsalın əsas, köməkçi və xidmətedici sex və təsərrüfatlara ayrılması şərti xarakter daşıyır, çünki bəzi köməkçi və xidmətedici sex və təsərrüfatların məhsulları digər müəssisələrdə, müəssisənin özünün əsas sex və istehsal sahələrində əsas məhsul kimi istifadə edilir, həmin məhsullar əsas sex və istehsal sahələrinin məhsulları kimi qiymətləndirilir və realizə edilmiş məhsulların tərkibinə daxil edilir.

İstehsala texniki xidmətin təşkili formasının müəyyənləşdirilməsinə, qeyd etdiyimiz kimi, müxtəlif amillər təsir göstərir. Bunlardan istehsalın təşkili tipi xüsusi əhəmiyyət kəsb edir. Cünki istehsalın təşkili tipindən asılı olaraq istehsala texniki xidmətin bu və ya digər forması tətbiq edilir. Məsələn, kütləvi istehsal şəraitində istehsala texniki xidmət sisteminin qəti nizamlanan cədvəl-qrafik əsasında həyata kecirilməsi daha məqsədəuyğundur. İstehsala xidmətin bu forması onun maddi enerji ehtiyatları ilə təchiz oluması və hazır məhsulların iş yerlərindən kənar edilməsi, modellərin və texnoloji alətlərin dəyişdirilməsi və bərpası, maşın və avadanlıqların təmiri və modernləşdirilməsi ücün xüsusilə əhəmiyyətlidir. Seriyalı istehsal şəraitində istehsala texniki xidmət, adətən, operativ-istehsal tapşırıqları əsasında təşkil edilir ki, bu da yeni hazırlanan məmulatın istehsal tsiklini daha dəqiq müəyyən etməyə imkan verir. Fərdi istehsal şəraitində istehsala texniki xidmətin təşkilində sex və istehsal sahələrinin növbə-günlük tapşırıqları, verilmiş sifarişlərin və bağlanmış müqavilələrin yerinə yetirilmə müddətləri əsas götürülür. Fərdi istehsal şəraitində istehsala texniki xidmət əksər hallarda fəhlələrin özləri tərəfindən həyata kecirilir. Sənaye müəssisələrində istehsala texniki xidmətin təşkili aşağıdakı tələblərə cavab verməlidir:



  • İstehsala texniki xidmət məqsədəuyğun xarakter daşımalıdır, yəni əsas sex və istehsal sahələri ilə köməkçi və xidmətedici sex və təsərrüfatlar arasında optimal mütənasiblik yaradılmalıdır;

  • İstehsala texniki xidmət xəbardaredici rol oynamalıdır, yəni xidmətlər profilaktik xarakter daşımalı və əvvəlcədən tərtib edilimiş plan-qrafiklər əsasında həyata kecirilməlidir;

  • Istehsala texniki xidmət mütərəqqi norma və normativlərə əsaslanmalıdır, yəni xidmət norma və normativləri elmi-texniki tərəqqinin nailiyyətlərini və qabaqcıl istehsalat təcrübəsini özündə əks etdirməlidir;

  • Istehsala texniki xidmət kompleks xarakter daşımalıdır, yəni müəssisənin bütün sex və istehsal sahələri eyni qaydada maddi-enerji ehtiyatları ilə, müxtəlif nəqliyyat vasitələri ilə, maşın və avadanlıqlarla təchiz olunmalıdır;

  • Nəhayət, texniki xidmət işləri imkan dairəsində ixtisaslaşdırılmalıdır. Bu istehsala texniki xidmət sahəsində səmərəli iş üsullarını tətbiqinə imkan verər və beləliklə də texniki xidmətin yüksək keyfiyyətdə yerinə yetirilməsinə şə- rait yaradır. Müəssisə miqyasında həyata kecirilən texniki xidmət, yerinə yetirilə- cək işlərin xarakterindən, mürəkkəblik dərəcəsindən və əhəmiyyətindən asılı olaraq standart, planlı-xəbardarlıq və çağırışcı texniki xidmət növlərinə ayrılır. Standart texniki xidmət əsasən, kütləvi və iri seriyalı istehsal şəraitində daha geniş tətbiq edilir və əvvəlcədən işlənib hazırlanmış plan-qrafiklər üzrə yerinə yetirilir. Bu məqsədlə köməkçi və xidmətedici sex və təsərrüfatlarda xüsusi xid- mətedici qruplar, bürolar və briqadalar yaradılır və onlar əsas sex və istehsal sahələrində texniki xidmət ilə əlaqədar olan işləri həyata keçirirlər;

  • Planlı-xəbərdaredici texniki xidmət – orta seriyalı istehsal şəraitində daha cox tətbiq edilir və təqvim-plan qrafiklərinə əsaslanır;

  • Cağırışcı texniki xidmət – növbə günlük tapşırıqlar əsasında fəhlələrin özləri tərəfindən kiçik günlük tapşırıqlar əsasında fəhlələrin özləri tərəfindən kiçik seriyalı və fərdi istehsal şəraitində tətbiq edilir.



Yüklə 26,24 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin