Mövzu1 Sahibkarlığın məzmunu, meydana gəlməsinin tarixi-iqtisadi şərtləri Plan



Yüklə 49,18 Kb.
səhifə1/8
tarix10.10.2022
ölçüsü49,18 Kb.
#64805
  1   2   3   4   5   6   7   8
sahinkarliq mov -1


Sahibkarlığın əsaslari və biznesə giriş
Mövzu1
Sahibkarlığın məzmunu, meydana gəlməsinin tarixi-iqtisadi şərtləri
Plan

  1. Sahibkarlığın mahiyyəti və əsas cəhətləri.

  2. Iqtisadi azadliq - sahibkarlığın formalaşmasi və inkişafinin mühüm şərtidir.

  3. Sahibkarliq fəaliyyətinin obyektləri və subyektləri.

  4. Sahibkarliq və biznes fəaliyyəti: ümumi və fərqli cəhətləri.

  1. Sahibkarlığın mahiyyəti və əsas cəhətləri.

Sahibkarlıq dedikdə - xüsusi şəxslərin, müəssisə və təşkilatların istehsal, xidmət göstərilməsi, məhsulun satılması və digər məhsullarla mübadiləsi ilə bağlı həyata keçirdikləri fəaliyyət növü başa düşülür.
Sahibkarlığın subyekti ayrı-ayrı xüsusi şəxslər, müəssisələr və onların birlikləri ola bilər Sahibkarlığın iqtisadi fəaliyyət növü kimi yaranma tarixi orta əsrlərdən başlanır. Bu dövrlərdə tacirlər, satıcılar, sənətkarlar, sahibkarlıqla məşğul olmağa başlamışdılar. Kapitalizmin yaranması ilə əlaqədar sərvətin artırılmasına cəhd mənfəətin həcminin hədsiz dərəcədə artmasına gətirib çıxardı. Məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafı nəticəsində sahibkarlıq fəaliyyəti daha çox bəşəri xarakter almışdır..
Ölkənin iqtisadi, texnoloji və intellektual potensialinm tam və səmərəli şəkildə reallaşdirilmasma, dövlətin iqtisadi gücünün möhkəmləndirilməsinə imkan verən və işgüzar davranişm xüsusi növü kimi çixiş edən sahibkarliq fəaliyyəti bazar iqtisadiyyatmin mühüm cəhətlərindən biridir, bu cəmiyyətin tarixi və inkişaf mərhələləri isə sahibkarlığın tarixi və inkişaf mərhələləridir.
Sahibkarliq fəaliyyəti həm nəzəri, həm də praktiki cəhətdən daim inkişaf edən bir prosesdir.
Sahibkarliq fəaliyyətinin məzmunu xeyli zəngin və çoxcəhətli olub iqtisadi, hüquqi, sosial, psixoloji məsələlərlə bağlidir. Sahibkarlığın mahiyyəti haqqmda olan müasir baxişlara görə o, həm insanlara lazim olan məhsullar istehsalidir, həmçinin is bilmək sistemidir, həm mövcud iqtisadi sistemin yeni texnika və texnologiya əsasmda tərəqqisinin ana xəttidir, həm insanlarm öz arzu və ehtiyaclarmm ödənilməsinə yönəlmiş istehsal və xidmətlər sistemidir, həm yeni düşünmə tərzi, əhəmiyyətli bir işə başlamaqdir, həm cəsarətli, həlledici fəaliyyətdir və s.
«Sahibkarliq fəaliyyəti haqqmda» Azərbaycan Respublikasinin qanunu onun mahiyyətini aşağidaki kimi səciyyələndirir. «Sahibkarliq fəaliyyəti(sahibkarlıq) fiziki şəxslərin, onlarm birliklərinin, habelə huquqi şəxslərinin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdeyliyi və əmlak məsuliyyəti ilə, yaxud digər hüquqi və fiziki şəxslərin admdan qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsali, satişi və xidmətlər göstərilməsi formasmda həyata keçirdimkləri müstəqil təsəbbüskarliq fəaliyyətidir. Sahibkarlığın əsas cəhətləri kimi dinamizm, təsəbbüskarliq, daimi axtariş, yenilikcilik, risk, məzuliyyət, şəxsi maddi maraq və s. çixiş edirlər.

Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün sahibkar aşağıdakı hüquqlara malikdir:


  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin