Mövzunun planı: “Dünya iqtisadiyyatı” anlayışı



Yüklə 32,54 Kb.
səhifə1/7
tarix10.05.2022
ölçüsü32,54 Kb.
#57028
  1   2   3   4   5   6   7
D.iq.1 (1)


Mövzu 1. Dünya iqtisadiyyatının məzmunu, predmeti və fərqli cəhətləri

Mövzunun planı:

  1. Dünya iqtisadiyyatı” anlayışı

  2. Dünya iqtisadiyyatı” fәnninin predmeti, tәdqiqat obyekti vә әsas vәzifәlәri

  3. Dünya iqtisadiyyatının formalaşması.

  4. Dünya iqtisadiyyatı”nın strukturu

  5. Dünya iqtisadiyyatı” vә “Dünya tәsәrrüfatı” anlayışları: eyniliklәr vә fәrqlәr.

  6. Ölkə və dünya iqtisadiyyatlarının fərqləndirici cəhətləri

  7. Dünya Bankı

  8. Beynəlxalq şirkətlər

Dünya iqtisadiyyatı” anlayışı

Müasir dünyada heç bir dövlәt dünya iqtisadiyyatına inteqrasiya olunmadan stabil vә dinamik inkişaf edә bilmәz. Dünya iqtisadiyyatına inteqrasiya sәviyyәsi ilә ölkәdaxili inkişaf sәviyyәsi arasında birbaşa asılılıq daim özünü göstәrmәkdәdir. Ölkә dünya iqtisadi mәkanına nә qәdәr inteqrasiya olunmuşdursa, onun iqtisadi inkişaf sәviyyәsi dә bir o qәdәr yüksәlişlidir. Hәr bir ölkәdә istehsalçılar vә istehlakçılar özlәrinin dünya iqtisadiyyatına bağlılığını aydın hiss edirlәr. Statistik mәlumatlar bu gerçәkliyi daha dürüst vә aydınlığı ilә göstәrir.

İstehsal resursların hazır mәhsula çevrilmәsi, insan cәmiyyәtinin mövcudluğu vә inkişafı üçün zәruri hәyati rifah mәhsul vә materiallarının yaradılması prosesidir. Ən müxtәlif formalarda (natural kәndli tәsәrrüfatlarından iri seriyalı mәhsul buraxan müasir emal sәnayesi müәssisәlәrinә kimi) reallaşdırılır. İstehsal prosesindә istifadә olunan resurslar istehsal amillәri olaraq özündә әmәk, kapital, torpaq vә xammalı uzlaşdırır.

İstehlak (consumption) tәlәbatı ödәmәk prosesindә ictimai mәhsuldan istifadә, tәkrar istehsal prosesinin yekun mәrhәlәsidir. İstehlak istehsal istehlakı vә qeyri-istehsal istehlakına bölünür. Nemәtlәrin istehlakı növündәn asılı olaraq әşya formasında maddi nemәtlәr istehlak vә xidmәtlәrin istehlakı fәrqlәndirilir. İstehlak tәlәbatının ödәnilmәsi, üsuluna görә, fәrdi vә ya kollektiv olur. İstehlak istehsal, onun bölgüsü vә mübadilәsi ilә üzvi surәtdә bağlıdır.

Dünya iqtisadiyyatını öyrәnmәzdәn öncә müasir dünyanın qlobal mәnzәrәsini nәzәrdәn keçirmәk vә “dünya iqtisadiyyatı” anlayışının mahiyyәtinә tәyinat vermәk gәrәklidir.

Müasir dünyanın qlobal mәnzәrәsi

Yer kürәsinin әhalisi 7,6 milyard nәfәr.

Yer kürәsinin әrazisi 510,0 milyon km2 .

Su sәthi 361,0 milyon km2 .

Quru әrazi (ümumi torpaq fondu) 149,0 milyon km2 .

Kәnd tәsәrrüfatına yararlı torpaq sahәsi 51,0 milyon km2 .

Meşә örtüyü 40,0 milyon km2 .
Faktlar göstәrir ki, dünya iqtisadiyyatının öyrәnilmәsi uzaq zamanlara gedib çıxır. Tarixi müxtәlif dönәmlәrindә bu anlayışa fәrqli mәzmun verilmişdir. Uzun zaman “mütlәq üstünlüklәr” nәzәriyyәsindәn çıxış edәrәk “dünya iqtisadiyyatı” anlayışında iqtisadi sahәdә bir-biri ilә bu vә ya digәr dәrәcәdә әlaqәdә olan “milli iqtisadiyyatlar mәblәği” fikri əsas mövqe tutmuşdur. Dünya iqtisadiyyatında baş verәn dәrin inteqrasiya vә beynәlmilәllәşmә proseslәri onun paradiqmasını da tәbәddülata uğratmışdır.

İnteqrasiya (latınca - integratio - bәrpa olunma, integrations - tam, vahid) iqtisadi siyasәtin milli vә beynәlxalq sәviyyәdә koordinasiya edilmiş obyektiv prosesi kimi, azad ticarәt, gömrük ittifaqı, ümumi bazarlar, iqtisadi ittifaq, maliyyә-iqtisadi ittifaq vә siyasi ittifaq zәminindә tәsәrrüfat hәyatının beynәlmilәllәşmәsinin iqtisadi formasını ehtiva edir.


Yüklə 32,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin