Mühazirə 5 Azərbaycanda Səfəvi dövlətinin yaranması ilə əlaqədar mədəniyyətin inkişafı



Yüklə 442,64 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix11.04.2023
ölçüsü442,64 Kb.
#96347
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   12
Mühazirə 5



1
Mühazirə 5 
Azərbaycanda Səfəvi dövlətinin yaranması ilə əlaqədar mədəniyyətin inkişafı. 
Plan 
1. Maarif Elm 
2. Ədəbiyyat 
3. Epiqrafik abidələr 
4. İncəsənət və memarlıq 
5. Fəlsəfi fıkir 
Ədəbiyat: Azərbaycan tarixi. Yeddi cilddə. III cild Bakı. "Elm". 2007. Səh 492-
517
XV əsrdə Hamidi, Bəsiri, Kişvəri kimi ana dilində əsərlər yaratmış Azərbaycan şairlərinin bədii irsi XVI 
əsrdə də inkişaf etdirilirdi. Səfəvi dövlətinin təşkilindən etibarən Azərbaycan dilində şer yazmağa xüsusi 
əhəmiyyət verilirdi. I Şah İsmayılın sarayında fəaliyyət göstərmiş şairlər məclisində 
Süruri, Şahi, Matəmi, Tüfeyli, 
Qasimi kimi
sənətkarlar iştirak edirdilər. Məclis "məliküş- şüəra"nın - 
Həbibinin
başçılığı ilə keçirilirdi. 
Həmin dövrdə ədəbiyyatda hürufi ideyalar da sərbəst inkişaf zəmini tapmışdı. XVI əsrdə hürufi şairlər 
Səfəvi dövləti ətrafında cəmləşir və şiəlik təriqəti ilə uyuşmağa çalışırdılar. Bu baxımdan Süruri və Tüfeyli 
təxəllüsü ilə yazmış şairlərin yaradıcılığı daha səciyyəvidir. 
XV 
əsrin sonu - XVI əsrin ilk rübündə yaşamış Süruri istedadlı şair idi və Nəsimi irsinin varisi kimi 
tanınmışdı. Hürufiliyin fəlsəfi görüşlərinin təbliğatçısı Süruri I Şah İsmayıl dövründə fıkirlərini daha sərbəst 
şəkildə inkişaf etdirməyə imkan tapmış, 1515-ci ilə qədər saraya yaxın şəxs olmuşdur. 
Süruri əsasən hürufıliyi təbliğ edirdi. Lakin onun məhəbbət mövzusunda yazdığı qəzəllər daha çox uğur 
qazanmışdı. Bizə məlum olan qəzəllərdən onun ustad Füzuliyə, həmçinin bir çox müasirlərinə təsir edən bir 
sənətkar olduğu görünməkdədir. Yaxın Şərq şairləri onun: 
Ta müənbər kakilin xurşidə salmışdır kəmənd, 
Bağlamışdır boynumu zənciri-zülfun bənd-bənd. - misraları ilə başlayan qəzəlinə əsrlərlə nəzirələr 
yazmışlar. 
Yar əğyarü fələk qəddarü dil biixtiyar, 
Ey Süruri, nolasıdır aqibət halım mənim? - beytindəki orijinallıq şairin klassik poeziyada tutduğu yüksək 
mövqeyinin və onun müasirlərinə təsirinin səbəbini aydınlaşdırır. 
Sultan Səlim Təbrizi işğal etdiyi zaman Türkiyəyə getməyə məcbur olmuş Süruri orada da böyük hörmət 
qazanmışdı. 
Süruri hürufıliyin poetik xüsusiyyətlərindən məharətlə istifadə etmişdi. Lakin onun müasiri olmuş 
Tüfeyli öz əsərlərində hürufiliklə şiəliyi barışdırmağa, onları birləşdirməyə çalışırdı. O, hürufilərin Fəzlullah 
Nəimidə gördükləri bütün fəzilətləri Əliyə aid edirdi. Tüfeyli Əliyə böyük əhəmiyyət vermiş, şiəliyi 
əsaslandırmış I Şah İsmayıla, onun əcdadı Şeyx Səfiəddinə də tərifnamələr yazmışdır. 
Xətayini, şiəliyi, imamları tərifləyən Tüfeyli əsərlərinin birində I Şah İsmayılı din naminə müharibəyə 
sövq edirdi: 
Zərb ilə münkirləri iqrar edərsən, vəqtidir, 
Rum ilə Şam üstünə ilqar edərsən, vəqtidir. 
Tüfeyli, I Şah İsmayılı intiqam almağa dəvət edərək "Ənəl-həqq" söyləyən aşiqlərin ölümünə fitva 
verənləri "bərdar" etmək (dara çəkmək) vaxtının gəlib çatdığını bildirirdi. 
I Şah İsmayılın sarayında yaşadığı üçün Şahi təxəllüsünü qəbul etdiyi ehtimal olunan sənətkar da, Həbibi 
və Süruri kimi, Türkiyəyə getmiş, orada vəfat etmişdir. 
Şahinin şeirləri onun məhəbbət mövzusunda əsərlər yazmış lirik şair olduğunu sübut edir: 
Qönçeyi-gül bülbülün qəsdinə peykan eyləmiş, 
Qönçə açılğan gülü üzünə qalxan eyləmiş. 
Gül ərusin sübhdən bülbül nikah etmiş məgər Kim, özün yaşıl duvaq altında 
pünhan eyləmiş. 


2
Məhəmməd Füzuli Şahinin: 
Ta ki, taci-zərnigarın çərx viran eyləmiş
Xəşti-zərrini səba fərşi-gülüstan eyləmiş, - beyti ilə başlanan qəzəlinə 
nəzirə yazmışdı. 
Xəzani
Şirvan hakimi Əlqas Mirzənin katibi, dövrünün tanınmış şairi olmuşdur. Lakin onun Əlqas 
Mirzənin sarayında asudə keçən həyatı çox davam etmədi. Mirzə Şirvanda tam müstəqil şah olmaq fıkrinə 
düşmüşdü. Səfəvilər sarayına vergi verməyə məcbur edilən və onların hər cür tələbatını təmin edən Şirvan 
feodalları bu işdə Əlqas Mirzəyə kömək göstərdilər. Qardaşınm müstəqillik fıkrini eşitmiş I Şah Təhmasib 
böyük ordu ilə Şirvana hücum etdi. Əlqas Mirzə məğlub oldu. Bu zaman Xəzani də vətənini tərk etdi və Əlqas 
Mirzə ilə Osmanlı Türkiyəsinə getdi. O, Türkiyədə olduğu zaman saray şairi Ariflə mübahisələr edirdi. Osmanlı 
sultanı hətta onu öldürmək fikrinə düşmüşdü. 
Xəzani Türkiyədə Əflatun adı ilə tanındığından bütün Osmanlı təzkirəçiləri onu bu ad ilə təqdim 
etmişlər. 
Xəzani Əsiri təxəllüsü ilə də şeirlər yazırdı. Onun heca vəznində yazdığı şeirlər daha maraqlıdır: 
Qurban olum nazlı yarın hilal qaşına, 
Pərvanədək mən dolanım, dönüm başına, 
Şayəd ola, rəhmi gələ gözüm yaşına Gözüm yaşı yer üzünü aldı, 
neyləyim? 
Dil, ifadə, forma xüsusiyyətləri ilə folklordan gəlmiş bu təsir XVI əsrin bəzi şairləri üçün də səciyyəvidir. 

Yüklə 442,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin