Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət


Policy News” (Xarici siyasət xəbərləri) portalında muxtar respublikaya



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#1153
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
Policy News” (Xarici siyasət xəbərləri) portalında muxtar respublikaya

həsr  etdiyi  növbəti  məqaləsi  yerləşdirilmişdir.  Oxucularımız  üçün

maraqlı olacağını nəzərə alaraq həmin məqaləni qəzetimizin bugünkü

nömrəsində dərc edirik.

    Naxçıvan  Müəllimlər  İnstitu-



tunda görkəmli pedaqoq, maarifçi

və şair Məhəmməd Tağı Sidqinin

160  illik  yubileyi  münasibətilə

“Azərbaycanın  məktəb  tarixində

Məhəmməd  Tağı  Sidqinin  rolu”

mövzusunda elmi-praktik konfrans

keçirilib.

    Əvvəlcə institutun müəllim

və  tələbə  kollektivi  Heydər

Əliyev adına tam orta məktəbin

kollektivi  ilə  birgə  görkəmli

pedaqoqun Naxçıvan şəhərin-

dəki məzarını ziyarət ediblər.

    Naxçıvan Müəllimlər İnstitutu-

nun  akt  zalında  davam  etdirilən

tədbiri  ali  təhsil  ocağının  rektoru,

professor Oruc Həsənli açaraq ədibin

həyat  və  yaradıcılığından  danışıb.

    Naxçıvan Müəllimlər İnstitutu-

nun müəllimi, pedaqogika üzrə fəl-

səfə doktoru, dosent Kamal Camal -

ov  “Məhəmməd  Tağı  Sidqi  yara-

dıcılığında  mənəvi  tərbiyə  məsə-

lələri”  mövzusunda  çıxış  edərək

bildirib ki, tanınmış maarifçi Mə-

həmməd Tağı Sidqi bütün həyatını

maarifçiliyə  və  bədii  yaradıcılığa

həsr edib. Görkəmli pedaqoq Nax-

çıvanda ilk milli məktəblərdən olan

“Məktəbi-tərbiyə”ni təsis etməklə

bərabər, ədəbi yaradıcılıqla da məş-

ğul olub, Azərbaycan uşaq ədəbiy-

yatının və poeziyasının inkişafında

mühüm  xidmətlər  göstərib.  Ma -

arifçi-realist ədəbiyyatın yaradıcı-

larından biri kimi ədəbiyyat tarixi-

mizdə öz yeri olan ədibin yaradı-

cılığında mənəvi tərbiyə məsələləri

mühüm yer tutub. “Məktəb cəhalət

dərdinin dərmanı və mərifət bağının

xiyabanıdır”,  –  deyən  Sidqi  bir

bağban  həssaslığı  ilə  yetişdirdiyi

şagirdlərini  həm  maddi,  həm  də

mənəvi cəhətdən gələcəyə hazırla-

yırdı.  Xüsusilə  mövhumatçılığın

baş  alıb  getdiyi  bir  dövrdə  Mə-

həmməd Tağı Sidqi qız uşaqlarının

təhsil almaları uğrunda böyük mü-

barizə aparır və bu barədə arzu və

istəklərini qorxmadan qələmə alırdı.

Onun  elmə,  biliyə  çağırış  motivli

əsərləri insanların mənəvi tərbiyə-

sinin  inkişafına  da  böyük  təsir

edirdi.  Böyük  ədib  mənəvi  tərbi-

yənin yalnız elmlə, məktəblə, oxu-

maqla əldə edildiyinə diqqət çəkərək

ata-anaların  övladlarını  oxutdur-

malarını  təqdir  edirdi.  O  deyirdi:

“Ağıllı  ata-ana  övladını  elmə  və

tərbiyətə  rağib  edəndir.  Balasını

bikar və əziz saxlayan adam övla-

dının düşmənidir”. 

    Qeyd olunub ki, böyük maarif-

çi-ədibin elmə, biliyə, ümumiyyətlə

isə mənəvi zənginliyə səsləyən əsər-

ləri müasir dövrdə də aktualdır.

     “Məhəmməd Tağı Sidqinin ədəbi

irsi” mövzusunda çıxış edən Heydər

Əliyev adına tam orta məktəbin müəl-

limi Gülşən Fətullayeva bildirib ki,

qədim Naxçıvan torpağının yetirməsi

olan Məhəmməd Tağı Sidqi maarif-

çi-realist ədəbiyyatın yaradıcılarından

biri kimi ədəbiyyat tariximizdə böyük

rol  oynayıb.  Görkəmli  ədib  Azər-

baycan maarifçi-realist ədəbiyyatının

inkişafına ciddi töhfələr verərək onun

ideya-bədii  təkamülündə  hərtərəfli

xidmətləri ilə şöhrətlənib. Onun ədəbi

irsində ədəbiyyatın mövzu, ideya və

sənətkarlıq baxımından yeniləşməsi,

xalqı, cəmiyyəti düşündürən taleyüklü

məsələlərə diqqət yetirməsi, inkişafa

mane olan köhnə buxovlardan xilas

olub  müasir  inkişaf  yoluna  qədəm

qoymasının  vacibliyi  daim  diqqət

mərkəzində saxlanılıb. 

    Vurğulanıb  ki,  M.T.Sidqinin

ədəbi  irsində  ana  dilinin  saflığı,

sadələşməsi  ideyası  mühüm  yer

tutur.  Maarifçi-ədib  qələm  sahib-

lərini  doğma  dilin  saflığı  və  tə-

mizliyini  qorumağa,  sadə  tərzdə

əsərlər  yazmağa  səsləyirdi.  Qeyd

olunub ki, pedaqoji elmin inkişafına

verdiyi töhfələrlə yanaşı, Məhəm-

məd Tağı Sidqi Azərbaycan ədəbi

irsinin  yeniləşməsi  istiqamətində

də mühüm xidmətlər göstərib. 

    Sonra çıxışlar olub.

    Elmi-praktik konfransa Naxçı-

van  Müəllimlər  İnstitutunun  rek-

toru, professor Oruc Həsənli yekun

vurub.






Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə