Xəbərlər şöbəsi
“Nuh yurdu” intellektual
oyunu keçirilib
Son illərin quruculuq ünvanla-
rından biri olan, orijinal memarlıq
üslubunda qurulmuş 5 mərtəbəli
Ordubad Rayon Mərkəzi Xəstə-
xanasında xəstələrin müalicə və
müayinəsi üçün hər cür şərait
yaradılıb, LOR, oftalmoloq, cər-
rah, nevropatoloq və terapevt
otaqları, stasionar və mobil rent-
gen qurğuları, flüoqraf, ultrasəslə
müayinə və elektrokardioqrafiya
aparatları quraşdırılıb.
Reanimasiya və əməliyyat böl-
məsində yerləşən palatalarda süni
tənəffüs aparatlarının, defibliyato-
run, çarpayıyanı monitorların və
ilk yardım ləvazimatlarının olması
səhiyyə ocağında ağır xəstələrin
müalicəsinə imkan verir. Əməliyyat
otağı narkoz aparatı, sorucu, kiçik
və böyük cərrahi avadanlıqlar dəsti
ilə təchiz edilib. Əməliyyat və
doğuş otaqlarında antibakterial ha-
valandırma sistemi quraşdırılıb. Ya-
radılmış şərait digər rayonlarda ol-
duğu kimi, Ordubad Rayon Mərkəzi
Xəstəxanasında da yüksəkixtisaslı
həkim briqadalarının fəaliyyətinə
stimul verib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin iş planına
uyğun olaraq, yüksəkixtisaslı cər-
rah həkimlər rayon xəstəxanasında
olub, bir gündə 7 xəstə üzərində
5 tonzilloektamiya, dəbəllik və
dermoid kistaya görə cərrahi əmə-
liyyatlar aparıblar. Bu əməliyyatlar
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin baş məslə-
hətçi-cərrahı, tibb üzrə fəlsəfə
doktoru Sabir Novruzov, Naxçıvan
Muxtar Respublika Xəstəxanası
Burun-qulaq-boğaz şöbəsinin mü-
diri Fərman Novruzov, reanima-
toloq-anestezioloq Hüseyn Abdul-
layev tərəfindən həyata keçirilib.
Cərrahi müdaxilələrdə Ordubad
Rayon Mərkəzi Xəstəxanasının
cərrahı İlqar İbrahimov da iştirak
edib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin
mətbuat xidməti
Ordubadda bir gündə 7 cərrahi əməliyyat aparılıb
Qeydiyyat №: 575
Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır
ØßÐÃqapısı
Ünvan: AZ-7000,
Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.
Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, Faks: 544-52-52
E-mail: serqqapisi@nakhchivan.az
Nömrəyə məsul: Muxtar Məmmədov
Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və
Əcəmi NPB-də ofset üsulu ilə çap olunmuşdur.
Tiraj: 4020. Sifariş № 927
Baş redaktor:
TURAL SƏFƏROV
Ötən həftə Bakı şəhərində Hel-
sinki Yay Olimpiya Oyunlarının gü-
müş mükafatçısı Rəşid Məmməd-
bəyovun xatirəsinə həsr olunmuş
yeniyetmələr arasında sərbəst və yu-
nan-Roma güləşi üzrə açıq respublika
turniri keçirilib. Beş gün davam edən
turnirdə Naxçıvan güləşçiləri də çıxış
ediblər. 8 sərbəst və yunan-Roma
güləşçimizin mübarizə apardığı ya-
rışda iki idmançımız uğur qazanıb.
Belə ki, sərbəst güləş növünün 54
kiloqram çəki dərəcəsində mübarizə
aparan Haldun Məmmədov yalnız
finalda məğlub olub və turnirin gü-
müş mükafatını qazanıb. 46 kiloqram
çəki dərəcəsində güləşən Elnur Mu-
sayev isə bürünc medal əldə edib.
Sonda mükafatçılara təşkilatçılar
tərəfindən diplom, medal və qiymətli
hədiyyələr təqdim olunub.
-
Ceyhun MƏMMƏDOV
Güləşçilərimizin
daha bir uğuru
Hörmətli seçicilər!
Azərbaycan Respublikasında bələdiyyə
seçkilərində siyasi partiya və siyasi parti-
yaların blokları tərəfindən bələdiyyə üzv-
lüyünə namizəd və ya namizədlərin irəli
sürülməsi qaydası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 54-cü, 212-ci və 214-cü
maddələri ilə tənzimlənir.
Siyasi partiyaların bloku tərəfindən irəli
sürülən namizəd və ya namizədlər bloka
daxil olan hər bir siyasi partiya tərəfindən
təsdiq edilir. Siyasi partiyaların blokları tə-
rəfindən namizəd və ya namizədlərin irəli
sürülməsi haqqında qərar siyasi partiyaların
nümayəndələrinin iclasında (qurultayında,
konfransında, rəhbər orqanının iclasında)
qəbul edilir. Siyasi partiyaların bu səlahiyyətli
nümayəndələri partiyaların qurultayında
(konfransında, rəhbər orqanının iclasında)
müəyyənləşdirilir.
Namizəd və ya namizədlərin irəli sü-
rülməsi barədə siyasi partiyanın, siyasi
partiyalar blokunun qərarı protokolla rəs-
miləşdirilir. Həmin protokolda aşağıdakılar
göstərilir:
a) iclasda (qurultayda, konfransda, rəh-
bər orqanın iclasında) iştirak etmək üçün
qeydə alınmış iştirakçıların sayı;
b) siyasi partiyalar blokunun yaradılması
haqqında sazişdə nəzərdə tutulan qərarın
qəbul edilməsi üçün lazım olan iştirakçıların
sayı;
c) namizədin irəli sürülməsi barədə qərar
və bu qərar üzrə səsvermənin nəticələri;
ç) qərarın qəbul edilməsi tarixi.
Siyasi partiyalar tərəfindən bələdiyyə
üzvlüyünə namizəd və ya namizədlər irəli
sürülərkən siyasi partiyanın səlahiyyətli
nümayəndəsi müvafiq dairə seçki komis-
siyasına namizədin adı ilə birlikdə aşağıdakı
sənədləri təqdim etməlidir:
- siyasi partiyanın qeydə alınması barədə
şəhadətnamənin notariat qaydasında təs-
diqlənmiş surəti;
- siyasi partiyanın qüvvədə olan nizam-
naməsinin notariat qaydasında təsdiqlənmiş
surəti;
- namizəd və ya namizədlərin irəli sü-
rülməsi barədə siyasi partiyanın qurultayının
(konfransının, rəhbər orqanının iclasının)
qərarı və müvafiq iclasın protokolu;
- hər bir namizədin irəli sürülməsi barədə
ayrı-ayrılıqda tərtib edilmiş bildiriş. Bu bil-
dirişin surəti dairə seçki komissiyası tərə-
findən təsdiq edilərək müvafiq səlahiyyətli
nümayəndəyə verilir.
- bələdiyyə üzvlüyünə namizədliyi irəli
sürülmüş hər bir şəxsin məhkumluğuna,
vətəndaşlığına dair və başqa dövlətlər qar-
şısında öhdəliyinin olub-olmaması barədə
məlumatlar, habelə bələdiyyə üzvü seçiləcəyi
halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə
xitam verəcəyi barədə öhdəliyi göstərilmiş
razılıq ərizəsi;
- səlahiyyətli nümayəndələrin, habelə
maliyyə məsələləri üzrə səlahiyyətli nü-
mayəndələrin təyin edilməsi barədə siyasi
partiyanın qurultayının (konfransının, rəhbər
orqanı iclasının) qərarı;
- siyasi partiyanın səlahiyyətli nüma-
yəndələrinin və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndələrin notariat qay-
dasında rəsmiləşdirilmiş vəkalətnamələri;
- siyasi partiyaların səlahiyyətli nüma-
yəndələrinin siyahısı.
Siyasi partiyaların səlahiyyətli orqanı
səlahiyyətli nümayəndənin səlahiyyətinə
xitam verdiyi halda bu barədə qərarın
surəti Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyasına təqdim edilmə-
lidir. Dairə seçki komissiyasına təqdim
edilmiş sənədlərin alınması barədə yazılı
arayış siyasi partiyanın səlahiyyətli nü-
mayəndəsinə verilir.
Siyasi partiyalar bloku tərəfindən na-
mizəd və ya namizədlər irəli sürülərkən
siyasi partiyalar blokunun səlahiyyətli nü-
mayəndəsi müvafiq dairə seçki komissi-
yasına namizədin adı ilə birlikdə aşağıdakı
sənədləri təqdim etməlidir:
- siyasi partiyaların blokuna daxil olan
siyasi partiyaların qurultaylarının (kon-
franslarının, rəhbər orqanının iclasının) na-
mizəd və ya namizədləri irəli sürmək barədə
qərarları ilə birlikdə müvafiq iclasların
protokolları;
- siyasi partiyaların blokuna daxil olan
siyasi partiya nümayəndələri iclasının (qu-
rultaylarının, konfranslarının) siyasi parti-
yaların bloku adından namizəd və ya na-
mizədlərin irəli sürülməsi haqqında qərarı
və müvafiq iclasın protokolu;
- siyasi partiyalar blokunun səlahiyyətli
nümayəndələrinin və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndələrinin notariat qay-
dasında rəsmiləşdirilmiş vəkalətnamələri;
- siyasi partiyalar blokunun səlahiyyətli
nümayəndələrinin siyahıları;
- bələdiyyə üzvlüyünə namizədliyi irəli
sürülmüş şəxsin məhkumluğuna, vətəndaş-
lığına dair və başqa dövlətlər qarşısında
öhdəliyinin olub-olmaması barədə məlu-
matlar, habelə bələdiyyə üzvü seçiləcəyi
halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə
xitam verəcəyi barədə öhdəliyi göstərilmiş
razılıq ərizəsi;
- hər bir namizədin irəli sürülməsi barədə
ayrı-ayrılıqda tərtib edilmiş bildiriş. Bu bil-
dirişin surəti dairə seçki komissiyası tərə-
findən təsdiq edilərək müvafiq səlahiyyətli
nümayəndəyə verilir.
Dairə seçki komissiyasına təqdim edilmiş
sənədlərin alınması barədə yazılı arayış
siyasi partiyalar blokunun səlahiyyətli nü-
mayəndəsinə verilir.
Siyasi partiyalar tərəfindən Mərkəzi
Seçki Komissiyasına aşağıdakı sənədlər
təqdim edilməlidir:
- siyasi partiyaların səlahiyyətli nüma-
yəndələrinin, habelə maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndələrin siyahıları;
- siyasi partiyaların səlahiyyətli nüma-
yəndələrinin, habelə maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndələrin razılıq
məktubları (Mərkəzi Seçki Komissiyasında
qeydə alındıqları zaman, habelə qeydə
alındıqdan sonra səlahiyyətli nümayəndə
və maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndə təyin edilibsə, siyasi partiyalar
bloku da müvafiq sənədləri Mərkəzi Seçki
Komissiyasına təqdim etməlidir).
Bələdiyyə üzvlüyünə namizədə, nami-
zədin, siyasi partiyanın, siyasi partiyalar
blokunun səlahiyyətli nümayəndələrinə
dairə seçki komissiyası tərəfindən imza
vərəqələrinin verilməsi qaydaları.
Namizədin müdafiəsi məqsədilə seçici
imzalarının toplanması üçün imza vərəqə-
lərinin verilməsi dairə seçki komissiyası
tərəfindən namizədə və ya səlahiyyətli nü-
mayəndəyə bələdiyyə üzvlüyünə namizədin
irəli sürülməsini təsdiq edən qərarın təqdim
edildiyi gündən başlanır.
İmza vərəqələri namizədə və ya səlahiyyətli
nümayəndəyə verilərkən hər bir imza vərə-
qəsinin yuxarı sağ küncü dairə seçki komis-
siyasının möhürü ilə möhürlənməlidir.
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının təsdiq etdiyi nümunəyə uy-
ğun olaraq, namizədə və ya səlahiyyətli
nümayəndəyə imza vərəqələri verilməsi
barədə 2 nüsxədən ibarət akt tərtib edilmə-
lidir. Tərtib olunmuş akt dairə seçki ko-
missiyasının sədri, namizəd və ya səlahiyyətli
nümayəndə tərəfindən imzalandıqdan sonra
komissiyanın möhürü ilə təsdiqlənir.
İmza vərəqələrini qəbul etməsi haqqında
aktda namizədin və ya səlahiyyətli nü-
mayəndənin, həmçinin dairə seçki komis-
siyası sədrinin soyadı, adı, atasının adı,
verilən imza vərəqələrinin növü və sayı
göstərilməlidir.
Tərtib edilmiş akt imzalanaraq möhür-
ləndikdən sonra onun bir nüsxəsi dairə
seçki komissiyasında qalır, digər nüsxəsi
isə imza vərəqələri ilə birlikdə namizədə
və ya səlahiyyətli nümayəndəyə təqdim
edilir.
23 dekabr 2014-cü il Azərbaycan
Respublikasında bələdiyyə seçkiləri
günüdür.
Bələdiyyə üzvlüyünə namizədlər gə-
lirlərinin miqdarı, məbləği və mülkiyyət
hüququ əsasında onlara məxsus olan
əmlak haqqında məlumat verirlər.
Siyasi partiya, siyasi partiyaların
bloku bloka daxil olan partiyaların
üzvü olmayan şəxsləri namizəd kimi
irəli sürə bilərlər.
Siyasi partiya öz nizamnaməsinə
uyğun olaraq, namizədin və ya nami-
zədlərin irəli sürülməsi haqqında qə-
rarı səsvermə yolu ilə kollegial qaydada
qəbul edir.
Seçki marafonu
B
ə
l
ə
d
i
y
y
ə
s
e
ç
k
i
l
ə
r
i
-
2
0
1
4
Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyası
Naxçıvan Muxtar Respublikası üzrə 2014-cü ilin oktyabr ayında
verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və
ödənilmə faizi barədə məlumat
S
/S
Şəhər və rayonlar
Təbii qazın həcmi
(kubmetr)
Təbii qazın
dəyəri
( manat)
Daxil olan
vəsait
(manat)
Ödənilmə
faizi
1. Şahbuz rayonu
214104
21410
23602
110,2
2. Sədərək rayonu
99769
9977
10069
100,9
3. Kəngərli rayonu
254405
25441
25516
100,3
4. Culfa rayonu
601385
60139
59653
99,2
5. Ordubad rayonu
556390
55639
45646
82,0
6. Naxçıvan şəhəri
1947494
194749
145995
75,0
7. Şərur rayonu
933696
93370
57064
61,1
8. Babək rayonu
1060503
106050
63957
60,3
9. Muxtar respublikanın
müəssisə və təşkilatları
4183975
418283
357522
85,5
Naxçıvan Muxtar
Respublikası üzrə cəmi:
9851721
985058
789024
80,1