Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#1153
1   2   3   4   5   6   7   8   9   ...   23
Nursuda beş

quruculuq

ünvanı

Xəbərlər şöbəsi


2

    2014-cü  ilin  oktyabr  ayı  ər-

zində də hava limanında əhaliyə

keyfiyyətli  xidmət  təşkil  olun-

muşdur.  Ötən  ay  ərzində  yerli

hava xətti ilə 24 min 395 sərnişin,

396 min 265 kiloqram baqaj, 36

min 823 kiloqram yük və 2 min

332 kiloqram poçt daşınması hə-

yata  keçirilmişdir.  Beynəlxalq

hava xətti ilə Naxçıvan-Moskva

istiqaməti  üzrə  339  sərnişin,  5

min 887 kiloqram baqaj, Naxçı-

van-İstanbul reysi ilə 478 sərnişin

və  5  min  567  kiloqram  baqaj

daşınmışdır.

    Hava  nəqliyyatına  tələbatın

artması  xidmətin  keyfiyyətinin

də  mütəmadi  olaraq  yüksəldil-

məsini  şərtləndirir.  Buna  görə

də  hava  limanı  əməkdaşlarının

peşəkarlığının artırılması istiqa-

mətində də işlər davam etdiril-

mişdir. Ötən ay daşımaların təşkili

və koordinasiyası xidmətinin şəx-

si  heyəti  Bakı  şəhərində  Milli

Aviasiya Akademiyasında kurs-

lara cəlb edilmişdir.

    Payız-qış  mövsümündə  hə-

rəkətin  təhlükəsizliyinin  təmin

olunması məqsədilə bütün zəruri

tədbirlər yerinə yetirilmiş, hava

gəmiləri və texniki avadanlıqlar

texniki baxışdan keçirilmiş, uçuş-

enmə  zolağı,  sükanlanma  yolu

və perronda cari təmir işləri apa-

rılmışdır. Uçuş-enmə zolağında

betonların arasında olan dərzlər

yenisi ilə əvəz olunmuşdur. Açıq

və  örtülü  drenaj  xətləri  yoxla-

nılmış, işlərin təhlükəsiz yerinə

yetirilməsi üçün texniki işçilərlə

məşğələ keçilmiş, aerodrom qış

mövsümünə hazır vəziyyətə gə-

tirilmişdir. Hava gəmilərinə xid-

mət edən xüsusi maşın və tex-

nikalara mövsümi və reqlament -

ləşdirilmiş  texniki  xidmət  gös-

tərilmişdir. Həmçinin bu dövrdə

teleskopik  trapların  quraşdırıl-

ması  işi  tamamlanmış,  onların

dayanacaq yerləri təşkil olunmuş

və markalanmış, xidməti işçilər

üçün yeni bina istifadəyə veril-

mişdir.  Hazırda  aerovağzal  bi-

nasında əsaslı təmir işləri davam

etdirilir.

    Uçuşların  elektrik-işıq  tex-

nikası təminatı, istilik və sani-

tariya texnikası ilə təchizat xid-

mətləri də 2014-2015-ci ilin pa-

yız-qış mövsümünə tam hazırdır.

Bu  məqsədlə  bütün  növ  güc

transformatorları  və  elektrik

paylayıcıları texniki nəzarətdən

keçirilmiş, güc kabellərinin saz-

lığı  yoxlanılmış,  requlyatorlar

üzərindəki 60 akkumulyator ba-

tareyaları  yenisi  ilə  əvəz  edil-

mişdir. Hava limanı ərazisində

olan bütün işıqlandırma vasitə-

lərinə texniki xidmət göstərilmiş,

onların işədüşmə və sönmə vaxt-

ları gün rejiminə uyğun olaraq

qurulmuşdur.  Oktyabr  ayı  ər-

zində  təhlükəsizlik  sisteminin

gücləndirilməsi  istiqamətində

də  bir  sıra  işlər  görülmüşdür.

Aerodrom  ərazisini  və  xidmət

sahələrini daim nəzarətdə sax-

lamaq üçün əlavə olaraq 10 ədəd

müşahidə  kamerası  quraşdırıl-

mışdır. Yeni qurulmuş avtomat

telefon  stansiyasına  800  metr

uzunluğunda  fiber-optik  kabel

çəkilərək mərkəzləşmiş şəbəkəyə

qoşulmuşdur.

    Yanacaq-sürtgü  materialları

təminatı da lazımi səviyyədə ye-

rinə yetirilmiş, yanacaqdolduran

maşınlar yoxlamadan keçirilmiş-

dir. Çənlərdə olan bütün vintillərə

nəzarət olunmuş, təmirə ehtiyacı

olanlara texniki qulluq göstəril-

mişdir.  Oktyabr  ayı  ərzində

“AZALOİL”  Yanacaq-Sürtgü

Materialları İdarəsindən 204 min

litr  təyyarə  yanacağı,  1800  litr

dizel  yanacağı  daşınaraq  yana-

caq-sürtgü materialları anbarına

tədarük  olunmuşdur.  Hazırda

“MAN” markalı 2 yanacaqdaşı-

yan avtomaşın təyyarə yanacağı

daşıyır. Bundan başqa, hava gə-

milərinin buzlaşmasının qarşısı-

nın  alınmasında  mühüm  vasitə

olan 8 min 800 litr “Kilfrost DF

Plus” və 34 min 900 litr “Kilfrost

ABC k Plus” tipli maye tədarük

olunmuşdur. Mayelərin keyfiyyət

göstəriciləri  xüsusi  təminat  la-

boratoriyasında analizdən keçi-

rilmiş, istifadə üçün tam yararlı

olduğu təsdiq olunmuşdur.

     Yeni texnikaların alınıb gəti-

rilməsi də işin keyfiyyətinin artı-

rılmasına  xidmət  edir.  Odur  ki,

bu istiqamətdə işlər davam etdi-

rilir. Yeni  alınmış  “MAN  TGS-

18.360”  və  “VOLVO  FM

TRUCK” yəhərli dartıcı “TJS630”

markalı qartəmizləyici ilə təchiz

olunmuş, “SUPRA-5001” mar-

kalı frezer-rotor qartəmizləyən

avtomobil  hazır  vəziyyətə  gə-

tirilmişdir.  Əlavə  olaraq,  yeni

alınmış üçüncü yanacaqdaşıyan

“MAN  TGX18-400”  yəhərli

dartıcı avtomobil noyabr ayın-

dan işə salınmışdır.





Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə