Nitq mədəniyyəti



Yüklə 44,54 Kb.
Pdf görüntüsü
tarix02.01.2022
ölçüsü44,54 Kb.
#40928
Nitq mədəniyyəti İşgüzar ünsiyyət mədəniyyəti - Vikikitab



Vikikitab

Nitq mədəniyyəti/

İşgüzar ünsiyyət

mədəniyyəti

Nitq mədəniyyəti

←Natiqlik

sənətinin

yaranma

tarixi


Nitq mədəniyyəti 

 

Nitq



mədəniyyəti

üslubiyyat



İşgüzar ünsiyyət elə bir ünsiyyət növüdür

ki, bu zaman qarşılıqlı əlaqələrin məqsədi

hansısa aydın saziş, söhbətin həllini




nəzərdə tutur. Məsələn, həmkarlar, rəis və

tabeçilikdə olan şəxs və s. Burada

tərəfdaşların hər birinin statusu müəyyən

olunur. 


Ünsiyyət bacarığı hər hansı şəraitə

uyğunlaşmağa imkan verir. İşçilər

ünsiyyətin əlaqələndirici (kommunikator)

tərəfinə lazımi əhəmiyyət vermədiklərinə

görə çox şey itirirlər. Rəhbər həmişə üzdə

olan şəxsdir. Ona görə də o, öz

hərəkətinə nəzarət etməli, davranış

taktikası barədə düşünməli, son nəticəni

proqnozlaşdırmalı və işgüzar ünsiyyət

etikasına riayət etməlidir. 

İşgüzar ünsiyyət etikası məzmunca daha

zəngindir. Məsələn, vergi sahəsindəki

işgüzar ünsiyyət mədəniyyətinə diqqət



yetirək. Burada işgüzar ünsiyyət etikası

vergi işçisinin peşəkar davranışının və

əxlaqının ən vacib tərəfidir. Xidmət

bölməsinin vergi işçilərinin işgüzar

ünsiyyət etikasını bilməmələri və ona

riayət etməmələri bir çox vergi

ödəyicilərinin onlarla ünsiyyət

qurmaqdan imtina etmələri ilə nəticələnir

və vergi işçiləri xoşagəlməz tənqid

obyektinə çevrilirlər. Özlərinə hörmət

edən vergi ödəyiciləri vergi əməkdaşının

qeyri-peşəkar ünsiyyət etikası ilə

qarşılaşdığı hallarda müvafiq reaksiya

nümayiş etdirirlər. Bütün bunlar vergi

əməkdaşlarının ictimai nüfuzunun

azalmasına gətirib çıxara bilər. İşgüzar

ünsiyyət və nitq mədəniyyətinin



harmoniyası, bu harmoniyanın qoruyub

saxlanılması vergi ödəyicilərinə xidmət

sferasında funksional idarəetmənin yeni

formalarının tətbiqinə geniş imkanlar

yaradır. Bu yanaşma yeni mərhələdə vergi

ödəyicilərinə göstərilən xidmətlərin əhatə

dairəsinin genişləndirilməsi və

keyfiyyətinin yüksəldilməsini, vergi

ödəyicilərinə xidmət sahəsinin, vergi

qanunvericiliyinə könüllü əməletmə

prosesinin inkişaf etdirilməsini nəzərdə

tutur. 


Eyni sahədə çalışanların ünsiyyəti geniş

mənada ünsiyyətdən onunla fərqlənir ki,

belə ünsiyyət prosesində məqsəd və öz

həllini tələb edən konkret vəzifələr

qoyulur. İşgüzar ünsiyyətdə tərəf



müqabili ilə qarşılıqlı əlaqələri kəsmək

mümkün deyil. İşgüzar ünsiyyətin

əhəmiyyətli hissəsini xidməti ünsiyyət,

yəni insanların təşkilat daxilində, iş

vaxtında həyata keçirilən qarşılıqlı

fəaliyyəti tutur. Lakin işgüzar ünsiyyət

xidməti ünsiyyətə nisbətən daha geniş

anlayışdır, çünki həm də muzdlu işçilərin

və fərdi işəgötürənlərin qarşılıqlı

fəaliyyətini əhatə edir və təkcə

təşkilatlarda yox, ən müxtəlif səviyyəli

işgüzar qəbullarda, seminarlarda,

sərgilərdə və s. baş verir. 

İşgüzar ünsiyyət aşağıdakı əsas

formalarda həyata keçirilir: işgüzar

söhbət; işgüzar danışıqlar; mübahisə,

diskussiya, polemika; işgüzar müşavirə;



kütlə qarşısında çıxış; telefon danışıqları;

işgüzar məktublaşma. İşgüzar söhbət

müəyyən suallar, yaxud problemlərlə

əlaqədar informasiya, yaxud fikir

mübadiləsidir. İşgüzar danışıqlar maraqlı

tərəflərin ünsiyyəti prosesində

razılaşdırılmış qərar qəbul edilməsinin

əsas vasitəsidir. İşgüzar müşavirə

problemlərin mütəxəssislər qrupu

tərəfindən kollektiv müzakirəsi üsuludur.

İşgüzar məktublaşma mətnin xüsusi

üsulla ötürülməsi ilə əlaqədar müxtəlif

məzmunlu sənədlərin ümumiləşdirilmiş

adıdır.  

İşgüzar ünsiyyətdə “yuxarıdan-aşağı”,

daha doğrusu rəhbərliklə tabeçilikdəkilər

arasındakı münasibətləri, etikanın qızıl



qaydasını aşağıdakı kimi ifadə etmək

olar: “Çalışın tabeçiliyinizdəkilərlə

qurduğunuz münasibət, rəisinizdən

gözlədiyiniz münasibətə bənzəsin”.

İşgüzar ünsiyyət mədəniyyəti və uğuru

çox hallarda rəhbərin öz işçilərinə qarşı

istifadə etdiyi etik norma və prinsiplərdən

asılıdır. Norma və prinsiplər dedikdə

xidmət zamanı hansı hərəkətlərin etik

cəhətdən məqbul, hansının isə qeyri-

məqbul olduğu nəzərdə tutulur. Bu

normalar ilk növbədə idarəetmə

prosesində qəbul olunan sərəncamların

nəyin əsasında verilməsinə, işgüzar

ünsiyyəti müəyyən edən xidməti

intizamın necə təzahür etməsinə aiddir. 

Rəhbər və tabeçilikdəkilər arasında



işgüzar ünsiyyət etikası pozulduqda

kollektivdə insanların əksəriyyəti özlərini

narahat, mənəvi cəhətdən müdafiəsiz

hesab edirlər. Rəhbərin işçiyə münasibəti

işgüzar ünsiyyətin bütün xarakterinə təsir

edir, əksər hallarda isə onun əxlaqi-

psixoloji iqlimini müəyyənləşdirir. İlk

növbədə, məhz bu səviyyədə əxlaq

etalonları və davranış qaydaları

formalaşır. 

İşgüzar ünsiyyət elə bir ünsiyyət növüdür

ki, bu zaman qarşılıqlı əlaqələrin məqsədi

hansısa sövdənin gerçəkləşməsi,

mövcud problemin həlli, yeni

əməkdaşlığın qurulması və s. ola bilər.

Ünsiyyətin tərəfləri qismində isə

həmkarlar, rəis və tabeçilikdə olan



şəxslər, tərəfdaşlar və s. çıxış edir.

Burada tərəflərin hər birinin statusu

müəyyən olunur. 

İlk öncə şəxs öz işgüzar sahəsindən olan

sanballı peşəkarların simpatiyasını

qazanmalı və həmin insanlarla kontakta

girməyi bacarmalıdır. Yeni başlayan əksər

işgüzarların uğuru düzgün tərəfdaş

seçimindən asılı olur. 

Sözsüz ki, bu və ya digər sahədən olan

məşhur peşəkar ilə əməkdaşlıq yeni

başlayan tərəf üçün arzuolunan nəticənin

əldə edilməsini asanlaşdırır. Amma bir

çox insanlar işgüzar münasibətlər

yaratmağa çalışdığı zaman kobud

səhvlərə yol verir, bu əlaqələr bəzən çox

birbaşa, dikbaş, kobud və bezikdirici



şəkildə alınır. Belə cəhdlər təcrübəli

biznesmenlərdə gülüş və kinayədən

başqa heç nə oyatmır. Buna görə də hətta

biznesmenlər mühitindən çıxmış ağıllı və

hazırlıqlı insanlar belə, onları

maraqlandıran şəxslərlə tərəfdaşlıq

münasibətlərinin düzgün qurulması üçün

müəyyən alqoritmlərə ehtiyac duyurlar.

Bu, bir növ özünəməxsus dostluq və

yoldaşlığın təməlidir, daha sonra isə onu

partnyorluq münasibətlərinə və ya

düşünülmüş layihənin gerçəkləşməsinin

digər formasına çevirmək olar.

İstifadə olunmuş ədəbiyyat

siyahısı



  Sonuncu redaktə 5 il əvvəl Araz Yaquboglu tərəfindən edilib  

Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA

3.0  çərçivəsində yayımlanır.

1. Rzayev P.Q. və Rzayev Z.H.

Azərbaycanın vergi jurnalı. 2014 

2. Şiriyev Fikrət. Azərbaycan dilinin nitq

mədəniyyəti və ritorika. “Nurlar”

nəşriyyatı. Bakı, 2014

Mənbə — "

https://az.wikibooks.org/w/index.php?

title=Nitq_mədəniyyəti/

İşgüzar_ünsiyyət_mədəniyyəti&oldid=18889



"

Yüklə 44,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin