Nitqin inkişafı üzrə işin elmi əsasları



Yüklə 0,65 Mb.
səhifə1/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
  1   2   3   4   5   6   7   8   9   ...   55
Nitq kopyası


  1. Nitqin inkişafı üzrə işin elmi əsasları

Nitq inkişafının psixoloji əsasları. Nitq insanlar arasında qarşılıqlı münasibətlər sistemidir. Təcrübə, həyati təssüratlar əsasında təfəkkürdə yaranan və formalaşan fikir dilin səs, söz, cümlə kompleksi vasitəsilə təzahür edir. Dilsiz təfəkkür və eləcə də təfəkkürsüz dil olmadığı kimi, onlarsız da nitq yoxdur. Bu o deməkdir ki, nitq təfəkkür və dildən ayrılmazdır. Onların hər birinin inkişafı digərinin inkişafı üçün əsasdır. Dillə təfəkkürün birləşməsi prosesində nitq yaranır. Dil fərddən asılı olmayaraq mövcuddur. Təfəkkür ümumi bəşəri hadisə olsa da, hər bir şəxsin özünəməxsus təfəkkürü var. 
Məzmun və forma olmaq etibarı ilə nitqin iki cəhəti özünü göstərir: danışan və dinləyən; oxuyan və yazan. Bu ümümi şəkildə xarakterizə olunsa belə, bir ideya ortaya çıxar: nitq fikrin ifadəsi və başqaları tərəfindən qəbul edilməsidir. Eyni fikri I.V.Karpov da səsləndirmişdir. Bəzi tədqiqatlarda isə nitqin üç tərəfindən söhbət gedir: a)nitqin məzmunu; b)danışan; c)dinləyən.
Məzmun təfəkkürün məhsulu olan fikir və səslər, sözlər və cümlələrlə maddiləşən forma əsasında yaranır. Məzmun və forma bir-birindən ayrılmazdır. Biri yoxdursa, digəri də yoxdur, mövcud deyildir. Nitq təfəkkürdə yaranan fikrin dil vasitəsi ilə ifadə prosesidir. Bununla belə nitq prosesində bir-birilə qarşılıqlı əlaqədə olan iki tərəf olur: şifahi nitqi dinləyən və yazılı ntqioxuyan. Bu deyilənlər əsasında belə qənaətə gəlmək mümkündür ki, nitq fikrin dil vasitəsi ilə ifadəsi və başqaları tərəfindən qəbul edilməsidir.
Nitq inkişafı üzrə işin didaktik əsasları. Metodist alimlərdən Y.Kərimovun lüğət ehtiyatının zəngiləşdirilməsi, Ə.Əfəndizadənin orfoqrafiya və orfoepiya, B.Əhmədovun ana dili təliminin nəzəri məsələləri, H.Balıyevin linqvometodikanın qanunlarına dair əsərlərində nitq inkişafı dildən nitqə sürətli keçid tələb edən aspekt kimi qiymətləndirilmişdir. Onlar bu aspekti dərinləşdirərkən və zəngiləşdirərkən ibtidai təhsilin xüsusiyyətlərini nəzərə almağa çalışmışlar.
Rus metodist alimi M.M.Razumovskayanın “nəzəri və praktik aspektlər arasında müvafiqliyin gözlənilməsi” ideyası məqbul sayılsa da, ibtidai təhsildə əzbərləmə, çalışmalarla yadda saxlama, möhkəmləndirmə, mətn qurma, savad təlimi və düzgün tələffüzlə bağlı daha çox iş görmək ideyası üstünlük təşkil etmişdir. A.V.Dudnikov və b. Azərbaycan linqvodidaktlarının nitq nkişafı haqqında fikirlərini təqdir etmişlər.
Məlumdur ki, “Dil nədir?”, “Nitq nədir?”, “Bunlar arasında oxşar və fərqli cəhətlər, asılılıqlar nədən ibarətdir?” suallarına ətraflı cavab verilmişdir. Cavablar bu gün də öz əhəmiyyətini saxlamaqdadır. Məktəblərdə onlardan geniş istifadə olunmaqdadır. Belə ki, nitq, onun növləri, formaları, nitq inkişafı, bu sahədə məktəbdə aparılacaq işlərin metodikası problemləri nə qədər tədqiq olunsa da yenə bu sahə üzrə görüləcək işlər çoxdur.
İbtidai siniflərdə nitq inkişafı üzrə işin optimal təşkili kiçikyaşlı məktəblilərin təlim imkanlarının nə dərəcədə nəzərə alınması və didaktik prinsiplərə necə əməl edilməsindən asılıdır. Yeni proqram(kurikulum) yaddaşa deyil, təfəkkürə üstünlük verməyi təlimin nəzəri səviyyəsinin, inkişafetdirici təsirinin əhəmiyyətli dərəcədə yüksəldilməsini zəruri sayır.
Müasir texnologiyaların tətbiq edilməsi, fəal təlim metodlarının, interakriv motivasiyaların elmi-didaktik əsaslar üzərində qurulması və bunun şagirdlərin nitq inkişafı üzrə işinə tətbiq edilməsi olduqca vacib məsələdir. Həmçinin müəllimlərin nitq inkişafı üzrə işini təkmilləşdirmək üçün aşağıdakı məsələlərin nəzərə alınması vacibdir:
▪ Müəllimlərin nitq inkişafı üzrə işin metodikası haqqında biliklərinin dərinləşməsinə və təsəvvürlərinin genişlənməsinə nail olunması.
▪ Lüğət etiyatının zənginləşdirilməsi, leksik, morfoloji, sintaktik vasitələrdən istifadəyə dair biliklərin təkmilləşdirilməsi. 
▪ Yazılı və şifahi nitqin inkişafı üzrə metodik tövsiyələrin hazırlanması.
▪ Nitq inkişafı üzrə işin aparılmasında fəal/interaktiv təlim metodlarından istifadə edilməsi.





  1. Yüklə 0,65 Mb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin