1
GÜNEY AZƏRBAYCAN:
TARĠXĠ, SĠYASĠ VƏ KULTUROLOJĠ
MÜSTƏVĠDƏ
(məqalələr toplusu)
Bakı – AzərnəĢr – 2010
2
BBK 45.2.2
S – 92
Tərtib edəni, nəĢrə
hazırlayanı və elmi redaktoru:
Prof.dr. Vaqif Sultanlı
Rəyçilər:
Dos.dr.Boran Əziz
Dos.dr.Atamoğlan Məmmədli
S – 92
Güney Azərbaycan: tarixi, siyasi və kulturoloji müstəvidə.
Bakı, AzərnəĢr, 2010, 172 səh.
Kitabda son illərdə Güney Azərbaycanla bağlı yazılmıĢ tarixi, siyasi və ədəbi-
kulturoloji tədqiqatlar toplanmıĢdır.
4502020000
M – 651 (07)2010 qrifli nəĢr
ĠSBN 9 – 95231 – 003 – 1
Vaqif Sultanlı, 2010
3
REDAKTORDAN
Bilindiyi kimi, Güney Azərbaycan məsələsi yalnız Azərbaycan türklərinin
deyil, bütövlükdə Türk dünyasının ən böyük problemlərindən biridir. Ancaq nə
yazıqlar ki, yaĢadığımız dünyanın ictimai-siyasi Ģərtləri problemin bütün ciddiyyəti
ilə gündəmə gəlməsini əngəlləməkdədir. Bu gün Ġran adlanan ölkədə otuz beĢ
milyondan artıq Azərbaycan türkünün siyasi, ictimai, mədəni və ən adi insani
hüquqlardan məhrum, ağır, dözülməz həyat tərzi keçirməkdə davam etməsinin bir
səbəbi məhz toplumun taleyinə olan biganə münasibətdən qaynaqlanmaqdadır.
Hazırda problemin aktuallaĢması üçün bir sıra mühüm addımların
atılmasına ehtiyac duyulmaqdadır. Hər Ģeydən əvvəl, bütün təbliğatı vasitələri
hərəkətə gətirməklə Azərbaycanın Güneyində xalqın bütün geniĢ təbəqələrinə
çatdırılması istiqamətində sistemli və davamlı maarifləndirmə iĢləri aparılmalı,
burada siyasi mübarizənin güclənməsinə, informasiya axınının sürəkliliyinin
təmininə çalıĢılmalıdır. Çünki xalqın geniĢ təbəqələri içərisində maariflənmə iĢi
aparılmadan siyasi mübarizədə qazanılan nəticələrin sürəkliliyini təmin etmək
mümkün deyildir.
Bundan əlavə, Azərbaycanın parçalanması və millətin böyük bir parçasının
Ġran fars rejiminin əsarəti altında yaĢamağa məhkum olunması məsələsi müstəqil
Azərbaycan Respublikasında toplumu düĢündürən, ictimai-siyasi düĢüncəni
narahat edən problemə çevrilməlidir. Güney Azərbaycan probleminin parçalanmıĢ
millətin bütünləĢmə istəyi müstəvisində həllinə cəhd olunması istər milli, istərsə də
bəĢəri haqların təmininə yönəlik iĢ olduğundan bu istiqamətdə fəaliyyətin səmərə
verəcəyi Ģübhə doğurmur.
Güney Azərbaycan məsələsinin bundan sonra Türk dünyasının ortaq
probleminə çevrilməsi istiqamətində müəyyən addımların atılmasına ehtiyac
duyulmaqdadır. Belə ki, Azərbaycanın Güneyinin istiqlaliyyəti problemi Türk
dünyasının probleminə çevrilmədən beynəlxalq dəstəyin qazanılması mümkün
deyildir. Eyni zamanda, bölgədə türkçülük hərəkatının güclənməsi üçün bu
istiqamətdə fəaliyyətin canlandırılması olduqca vacibdir.
Nəhayət, Güney Azərbaycan problemi ciddi, sistemli təbliğat sahəsində
dünyanın demokratik dövlətlərinin və insan haqları uğrunda mübarizə aparan
beynəlxalq təĢkilatların diqqətini cəlb edəcək səviyyəyə qaldırılmalıdır.
Davamlı olaraq Ġran islam rejiminin antimilli, antiinsani mahiyyətinin üzə
çıxarılması istiqamətində səylər göstərilməsi, bu istiqamətdə müzakirələrin
aparılmasına çalıĢılmalıdır. Ġranın bütün dünyadan təcrid olunmuĢ Ģəkildə
yaĢamağa, nüvə silahına yiyələnməyə cəhd etdiyi indiki dönəmdə mübarizənin
daha münbit və səmərəli Ģərtlərindən bəhrələnilməlidir.
4
Güney Azərbaycanın istiqlaliyyəti uğrunda aparılan mübarizədə diasporun
gücündən, maddi və mənəvi dəstəyindən maksimum dərəcədə yararlanmalıdır.
Davamlı və sistemli Ģəkildə düzənlənən beynəlxalq simpozium, konfrans, forum,
seminar və baĢqa formalı tədbirlər vasitəsilə milli istiqlal probleminin daim siyasi
gündəmdə saxlanılmasına çalıĢılmalıdır.
Güney Azərbaycan probleminin çağdaĢ siyasi, ictimai və kulturoloji
müstəvidə çözülməyə çalıĢıldığı bu araĢdırmalar toplusu xalqın millətləĢmə,
dövlətləĢmə və bütünləĢmə əzmini bir sıra aspektləri ilə ortaya qoymaqdadır.
Kitaba daxil edilən məqalələr əsas etibarilə son illərin araĢdırmaları kimi diqqəti
çəkməkdədir. Ayrı-ayrı məqalələrdə Ġranda milli məsələnin qoyuluĢu, ölkədə
mövcud olan etnik problemlər, milli azadlıq hərəkatında ana dili faktoru, fars-islam
rejiminin Güney Azərbaycanın tarixi ərazilərində apardığı kürdləĢdirmə siyasəti,
məhbəslərdə icra edilən iĢgəncə və cəza üsulları, Güney Azərbaycan mühacir
dövlətinin yaradılması zərurəti və baĢqa məsələlərə toxunulmuĢdur. Məqalələrin
bir qismi Güney Azərbaycanı tarixi kontekstdə, digər qismi isə ədəbi-kulturoloji
müstəvidə təqdim etməkdədir.
Ġnanırıq ki, kitab geniĢ oxucu auditoriyasının diqqət və marağını çəkəcək,
bu istiqamətdə daha çevik fəaliyyətlər təkan verəcəkdir.
5
SİYASƏT
Seyidağa ONULLAHĠ
tarix elmləri doktoru, professor
ĠRANDA MĠLLĠ MƏSƏLƏNĠN QOYULUġU
Ġran çoxmillətli ölkədir. Bu ərazidə yaĢayan millətlər və milli əğəliyyətlər
dil əlamətlərinə görə iki yerə - Ġran və türkdilli millətlərə bölünürlər. Ġrandilli
xalqlar – fars, kürd, lor, gilək, bəluc, talıĢlardan ibarət olduğu halda, Türkdilli
xalqlar isə Azərbaycan türkləri, qaĢqaylar, türkmənlər, əfĢarlar, Ģahsevənlər və s.
xalq və etnik tayfalardan ibarətdir.
Saylarının az-çoxluğundan asılı olmayaraq irandilli xalqlar ilə Ġran və
Güney Azərbaycanda türklər sakindirlər. Türkdilli xalqların əsas hissəsi Güney
Azərbaycanın vilayətləri ilə yanaĢı, Xorasan, Ġsfahan əyalətində, Həmədanda,
Qəzvində, Savədə, Ərakda, Soltanabadda, Tehranda, Gilanda və Mazandaranda
məskunlaĢmaqdadır. O cümlədən qaĢqaylar fars əyalətində, həmin əyalətin
Qarabağ rayonunda məskən salmıĢlar. Onlar öz dil və adət-ənənələrini qoruyub
saxlamıĢlar. Məsələn, I ġah Ġsmayıl dövründən Fars əyalətinə köçürülmüĢ
qaĢqaylar indi də köçürüldükləri ərazidə farslarla birgə yaĢamaqdadırlar. Lakin öz
dil və milli ənənələrini qoruyub saxlamıĢlar. Hətta milliyyətcə fars olan oğlanlara
qız ərə verməkdən imtina edirlər. Luis Favustun yazdığı kimi, Azərbaycan
əhalisinin əksəriyyəti Ġranın digər Ģəhərlərinə köçmüĢlər. Buna görə də Ġranın əksər
mahalında azərbaycanlılar sakindirlər. Lakin azərbaycanlılar öz dil və
mədəniyyətlərinə olan bağlılıqlarını itirməmiĢlər. Hətta onlar Ġranın digər
bölgələrində yaĢadıqları üçün özlərini Azərbaycanda olduqlarından daha dərk edə
biliblər.
XIX əsr ingilis ĢərqĢünası Eduard Braun yazmıĢdır ki, Ġranın Cənubu və
ġimalı arasında sakin olmuĢ irqlər arsında o qədər də əlaqə və məhəbbət yoxdur.
Bu onu göstərir ki, Güney Azərbaycanda sakin azərbaycanlılar arasında fars
Ģovinizminin ayrı-seçkilik salmalarını gündəlik həyatlarında hiss edirlərsə, Ġranın
digər Ģəhərlərində yaĢayan azərbaycanlılar bilavasitə bu ayrı-seçkiliyi gündəlik
həyatlarında, uĢaq bağçasından tutmuĢ, ibtidai, orta, ali məktəblərdə, idarələrdə
Ģahidi olurlar.
Ərəb istilasından sonra XI əsrdən 1925-ci ilə qədər Ġranda hakimiyyətdə
türkdillilər olmuĢlar. Min il ərzində həmin türkdilli hakimlər farsdilli və
irandillilərin mədəniyyətinin inkiĢafında mühüm rol oynamıĢlar. Sultan Mahmud
Qəznəvinin sifariĢi ilə Firdovsi “ġahnamə” əsərini yazmıĢdır. Digər tərəfdən,
türkdilli əhali islam dinini qəbul etdikdən sonra belə ərəb və fars dillərinin təsiri
altına düĢməyib, öz dil, adət-ənənələrini unutmadılar. Lakin XX əsrin otuzuncu
6
illərindən baĢlayaraq “vahid Ġran”, “vahid millət”, “vahid dil”, “Ġran milləti”, “Ġran
müsəlman milləti”, baĢqa sözlə, paniranizm, panislamizm, Ġranın rəsmi dövlət
siyasətinə çevrildi. Bu siyasəti fars Ģovinizmi ilə yanaĢı, farslaĢmıĢ, sapı
özümüzdən olan baltalar – Seyid Həsən Təqizadələr, Seyid Əhməd Kəsrəvilər,
Rzazadə ġəfəqlər, Məmmədcavad MəĢkurlar, Əbdüləli Karənglər, Mahmud və Ġrəc
ƏfĢarlar, Mənüçöhr Mortəzəvilər və sairləri davam etdirdilər. Paniranistlər Ġranı
fars məmləkəti, Ġranda yaĢayan xalqları “Ġran milləti”, “Ġran ümməti” kimi, fars
dilini isə Ġranın vahid dili etmiĢ və edirlər, baĢqa dilləri, hətta Azərbaycan dili ilə
yanaĢı kürd, talıĢ, bəluc, gilan, mazandaran, ərəb və s. dilləri yasaq etmiĢlər.
Məktəb, mədrəsə və idarələrdə fars dilində danıĢmayanlar cəzalandırılırdı. Bu
siyasət 54 il Ģahlıq dövründə, hətta 1979-cu il fevral inqilabının qələbə
çalmasından keçən 24 il ərzində panislamizm formasında davam etdirilir.
Panislamist pərdəsi altında millət və milliyyət inkar edilir, bütün millətlərin islam
dini altında eyni hüquqa malik “islam ümməti” adlandırılır. Din qədər dil də zəruri
amildir.
M.Ə.Rəsulzadə 1952-ci ildə Ġstanbulda nəĢr etdirdiyi “Azərbaycan”
jurnalında yazırdı: “Millət anlayıĢını ifadə edən iki söz vardır: milliyyət və millət.
Bunlardan birincisi, yəni milliyyət dili, dini, irqi, etnik, tarixi-coğrafi, iqtisadi və
siyasi amillərin təsiri ilə meydana gələn etnik bir topluluğu ifadə edir. Millət isə bu
topluluqda ümumi bir ifadəni anladır”. M.Ə.Rəsulzadə sözünə davam edərək yazır:
“Milliyyət etnik anlayıĢdır, millət siyasi anlamdır, daha doğrusu, milliyyət
rüĢeymdir, millət cocuqdur, milliyyət ağacdır, millət onun meyvəsidir. Milliyyət
anadır, millət yavrudur” (“Azerbaycan”, 1952, sayı 5).
M.Ə.Rəsulzadə millət anlamını dil birliyi, adət birliyi, “ənəneyi-tarixiyyə”
və nəhayət “etiqadi-diniyyə” birliklərinin məcmusundan mütəĢəkkil bir məhsul
hesab edirdi. Deməli, bir xalqın, millətin əlamətlərindən biri də dindir. Din və dil
məsələsində M.Ə.Rəsulzadənin fikirləri müsəlman dünyasının mümtaz siması,
1838-ci ildə Həmədanın Əsədabad kəndində anadan olmuĢ Seyid Cəmaləddin
Əsədabadinin fikirləri ilə üst-üstə düĢür. M.Ə.Rəsulzadə milli birlik üçün dinin
roluna yüksək qiymət verir. Lakin Seyid Cəmaləddin Əsədabadi kimi üstünlüyü
dildə görürdü: “Din, dil qədər mətin və möhkəm ola bilməz. Çünki dil davamlıdır,
baĢdır, tərəqqi və təkümül edərsə də, əsaslı bir dəyiĢikliyə uğramaz. Halbuki,
tarixdə dinini dəyiĢmiĢ bir çox millətlər mövcuddur. Əxlaq və adət üzərindəki
fövqəladə təsiri baxımından dinin də millətdə böyük iĢtirakı vardır. Dillə bərabər
dini də bir olan millətlərin mərifəti-qövmiyyələri daha tez hasil olub, aralarında
milli vicdan daha əvvəl inkiĢaf edibdir”. Seyid Cəmaləddin Əsədabadi dili millətin
əsas və yeganə varlıq niĢanəsi adlandırır və milli iftixarı hesab edirdi. O, doğma
xalq dilinin vacib və zəruriliyindən bəhs edərək yazırdı: “Bir millətin ana dilində
olmayan maarif o millət arasında necə yayıla bilər? Elm və maarif o zaman
7
millətin Ģərəfinə səbəb olur ki, ondan istifadə edə bilsin”. Sonra Seyid Cəmaləddin
sözünə davam edərək demiĢdir: “Elm və maarif hər bir millətin öz dilində tədris
olunarsa, həm onun mənimsənilməsi asan olar, həm də o beyinlərə tez həkk olunar
və gec silinər”. Deməli, Seyid Cəmaləddin milli birlik üçün dinin roluna yüksək
qiymət verdiyi halda, üstünlüyü dildə görürdü. Deməli, türk oğlu türk olan Seyid
Cəmaləddin millətin əlaməti olaraq din və dili əsas götürüb dilə üstünlük verdiyi
halda, hazırda Ġran Ġslam Cümhuriyyəti dövlət və din baĢçıları islam dinindən sui-
istifadə edərək Ġranda sakin müxtəlif etnik, irq və dillərə mənsub xalqları, millətləri
“Ġran milləti”, “müsəlman ümməti” adlandırmaqla millətin formalaĢmasında nə
qədər gülünc görünsə də dinə üstünlük verirlər.
Bir məsələni də unutmaq olmaz ki, təklikdə olan milli əlamət ola bilməz.
Məsələn, müsəlman farsdilli və ya irandilli ilə türkdilli türk bir millət ola bilməz.
Necə ki xristian erməni ilə xristian rus bir millət deyildir. Hələ 1887-ci ildə
“KəĢkül” qəzeti “Azərbaycan” imzası ilə dərc etdiyi bir yazıda əcnəbinin bir
azərbaycanlı türkü ilə söhbətini dərc etmiĢdir. Hansı millətə mənsub olduğunu
bilməyən və “müsəlmanam” deyən azərbaycanlının islam dininə mənsub olduğunu
bildirən əcnəbi ona milliyyətini baĢa salıb deyir: “Sizə tatar deyən qələt edir.
Tatarlar Krımda, Qazanda olan müsəlmanlardır. Sizin millət azərbaycanlıdır.
Arazın o tayındakı məmləkətin tayfası da sizinlə birgə Azərbaycan millətidir”.
Deməli, dini baxımdan, azərbaycanlı müsəlmandır, müsəlman ümmətidir,
milliyyətcə azərbaycanlı, daha doğrusu Azərbaycan türküdür. Ġndi Güney
Azərbaycanlılar da daxil olmaqla farsları, kürdləri, talıĢları, giləkləri, lorları,
mazandaranlıları, ərəbləri bir qəlibə salıb “iranlı”, “Ġran milləti” adlandırmaq
kökündən yanlıĢ, elmi cəhətdən düzgün deyildir.
Hakim fars Ģovinizmi və üzdəniraq bəzi azərbaycanlı tarixçilər iddia edirlər
ki, Ġranın çoxmillətli ölkə olması ideyası Ġranda kommunist partiyası, sonralar isə
onun varisi Ġran Xalq Partiyası tərəfindən irəli sürülmüĢdür. Halbuki, Ġranda milli
məsələnin həll edilməsi uğrunda mübarizənin yüz ilə yaxın tarixi vardır. O vaxt
Ġranda nə kommunist partiyası, nə də Ġran Xalq partiyası mövcud idi.
Azərbaycan türkləri Ġrana hökmranlıq etdiyi vaxt, xüsusilə Nəsrəddin Ģah
dövründə (1848-1896) Azərbaycan dilinə qarĢı bu biganəlik milliyyətcə fars olan
Rza Ģah 1925-ci ildə hakimiyyətə keçəndən sonra da davam etdirildi. Təsadüfi
deyildir ki, XIX əsr ingilis tarixçisi Eduard Boraun yazmıĢdı ki, Ġranın Cənubu ilə
ġimalı arasında sakin olmuĢ irqlər arasında o qədər də əlaqə və məhəbbət yoxdur.
Bu da Ġran dövlətinin iki müsəlman qardaĢ olan fars-türk arasında ayrı-seçkilik
siyasəti yürütməsinin nəticəsidir.
Qeyd etmək lazımdır ki, hələ XIX əsrin sonu – XX əsrin əvvəllərində
Ġranda mətbuat səhifələrində “Millət”, “Vətən” ifadələri üzərində xüsusi
dayandıqlarını faktlarla görürük. Həmin mətbuat dövlətin vəzifələri ünvanı altında
8
millətin hüquq və vəzifələrinin necə müəyyənləĢdirilməsindən söhbət açaraq
müəyyən fikirlər irəli sürmüĢdülər. Hələ MəĢrutə inqilabı dövründə “millətiyan”,
“milliyyun” istilahları, məĢrutəçilik “inqilabçılıq” mənasında yayılmıĢdır.
MəĢrutə inqilabı nəticəsində qəbul və təsdiq olunan Ġranın Əsas Qanununda
millət istilahı anlayıĢına görə bir ölkənin sakini, bir dövlətin təbəəsi olmaq millət
əlamətlərindən sayılmaqla bərabər, əsas və baĢlıca əlamət vahid dinə tabe olmaq
hesab edilir, baĢqa sözlə desək, bir ölkənin sakinləri və bir dövlətin təbəələri
müxtəlif dini əqidələrə malik olduqda onlar vahid millət deyil, müxtəlif millətlər
sayılırlar.
Azərbaycanlıların özlərini bir millət kimi dərk etməsi ġeyx Məhəmməd
Xiyabani hərəkatı dövründə daha kəskin xarakter aldı. 1920-ci ilin may ayının 27-
də ġeyx Məhəmməd Xiyabani demiĢdir: “Azərbaycan azərilərə aiddir... Millət
həqiqi xidmətçilərini tanıyır. Azərbaycan sözdə vətənpərvərlərin yalanlarına
inanmayacaqdır. Millətimizin özü bu vicdansızların toruna düĢməyəcəkdir... türkü
türkə qaldırmaq istəyirdilər... millətimiz ayıq olmalıdır, yaĢamağın nə olduğunu
bilməlidir. Ġrəliləmək istəməyənlərin ölmələri gərəkdir. Biz azərbaycanlılar öz
dəyərimizi bilməliyik, özümüzə güvənməliyik. Bir millətin Ģərəfli olması üçün ilk
Ģərt müstəqillikdir. Bir millətin müstəqilliyi, azadlığı o millətin cəsarət və
qəhrəmanlıq duyğularını qorumaqdır. Hər millət özünə uyğun olan hökumətin
qurulmasına icazə verir”. ġeyx Məhəmməd Xiyabani qurduğu hökuməti milli
namus kimi qiymətləndirərək demiĢdir: “ġərəf, iftixar, Ģanlı bir keçmiĢ tarixə və
yüksək bir dinə sahib olan bir millət öz ölkəsində səfalət və rəzalət içində yaĢaya
bilməz”.
ġeyx Məhəmməd Xiyabani millətin ayağa qalxıb öz hakimiyyətini ələ
alması zəruriliyindən bəhs edərkən demiĢdir: “Bu günə qədər Azərbaycan
millətinin vaxtı hər dəfə yeni Ģahlıq yaratmaqda keçmiĢdir. Bu millət məhkumiyyət
çarpayısından qalxıb özü hakimiyyət taxtına çıxmalıdır. Dövlətləri və səltənətləri
millətlər yaradır, artıq Ģahlıq dövrü qurtardı. Azərbaycanda hakimiyyət tamamən
millətin olmalıdır”.
Seyid Cəfər PiĢəvəri isə “Azərbaycan” qəzetinin 11 sentyabr 1945-ci il
tarixli sayında yazmıĢdır: “Hər xalqın müqəddəratı öz tərəfindən təyin edilməlidir.
Milliyyət azadlığı və hər bir xalqın öz müqəddəratını təyin etməsində azad və
muxtar olmasının əsas prinsipləri dil azadlığı, milli mədəniyyət azadlığı və sair
iqtisadi, siyasi və ictimai azadlıqlardan ibarətdir. Azərbaycan milləti (əslində
Azərbaycan türkü – S.O.) dünyanın ən qədim və mədəni xalqlarından biridir”.
Maraqlıdır ki, Ġran Xalq partiyasının məramnaməsində heç vaxt
“Azərbaycan milləti” ifadəsi öz əksini tapmamıĢdır. Halbuki, hələ Səttar xanın
yanına mütləqiyyət tərəfdarlarından bir neçə nəfəri gələndə Səttar xan onlara
demiĢdir: “Burada qaldırılmıĢ bayraq azadlıq bayrağıdır. Dünyanın 72 milləti
9
həmin bayrağın altına pənah gətirməlidir. Biz təslim olmarıq, gedin, əlinizdən
gələni əsirgəməyin”.
1927-ci ildə təĢkil edilmiĢ Ġran Kommunist partiyasının II qurultayında
qəbul edilmiĢ qətnaməyə əsasən hər millətin tam müstəqilliyi, hətta mərkəzi
hökumətdən ayrılmaq hüququna malik olduğu bildirilir. Partiyanın təsdiq etdiyi
“Əməliyyat proqramı” adlı sənədin siyasi sahədəki bölməsində milli məsələnin
qoyuluĢu və həlli barədə belə qeyd olunmuĢdur: “Ġran Kommunist firqəsi və Ġran
məmləkəti tərkibində yaĢayan millətlərin tam azadlığı və hətta onların mərkəzdən
ayrılması uğrunda mübarizə aparır. Bu Ģərtlə ki, o millətlərin zəhmətkeĢlərinin
əksəriyyəti bu iĢə meyl göstərmiĢ olalar”. Ġran Kommunist partiyasının
proqramında millətin zəhmətkeĢ təbəqəsi və zümrəsinin arzusu əsas tutulurdu.
Əslində millətin azadlığı uğrunda mübarizədə milli burjua əsas rol oynayır.
Ona görə də milləti müxtəlif təbəqələrə ayrımaq kökündən yanlıĢdır. Hazırda
Güney Azərbaycanda ana dilində təhsil almaq hüququ uğrunda mübarizə
ĢiddətlənmiĢdirsə, bunun həm varlı, həm yoxsul, həm zəhmətkeĢ təbəqəyə xeyri
vardır. Özünü idarə etmək uğrunda gedən mübarizəyə də millətin bütün təbəqələri
qoĢulur. Çünki onlar proletariat diktaturası deyil, öz müqəddəratını təyin etmək
üçün bütöv bir millət ayağa qalxır.
Ġran Xalq partiyası da 1942-ci ildə 5 maddədən ibarət qəbul etdiyi
məramnaməsində milli məsələni proletar hegemonluğundan asılı etmiĢdir. Bu da
proletar beynəlmiləlçiliyi Ģüarı ilə əlaqədar idi.
Ġran Xalq partiyasının 1960-cı ildə qəbul etdiyi proqramda Ġranda milli və
demokratik respublika yarandıqdan sonra ölkədə yaĢayan xalqların öz
müqəddəratlarının təyin edilməsi qeyd edilmiĢdir. Bir sözlə, Ġran Xalq partiyası
milli məsələnin həllini Ġranın istiqlaliyyəti uğrunda imperializmin zülm və
qarətçiliyə qarĢı bütün Ġran xalqlarının birgə mübarizə Ģüarına tabe etmiĢdir. Guya
Ġran istiqlaliyyət əldə etdikdə, demokratik cümhuriyyət rejimi bərqərar olduqdan
sonra milli məsələ özü-özünə həll olunacaqdır.
Sonralar XX əsrin 60-70-ci illərində Ġran Xalq partiyası milli məsələdə bir
az da irəli gedərək qəbul etdiyi tezislərin V maddəsində belə Ģərh edilmiĢdir: “Ġran
Xalq partiyası Ġranda yaĢayan bütün millətlərin, milli əqəliyyətlərin tam hüquq
bərabərliyini və onların vahid vətən çərçivəsi daxilində Ġranın ərazi bütövlüyünün
qorunması əsasında könüllü birləĢməsinin tərəfdarıdır. Belə bir məqsədə nail
olmaq üçün milli zülmün kökünü kəsmək əsas Ģərt hesab olunur. Milli zülmün
kökünü kəsmək məqsədinə nail olmaq yolu isə Ġrandakı məhrum millətlərin özünü
idarə etməsini təmin etməkdən ibarətdir”.
Ġran inqilabının qələbəsindən, Ģahlıq rejiminin devrilməsindən sonra da Ġran
Xalq partiyası 1981-ci ildə Tehranda təĢkil edilmiĢ XVII geniĢ plenumunda Ġranda
milli məsələnin qoyuluĢu və həllini Ġran inqilabının sabitləĢməsindən,
10
nailiyyətlərindən, möhkəmlənməsindən asılı edərək qəbul etdiyi məramnamədə
milli məsələyə aid belə bir formula vermiĢdir: “Ġnqilabi yolla yıxılmıĢ irtica
rejiminin siyasətindən doğmuĢ gerilikləri aradan qaldırmaq və fars olmayan bütün
xalqların mədəni və özünü idarəetmə hüququnu tanımaq milli vəhdətin əsas
dayaqlarından, ölkə istiqlaliyyətinin və ərazi bütövlüyünün ən mühüm
əmanətlərindən biridir”.
Deməli, hətta Ġran inqilabı qələbə çaldıqdan sonra da Ġran Xalq partiyası
milli məsələyə daha yumĢaq yanaĢmıĢ, hər millətin tam müstəqilliyi, hətta mərkəzi
hökumətdən ayrılıb milli muxtariyyət əldə etməsi hüququnu da ĠXP rəhbərliyində
qeyri-azərbaycanlıların əksəriyyət təĢkil etməsi ilə əlaqədar idi. Sonralar Ġran Ġslam
Cümhuriyyəti baĢçıları, xüsusilə bu yaxınlarda dünyasını dəyiĢmiĢ cəllad Sadıq
Xalxali kürdlərin və bəlucların özünü idarəetmə hüquqları uğrunda apardıqları
mübarizə hərəkatını qan dəryasında boğması ilə nəticələndi.
Təbrizli Əli 1980-ci ildə Tehranda çap etdirdiyi “Dil və ədəbiyyat”
kitabında haqlı olaraq yazmıĢdır: “Bir millət gərək niyə və nədən özünü unudub
qonĢu ümidinə yaĢasın və ya öz dili ola-ola özgə dilini özünə qablaĢdırsın.
Bunlardan baĢqa, bu qədər təcrübə, bu qədər acı-acı sınaqlar, bu qədər tarixlər
boyu ədavət ilə yaĢamaqlar bu zatıqırığı tanımaq üçün bəs deyilmiĢ. Bunlar bizi
qoyun kimi əldən-ələ keçiriblər. Fars Ģahı bizi təhvil verib fars vəzirinə, fars vəziri
qaçıb bizi təhvil verib fars mollasına və fars axundu da ola bilər ki, bizi təhvil
versin fars çerikinə və habelə o buna, bu ona. Çünki bunları ayrı Allah yaradıbdır”.
“Quran”ın 90-cı surəsinin 9-cu ayəsində deyilir: “Biz (danıĢmaq üçün)
insana dil, iki dodaq vermədikmi?” (Qurani-Kərim, Tehran, 1954, s.934). Allah-
təala insana danıĢmaq üçün bir dil, iki dodaq veribdirsə, nə üçün 35 milyonluq
azərbaycanlı öz ana dilində yazıb oxumaq, danıĢmaqdan məhrumdur. “Quran”da
deyilmir ki, insana bir dil, iki dodaq vermiĢəm ki, məcburi olaraq fars dilində
danıĢsın. Məhəmməd Peyğəmbərin ana dili ərəb dili olduğu üçün Allah-təala
tərəfindən Qurani-Kərim əcəm dilində, hətta fars dilində deyil, ərəb dilində nazil
oldu. Bu barədə Qurani-Kərimin “Məryəm” surəsinin (19-cu surə) 97-ci ayəsində
deyilir: “Biz Quran həqiqətlərini yalnız sənin dilində asanlaĢdırdıq ki, onun
həqiqətlərini dərk etsinlər” (Qurani-Kərim, Tehran, 1954, s.769). Həmçinin
Quranın 16-cı surəsinin 103-cü ayəsində deyilir: “Bizə tam aydındır (kafirlər)
deyirlər ki, Quranın möhtəvasını peyğəmbərə bəĢər övladı öyrədir. Halbuki, o
bəĢərin dili əcəmidir və bu Quran tam aydın ərəb dilindədir”.
BaĢqa sözlə bir yerə Allah-təalanın bir peyğəmbər göndərdiyi qeyd edilir.
Qurani-Kərimin 13-cü surəsinin 4-cü ayəsində deyilir: “Biz etnik qrup arasına heç
bir peyğəmbər göndərmədik, yalnız o etnik qrupun dilində (peyğəmbər göndərdik)
ki, maarif və Allah ehkamlarını onlara bəyan etmiĢ olsun” (Qurani-Kərim, Tehran,
1354, s.369). Deməli, Allah-təala hər bir insan kütləsinin öz dilində ona
11
peyğəımbər təyin edib və müqəddəs kitab göndərmiĢdir. Həzrəti Məhəmməd də
ərəbdilli tayfalara peyğəmbər təyin edilib. Quran ərəb dilində, ərəblərin öz ana
dillərində nazil olmuĢdur.
Yuxarıda qeyd etdiyimiz Qurani-Kərimin ayələrindən məlum olur ki, Ġran
Ġslam inqilabının rəhbəri Ayətulla Xamneyini Allah-təala türkdilli, Ġran prezidenti
Ayətulla Xatəmini farsdilli yaradıbdır. Məhz Ayətulla Xamneyi türk dilli yarandığı
üçün 35 milyonluq Azərbaycan türklərinin öz dillərində danıĢıb təhsil almalarına,
radio və televiziyada həmin dildə veriliĢlərin saatının artırılmasına, uĢaq
ədəbiyyatının həmin dildə nəĢr olunmasına, nəhayət Ġran Ġslam Cümhuriyyətinin
Əsas Qanununun XI, XIX maddələrinin icra edilməsinə icazə verməlidir. Ġranın
Əsas Qanununun XV maddəsində deyilir: “Ġran xalqının rəmzi müĢtərək dili və
xətti farsdır. Sənədlər, məktublaĢmalar, rəsmi mətnlər və dərs kitabları bu dil və
xətlə olmalıdır. Lakin yerli və etnik dillərin fars dili ilə yanaĢı iĢlədilməsi, mətbuat,
kütləvi informasiya vasitələri və milli ədəbiyyatın məktəblərdə tədrisində azaddır”.
Yaxud Əsas Qanunun XIX maddəsində deyilir: “Ġran xalqı hansı etnik qrup (qövm)
və qəbilədən olmasından asılı olmayaraq bərabər hüquqa malikdir, rəng, irq, dil və
bu kimi amillər kimsəyə üstünlük (imtiyaz) vermir”.
Deməli, həm müqəddəs kitabımız olan Qurani-Kərim və Ġran Ġslam
Cümhuriyyətinin Əsas Qanununa əsasən 35 milyonluq Azərbaycan türkü və
müsəlmanın öz dillərində danıĢmaq, yazıb-oxumaq hüququ vardır.
Əcəba, görəsən Ġslam inqilabını digər müsəlman ölkələrinə ixrac etmək
istəyən Ġranın dövlət və din xadimləri nə üçün onların və özlərinin qəbul etdikləri
Əsas Qanunun əleyhinə gedirlər? Sözdə deyib əməl etməyənlər barədə Quranın 61-
ci surəsindəki II ayəni onların nəzərinə çatdırırıq: “Ey o kəslər ki, (dildə) iman
gətirmiĢsiniz, nə üçün dildə bir Ģey deyirsiniz, əməldə onun əksinə hərəkət
edirsiniz. Qorxun! Sözü deyib, əməldə onun əksinə hərəkət etsəniz, Allahın çox
ağır qəzəbi tutar”.
12
Dostları ilə paylaş: |