(Ermənistan Silahlı Qüvvələrinin
Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində
törətdiyi soyqırımın qurbanlarının xatirəsinə həsr olunur)
Qənirə Paşayeva, Şaiq Aslanov
2
Redaktor: Əkbər QoĢalı
Məsləhətçilər: Eyvaz Hüseynov
Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısı
Musa Qasımlı
tarix elmləri doktoru, professor, millət vəkili
Qənirə PaĢayeva, ġaiq Aslanov. Qaradağlı Soyqırımı:Ģahidlərin dili ilə.
(Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Xocavənd rayonunun Qaradağlı
kəndində törətdiyi soyqırımın qurbanlarının xatirəsinə həsr olunur).
Bakı, “Elm və təhsil”, 2013, 176 səh.
Kitab Azərbaycan Respublikası ərazisində Ermənistan tərəfindən törə-
dilmiş soyqımı aktlarından biri – Qaradağlı soyqırımı haqqında olub, faktlara,
şahid ifadələrinə, hüquq-mühafizə orqanlarının sənədlərinə əsasən tərtib
edilmişdir.
Nəşr konfliktoloqlar, politoloqlar, Azərbaycan diaspor təşkilatları fəalları,
tələbələr və ümumən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
ISBN 978-9952-8176-2-1
© Xocavənd rayon İcra Hakimiyyəti, 2013
© “Avrasiya Beynəlxalq Araşdırmalar
İnstitutu” İctimai Birliyi (ABAİ İB), 2013
Qaradağlı soyqırımı şahidlərin dili ilə
3
OXUCUYA MÜRACĠƏT
Hörmətli oxucu,
Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 17-də Xan-
kəndində yerləşən Rusiyaya məxsus 366-cı motoatıcı alayın
köməkliyi
ilə
Azərbaycan
Respublikasının Xocavənd
rayonunun Qaradağlı kəndini işğal edərək, orada yaşayan etnik
azərbaycanlılara qarşı soyqırım aktı həyata keçirdi. Beynəlxalq
ictimaiyyət zamanında hadisəyə gərəkən reaksiyanı vermədi. O
dəhşətli hadisənin qurbanı olmuş insanların canını sağ qurtara
bilmiş yaxınları, Ermənistanın Qaradağlıda əsir götürərək dəh-
şətli işgəncələr, əzablar verdiyi qadınlar, uşaqlar, yaşlılar, soy-
qırım qurbanı olmuş böyük bir el – Qaradağlı (və
Qaradağlıların ruhu) sadəcə bir şey istəyir: Ədalət!!!
Onların səsinə səs vermək, onların haqlı tələblərinə dəstək
vermək, bu soyqırımı törədənlərin ədalət qarşısında cavab
verməsi üçün çalışmaq yalnız Azərbaycan vətəndaşlarının
deyil, hər bir tərəqqipərvər, sülhpərvər insanın – dünyada bir
də soyqırım olmasını istəməyən hər kəsin İnsanlıq Borcudur!
Bu kitabı oxuduqdan sonra ətrafınızdakı hər kəsə oradan –
Qaradağlıdan, Qarabağdan danışın. Qaradağlıda soyqırımı
törədənlərin dünya səviyyəsində qınaq obyektinə çevrilməsi
üçün bu bilgilərin, faktların yayılmasına kömək edin.
Qaradağlıda
soyqırım törədənlərin ədalət məhkəməsi
qarşısında dayanması üçün əlinizdən gələni əsirgəməyin.
Bu kitabı oxuduqdan sonra Qaradağlıda törədilən
soyqırımdan canını qurtara bilmiş azərbaycanlılara səsinizi,
sözünüzü çatdırmaq, bu kitabın gələcək nəşrləri barədə öz arzu
Qənirə Paşayeva, Şaiq Aslanov
4
və təkliflərinizi bildirmək istəyirsinizsə, lütfən, aşağıdakı
ünvanlara yazın.
(Eləcə də üzümüzü Qaradağlıda törədilən soyqırımın
şahidlərinə tutaraq, demək istərdik ki, bu kitabda əhatə
olunmamış ciddi hadisə, fakt varsa, lütfən bizə müraciət edin.
Sizin müraciətiniz növbəti nəşrlərimizin daha əhatəli, daha
faktoloji olmasını şərtləndirəcəkdir.)
fond05@mail.ru
axullu.aslanov@mail.ru
Qaradağlı soyqırımı şahidlərin dili ilə
5
QARADAĞLI...
SOYQIRIM...
FAKTLAR...
-
17 fevral 1992-ci il - Qaradağlı Ermənistan silahlı
qüvvələri tərəfindən işğal olunub;
-
Işğalı günü kənddə 118 nəfər olub. Onların hamısı əsir
götürülüb;
-
Əsirlərdən 118 nəfərdən 66 nəfəri amansızlıqla, ağır
işgəncələrlə qətlə yetirilib, 52 nəfər çox böyük çətinliklə əsir-
likdən azad edilib. Əsirlikdən xilas edilənlərin böyük əksəriy-
yəti əsirlikdə verilən ağır işgəncələrdən, onlara vurulmuş na-
məlum tərkibli iynələrin təsirindən qısa zamanda vəfat edib.
-
Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri
zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaĢlı uĢaq
olub;
-
İşğal nəticəsində Qaradağlı kəndində 200 yaĢayıĢ evi
əşyaları ilə birlikdə , 1 mədəniyyət evi, 320 yerlik orta mək-
təb binası, 25 çarpayılıq xəstəxana binası və çoxlu sayda di-
gər obyektlər dağıdılıb;
-
Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün olub;
-
2 ailədən hər birindən 4 nəfər həlak edilib;
-
42 ailə, ailə baĢçısını itirib, 140-a yaxın uĢaq yetim qalıb;
-
Bu müharibədə Qaradağlı kənd sakinlərinin hər 10 nəfə-
rindən biri – ümumilikdə 78 nəfər Ģəhid olub;
-
Qaradağlı soyqırımı ermənilərin törətdiyi nə birinci,
təəssüf ki, nə də sonuncu soyqırım aktı deyil...
-
1988-1992-ci illər ərzində Azərbaycanın Dağlıq Qara-
bağ bölgəsində Azərbaycan vətəndaşlarına qarşı soyqırım, ter-
ror və digər xüsusi ilə ağır cinayətlər törətmiş, erməni millə-
Qənirə Paşayeva, Şaiq Aslanov
6
tindən olan 195 nəfərin siyahısı respublika hüquq-mühafizə or-
qanları tərəfindən müəyyənləşdirilib;
-
Ermənistan silahlı qüvvələri Qaradağlıda soyqırım tö-
rətməklə bərabər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni
abidələri və qəbiristanlığı dağıtmışlar.
Qaradağlı soyqırımı şahidlərin dili ilə
7
ERMƏNĠ MƏKRĠ
Bir zamanlar Qarabağda tarixin gələcək müsibətlərindən
xəbərsiz şəkildə öz qaynar həyatını yaşayan kəndlərimiz, şəhər-
lərimiz vardı. Təbiət bütün gözəliklərini bəxş etdiyi kimi, tari-
xin özü də bütün sınaqlarını bu yerlərdən əsirgəməmişdi. Qara-
bağ torpaqlarına ən böyük fəlakət isə XIX yüzilin əvvəllərində
gəldi. Azərbaycanın ayrı-ayrı bölgələrinə, o cümlədən Qaraba-
ğa xarici ölkələrdən çar Rusiyası tərəfindən köçürülmüş ermə-
nilərin məskunlaşdırılması, məqsədli yerləşdirmə siyasəti gələ-
cəkdə xalqımızın üzləşəcəyi faciələrin, davamlı erməni məkri-
nin növbəti mərhələsinin başlanğıcı idi. İki yüz ilə yaxin bir
müddətdə erməni terror təşkilatlarının, silahlı dəstələrinin
məqsədi azərbaycanlıları öz dogma torpaqlarından sıxışdırıb
çıxarmaq (onları fiziki cəhətdən məhv etmək, yaşayış məntəq-
lərini dağıtmaq hesabına da olsa), yeni ərazilər ələ keçirmək,
heç bir tarixi, hüquqi əsasa, sağlam məntiqə söykənməyən, yal-
nız bölgəyə fəlakətlər vəd edən “Böyük Ermənistan dövləti”
ideyasını gerçəkləşdirmək idi...
Tarixi vərəqlədikcə ermənilərin azərbaycanlılara, ümumən
türklərə qarşı müxtəlif üsullarla gerçəkləşdirdikləri faciələrin,
dəhşətli qırğınların, dağıntıların şahidi oluruq...
Təkzibolunmaz tarixi qaynaqlar, şahid ifadələri sübut edir
ki, erməni terror dəstələri 1918-1920-ci illərdə yüzlərlə azər-
baycanlı kəndini yandırmış, on minlərlə insanı qətlə yetirmiş-
dir
1
. Zəngəzur, Naxçıvan, Bakı, Quba, Şamaxı, Lənkəran, Sal-
1
Маrt 1919 г. Баку, Азербайджанские погромы в документах. Составител
доктор исторический наук. Солмаз Рустамова – Тогиди. Баку, 2009;
Qasımlı M.C. Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan
siyasəti (1914-1918-ci illər). 3 hissədə. II hissə (1917-ci il noyabr-1918-ci il
noyabr). Bakı, 2001 və d. əsərlər.
Qənirə Paşayeva, Şaiq Aslanov
8
yan və başqa yerlərdə bolşevik lideri S. Şaumyanın, “Daşnak-
sütyun”un, digər erməni terror təşkilatlarının (təşkilatçılarının)
başçılığı ilə azərbaycanlılara qarşı müxtəlif bəhanələrlə vanda-
lizm, soyqırım aktları həyata keçirilirdi.
Bakıda 1918-ci ilin mart ayında üç gün ərzində 15 mindən
çox azərbaycanlı amansız və ağlasığmaz vəhşiliklə qətlə yeti-
rilmişdi. Quba bölgəsində 122 Azərbaycan kəndi dağıdılmış,
evlər yandırılmış, dinc əhali məhv edilmişdir. Şamaxıda 80
azərbaycanlı kəndini dağıdıb, yandırmışdılar (Hələ 1915-ci ildə
daşnaklar İrəvan mahalında 10 minədək insanı sırf milli və dini
mənsubiyyətlərinə görə qətlə yetirmişdilər). 1918-ci ilin 29
aprelində isə Gümrüdən qaçmağa məcbür olan 3 min azərbay-
canlını qətl etmişdilər. Həmin il İrəvan quberniyasında azər-
baycanlılar yaşayan 211 kəndi yandırmış və əhalisini məhv et-
mışdilər. Təşkilatlanmış, silahlanmış ermənilər Bakı quberni-
yasında 229 kəndi, Gəncə quberniyasında 272, Zəngəzurda
115, Qarabağda 157 kəndi yerlə yeksan etmiş, əhalsinə divan
tutmuşdular. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti erməni-
lərin 1918-1920-ci illərdə törətdiyi cinayətləri tədqiq edərək
genış material toplamişdı. Lakin 1918-ci il aprelin 28-də XI Qı-
zıl Ordunun Azərbaycanı işğal etməsi ilə respublikanın süquta
uğraması toplanan materialların bütün dünya ölkələrinə gön-
dərilməsi işinə mane oldu. Bundan sonrakı dövrdə də (Azər-
baycanın tarixi ərazisində Ermənistan SSR yarandıqdan sonra)
yəni, 1920-1923-cü illərdə belə, azərbaycanlılara qarşı əvvəlki
illərdə yürüdülən siyasət başqa formalarla davam etmiş, min-
lərlə soydaşımız qətlə yetirilmiş və öz doğma torpaqlarından
didərgin salınmışdır.
1988-1989-cu illərdə Ermənlstandan 300 minə qədər soyda-
şımız deportasiya edilmiş, Ermənistanın təcavüzü nəticəsində
torpaqlarımızın 20 faizi işğal edilmiş, toplam 1 milyondan artıq
azərbaycanlı Ermənistandakı öz ata-baba yurdlarından didərgin
Qaradağlı soyqırımı şahidlərin dili ilə
9
salınaraq qaçqına, Dağlıq Qarabağ regionu və ətraf rayonlar
işğal edildikdən sonra isəə məcburi köçkünə çevirilmişdir...
Təcavüzün gedişində minlərlə soydaşımız həlak olub, əsir
və girov götürülüb, 877 şəhər, qəsəbə və kənd yandırılaraq ta-
lan edilibdir. Ermənistan silahlı qüvvələri 26 fevral 1992-ci il-
də Xocalı şəhərində bəşəriyyətin vicdanında qara ləkə olan
soyqırımı törətmişlər ki, bununlada Ermənistan dövlət tərəfin-
dən törədilmiş cinayətə imza atmışdır..
Beləliklə, XX yüzilin əvvəlindən indiyədək ermənilərin (öz
havadarlarının dəstəyi ilə) xalqımıza qarşı törətdiyi soyqırımı
və deportasiya nəticəsində, toplam 2 milyondan çox soydaşı-
mız qətlə yetirilmiş, şikəst olmuş və iqtisadi-mənəvi zülmə mə-
ruz qalmışdır...
Yüzillər boyu Azərbaycan torpaqlarına göz dikən erməni
millətçiləri “monoetnik və türklərsiz Ermənistan” yolunda gizli
və bəzən leqal münaqişələr yaratmış, müharibələr aparmış,
“Dənizdən - dənizə Böyük Ermənistan” yaratmaq üçün Azər-
baycan xalqına qarşı soyqırımı siyasəti yeritmişlər. Ermənilər
tarix boyu ən qeyri-insani mübarizə formalarından geniş surət-
də istifadə edərək, öz qeyri-qanuni – heç bir tarixi və məntiqi
əsasa söykənməyən niyyətlərini gerçəkləşdirməyə cəhd etmiş-
lər. Özəlliklə, XIX-XX yüzilliklərdə Qafqazda azərbaycanlılara
qarşı məqsədyönlü şəkildə həyata kecirilmiş etnik təmizləmə
və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlə-
rə, insani faciə və məşəqqətlərə məruz qalmışdır. XX yüzilin
əvvəllərində qədim Azərbaycan torpaqlarında, havadarlarının
ciddi dəstəyi ilə
,
öncə “Ermənistan” adlı dövlət qurmağa nail
olan ermənilər, az bir vaxtdan sonra yenə havadarlarının sayə-
sində əsassız iddialarını Dağlıq Qarabağa Muxtar Vilayət statu-
su almaqla təmin etdilər...
Qənirə Paşayeva, Şaiq Aslanov
10
YAXIN TARĠXƏ QISA BĠR BAXIġ
1905-1907, 1918-1920, 1948-1953-cü illərində baş verən
kütləvi terror və deportasiya silsiləsinin davamı olaraq 1988-ci
ildə yenidən baş qaldıran erməni təcavüzkarlığı və seperatizmi-
nin tarixi kökləri, ən azı 1828-ci ildən – ermənilərin çar Rusi-
yasının təhriki və birbaşa yardımı ilə tarixi Azərbaycan vilayət-
lərində məskunlaşdırılmasından sonrakı dövrdən başlanır.
1988-ci ildə Dağlıq Qarabağda başlayan qanlı hadisələrin
ilk günlərindən dəyişən fərq, ilk növbədə ermənilərin bu məsə-
ləyə uzun illər boyu hazırlıq görmələrində özünü göstərsə də,
hadisələrin inkişafına baxdıqda, bunun heç də ermənilərin dır-
naqarası cəsarətindən irəli gəlmədiyinin şahidi oluruq. Əslində,
bu ən çox həmin dövrdə Azərbaycanın xeyrinə işləməyən za-
manın zidiyyətli mahiyyətində özünü büruzə verirdi.
1987-ci ilin oktyabr ayında Heydər Əliyevin İttifaq rəhbər-
liyindən çıxarılması ilə mərkəzdə ermənilərin xeyrinə dəyişən
“balans”, problemin həllində Moskvanın ermənipərəst mövqe
tutacağını bəri başdan şərtləndirirdi.
Azərbaycanın Dağlıq Qarabağ regionunda ekstremizmin ən
qatı formada təzahür etməsi 1987-ci ilin sonlarından – yəni
akademik A.Aqanbekyanın noyabr ayının 18-də Fransanın
“Humanite” qəzetinə verdiyi avantürist müsahibəsindən sonra
günbəgün daha da genişlənməyə başladı. Dağlıq Qarabağın Er-
mənistana birləşdirilməsini təklif edən A.Aqanbekyan öz mü-
sahibəsində M.Qorbaçovun 1987-ci ilin fevral plenumunda et-
diyi çıxışın əsas tezisinə “Milli məsələlərin həllində təəssüf-
doğrucu geçikmə aradan qaldırılmalıdır” fikirinə istinad edir,
Qaradağlı soyqırımı şahidlərin dili ilə
11
“siyasi sofizm” qururdu... Bu müsahibə Dağlıq Qarabağda se-
parizm meyllərinin aşkar büruzə verilməsi üçün siqnal rolunu
oynadı.
Həmin ərəfədə artıq Ermənistanın müdaxiləsi nəticəsində
DQMV-də separatçı “Krunk” təşkilatı yaradılmış və onun üzv-
ləri 1988-ci ilin yanvar ayının əvvəllərində Moskvaya, öz qey-
ri-qanuni istək və əməllərinə yardım almaq üçün getmişdilər.
Artıq separatçılıq dalğasının başlanması üçün ideoloji təbligat
işi böyük vüsət alırdı. Bu vaxt Moskvadan qayıdan “Kurunk”
başçılarının açıqlamalırından anlaşılırdı ki, Sovet İttifaqı Kom-
munist Partiyası Mərkəzi Komitəsinin milli məsələlər üzrə şö-
bəsinin müdiri V.Mixaylovla görüşlərində onlara, qeyri-qanuni
müstəqillik tələblərinin mərkəzdən müdafiə olunması ilə bağlı
vəd verilibmiş. M.Qorbaçovun köməkçisi erməni millətindən
olan D.Şahnazaryan isə bildirirdi ki, Baş katib ermənilərin qey-
ri-qanuni tələblərini “qanuniləşdirməyə” meyllidir.
1988-ci il fevral ayının əvvələrindən başlayaraq Ermənis-
tandan gələn emisarların təşkilatçılığı ilə Xankəndində keçiri-
lən mitinqlərdə xüsusi silahlı dəstələr də görünməyə başladı.
Həmin silahlı dəstələr elə ilk gündən vilayətdəki durumu öz
nəzarətlərinə götürür, əhali arasında özlərinə qarşı xof yara-
dırdılar. Rəsmi Bakının baş verən separatist meylləri neytral-
laşdırmaqda tərəddüd etməsi, həmçinin vilayət rəhbərliyinin ic-
timai asayişi pozan hadisələri yatırtmağa xüsusi həvəsinin ol-
maması Ermənistandan gəlmiş emisarların və silahlı dəstələrin
real güc mərkəzinə çevrilməsinə, Ermənistandan verilən tapşı-
rıqlara uyğun olaraq, durumu mənfi yöndə daha da genişləndir-
mələrinə münbit şərait yaradırdı. Həmin ərəfədə bölgəyə gələn
Sov.İKP MK-nın şöbə müdiri M.Yaşin, Azərbaycanın o vaxtki
Qənirə Paşayeva, Şaiq Aslanov
12
rəhbəri Kamran Bağırov və Ali Sovetin sədri Süleyman Tatlı-
yev, eləcə də vilayət partiya komitəsinin rəhbəri Boris Gevor-
kov keçirilməsi nəzərdə tutulan sessiyanın təxirə salınması ilə
bağlı təkliflə çıxış edirlər. Onların bu təklifi nəinki nəzərə alın-
mır, əksinə özlərini də binadan qovurlar... Vilayət XDS-nin
sessiyası kvorum olmadan işə başlayır. İclasın təşəbbüskarları
olan Ermənistan SSR Ali Sovetinin deputatları, əsasən isə Vila-
yət Yazıçılar İttifaqının sədri Vardan Akopyanın təzyiqi ilə
deputatlar gündəlikdə olan yeganə məsələnin müzakirəsinə ke-
çirlər. Və nəhayət , gecə yarısı DQMV-nin Azərbaycan SSR-in
tabeliyindən çıxaraq, Ermənistan SSR-in tərkibinə daxil olması
barədə qərar qəbul edilir. Bu qərar Azərbaycanın ərazi bütöv-
lüyünə təhlükə, SSRİ Konstitutsiyasına isə daban-dabana zidd
olan, heç bir hüquqi, tarixi və digər əsasları olmayan qərar idi.
Erməni millətçilərinin törətdiyi terror hadisələrinin məntiqi
nəticəsi və ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar
oldular. 1988-ci ilin fevral ayında İrəvanda “Ermənistanda er-
mənilər yaşamalıdır”, “Ermənistanı türklərdən təmizləməli”
şüarları altında keçirilən mitinqlərin məntiqi nəticəsi olaraq
300 minə yaxın azərbaycanlı öz tarixi dədə-baba yurdlarından
qovuldular.
1988-ci ilin may ayında eyni gündə Azərbaycan və Ermə-
nistan kommunist partiyalarının qurultayları keçirildi. Bakıdakı
və İrəvandakı qurultaylarda müvafiq olaraq Sov.İKP Siyasi
Bürosunun üzvləri və Mərkəzi Komitənin katibləri olan Yeqor
Liqaçov və Aleksandr Yakovlev iştirak edirdilər. İttifaq rəh-
bərliyinin təmsilçiləri olan bu şəxslərdən biri - Y.Liqaçov Ba-
kıda bəyan edir ki, Moskva Azərbaycanın ərazi bütövlüyünə
sayğı ilə yanaşdığından Qarabağın müstəqilliyinə heç vaxt ra-
Qaradağlı soyqırımı şahidlərin dili ilə
13
zılaşmaz. A.Yakovlev isə İrəvanda ermənilərin təhriki ilə yan-
lış və qeyri-qanuni mövqe bildirmişdir. Eyni gündə qarşı duran
tərəflərə belə münasibət bəsləməklə M.Qorbaçov və erməni
lobbisinin təsir dairəsində olan qüvvələr, bölgənin ən böyük
münaqişəsini hərbi müstəviyə keçirdilər.
Mərkəzin ermənipərəst mövqe tutmasının bəlli olmasından
sonra Qarabağın azərbaycanlı əhalisi yaxşı bələd olduğu er-
məni məkrini vaxtında dayandırmaq üçün səfərbər olsa da, çox
təəssüf ki, sovet ordusu ermənilərin silah-sursatla təmin və təc-
hiz edilməsində böyük canfəşanlıq göstərdiyi halda, Azərbay-
canlı əhalidə olan adi ov silahlarını da yığmışdı...
1988-ci ilin iyununda Ermənistan SSR Ali Soveti, Vilayət
sovetinin Ermənistana birləşmək qərarına razılıq verməklə,
münaqişə ilə bağlı növbəti qeyri-qanuni və əsassız qərar qəbul
etmiş oldu. Bu isə özlüyündə Azərbaycanın ərazi bütövlüyünün,
qüvvədə olan qanunların kobudcasına pozulması demək idi.
Dağlıq Qarabağdakı azərbaycanlılara qarşı təzyiqlərin miq-
yası isə günü-gündən genişlənirdi. Onlar kütləvi şəkildə işdən
çıxarılır, döyülür, təhqir olunurdular. Erməni silahlı dəstələri
ardıcıl olaraq azərbaycanlılar yaşayan kəndlərə həmlələr edir,
kənd təsərrüfatına ziyan vurur, qətllər törədirdilər.
Nəhayət, SSRİ Ali Sovetinin Rəyasət Heyəti Dağlıq Qara-
bağdakı durumu guya nəzarət altına almaq məqsədi ilə 12 yan-
var 1989-cu ildə “DQMV-də xüsusi idarəçilik formasının tətbi-
qi haqqında” qərar qəbul etdi və Moskva tərəfindən təlimalat-
landırılmış ermənipərəst Arkadi Volskinin başçılığı ilə birbaşa
Moskvaya tabe olan müvəqqəti Xüsusi İdarə Komitəsi yaradıl-
dı. Azərbaycanın əleyhinə yönəlmiş və məqsədli şəkildə yara-
dılmış yeni qurum vilayətdə qayda-qanunu bərpa etmək yox,
Qənirə Paşayeva, Şaiq Aslanov
14
əksinə (faktiki olaraq) azərbaycanlıların buradan qovulmasına,
ermənilərin isə günü-gündən silahlanmalarına şərait yaradırdı.
Bütün bunlardan sonra Azərbaycan tərəfi konstitusiyaya zidd
olaraq yaradılmış bu komitənin fəaliyyətini dayandırmağı tələb
etdi.
1989-cu il noyabr ayının 28-də SSRİ Ali Soveti Xüsusi İda-
rə Komitəsini ləğv edərək, Vilayətin idarə olunmasını SSRİ Ali
Sovetinin Xüsusi Komissiyasının nəzarəti altında Azərbaycan
SSR-nin Təşkilat Komitəsinə tapşırdı. Komitəyə rəhbərlik isə
Dostları ilə paylaş: |