План: Birbaşa marketinqin mahiyyəti, kommunikasiya sistemində onun yeri və rolu



Yüklə 285 Kb.
səhifə1/10
tarix16.01.2023
ölçüsü285 Kb.
#79322
  1   2   3   4   5   6   7   8   9   10
M-vzu-62


MÖVZU 6. BIRBAŞA MARKETINQ
План:
1.Birbaşa marketinqin mahiyyəti, kommunikasiya sistemində onun yeri və rolu.
2. Birbaşa marketinqin istifadə vasitələri


1. Birbaşa marketinqin mahiyyəti, kommunikasiya sistemində onun yeri və rolu.
Son illərdə əmtəə bazarlarında rəqabət mübarizəsi­nin kəskinləşdiyi bir şəraitdə ənənəvi marketinq konsep­siyasın­dan, onun hamı tərəfindən qəbul olunmuş metod­larından istifadə edən firmalar bu gün birbaşa marke­tinqə daha çox meyl göstərirlər və ondan əmtəənin irəli­lədilməsi tədbirlərinin əsas istiqamətlərindən biri kimi is­tifadə edirlər. Əksər firmalar birbaşa marketinqdən isti­fadə etməklə məqsədli auditoriya ilə daha səmərəli, fərdi əlaqə yaratmaq imkanı əldə edirlər.
Birbaşa marketinq – kommunikasiyanın müxtəlif vasitə­lərindən istifadə etməklə alıcılarla birbaşa əlaqə yaradıl­masını, onlardan əks reaksiya əldə edilməsini, onlara məhsul satışını təmin etməyə yönəldilmiş marke­tinq fəaliyyətidir.
Televiziya kanallarının sayının həddindən artıq ço­xal­ması, onlarda yayımlanan reklamların sayının art­ması, onla­rın uzunmüddətli olması və tez-tez təkrarlan­ması, eyni zaman­da internetin meydana gəlməsi reklamın bu növünə marağı xeyli azaltmış, firmaları potensial alı­cılarla birbaşa əlaqə yaratmağa sövq etmişdir. Birbaşa marketinqin tətbiq edilməsi firmalara konkret marketinq təklifləri ilə fərdi alıcılara birbaşa müraciət etmək, onla­rın həmin təkliflərə cavab reaksiyasını çox qısa müddətdə bilmək, təkliflərin alıcıların tələbinə uyğun gəlməsini müəyyənləşdirmək, bununla da daha çox məhsul satmaq imkanı verir.
Birbaşa marketinqin tətbiqinin ilk mərhələsində fir­malar potensial alıcıların siyahısını müəyyənləşdirib, on­lara poçt xidmətindən və telefondan istifadə etməklə məhsul satışını həyata keçirirdilərsə, artıq indi kompü­terlərin son nailiy­yətlərindən, faksdan, elektron poçtdan, İnternet xidmət­lə­rin­dən, eyni zamanda interaktiv marke­tinqdən istifadə etməklə məhsul satışını çox səmərəli şə­kildə həyata keçirmək imkanı yaranmışdır. Birbaşa mar­ketinqin müasir imkanları getdikcə daha da genişlənir və əmtəənin irəlilədilməsinin bu forma­sından istifadə edən firmaların sayı sürətlə artır. Bütün bunlar birbaşa marke­tinqi kommunikasiya sisteminin əsas ele­ment­lərindən bi­rinə çevirmişdir.
Birbaşa marketinqin əsas xüsusiyyətlərindən və üstün­lüklərindən biri də onun alıcılar üçün maraqlı və cəlbedici olmasıdır. Birbaşa marketinqin xidmətlərindən istifadə etmək­lə alıcılar həm vaxta qənaət edirlər, həm də geniş çeşiddə məhsullardan seçim etmək imkanı əldə edirlər. Kommu­nikasiya sisteminin bu elementindən isti­fadə etmək marketinq xidməti üçün də olduqca sərfəlidir. Çünki bu zaman onlar alıcılar barədə müxtəlif xarakterli, geniş informasiya əldə etmək imkanı qazanırlar. Son dövrlərdə birbaşa marketinqin müxtəlif kanallarından istifadə edilməklə satışın həcminin artırılması yüksək sürətlə baş verir. Eyni zamanda qeyd etmək lazımdır ki, interaktiv marketinqdən istifadə məhsul satışının daha yüksək sürətlə artırılmasına səbəb olur. Son illərdə firmalar birbaşa və interaktiv marketinqin tətbiq edilmə­sinə kommunikasiya sisteminin digər istiqamətlərinə nis­bətən daha çox üstünlük verirlər. Əğər, birbaşa marketinq kommunikasiya sisteminin digər elementlərinə nisbətən sürətlə inkişaf edirsə, interaktiv marketinq daha sürətlə inkişaf edir. Bu gün əksər firma­lar interaktiv marketinq sisteminə qoşulmuşlar və onun xidmətindən, həmçinin elektron poçt xidmətindən geniş istifadə edirlər. ABŞ – da internet vasitəsilə sifariş edilən əmtəələrin satışının artım tempi birbaşa marketinqin digər üsullarına nisbətən daha yüksəkdir:- hər həftə şəbəkədə 785 mln. doll. məbləğində 6,8 mln.sifariş rəsmiləşdirilir .
İşküzar alıcılar birbaşa marketinqi tətbiq etkəklə ticarət nümayəndələrinin xidmətindən istifadə etmədən, onlara xərc və vaxt sərf etmədən əmtəə haqqında geniş məlumat əldə etmək və satınalmanı həyata kfşirmək imkanı əldə edirlər.
Birbaşa marketinq üzrə mütəxəssislər potensial alıcı ilə qarşılıqlı əlaqə qurmağın ən yaxşı vaxtını seçmək və onların xüsusiyyətlərinə uyğun olaraq, hər bir alıcı üçün fərdi ticarət təklifləri vermək imkanına malik olurlar. Bu zaman istehlakçıların müxtəlif irəlilədilmə kampaniyalarına reak­siya­larını qiymətlən-dirmək də nisbətən asan olur.
Birbaşa marketinqin sürətli inkişafını əsaslandıran bir sıra səbəblər mövcuddur. Birincisi, birbaşa marketinq potensial alıcıların real alıcılara çevril-məsini təmin et­məyə və onların konkret tələblərini daha yaxşı ödəməyə imkan verir. İkincisi, televiziya reklamının effektliyinin azal­ma­ğa doğru meyl etməsi, ona çəkilən xərclərin get­dikcə art­ması, televiziya proqramlarının auditoriyasının getdikcə kiçilməsi birbaşa marketinqə marağı artırır. Üçüncüsü, avtomobildən istifadə xərclərinin durmadan artması, nəqliyyat vasitələrinin istifadəsində yaranan gə­r­ginliklər, vaxt çatışmazlığı və s. bu kimi amillər, evdən çıxmadan arzu olunan malı almaq imkanın olması bir­başa maar­ketinqin cazibədarlığını artırır. Nəhayət, birbaşa marketinqin tətbiqi sayəsində istehlakçıların müxtəlif irəlilədilmə tədbirlərinə reaksiyalarını müəyyənləşdirmək mümkün olur.
Birbaşa marketinqin müvəffəqiyyətlə tətbiq edilməsi üçün potensial alıcılar barədə ətraflı, dolğun informasiya bazasının yaradılması olduqca vacibdir. Bir çox firmalar məh­sullarının fərdi qaydada satışını həyata keçirmək, is­teh­lak­çılarla təsirli marketinq əlaqələri yaratmaq məqsə­dilə alıcılar haqqında geniş informasiya toplayırlar. On­ların bazasını yaradıb, birbaşa marketinqin müxtəlif üsullarını tətbiq et­məklə fərdi qaydada məhsul satışını həyata keçirirlər. Birbaşa marketinq üzrə informasiya bazasının genişləndirilməsində və təkmilləşdirilməsində kompüter texnologiyasından istifadə olduqca geniş im­kanlar yaradır. Məhz kompüter texno­logiyaları alıcılar haqqında çox böyük həcmdə və mürəkkəb xarakterli məlumatları təhlil etməyə imkan verir.
Birbaşa marketinqin həyata keçirilməsinin müxtəlif üsulları mövcuddur. Onlara-şəxsi satışı, birbaşa poçt göndə­riş­lərini, firma mağazaları, kataloq üzrə satışı, telemarketinqi, dərhal reaksiya yaradan televiziya marketinqini, interak­tiv mar­ketinqi aid etmək olar.

Yüklə 285 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin