Psixologiya obyektiv gerçəkliyin beyində əks olunmasından ibarət psixi hadisələr,onların yaranma və inkişaf qanunları haqqında elmdir.
1.Psixologiyanın predmeti və tədqiqat metodları
Psixi hadisələrin üç qrupa ayrılır. psixi proseslər psixi hallar, psixi xassələr .
Psixi proseslər insan davranışının ilkin tənzimləyicisi kimi meydana çıxır. Psixi proseslərə duyğu, qavrayış, hafizə, diqqət, təfəkkür, təxəyyül, hissləri və iradəni daxil edirlər. Psixi proseslərin müvafiq başlanğıcı, gedişi və sonu vardır. Psixi
prosesləri üç qrupa ayırırlar: idrak prosesləri, emosional və iradi proseslər.
Psixi hallar bütövlükdə insanın psixi vəziyyətini xarakterizə edirlər. Psixi hallara dirçəliş,məyusluq, qorxu, ümidsizlik, ruhdan düşmə, gümrahlıq və s.aid etmək olar.
Şəxsiyyətin psixi xassələri özlərinin yüksək davamlılığı və sabitliyi ilə fərqlənirlər. Psixi xassələrə şəxsiyyətin istiqamətini, temperament, xarakter və qabiliyyətləri aid edirlər.
2.Psixologiyanın elmlər sistemində yeri və sahələri
Kedrovun elmlər üçbucağına görə psixologiya bir tərəfdən fəlsəfə elmləri, digər tərəfdən təbiət elmləri, üçüncü tərəfdən humanitar elmlər içərisində aralıq mövqe tutur.
Sahələri. Ümumi psixologiya(fundamental psixoloji bilikləri özündə cəmləşdirir), pedoqoji psixologiya(təlim, tərbiyə və pedaqoji fəaliyyətin psixoloji problemlərini araşdırır), differensial psixologiya(psixoloji və davranış fərqləriniöyrənən, şərh və izah edən sahəsidir), genetik psixologiyanı(psixika və davranışın irsən keçən mexanizmini, onların genotipdən asılılığını öyrənir), hüquq psixologiyası(hüquq normaları və davranış qaydalarının öyrənilməsini nəzərdən keçirir) və.s
3.Fəaliyyət haqqında anlayış
İnsanla təbiət arasındakı fəal qarşılıqlı təsir prosesi fəaliyyət adlandırılır. Fəaliyyət insanın dərk olunmuş məqsədləri ilə tənzim olunan daxili (psixi) və xarici (fiziki) fəallığıdır.Fəaliyyət zamanı insanın həm psixi, həm də fiziki fəallığı baş verə bilir.
4.Fəaliyyətin növləri
3 növü var. Oyun, təlim və əmək fəaliyyəti.
Oyun – elə fəaliyyət növüdür ki, onun nəticəsində heç bir maddi və mənəvi məhsul əldə edilmir. Oyun ən çox əyləncə xarakteri daşıyır, istirahət məqsədi güdür.Oyunun əşyavi və süjetli, hərəki və didaktik, fərdi və qrup halında, rollu və qaydalı oyunlar və s. kimi növləri var.
Təlim fəaliyyəti - məktəblilərin və tələbələrin nəzəri bilikləri və onlarla bağlı bacarıq və vərdişləri mənimsəmələrinə yönəldilmiş fəaliyyət növlərindən biridir.
Təlim fəaliyyətinin başlıca xüsusiyyəti ondan ibarətdir ki, o, fərdin birbaşa psixi inkişafı vasitəsi kimi xidməti həyata keçirir.
Əmək fəaliyyəti son nəticədə özünün məhsuldarlığı ilə fərqlənir. Əmək fəaliyyəti təkcə insanın maddi və mənəvi tələbatlarını ödəməyə xidmət etmir, o, eyni zamanda insanın bir şəxsiyyət kimi formalaşmasında aparıcı rol oynayır.
5.Ünsiyyət haqqında anlayış
Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır.İnsanların öz münasibətlərini aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndiməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir. Ünsiyyət iki və daha çox şəxs arasında baş verir və ünsiyyət dinamik prosesdir. Ünsiyyətin üç mühüm cəhəti var:ünsiyyət informasiya mübadiləsi kimi(kommunikativ tərəfi); ünsiyyət qarşılıqlı təsir prosesi kimi(interaktiv tərəfi);ünsiyyət insanların bir-birini qavraması, anlaması kimi(perseptiv tərəfi). Ünsiyyətin özünəməxsus məzmunu, məqsədi və vasitələri mövcuddur. Ünsiyyətin məzmunu bir insandan digərinə ötürülən informasiyadır.
Ünsiyyətin məqsədi insanda müvafiq fəallığın nə üçün, nəyin xatirinə həyata keçirilməsindən ibarətdir. Ünsiyyətin vasitələri ünsiyyət zamanı ötürülən informasiyaların kodlaşdırılmasında, ötürülməsində, işləmə və açılmasında özünü göstərir.
Dostları ilə paylaş: |