Qərbi Kaspi Universitetinin Kolleci hesabat tədris Təcrübəsi TƏLƏBƏ: SƏMƏdova xəDİCƏ



Yüklə 115,22 Kb.
səhifə1/4
tarix10.05.2022
ölçüsü115,22 Kb.
#57423
  1   2   3   4
Tarixi və mədəni turizmin təsnifatı (2)




Qərbi Kaspi Universitetinin Kolleci
HESABAT
Tədris Təcrübəsi

TƏLƏBƏ: SƏMƏDOVA XƏDİCƏ

İXTİSAS: TURİZM VƏ ONUN TƏŞKİLİ

QRUP: 407 /0

TƏDRİS İLİ: 2021/2022

MÜƏLLİM: MƏDƏTOVA AYNURƏ

BAKI-2022

PLAN


  1. Tarixi turizm anlayışı

  2. Tarixi turizm və onun perspektivləri

  3. Mədəni turizm anlayışı

  4. Turizmin təşkili sistemində mədəni-tarixi resurslar

  5. Mədəni turizm: uğur və çağırışlar




  1. Tarixi turizm anlayışı

“Turizm” və “turist” sözləri müasir dövrün ən çox dəbdə olan ifadələrinə çevrilib. Bu sözlərin kökündə latın və yunan mənşəli “tur” sözü dayanır. İngilis dilinə keçən bu söz XVII əsrdən “səyahət” mənasını ifadə edir. Beləliklə, tur sözündən əmələ gələn turizm bu pro­sesi, turist isə onun iştirakçısını ifadə edir. “Turizm” sözünün meydana gəlməsi fransız yazıçı Anri Stendalın (1783-1843) adı ilə əlaqələndirilir.

Hazırda turizm nəhəng sənaye sahəsinə çevrilib. Turizmdə baş verənlər bununla da kifayətlənmir. Bu sahədəki proseslərin dərindən dərk edilməsi və idarə olunması yeni elmi istiqamətin yaranmasını da zəruri edib. Turistika, turizmologiya və ya tirizmşünaslıq adlı elmin yarandığı bildirilir. Turist bu elmin subyekti, turizm sənayesi obyekti, turizm məhsulu isə predmeti hesab olunur.

Turizm ümumi ifadə olduğu üçün onun tərkibinin öyrənilməsinə xüsusi diqqət verilir. Bu məqsədlə turizmin təsnifatı aparılır, onun tip, növ və forması müəyyən edilir. Hazırda turizmin üç yüzdən çox növündən bəhs olunur və onlar artmaq­da davam edir. Turizmin yeni növləri içərisində selfi, industrial və s. dəbdədir. Bir zamanlar xəyal kimi görünən kosmik turizm isə bu gün reallığa çevrilir.

Turizmin təsnifatı zamanı akademik əsərlərdə və ya dərsliklərdə məqsəd və motivasiya əsas götürülərək mədəni və ya mədəni-idraki (dərk etmə) turizm növü xüsusi ayrılır. Bu nominasiya ilə tarixi, dini, etnik, etnoqrafiya, arxeologiya və s. turizm növləri bir araya gətirilir. Turizmə dair publisistikada isə kombinə edilmiş tarixi-mədəni turizmdən bəhs olunur.

Turizm üçün olduqca mühüm olan beynəlxalq təcrübəni nəzərə alaraq, unifakasiya məqsədi ilə belə yanaşma Azərbaycan üçün də qəbul edilə bilər. Hər bir halda tarixi turizm bu kompleksdə mərkəzi yer tutur. Əsas məsələ isə tarixi turizmin şərhi ilə bağlıdır. Belə ki, tarixi turizm dedikdə, əsasən, mədəni-tarixi abidələr ilə tanışılıq kimi məsələ ön plana çəkilir, bu da onun mahiyyətini və əhəmiyyətini tam ifadə etmir. Beləliklə, müasir turizmin nəzəri-təcrübi nailiyyətləri əsasında tarixi turizmin əsas məsələlərinin, həm mədəni-idraki turizm kontekstində, həm də ümumi turizm sistemində yerinin müəyyən edilməsi qarşıda durur.

Tarixi turizmin prinsipial məsələsi tarixlə turizmin qovşağında meyda­na gəlməsindədir. Burada hər iki bilik sahəsinin-tarix və turizmin nailiyyətləri üzvi şəkildə birləşir. Tarixi turizmin pred­metinin müəyyən edilməsində əsas rol turizmə məxsus olur. Tarix isə turizmin tələbinə uyğun olaraq turistlərə yüksək səviyyəli turizm məhsulları təqdim edə bilməlidir.

Tarixi turizm turistika elmi sistemi­nin tərkib hissəsi olmaqla bərabər, özü də sistem kimi çıxış edir. Bunu nəzərə alaraq tarixi turizmin predmetinə yeni münasibət yaranır. Tarixi turizm tarix və mədəniyyət abidələrinin ümumi və konkret tarixi dövrlər ilə əlaqəsini, şəhər tarixi, hərbi tarix, turizmin yeni istiqamətlərindən olan industrial tarixi turizmi, əlamətdar ildönümləri üzrə hadisəvi turizmi, tarixi hadisələrin rekonstruksiyasını, ölkə üzrə dünyanın müəyyən xalqlarının tarixi izləri üzrə səyahəti (nostalji turizmi) və s. əhatə edir.

Tarixi qoruqlar, tarix və tarix-diyarşü­naslıq muzeyləri üzrə turizm də burada mühüm yer tutur. Arxeoloji, memarlıq, et­noqrafik, etnik və dini motivlər tarixi turiz­min ümumi məqsədinə daxil olur. Bununla yanaşı, həmin sahələr daha geniş şəkildə ayrıca turizm növləri kimi də nəzərdən keçirilə bilər. Bütün bunları nəzərə alsaq, Azərbaycan turizmi tərkibində də tarixi turizmin yenidən nəzərdən keçirilməsi vacibdir.

Tarixi turizmin meydana gəlməsi turizm tarixi daxilində baş verib.Turizm qədim zamanlardan başlayaraq uzun inkişaf yolu keçib və yalnız 1841-ci ildə kütləvi hal alıb. Turizm fenomeninin banisi ingilis Tomas Kuk (1808-1892) hesab olunur. O zamandan keçən dövr ərzində turizm geniş inkişaf yoluna qədəm qoyub və qlobal hadisəyə çevrilib.

Azərbaycanda da qədim zamanlardan səyahətlər başlayıb. Azərbaycanın turizm tarixində, adətən, qədim dövr – XIX əsrin əvvəlləri, Rusiya imperiyası, sovet və müstəqillik dövrləri ayrılır. Azərbaycanın ümumi turizm tarixində tarixi turizmin meydana gəlməsini izləmək üçün daha təfsilatlı dövrləşmə lazımdır. İlk olaraq, qədim zamanlardan e.ə. IV əsrdə Albani­ya dövlətinin yaranmasınadək olan dövr ayrıla bilər. Azərbaycanda tarixi turizmin ilk təcrübəsi bu zamanlar meydana gəlib. Albaniya dövrü (e.ə.IV-e.VII əsrləri), xüsusilə xristianlığın yayılması və dövlət dini kimi qəbul edilməsi səyahətlərdə də yeni meyllərə gətirib çıxardı. Albaniya dövrünə aid əsas məlumtaların olduğu yunan və Roma müəlliflərinin (Herodot, Strabon və s.) informasiyası səyahətlərin nəticəsinə əsaslanırdı. Xristianlığın yayıl­ması ilə dini zəmində səyahətlər əmələ gəlir.





  1. Yüklə 115,22 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin