Rbaycanda Ərzaq və K



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix01.01.2017
ölçüsü0,75 Mb.
#4037
  1   2   3   4   5   6   7   8

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Azərbaycanda Ərzaq və 

Kənd Təsərrüfatı 

Bitki Genetik 

Ehtiyatlarının 

(ƏKTBGE)  

vəziyyətinə dair  

 

2-ci Ölkə 

Hesabatı 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Bakı - 2006 

MÜNDƏRICAT 

 

 

A.  Giriş 



 

 

1)  Coğrafi məlumatlar 



 

 

2)  Dövlət və onun sosial-iqtisadi təsviri 



 

 

3)  Kənd təsərrüfatının ümumi təsviri 



 

B.   Əsas hissə 

 

 

I fəsil. 



Biomüxtəlifliyin vəziyyəti 

 

 



1.1  Bitki genetik ehtiyatlarının əsas dəyəri  

 

 



1.2  Növdaxili və növlərarası müxtəliflik 

 

 



 

1.2.1. Kənd təsərrüfatının əsasını təşkil edən bitki müxtəlifliyinin 

vəziyyəti 

 

 



 

1.2.2. Đkinci dərəcəli və ya az istifadə olunan bitki müxtəlifliyi 

 

 

 



1.2.3. Kənd təsərrüfatı bitkilərinin yabanı əcdadları və ərzaq məqsədilə 

istifadə olunan yabanı bitki müxtəlifliyi 

 

 

1.3  Müasir seleksiya sortlarının müxtəlifliyi 



 

 

1.4  Ənənəvi sortların müxtəlifliyi 



 

 

1.5  Genetik zəiflik təhlükəsi 



 

 

1.6  Bitki genetik müxtəlifliyinin vəziyyətinə təsir edən amillər 



 

 

1.7  Gələcək üçün tələbat və prioritetlər 



 

 

II fəsil. 

Đn-situ mühafizə edilən ehtiyatların idarəolunma vəziyyəti 

 

 



2.1  Đnventarlaşdırma, araşdırma və prioritetlərin müəyyən olunması 

 

 



2.2  ƏKTBGE-nin on farm idarəolunması və yaxşılaşdırılması 

 

 



2.3  Fəlakətlərdən sonra kənd təsərrüfatı sistemlərinin bərpası 

 

 



2.4  Ərzaq məqsədilə istifadə olunan yabanı bitkilər və mədəni bitkilərin 

yabanı əcdad və qohumları 

 

 

2.5  Đn-situ idarəolunmanın yaxşılaşdırılması, prioritet və tələbatlar 



 

 

III fəsil. 

Ex-situ 

mühafizə edilən ehtiyatların idarəolunma vəziyyəti 

 

 



3.1  Ex-situ kolleksiyaların saxlanması və genişləndirilməsi 

 

 



 

3.1.1. Əsas ex-situ kolleksiyalar 

 

 

 



3.1.2. Milli Genbank 

 

 



 

3.1.3. Tarla kolleksiyaları və botanika bağları 

 

 

 



3.1.4. Ex-situ mühafizə edilən BGE-nin sənədləşdirmə sistemi 

 

 



 

3.1.5. Ex-situ mühafizənin yaxşılaşdırılması və genişləndirilməsi: 

tələbatlar və prioritetlər 

 

 



 

3.1.6. Ex-situ kolleksiyalarda genetik eroziya problemləri 

 

 

3.2  Planlı və məqsədyönlü toplama 



 

 

 



  3.2.1. Son 10 ildə toplanma fəaliyyəti 

 

 



  3.2.2. Kolleksiyalarda boşluqlar, onların tapılması yolları və 

doldurulması tədbirləri 

 

 

  3.2.3. Planlı və məqsədyönlü toplama işinin gücləndirilməsi üzrə 



tədqiqatlar, prioritet və ehtiyaclar 

 

 



3.3  Ex-situ mühafizə üzrə tələbatların qiymətləndirilməsi 

 

 



IV fəsil. 

Ehtiyatlardan istifadə 

 

 



4.1  Bitki Genetik Ehtiyatlarının bölüşdürülməsi 

 

 



4.2  Bitki Genetik Ehtiyatlarının istifadəsi və istifadənin gücləndirilməsi 

 

 



  4.2.1. Đstifadənin yaxşılaşdırılması tədbirləri 

 

 



  4.2.2. Səciyyələndirmə və qiymətləndirmə 

 

 



 

4.2.3. Genetik ehtiyatlardan seleksiyada istifadə 

 

 

 



4.2.4. Əkinçilik sistemlərində genetik zəifliyin azaldılması 

 

 



4.3  Toxumçuluq sistemi və satış bazarları 

 

 



 

4.3.1. Toxum istehsalı və yayılması 

 

 

 



4.3.2. Satış bazarları, ehtiyac və prioritetlər 

 

 



4.4  Bitkilərin yaxşılaşdırılma proqramı və ərzaq təhlükəsizliyi 

 

 



V fəsil. 

Milli proqramların, təlimin və qanunvericiliyin vəziyyəti 

 

 

5.1  Milli Proqram 



 

 

5.2  Şəbəkələr 



 

 

5.3  Təhsil və təlim 



 

 

5.4  Dövlət qanunvericiliyi 



 

 

5.5  Đnformasiya sistemləri 



 

 

5.6   Đctimai rəyin formalaşdırılması 



 

 

VI fəsil. 



Regional və beynəlxalq əməkdaşğın vəziyyəti 

 

 



6.1  Beynəlxalq şəbəkələr 

 

 



6.2  Beynəlxalq Proqramlar 

 

 



6.3  Beynəlxalq sazişlər 

 

 



VII fəsil. 

Ə

KTBGE-dən istifadəyə icazə, onların istifadəsindəəldə  



edilən gəlirin bölüşdürməsi və həmçinin fermerlərin hüquqları 

 

 



7.1  Bitki genetik ehtiyatlarına müraciət 

 

 



7.2  Bitki genetik ehtiyatlarının istifadəsindən gələn gəlirlərin bölüşdürülməsi   

 

7.3  Fermer hüquqlarının həyata keçirilməsi 



 

 

VIII fəsil.  Ərzaq təhlükəsizliyinin və dayanıqlı inkişafın təmin olunmasının 



idarə olunmasında ƏKTBGE-nin rolu 

 

 



 

Ə

LAVƏLƏ

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 



 



 

 

 

 

 

 

 

 

 

 

GIRIŞ 

 

 

1) Coğrafi məlumatlar 

Azərbaycan  dünyanın  ən  qədim  insan  məskənlərindən  biridir.  Bugünkü  bəşər  mədəniyyətinin 

yaranması,  tərəqqisi  və  dialektikasında  onun  öz  yeri,  öz  payı  vardır.  Azərbaycan  Respublikası 

Qafqazın  cənub-şərqində  və  Iran  yaylasının  şimal-qərbində,  Avropa  və  Asiya  qitələrinin  təması 

zonasında yerləşən qədim bir ölkədir. Ərazisi 38

o

24



 və 41


o

54



 şimal en dairələri ilə 44

o

46



 və 50


o

51



 

şə

rq  uzunluq  dairələri  arasında  yerləşir  və  şimalda  Rusiya  Federasiyasının  Dağıstan  Respublikası 



(289  km),  şimal-qərbdə  Gürcüstan,  qərbdə  Türkiyə  və  Ermənistan  respublikaları  və  cənubda  Iran 

Islam Respublikası ilə həmsərhəddir, şərqdən Xəzər dənizinin suları ilə əhatə olunur. Sahəsi 86,6 min 

km

2

 təşkil edir. Dünyada ərazi üzrə 44-cü, əhalinin sayına  görə 42-ci  yeri tutur. Burada irili-xırdalı 



8400-ə  yaxın  çay  vardır.  Azərbaycanın    ən  yüksək  nöqtəsi  Böyük  Qafqaz  silsiləsində  yerləşən 

Bazardüzü  zirvəsidir  (4466  m).  Xəzər  dənizi  sahilləri  isə  okean  səviyyəsindən  26,5  m  aşağıda 

yerləşir.  Daxilində  yerləşən  Böyük  Qafqaz,  Kiçik  Qafqaz  və  Talış  dağları  onun  ərazisinin  2/3 

hissəsini tutur. Ölkə ərazisinin 57%-ni ovalıq və düzənliklər, 39,5%-ni alçaq və orta dağlar və 3,5%-

ni  yüksək  dağlar  (2500  metrdən  yüksək)  təşkil  edir.  Ölkə  ərazisinin  18%-i  dəniz  səviyyəsindən 

aşağıda  yerləşir.  Burada  geomorfoloji  quruluşdan,  geoekoloji  şəraitdən  asılı  olaraq  düzənlik  və 

ovalıqlarda  boz,  suvarılan  boz-çəmən,  boz-qonur,  allüvial-çəmən  və  şoran  torpaqlar,  dağətəyi  və 

alçaq  dağlıq  zonasında  şabaladı  torpaqlar,  orta  və  yüksək  dağlıq  zonalarında  isə  qəhvəyi  və  qonur 

dağ-meşə  torpaqları  geniş  yayılmışdır.  Orta  dağlıq  zonanın  meşədən  sonraki  ərazilərdə  bozqır 

bitkiləri altında fraqment halında ümumi sahəsi 76 min ha olan dağ-bozqır torpaqları formalaşmışdır. 

Lənkəran bölgəsində isə rütubətli subtropik iqlim şəraitində ovalıq və dağətəyi Hirkan tipli meşələr 

altında  və  mənimsənilmiş  meşədən  sonraki  ərazilərdə  170  min  ha  sahədə  sarımtıl-qleyli  torpaqlar 

yayılmışdır. Azərbaycanda düzənlik-dağətəyi ərazilərdən  yüksəkdağlığa qədər  yarımsəhra, quru-çöl, 

dağ-meşə,  dağ-çəmən,  nival-subnival  kompleksləri  biri  birini  əvəz  edərək,  dağ  landşaftlarının 



 

yüksəklik qurşaqlarını yaradır. Yalnız Lənkaran bölgəsində bu qanunauyğunluq pozulur və dağ-meşə 



landşaftından sonra dağ kserofit kompleksləri yerləşir. Naxçıvan MR-də arid iqlim şəraitində meşələr 

lokal şəkildə nəzərə çarpır. Ən çox meşələrə Talış dağlarında, Böyük Qafqazda və Yuxarı Qarabağda 

rast  gəlinir.  Azərbaycan  ərazisi  subtropik  iqlim  qurşağında  yerləşir.  Ərazidə  günəşli  saatların  illik 

miqdarı  1900-2900  saat  arasında  dəyişir.  Đl  ərzində  yer  səthinə  düşən  ümumi  günəş  radiasiyasının 

miqdarı  120-160  kkal/sm

2

  təşkil  edir.  Ovalıq  və  dağətəyi  ərazilərdə  yayı  isti,  qışı  mülayim,  dağlıq 



zonada isə yayı mülayim, qışı şaxtalı keçir. Ölkə ərazisində havanın mütləq maksimum temperaturu 

+46 


o

C,  mütləq  minimum  temperaturu  isə  –32 

o

C  təşkil  edir.  Atmosfer  yağıntıları  ərazidə  qeyri-



bərabər  paylanır  və  onun  orta  illik  miqdarı  150-200  mm-dən  (Qobustan  və  Abşeron  yarımadasının 

cənub hissəsi) 1600-1700 mm və daha çox (Talışın dağətəyi ərazilərində) dəyişir. Bununla belə, ölkə 

ə

razisinin  təqribən  65%-ni  təşkil  edən  sahələrdə  təbii  rütubətlənmə  aşağı  olduğundan  (400  mm-dən 



az),  burada  səhra,  yarımsəhra  və  bozqır  bitki  kompleksləri  geniş  inkişaf  etmişdir,  kənd  təsərrüfatı 

bitkilərinin becərilməsi isə suvarma ilə bağlıdır. 

 

Şə

kil1. Azərbaycanın inzibati xəritəsi 



 

2) Dövlətin sosial-iqtisadi təsviri və əhalisi 

 

Azərbaycan  Respublikası  1991-ci  ildə  müstəqillik  qazanmışdır.  Onun  siyasi  sisteminin 



struktur  formalaşması,  əsasən,  1995-ci  il  noyabrın  12-də  ölkənin  yeni  Konstitusiyasının  qəbul 

edilməsi  ilə  başa  çatmışdır.  Konstitusiyaya  görə  Azərbaycan  dövləti  demokratik,  hüquqi,  unitar, 

iqtisadiyyatı bazar münasibətlərinə əsaslanan dünyəvi, sivil respublika kimi müəyyənləşmişdir. Təbii 

ehtiyatların  bolluğu,  düzgün  qurulmuş  iqtisadi  siyasət  sayəsində  Azərbaycanın  iqtisadiyyatı  son  10 

ildə  durmadan  inkişaf  etmişdir.  Son  5  il  ərzində  dövlət  büdcəsi  4  dəfə  artaraq  2007-ci  il  üçün  5 

milyard  ABŞ  dolları  həcmində  nəzərdə  tutulmuşdur.  2006-cı  ildə  sənayenin  2005-ci  ilə  nisbətən 

artımı 40% təşkil etmişdir. Bakı – Tbilisi – Ceyhan neft və Bakı – Tbilisi – Ərzirum qaz kəmərləri 

digər  böyük  layihələrlə  birgə,  yaxın  illərdə  Azərbaycanın  iqtisadiyyatında  mühüm  rol  oynayacaq. 

2006-cı ilin yanvar ayına olan məlumata əsasən, respublikanın əhalisi 8 milyon 500 min nəfər olmuş, 

bunun  da  51,5  faizini  şəhər  və  48,5  faizini  kənd  sakinləri  təşkil  etmişdir.  Əhalinin  orta  yaşı  31  yaş 

təşkil  edir.  Son  5  il  ərzində  ölkədə  hər  il  orta  hesabla  114  min  və  ya  hər  gün  təxminən  312  körpə 

dünyaya  gəlir.  2005-cü  ildə  ölkədə  doğum  səviyyəsi  əhalinin  hər  1000  nəfərinə  15  nəfər  təşkil 

etmişdir.  Əhalinin  29  faizi  18-34  yaşda  olan  gənclərdir,  yarıdan  bir  qədər  çoxu  şəhər  yerlərində 

yaşayır.  Ermənistanın  təcavüzü  və  Azərbaycanın  ərazisinin  20%-nin  işğal  edilməsi,  milyondan  çox 

insanın  qaçqın  düşməsi,  evsiz-eşiksiz  və  torpaqsız  qalması,  təbii  dolanışıq  mənbələrindən  məhrum 

olması çox böyük iqtisadi, sosial, humanitar və s. problemlər doğurmuşdur. 

 

3) Kənd təsərrüfatının ümumi təsviri 

Azərbaycan  Respublikasının  ərazisinin  12%-i  meşələr,  1,6%-i  su  hövzəsi,  52,3%-i  kənd 

təsərrüfatına  yararlı torpaqlar, 34,1%-i sair torpaqlar təşkil edir. Kənd təsərrüfatına  yararlı sahələrin 

1630,8  min  hektarını,  yəni  36,0%-ni  əkin  yeri  təşkil  edir  ki,  bunun  da  1102,0  min  hektarı  və  ya 

67,6%-i  suvarılan  sahələrdir.  Son  illərdə  kəndli-fermerlərin  torpaqlardan  daha  çox  istifadə  etmələri, 

onların  məşğulluğunun  yüksəldilməsinə  səbəb  olmuşdur.  Belə  ki,  1995-ci  ildə  kənd  və  meşə 

təsərrüfatlarında 1112,8 min nəfər işləməklə respublika üzrə faydalı əməklə məşğul olanların 30,8%-

ni təşkil etdiyi halda, 2005-cü ildə bu göstərici 40,0%-ə qədər yüksəlmişdir. Respublika üzrə faydalı 

ə

məklə  məşğul  olanların  sayı  həmin  dövrdə  3,7%  artdığı  halda,  kənd  və  meşə  təsərrüfatlarında 



məşğul  olanların  sayı  34,5%  artmışdır.  Kənd  təsərrüfatı  məhsulları  istehsalı  ilə  bilavasitə  məşğul 

olanlarla  yanaşı  digər  peşə  sahibləri  də  kənd  təsərrüfatının  ayrı-ayrı  sahələri  ilə  məşğul  olmağa 

başlamışlar.  Kənd  təsərrüfatı  müəssisələrinin  fəaliyyətinin  maliyyə  nəticələrinin  təhlili  göstərir  ki, 

1995-ci  ildə  2295  təsərrüfatdan  1079-u  və  ya  47,0%-i  ziyanla  işlədiyi  halda,  2005-cü  ildə  ziyanla 

işləyən təsərrüfatların xüsusi çəkisi 24% olmuşdur. 


 

Aqrar islahatın, sərbəst iqtisadiyyata keçid dövrünün birinci mərhələsi başa çatmış, aqrar sahə 



inkişafa başlamış, sahibkarlığın təməli qoyulmuş, qismən sərbəst rəqabət mühiti yaradılmışdır. Ölkə 

ə

halisinin  ərzaq  məhsulları  ilə  təminatında  daxili  istehsalın  rolu  ilbəil  yüksəlir,  idxal  olunan  k/t,  o 



cümlədən  ərzaq  məhsullarının  xüsusi  çəkisi  azalır,  ixrac  məhsullarının  çeşidi  və  həcmi  isə  artır. 

Aparılmış  təhlillər  göstərir  ki,  son  illərdə  kənd  təsərrüfatında  özəl  istehsalçılar  sərbəst  qaydada 

bazarın  tələblərinə  uyğun  daha  çox  ərzaq  məhsulları  istehsal  etməyə  başlayırlar  ki,  bu  da  ölkə 

ə

halisinin  istehlak  etdiyi  məhsulların  80-85%-nin  daxili  istehsal  hesabına  ödənilməsinə,  kəndli-



fermerlərin gəlirlərinin artmasına səbəb olmuşdur.  

Kənd  təsərrüfatında  hazırda  bir  neçə  mülkiyyət  forması  mövcuddur.  Bunlara  fermer  və  ailə 

təsərrüfatlarını,  kooperativləri,  şirkətləri  və  cəmiyyətləri  aid  etmək  olar.  Kənd  təsərrüfatı 

məhsullarının 97%-i kəndli (fermer) təsərrüfatlarında istehsal olunur. 1996-ci ildə kənd təsərrüfatının 

ümumi  məhsulunun  tərkibində  bitkiçilik  məhsulları  58,6%  təşkil  etdiyi  halda,  2005-cü  ildə  artaraq 

59,1%  olmuş,  heyvandarlıq  məhsulları  istehsalı  isə  41,4%  -dən  40,9%-ə  düşmüşdür.  1995-ci  illə 

müqayisədə  2005-ci  ildə  ölkədə  taxıl  istehsalı  2,3  dəfə,  kartof  7  dəfə,  tərəvəz  2,6  dəfə,  bostan 

məhsulları 8,7 dəfə, meyvə 1,9 dəfə,  ət 1,8 dəfə,  süd 1,5 dəfə,  yumurta istehsalı 1,9 dəfə artmışdır. 

2005-ci ildə ölkədə adambaşına 165 kq ərzaq taxılı (təminat 91,5%), 97 kq kartof (təminat 2,4 dəfə 

çox), 168 kq tərəvəz (təminat 2,2 dəfə çox), 79,4 kq meyvə (təminat 1,7 dəfə) istehsal edilmişdir. Son 

ildə  ən  çox  artım  kartof  (5%),  yaşıl  tərəvəz  (23%),  meyvə  (25%)  istehsalında  müşahidə  edilmişdir. 

Kartof,  bostan,  meyvə  məhsullarına  olan  minimum  təlabat  əsasən  daxili  istehsal  hesabına  ödənilir. 

2005-ci  ildə  ölkədə  2126,9  min  ton  taxıl  məhsulu  toplanmış  və  bunun  1565,8  min  tonu  buğda 

olmuşdur.  Həmin  ildə  kartof  istehsalı  1083,1  min  ton,  tərəvəz  istehsalı  1127,3  min  ton,  bostan 

məhsulları  istehsalı  363,8  min  ton  olmaqla  rekord  səviyyəyə  çatmışdır.  2006-cı  ildə  də  2  milyon 

tondan çox taxıl istehsal edilmişdir. 

Müstəqillik  qövründə  bitkiçilik  sahəsində  ən  çox  azalma  pambığın  əkin  sahələrində  və 

istehsalında olmuşdur. Lakin 2006-cı ildə 2005-ci ilə nisbətən pambığın həm əkin sahəsində, həm də 

məhsul istehsalında 2 dəfəyə yaxın artım bu sahədə dönüş yarandığını göstərir. Yem bitkilərinin əkin 

sahəsi artsa da, becərilən növ və sortlarının say tərkibi azalmışdır. 2005-2006-cı illərdə orta hesabla 

ə

n çox əkin sahəsi tutan bitkilər və əkin sahələri (hektarla) aşağıdakı dioqramda verilmişdir.  



 

 



arpa, 159908



pomidor, 24998

soğan, 14532

kartof, 65795

alma, 21919

fındıq, 19763

nar, 10625

üzüm, 8009

buğda, 611919

yonca, 194964

 

Son iki ildə 3390 hektar sahədə, 2006-cı ilin yazında isə 316 hektar sahədə yeni meyvə bağları 



salınmışdır. Kəndli sahibkarlar arasında üzümçülüyə meyl artmış, Tovuz, Xanlar, Kürdəmir, Şəmkir, 

Ş

amaxı, Ağsu, Cəlilabad və digər rayonlarda 1258 hektar sahədə yeni üzümlüklər salınmışdır.  



Son  illərdə  bazarda  ərzaq  və  kənd  təsərrüfatı  məhsullarının  ciddi  çatışmazlığı  olmamışdır. 

Yanacağın, texnikanın, kimyəvi maddələrin qiymətlərinin  yüksək olması ilə  yanaşı inhisarçılığın və 

korrupsiya hallarının mövcudluğu bazarlarda qiymətlərin daimi artımı ilə müşahidə edilmişdir. 2006-

cı ildə dövlət tərəfindən fermerlərə məhsul satışında yaradılmlş imkanlar, yeni satış yarmarkalarının 

yaradılması problemin həllinə xeyli dərəcədə müsbət təsir göstərmişdir.  

Hələ  ki,  fermer  təsərrüfatlarının  yeni  şəraitə  uyğun  kiçik  texnika,  toxum,  gübrə  və  digər 

dövriyyə  vasitələri  ilə  təchizatı  qənaətbəxş  deyildir.  1996-ci  illə  müqayisədə  kənd  təsərrüfatında 

işçilərin orta  aylıq əmək haqqı xeyli  artsa da,  respublika üzrə orta  göstəricidən 3,3 dəfə, sənayedən 

5,9 dəfə, tikintidən 6,7 dəfə, nəqliyyatdan 3,8 dəfə azdır. Müşahidələr göstərir ki, ayrı-ayrı qabaqcıl 

kəndli-fermerlərin orta aylıq gəliri təxminən 100-120 YAM-a çatır. Fermerlərin əsas problemlərindən 

biri də informasiya qıtlığıdır. Harada nəyin nə qədər becərilməsi, neçəyə satılması, dövriyyə vasitələri 

haqqında və digər xarakterli məlumatların olmaması onların “keçən il daha baha satılan” məhsullara 

keçmələrinə, yəni ildən-ilə əkin məhsullarında kortəbii kütləvi “tərəddüdlər”ə gətirib çıxarır.  

Son  illər  aqrar  elmi-tədqiqat  institutlarında  kəndli  sahibkarların  maraqlarına  uyğun  tədqiqat 

işləri  genişlənmişdir.  Đnstitutlar  tərəfindən  son  beş  ildə  40-a  yaxın  yeni  məhsuldar,  xəstəliklərə  və 

zərərvericilərə,  quraqlığa,  istiliyə,  şoranlığa  davamlı  bitki  sortları  və  formaları  yaradılmış,  yüksək 

kondisiyalı  toxumlar  artırılaraq  istehsalçıların  istifadəsinə  verilmişdir.  Regionlarda  elmi  nəticələrin 

tətbiqinə dair onlarla təcrübə qoyulmuş və bu sahələrdə müxtəlif kənd təsərrüfatı bitkilərinin 100-dən 

çox yeni sortu və bir sıra təzə texnologiyalar nümayiş etdirilmiş, fermerlərin maarifləndirilməsi üçün 

seminarlar  keçirilmişdir.  KTN,  AMEA-nın  institutları,  digər  nazirliklər,  komitələr,  agentliklər 



 

beynəlxalq  təşkilatlarla  birlikdə  fermerlərə  zəruri  hüquqi,  iqtisadi  və  peşə  biliklərinin  öyrədilməsi, 



həmçinin lazımı informasiya təminatı sahəsində məqsədyönlü proqramlar həyata keçirmişlər.  

Kənd  təsərrüfatında  bu  gün  mövcud  olan  əsas  problemlərı  aşağıdakı  kimi  ümumiləşdirmək 

olar:  maliyyə  problemi  -  kiçik  fermerlərə  kreditlər  ayrılmaması;  kənd  təsərrüfatı  texnikalarının 

çatışmazlığı,  fermerlərin  maarifləndirilməsinin  zəif  olması;  torpağların  şoranlaşması;  k/t 

məhsullarının  bazarının  məhdud  olması;  intensiv  təsərrüfatın  zəif  olması;  zavod  və  müəssisələrin 

ə

lverışsiz müqavilə şərtləri; bazar qiymətlərinin qeyri-sabit olması; emal müəssisələrinin azlığı; kənd 



yollarının  bərbad  vəziyyətdə  olması;  torpaq  islahatlarında  buraxılan  səhvlər;  texnikanın,  gübrələrin 

baha  olması,  yeni  elmi  nəticələrin,  mütərəqqi  texnologiyaların  və  qabaqcıl  təcrübənin  fermer 

təsərrüfatlarında tətbiqi ilə məşğul olan orqanın yoxluğu.  

Mövcud olan problemlərin aradan qaldırılmasını, islahatın ikinci mərhələsinin dərinləşməsi və 

genişlənməsini  təmin  edə  bilən  prioritet  inkişaf  istiqamətləri  ölkə  Prezidenti  Cənab  Đlham  Əliyevin 

2004-cü il 11 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-

iqtisadi  inkişafına  dair  Dövlət  Proqramı”nda  öz  geniş  əksini  tapmışdır.  Dövlət  Proqramına  uyğun 

olaraq,  ayrı-ayrı  bölgələrdə  600  min  yeni  iş  yerinin  yaradılması,  k/t  emalı  müəssisələrinin  inkişaf 

etdirilməsi,  mövcud  meliorasiya-irriqasiya  sistemlərinin  bərpası  və  yenidən  qurulması,  suvarılan 

torpaqların  su  təminatının  yaxşılaşdırılması,  torpaqların  şoranlaşmasının  və  eroziyaya  uğramasının 

qarşısının alınması, toxumçuluq işlərinin, aqrotexservis və aqrolizinq xidmətlərinin yaxşılaşdırılması, 

aqrar  sektorun  kreditləşdirilməsinin  genişləndirilməsi,  aqromarketinqin  inkişaf  etdirilməsi  yaxın 

gələcəkdə  respublikada  aqrar-sənaye  kompleksinin  sürətli  inkişafına  imkan  yaradacaq  və  nəhayət, 

ölkə əhalisinin yaşayış səviyyəsinin artmasına səbəb olacaqdır.  

Problemlərin  həlli  üçün  əlavə  olaraq  aşağıdakı  tədbirləri  göstərmək  olar:  dövlət  neft 

fondundan  kreditlərin  alınması;  xırda  fermerlərin  nisbətən  iri  fermerlərlə  birləşməsi;  fermerlərə 

maarifləndirmə kurslarının, təlimlərın, treninqlərin keçirilməsi, qabaqcıl təsərrüfatların təcrübəsindən 

istifadə  etmək,  qurulmuş  təsərrüfatın  müasir  texnologiya  ilə  təmin  edilməsi  məqsədilə  tətbiq  və 

təlimlə məşğul olan dövlət orqanının yaradılması.  

 

 



 

 

 



 

 


 

10 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə