1
2
Resenzistl
ər:
Şahin Mustafayev
Az
ərbaycan Respublikası Dövlət Neft
Şirkətinin iqtisadi məsələlər üzrə
vitse-prezid
ənti
Akif N
ərimanov
ARDNŞ «Azneft» İstehsalat Birliyinin
Baş geoloqu, geologiya-mineralogiya
elml
əri doktoru
Redaktor:
M
əmməd Mirzəyev
Az
ərbaycan Respublikası Dövlət Neft Şirkəti Mətbuat
Xidm
ətinin rəhbəri «EKO» Beynəlxalq Ənergetika
Akademiyasının professoru
Ağalar İbrahimov.
Sualtı dünya. Bakı, «Ozan», 2005, səh.152
Ağalar İbrahimovun qələmə aldığı «Sualtı dünya» adlı əsəri son dərəcə aktual və
əhəmiyyətli bir mövzuya - Yer kürəsinin 2/3 hissəsini təşkil edən sirli-sehrli bir
al
əmə - sualtı dünyaya, onun öyrənilməsinə, fəthi tarixinə, bəşər övladının
yaranışdan bu günədək bu istiqamətdəki səylərinə, sahə ilə bağlı elmi-texniki
nailiyy
ətlərə həsr edilmişdir.
Əsərdə toxunulan problemlərin araşdırılması, tədqiqi dəniz ölkəsi olduğumuza
gör
ə bizim üçün maraqlı olduğu qədər də faydalıdır.
Ağalar İbrahimovun bu əsəri Azərbaycan Respublikasında ilk təşəbbüs kimi də
t
əqdirəlayiqdir və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
«Ozan» n
əşriyyatı, 2005
3
Proloq
əvəzi
D
ənizin üstündə ala bulud,
üzünd
ə gümüş gəmi,
İçində san balıq,
dibind
ə mavi yosun...
sahild
ə çılpaq bir adam
durub düşünür:
buludmu olum,
g
əmimi yoxsa?
N
ə o, nə o, nə o, nə o.
D
əniz olmalı, oğlum,
Buluduyla, g
əmisiylə, balıqıyla, yosunuyla
NAZİM HİKMƏT
4
ON SÖZ
Ümummilli lider, müdrik siyas
ətçi Heydər Əliyevin müəyyənləşdirdiyi yeni neft
strategiyasının Azərbaycan Respublikası Prezidənti cənab İlham Əliyevin rəhbərliyi
altında uğurla həyata keçirilməsi əvvəlki dövrlərdə olduğu kimi, 2005-ci ildə də
ölk
əmizin nəinki neft-qaz sənayesində, eləcə də, iqtisadiyyatın bütün digər sahələrində
t
ərəqqi və dirçəlişin əldə edilməsinə imkanlar yaratmışdır.
Bu nailiyy
ətlər «Azneft» İstehsalat Birliyinin tərkibinə daxil olan Xəzər Dəniz Dalğıc
Q
əza Xilasetmə İşləri İdarəsinin fəaliyyətinə də müsbət təsir göstərmiş və kollektiv
üzvl
əri öz vəzifə borcların ı layiqincə yerinə yetirmişlər.
Qeyd etm
ək lazımdır ki, hazırda müstəqil respublikamızın neft strategiyasının -
«
Əsrin Müqaviləsi»nin həyata keçirilməsində və Xəzər dənizinin daha dərin qatlarında
neft hasilatının artırılmasında Xəzər Dəniz Dalğıc Qəza Xilasetmə İşləri İdarəsinin
xüsusi rolu xeyli artmış və idarə beynəlxalq standartlara cavab verə biləcək qabaqcıl
bir mü
əssisəyə çevrilmişdir.
Ədalət naminə demək lazımdır ki, neft, onun hasilatı, neftçilərin gərgin əməyi
haqqında indiyə qədər külli miqdarda materiallar, kitablar nəşr edilmişdir. Çox təəssüf
ki, d
ənizdə neft və qazın çıxarılmasının bir sıra sahələrində qəza-xilasetmə işlərinin və
müxt
əlif təyinatlı sualtı-texniki və dalğıc işlərinin yerinə yetirilməsi ilə məşğul olan
dalğıclar və onların çox mürəkkəb iş xüsusiyyətləri haqqında elmi-kütləvi ədəbiyyat
n
əşr edilməmişdir.
Bu baxımdan, 10 ilə yaxın bir müddət ərzində «Azneft» İstehsalat Birliyinin Xəzər
D
əniz Dalğıc Qəza Xilasetmə İşləri İdarəsinin rəisi vəzifəsində çalışan, təcrübəli
d
ənizçi və bacarıqlı istehsalat təşkilatçısı Ağalar İbrahimovun nadir ixtisas sahəsi olan
5
dalğıclar haqqında, dalğıc işlərinin texnologiyası, müasir sualtı-texniki dalğıc işlərinin
hazırkı səviyyəsi və digər məsələlərə həsr edilmiş «Sualtı dünya» kitabı çox
t
əqdirəlayiq hal kimi qiymətləndirilə bilər.
X
əzər Dəniz Dalğıc Qəza Xilasetmə İşləri İdarəsinin yaranmasının 30 illik
yubileyin
ə həsr edilmiş bu kitabda, elmi faktlarla dalğıc işinin dünyada, eləcə də
Az
ərbaycanda meydana gəlməsi zərurəti, onun tarixi və hazırda sualtı-texniki dalğıc
işləri ilə bağlı bir sıra problemlərə toxunulmaqla yanaşı, öz mənalı ömürlərini
bütünlükl
ə dəniz neft sənayesinin inkişafına həsr etmiş nadir peşə sahibləri olan
insanlar haqqında da geniş söhbət açılır.
Ümumiyy
ətlə, bu kitab sualtı-texniki dalğıc işləri haqqında ümumiləşdirilmiş bir
t
ədqiqat əsəri kimi də qiymətləndirilə bilər. A.İbrahimovun bu kitabında min illər
bundan
əvvəl mövcud olan və zaman-zaman təkmilləşən sualtı-texniki və dalğıc
işlərinin bugünkü səviyyəyə çatması haqqında oxuculara yığcam məlumat verilir.
H
ər biri xüsusi tədqiqat mövzusu olan sualtı-texniki, dalğıc işləri və onun iş
mexanizminin h
əcmcə kiçik olan bu kitabda geniş şərhini vermək, əlbəttə ki,
mümkün deyildir. Kitab lakonik v
ə yığcam şəkildə yazılsa da, kifayət qədər
anlaşıqlı və oxunaqlı olub, oxucularda sualtı-texniki və dalğıc işləri, onun
texnologiyası haqqında tam təsəvvür yaradır.
Kitabda
əsasən, xarici ölkələrdə, o cümlədən Rusiyada çap edilmiş ədəbiyyatdan və
bu ölk
ələrin mətbuatlarında vaxtaşırı dərc olunan elmi məqalələrdən geniş istifadə
edilmişdir. Eyni zamanda bu kitab, müəllifin uzun illərdən bəri davam edən şəxsi
müşahidələrinin nəticəsi kimi bir sıra dəyərli məqamların şərhi ilə də nəzər-diqqəti
c
əlb edir.
6
Kitabdan Az
ərbaycan Dövlət Neft Akademiyasında müvafiq sahəsinin tədrisi üçün
bir d
ərslik kimi istifadə oluna bilər. Bu əsərin geniş oxucu kütləsi üçün də maraqlı
olacağına şübhə yoxdur.
Şahin Mustafayev
ARDNŞ-in iqtisadi məsələlər üzrə
vitse-prezid
ənti
Akif N
ərimanov
“Azneft”
İB-nin
Baş
geoloqu,
geologiya-mineralogiya elml
əri doktoru
7
SUYADALMALAR: TARİXƏ BİR NƏZƏR
Su h
əyatdır! Heç bir canlının (bitki, heyvan, insan) mövcudiyyəti susuz mümkün
deyil! B
əşər övladı yaranandan su hövzələrinə yaxın yerlərdə məskunlaşmış və sudan
h
ərtərəfli bəhrələnmişdir. İnsan sudan təkcə öz ehtiyatlarını ödəməklə
kifay
ətlənməmiş, onun təkini, bütövlükdə fauna, florası ilə də hər zaman
maraqlanmışdır. Bu kitab insanın suyun təkinə marağına, müdaxiləsinə aid olub, bu
haqda mü
əyyən təsəvvür yaratmaq və eyni zamanda dünyada və ölkəmizdə bu sahənin
tarixi, t
əkamül yolu və bu günü haqqında məlumatları sistemləşdirərək, geniş oxucu
kütl
əsinə çatdırmaq məqsədi ilə yazılmışdır.
Şəffaf su hövzəsi kənarında dayanan insan elə ilk anlardan sualtı dünyanın zəngin
v
ə maraqlı bir aləm olduğunu dərk edərək, onu öyrenməyə böyük maraq
göst
ərmişdir. İlk əvvəl müxtəlif alətlər düzəldərək dayazlıqlarda balıq ovlayan insan,
zaman keçdikc
ə daha böyük dərinliklərə maraq göstərməyə başlamış və bu məqsədlə
ilk suyadalmaları həyata keçirmişdir.
Xüsusi hazırlıqlı insanlar nəfəslərini dərindən almaqla ağırlaşdırıcı yüklərdən istifadə
ed
ərək, daha böyük dərinliklərə düşməyə cəhd göstərmişlər. Suyaenmənin bu üsulu
müasir zamanda bir idman növü kimi aktual olsa da (dünya rekordu
fransızlara məxsus
olub, 101 m t
əşkil edir), təcrübi işlərin yerinə yetirilməsi üçün qənaətbəxş olmamışdır.
Odur ki, insan daha böyük d
ərinlikləri fəth etməyə, su altında qalmağın digər yolların ı
axtarmağa başlamışdır. Beləliklə, yeni bir peşə - suyadalan insan və ya dalğıc peşəsi və
bu peşə sahiblərinin məşğul olduğu fəaliyyət növü yaranmışdır. Beləliklə....
Dalğıc - su altında xüsusi geyimdən istifadə edərək müəyyən iş yerinə yetirən
müt
əxəssisdir. Bu, xüsusi zərərli və təhlükəli əmək şəraitinə malik peşə sayılır. Yalnız
8
xüsusi t
əlim və hazırlıq keçmiş, ixtisas imtahanı vermiş və xüsusi tibbi müayinədən
keç
ərək, sağlamlığı təsdiq olunmuş şəxs dalğıc ola bilər. O, öz təcrübi fəaliyyətində
mütl
əq şəkildə ildə bir dəfədən az olmayaraq, tibb və peşə ixtisas komissiyaların dan
keç
ərək peşə yararlığını təsdiq etməlidir.
Dalğıclar nəfəsalma metodologiyasına görə hava və saturasiya dalğıcların a
ayrılırlar.
Hava dalğıcları dedikdə, sıxılmış havadan istifadə edərək 60 metrə qədər
d
ərinliklərdə sualtı işləri yerinə yetirən dalğıclar başa düşülür.
Saturasiya dalğıcları isə heliumoksigen qaz qarışığı ilə nəfəs almaqla xüsusi qurğu
v
ə ləvazimatlardan istifadə etməklə 300 metrə qədər dərinliklərdə suyaenmələri
h
əyata keçirərək sualtı işləri yerinə yetirən dalğıclara deyilir. Bu dalğıclardan 60
metrd
ən aşağı dərinliklərdə işləyənlərə (bu üsulla həyata keçirilən saturasiya işləri 60
metrd
ən az dərinlikdə də ola bilər) akvanavt və ya dərinlik dalğıcları deyilir.
Peşə yönümünə görə dalğıclar - dalğıc-təlimatçı, dalğıc-partladıcı, dalğıc-qaynaqçı,
dalğıc-kəsici, dalğıc-operator, dalğıc-matros və s. ola bilərlər.
Arxeoloji qazıntılar zamanı üzə çıxan tapıntılar insanın hələ qədimdən sualtı
dünyanın tədqiqatı ilə məşğul olduğundan xəbər verir. Qədim Avropa sivilizasiyaların
dan biri olan Egey m
ədəniyyətinin vətəni sayılan Aralıq dənizində yerləşən Krit
adasında alimlər maraqlı keramik məmulatlar tapmışlar. Onların üzərində dəniz
yosunlarının arasında üzən balıqlar təsvir edilmişdir. Təsvirdən göründüyü kimi,
q
ədim sənətkarlar sualtı aləm haqqında səhih məlumatlı olmuşlar. Bu isə onu sübut
edir ki, onlar ya özl
əri suyadalma ilə məşğul olmuşlar, ya da ki, suyadalanların
söyl
ədiklərindən bəhrələnmişlər. Bu arxeoloji tapıntıların isə yaşı 5 min ildir!
9
Aydındır ki, o zaman böyük dərinliklərə dalmaqdan söhbət gedə bilməzdi, çünki ən
dözümlü insan n
əfəsini dərmədən su altında ən çoxu 1,5-2 dəqiqə dayana bilərdi ki, bu
da y
əqin, 15-20 metr dərinliyə düşməyə bəs edərdi. Lakin bu arxeoloji tapıntılar hələ
b.e. 3000 il
əvvəl də insanların sualtı dünyaya bələd olduqların ı sübut edən fakt
kimi çox qiym
ətlidir.
Çox tez bir zamanda insan t
əkcə orqanizminin gücünə arxalanıb sualtı dünyaya
müdaxil
ə edə bilməyəcəyini anlayaraq, bu imkanı ona verə biləcək müxtəlif qurğu və
üsulları yaratmağa başladı və təbii ki, sualtı dünya ilə müddətli və təfsilatlı tanışlığı
t
əmin edəcək ilk ibtidai üsulun kəşf edilməsinə qədər yüzilliklər keçdi. Zamanın
axarından keçərək bu günümüzə çatan məlumatlardan ən maraqlısı qədim yunan alimi
Aristotel
ə (b.e.ə. IV əsr) məxsusdur. O, əsərlərindən birində sualtı üzgüçüləri fillərə
b
ənzətmişdir. Məlumdur ki, fillər dərin sulardan keçən zaman bədənləri tam suyun
altında olmaqla xortumlarını sudan çıxararaq nəfəs alırlar. Aristotel göstərirdi ki,
suyadalanlar uzun qamışları dodaqları arasında tutaraq suyun altında nəfəs almaların ı
t
əmin edirmişlər. Sözsüz ki, bu üsulla suyaenmələr çox kiçik dərinliklərdə edilirdi.
Aristotel suyaenm
ə üsulu haqqında daha bir fikir irəli sürmüşdür: Dəniz
qabarmaların m yığılması zamanı suyun dibinə hava ilə dolu həcm əndirirdilər.
İçərisindəki havanın qaldırıcı qüvvəsini tarazlamaqdan ötrü həcmin üzərindən yük
asardılar ki, həcm suyun üzərinə qalxmasın. Bunu içərisi su ilə dolu hər hansı bir
şəffaf qabı tərsinə çevirib ehmalla dibə əndirərək həmin qabın içərisində qalmış
havanı müşahidə etməklə əyani şəkildə nümayiş etdirmək olar. Sonralar müasir
«
dalğıc zəngləri»nin hazırlanması və iş prosesində bu metoddan geniş istifadə
olunmuşdur.
10
Bu gil lövh
ənin üzərindəki rəsmdən belə nəticə çıxarmaq olar ki,
h
ələ bizim eradan min il əvvəl ussuriyalı döyüşçülər suyun altı
il
ə üzərək düşmən qayıqlarına yaxınlaşa bilirdilər
Aristotel dövrünün, b
əlkə də, əsasında real həqiqət duran digər bir deyimi bu
günümüz
ə qədər gəlib çatmışdır. Qədim rəvayətdə Aristotelin şagirdi olan
Makedoniyalı İsgəndərin şüşə çəlləkdə suyun dibinə enərək orada üç gün qalması və
m
ələklərin ona dəniz möcüzələrini göstərməsi haqqında nəql edilir. Mümkündür ki,
bu h
əqiqətən də tərsinə çevrilmiş çox böyük şüşə həcm olaraq, ibtidai formada
hazırlanmış ilk «dalğıc zəngi» olmuşdur. Belə «dalğıc zəngləri»ndən geniş istifadə isə,
daha gec, t
əqribən orta əsrlərdən başlanmışdır.
Bel
əliklə, orta əsrlər... Artıq gəmiçilik geniş inkişaf etməyə başlamış, dənizyanı
ölk
ələr böyük hərbi donanmalara, yükdaşıyan mülki gəmilərə malik idilər. Tez-tez
11
d
əniz müharibələri baş verir, mülki gəmilərə hücumlar edilir və gəmilər çox qiymətli
yükl
əri ilə birlikdə batırılırdılar. Və bütün bunlar suyun altına olan marağın daha bir
istiqam
ətinin - sənaye-kommersiya yönümünün inkişafına təkan verdi.
Batmış qiymətli əşyaların müəyyənləşdirilməsi və çıxarılmasının təşkili mütləq
şəkildə suyun altında uzunmüddətli qalmanı tələb edirdi və bunun üçün işləmə
d
ərinliyində nəfəsalma üçün hava mənbəyinin olması tələb olunurdu. Çox maraqlıdır
ki, dalğıc geyim dəstləri və ləvazimatların dan çox-çox öncə insan, sonralar dalğıc
işlərinin «ali pilotaj»ı sayılan dərinlik (saturasiya) suyaenmələrində təkmilləşdirilərək
istifad
ə edilən «dalğıc zəngi»nin ibtidai formasından yararlanmışdır. Belə ki, sakit
hava şəraitində şaquli olaraq suyun dibinə buraxılan, alt hissəsi açıq, üst hissəsi isə
bağlı olan həcmin üst hissəsində qalmış hava, suya dalan insanların müəyyən
müdd
ət nəfəs almaların a, ətrafı müşahidə etmələrinə, əllərindəki alətlərdən istifadə
ed
ərək dənizin dibindəki qiymətli əşyaları qaldırmaların a imkan vermişdir. Belə
h
əcmlərin daha böyük dəniz dibi sahəsini əhatə etmələri üçün onların açıq olan alt
hiss
əsi mümkün qədər geniş, bağlı olan üst hissəsi isə suyaenmənin asanlaşdırılması
üçün bir nöqt
ədən burazın bağlanmasını təmin etmək məqsədi ilə mümkün qədər
yığcam düzəldilirdi və bu qurğu öz xarici görkəminə görə nəhəng zəngə bənzəyirdi.
Çox güman ki, «
dalğıc zəngi» ifadəsi də belə yaranmışdır.
12
XVII
əsrin sonunda
artıq «dalğıc zəngi»ndə
mü
əyyən rahatlıqla
işləmək olurdu
XVII
əsrin
ort
alarında dalğıcı hava
il
ə nasos vasitəsilə belə
t
əmin edirdilər
Salnam
ələrdə artıq XIV əsrdə bir çox Avropa ölkələrində «dalğıc zəng»lərindən
istifad
ə olunduğu haqda bildirilir. Məsələn, 1588-ci ildə Britaniya donanması
t
ərəfindən ispan donanmasının darmadağın edilməsindən sonra ingilis dalğıclarının
«
dalğıc zəngi»ndən istifadə edərək, ispan gəmilərinin qalıqları arasından çoxlu
x
əzinə tapdıqları məlumdur.
H
əmin dövrlərin dalğıc işləri barəsində ingilis alimi və filosofu Frensis Bekon
(1561 - 1626) öz eserl
ərində bəhs etmişdir. O yazırdı: «Böyük yastı həcm şaquli
v
əziyyətdə ehtiyatla suya endirilərək, içərisindəki havanı özü ilə bərabər dəniz
dibin
ə çatdırdı...»
F.Bekon söyl
əyirdi ki, burazın uzunluğunu elə hesablayırdılar ki, «dalğıc zəngi»nin
alt s
əthi ilə dəniz dibi arasındakı məsafə təqribən bir metrə bərabər olsun. Çünki
13
bel
ə olan halda,
dalğıc «zəng»in içərisində rahat hərəkət edir və dəniz dibindəki diqqəti cəlb edən
əşyaları qarmağa ilişdirib qaldıra bilirdi.
Suyun s
əthinə qalxmaq üçün isə dalğıclar «zəng»in iç divarına bərkidilmiş
oturacaqlarda yerl
əşərək, «zəng»ə bağlanmış artıq «yük»ləri açardılar. Bu zaman
s
əthəqalxma çox sürətli və orqanizm üçün xoşagəlməz, bəzi hallarda isə hətta
t
əhlükəli olurdu. Bu kimi və digər (hava kütləsinin azlığı, əhatə səthinin
m
əhdudluğu, ideal hava şəraitinin tələb olunması və s.) çatışmamazlıqlara
baxmayaraq, ibtidai formalı «dalğıc zəng»indən istifadə XIX əsrin ortaların a qədər
davam
etmişdir.
XIX
əsrin ortaların da amerikalı ixtiraçılar Riçards və Uelkot «dalğıc zəng»i
konstruksiyasının təkmilləşdirilməsi üzrə patent əldə edərək, «zəng»in içərisinə
havanın yumşaq borular vasitəsilə porşenli nasoslarla (artıq elm-texnika inkişaf
etm
iş və güclü nasoslar ixtira edilmişdir) vurulmasını təklif edirlər. Artıq «zəng»
p
əncərəli yarımkürə formasını almış, ətrafında dəniz dibindəki əşyaların
qaldırılması üçün məngənələr olan, içərisinə hava su səthindən güclü nasoslar
vasit
əsi ilə vurulan bir qurğuya çevrilmişdi. Lakin bütün bunlara baxmayaraq,
«z
əng»in digər çatışmamazlıqları, xüsusən də hərəkət məhdudiyyəti, insanı sualtı
f
əaliyyətini daha da təkmilləşdirmək üçün düşünməyə vadar etmiş və XIX əsrin
ikinci yarısından başlayaraq fərdi geyim dəstləri və ləvazimatlarından istifadə
etm
əklə həyata keçirilə n suyaenmələr «zəng»lə suyaenmələri tədricən
sıxışdırmağa başlamışdır.
Hava il
ə təmin olunan xüsusi geyim dəstlərindən istifadə etməklə sualtı işlərin
14
yerin
ə yetirilməsi haqqında insan qədimdən düşünməyə başlamışdır. Böyük italyan
r
əssamı və mütəfəkkiri Leonardo da Vinçi təqribən 1500-cü ildə dalğıc geyim dəsti
v
ə ləvazimatının ilkin cizgilərini çəkmişdir. Lakin çox təəssüflər olsun ki, yaşadığı
dövrd
ə böyük mütəfəkkirin bu sahədə düşüncələri həyata keçməmiş qalmışdır.
Z
əmanəsini çox-çox qabaqlayan bu ideya, təbii ki, o zaman həyata keçə bilməzdi.
Çünki h
ələ o zaman insan orqanizminin fizioloji imkanların m nə qədər məhdud
olduğunu və insanın Leonardo da Vinçinin fikirləşdiyi hava anbarların dan havanı
sovuraraq n
əfəs almaq üçün ağ ciyərin gücünün çatmayacağını güman etmirdilər.
İnsanın suyun təkinə olan marağı isə azalmaq bilmir, müvəffəqiyyətsizliklərə
baxmayaraq yeni-yeni ideyalar, ixtiralar yaranmaqda davam edirdi. Bel
əliklə, XVI
əsrin ortaların da italiyalı Nikkolo Fontana sonluğunda şlem əvəzi böyük bir şüşə şar
olan dalğıc kostyumu kəşf etdi. Belə hesab edilirdi ki, şardakı hava on dəqiqədən çox
bir müdd
ət ərzində bəs etməli, dalğıc isə şarın içərisinə nəfəs alıb-verməli idi və
t
əbii ki, nəfəslə birlikdə karbon qazı da şarın içərisinə yığılmalı idi və sözsüz ki, bu
da ixtira
nın istifadəsini mümkünsüz edirdi. Başqa bir italiyalı - Bonayuto Lorini
dalğıcın başına suyun səthinə bir ucu çıxarılmış boru kəməri ilə birləşdirilmiş dəri
kis
ə geydirmək təklif edir. Lakin bu təklifi həyata keçirmək istəyən dalğıcların
d
ərinlik təzyiqi nəticəsində sifətlərinə yapışmış dəri kisədən azad ola bilməməkləri
n
əticəsində həlak olmaları tezliklə bu üsulla suyadalmadan əl çəkilməsinə səbəb
olur.
Yeni-yeni
ideyaların , ixtiraların meydana gəlməsi isə davam edirdi. 1774-cü
ild
ə fransız Fremine mis şlem və onunla boru kəmərləri vasitəsi ilə birləşdirilmiş
çox da böyük ol
mayan hava anbarından ibarət «hidrostatik maşın» quraşdırır.
15
İxtiraçının fikrincə, boru kəmərləri su ilə soyudularaq, hava regenerasiyasını təmin
etm
əli idi. Amma, sözsüz ki, yalnız soyutma nəticəsində nəfəs verilən zaman
əmələ gələn karbon qazı təmiz havaya çevrilə bilməzdi.
T
əqribən on ildən sonra digər fransız Forfe orijinal - daha dəqiq desək,
möcüz
əli bir qurğu fikirləşdi: Dalğıca ön və kürək nahiyəsinə xəzdən hazırlanmış,
birl
əşmələrinin hermetikliyi təmin edilmiş, qırçınlı (qarmona oxşar), çiyinlər
üz
ərindəki yaylarla qırçınların açıq saxlanılması təmin edilən, içərisində sıxılmış
hava olan kis
ələr geyindirirdilər. Qırçınlı kisədən sıxılmış havanın nəfəs almaqdan
ötrü verilm
əsi üçün bir ucu sağ ayağa, digər ucu isə qırçını açıq vəziyyətdə saxlayan
yayın qurtaracağına bağlanmış ipdən istifadə edilirdi. Belə ki, yayın əvvəlki
v
əziyyətinə qayıtma bacarığı nəticəsində sağ ayağı açıb-yığmaqla qırçınlı kisənin
h
ərəkətə gətirilməsi (bir növ dəmirçi körüyü kimi) ilə sıxılmış havadan dalğıcın
n
əfəs alması mümkün olurdu.
Bu dövrl
ərdə bir çox digər ixtira və layihələr də mövcud olmuş, bunların hətta
b
əzilərinin müvəffəqiyyət qazanması haqqında tarixdə iz də qalmışdır. Belə ki,
dalğıc geyim dəsti və ləvazimatım yaratmağa çalışan insan, əsas məsələnin suyun
altında dalğıca havanın verilməsi olması deyil, təzyiqlərin bərabərləşdirilməsi
olmasını güman etməyərək, dalğıc geyim dəsti və ləvazimatından öncə, suyun
altında işləməyə imkan verə bilən başqa bir qurğunu - sərt antropomorf skafandrı (o
zamanlar bunu «
dalğıc maşım» adlandırırdılar) ixtira edir.
Dostları ilə paylaş: |