1
Həzrəti Ayətullahül-Üzma
Nasir Məkarim Şirazi
GƏNCLƏR ÜÇÜN
ÜSULİDDİN
HAQQINDA 50 DƏRS
Mütərəcim:M.Ağaverdiyev.
BİSMİLLAHİR RƏHMANİR
RƏHİM
I Fəsil
Allahı Tanımaq
Haqqında on
Dərs
I DƏRS
Allah axtarışı.
Nə üçün dünyanı yaradan haqqında fikirləşir və axtarış aparırıq?
Biz insanların hamısının qəlbində (elmə məhəbbət) və varlıq aləmini tanımaq
istəyi vardır
Bütün insanlar bilmək istəyirlər ki, öz kəhkaşanları ilə birgə ucsuz-bucaqsız asiman, öz
gözəllikləri ilə geniş yer kürəsi, cürbəcür məxluqlar, gözəl quşlar, müxtəlif balıqlar, dənizlər,
dağlar, güllər, çiçəklər, göyə ucalmış müxtəlif ağaclar və s. özü-özünə yaranmışdır, yoxsa bu
rəsmlər mahir bir rəssamın əli ilə hazırlanmışdır?
Bundan əlavə, insanlar ücün hər şeydən əvvəl aşağıdakı üç sual irəli çıxır:
Haradan gəlmişik? Haradayıq? Hara gedəcəyik?
Əgər biz bu üç suala cavab verə bilsək, görün, nə qədər xoşbəxt olarıq? Yəni, biz bu
sualların cavabını tapmaqla həyatımızın haradan başlayıb, haraya gedəcəyini biləcəyik.
Hal-hazırda bizim vəzifəmiz nədir?
Bizim axtarıcı ruhumuz bizə belə deyir:
Bu sualların cavabını bilmək ücün gərək səbr edək.(Bir qədər gözləyək).
Bəzən baş verən avtomabil qəzasında görürsən ki, bir nəfər yaralanaraq huşunu itirir.
Onu müalicə etmək ücün xəstəxanaya aparırlar. Halı bir az
özünə gəldikdə
ətrafındakılardan soruşduğu ilk sual bu olur: «Bura haradır? Nə üçün məni bura
gətirmisiniz? Nə vaxt buradan çıxacağam?» Bunlardan məlum olur ki, insan bu cür sualların
qarşısında sakit qala bilməz.
Deməli, bizi Allahı axtarıb, onu tanımağa vadar edən ilk şey öz axtarıcı ruhumuzdur.