Şirvani Ədilli MƏNİm odlar diyarim



Yüklə 0,62 Mb.
səhifə4/4
tarix02.12.2016
ölçüsü0,62 Mb.
#668
1   2   3   4

Qəzəl
Mehman sənə cahanda kədərdir, könül, yenə,

O, canımın da məhvi qədərdir, könül, yenə.


Hər tazə qəm ötəndən ağır gəldi insana,

Bu qəm ötənkidən də betərdir, könül, yenə.


Səbr eylədikcə vaxt da keçər, qəm də köhnələr,

Sannam ki, qəm də gəldi-gedərdir, könül, yenə.


Gər tazələnsə qəm, bilərəm, qəm də ölməyib,

Görrəm səbir də, söz də hədərdir, könül, yenə.


Qəm var ki, dağ da, daş da dayanmaz əzabına,

Yalnız dözən cahanda bəşərdır, könül, yenə.


Şirvani çıxdı qəmlə yenə əsla davaya,

Kimdə süqutdu, kimdə zəfərdir, könül, yenə?


Oktyabr, 1997.


Məhbus qrup yoldaşıma
Sən bir məsum, bir sadəlövh, təvazökar bəşərsən,

Nə şər əməl sahibisən, nə bir qəlbə dəyərsən.

Zalımlıqdan, qəddarlıqdan, namərdlikdən uzaqsan,

Böyüklərlə böyüksən sən, uşaqlarla uşaqsan.

Hər kəsə xoş rəftarınla sevdirərsən özünü,

Tanış-biliş yanında da ağ edərsən üzünü.

Rəvadırmı məgər sənə məhbus adı almağın,

Cahillər tək cani olub məhbəslərdə qalmağın?

Sənin məhbus olmağına inanmazlar heç vədə,

Tanış-biliş yanında bil, üzün ağdır yenə də!


Əyilmə sən, məğrur dayan, çün ki, tanır səni hamı,

Kim tanıyar lənətləyər, bil, səni yox, bu əyyamı.

Bu ad sənə layiq deyil, fələk qəddar etdi səni,

Fələk özü günahkardır, cinayətkar etdi səni.

Məhkəmədə veriləndə sual səndən utanacaq,

Qollarına vurulanda qandal səndən utanacaq.

Utanacaq sən girdiyin məhbəslərin divarları,

O divarlar bil ki, heç vaxt dik baxammaz sənə sarı!

Sənin cani olmağın bu ağlımıza çətin sığa,

Sən məhbəsə layiqsənsə, kim layiqdir azadlığa?!

Məhbus sanma özünü sən sərt divarlar arasında,

Sən yenə də bizimləsən – tələbələr sırasında!


Sentyabr, 1997.

Gənclik
Qəlbə nisgil olar yada düşəndə

Bir kərə ömür var, bir kərə gənclik.

Durub neyləyim ki, bilim qədrini,

Keçməsin ömürdə boş yerə gənclik,

Bir kərə ömür var, bir kərə gənclik!
Hər dilək gənclikdə mənalı, xoşdur,

Yaş otsə bəlkə də mənası boşdur,

Hər cür zövq, gözəllik gəncliyə tuşdur,

Açıbdır bir özgə mənzərə gənclik!

Bir kərə ömür var, bir kərə gənclik!
Bir vaxt gənclik kamı çox gec olanda,

Çox şeydən məhrum, həm möhtac olanda,

Ruhun gənc qalanda, can qocalanda

Olacaq bir acı xatirə gənclik!

Bir kərə ömür var, bir kərə gənclik!
İyun, 1997.

Mən özümü bağışlaya bilmirəm
Halal gələr, haram gəlməz əlimdən,

Bir an nahaq söz çıxanda dilimdən,

Ya bir günah əməlimdən, felimdən

Mən özümü bağışlaya bilmirəm.


Güzgüdə hey mən baxaram özümə,

Güzgüdəki mənə baxan gözümə,

Nəzər salıb hey əyrimə, düzümə

Mən özümü bağışlaya bilmirəm.


Baxma, çıxıb çoxlarının xarabı,

Hər əmələ canlarının var tabı,

Mən çəkərəm hər an vicdan əzabı,

Çün özümü bağışlaya bilmirəm.


Öz qəlbim də nədən olmaz yar mənə,

Belə yerdə dünya gələr dar mənə,

İçimdə bir tənə edən var mənə,

Mən özümü bağışlaya bilmirəm.


Bu dünyadır, gələr hər cür vaxt-vədə,

Kimsə məndən bir kərə incisə də,

Gəlib məni bağışlayar bəlkə də,

Mən özümü bağışlaya bilmirəm!


02. 11. 1996.


Köçkünün gileyi
Biz ki yaşamaqdan yorulmamışdıq,

Toz tək ayaq altda ovulmamışdıq,

Anamızdan qərib doğulmamışdıq,

Doğma ev, doğma el bizim də vardı.


O vaxt əsl ömür-günü görürdük,

Biz də insan kimi ömür sürürdük,

Həyat bağçasının gülün dərirdik

Doğma yurd, çəmən-çöl bizim də vardı.


Bir insan ki, oldu elinə həsrət,

Bu ruha bədəndə əzab-əziyyət,

Görənlər qoymasın bizlərə minnət,

Axı hər şey əzəl bizim də vardı!


İyul, 1996.

Bizi elimizə qaytaran fələk
Ömür-gün o doğma diyarda qaldı,

Yayda, qış da qaldı, bahar da qaldı.

Görəsən bu qədər bə harda qaldı,

Bizi elimizə qaytaran fələk?


Ellərdə gözəl bir məsəl var belə,

Bir ev evə sığmaz, sığsa el-elə,

Biz bu dünyadaykən təki tez gələ

Bizi elimizə qaytaran fələk.


Köçkünlük dərdini hər insan bilər,

Həm olan, həm də ki, olmayan bilər,

Bəs onda bilmirəm nə zaman bilər,

Bizi elimizə qaytaran fələk?


De necə olmasın düşmənlərə kin,

Qalmadı nə ömür, nə iman, nə din,

Nə vaxtsa bir zaman gələcək yəqin,

Bizi elimizə qaytaran fələk.


Bu illər ötdükcə öz həyatımdan,

Qorxuram o illər çıxa yadımdan,

Görsəz deyin gəlsin mənim adımdan

Bizi elimizə qaytaran fələk.


11. 04. 1996.


Beş yaşlı cocuq.
Ay qəlbi sevincli beş yaşlı cocuq,

Nə qəmli, nə də ki, təlaşlı cocuq,

O qədər çoxdu ki, dünyada nemət,

Sanki, bu dünyanın özüdür cənnət!

Ondan kam alanda onu bil ki, sən

Dünyanın bu zəngin nemətlərindən

Həyatda səninçün hey təmənnasız

Bəxş edən atandı, anandı yalnız!

Ataya, anaya borcumuz çoxdur,

Bu borcun dünyada əvəzi yoxdur!

Bu gözəl dünyada hər an sevin, gül,

Ancaq hər güləndə təki bunu bil,

Bu dünya səninçün oldusa cənnət,

Varındı atana, anana minnət!


Fevral, 1996.

Qəzəl

Ömrün keçən il-günləri üst-üstə varaqdır,

Aləm mənə hər gündə də bir tazə maraqdır.
İllər yüz ötüb keçsə də sanki, bu cahanda

Hər gün bu bəşər tazə doğulmuş bir uşaqdır.


Yalnız bu könül kama xəyallarda qovuşdu,

Aşkarda ona hər cürə qəm-qüssə qonaqdır.


Bilməm necə insan kimi ömr eyləyərik biz,

İllərdir o doğma elimiz bizdən uzaqdır.


İnsançün, Ədilli, çox olar dünyada dərd-qəm,

Bir dərdim əgər varsa, o dərdim Qarabağdır!


Noyabr, 1995.

Çarəsiz qəm
Qəm var ki, könülə amansız olar,

Könül qəm önündə çarəsiz qalar,

Könülə tuşlanar bir qəm zərbəsi,

Sınıb çiliklənər könül şüşəsi,

Ağır olar sınan şüşənin dərdi,

O ki pak sudan da ləkələnərdi!

Bu dəmdə bir ümid varmı sabaha?

Sınıbsa bitişməz şüşə bir daha!

Gülüş dodaqlara gəlməz ki bir dəm,

Könülə saxlayar əbədi matəm.

Nə qədər gülüşə etsə də meyil,

Zaman bu yazını pozası deyil,

Daş üstdə cızılan kədər naxşıdır,

Ölüm yaxşıdır!



Oktyabr, 1995.

Tək bənd
Qoy könül olmasın bir an da dərdsiz,

Dünyada çəkməyə zülüm yaxşıdır!

Ömrü əziyyətsiz yaşamaqdansa,

Yanıb yerdə qalan külüm yaxşıdır!


Oktyabr, 1995.

Məktəbli cocuq
Bir ana əlindən ovsun götürüb

Hər səhər məktəbə yollanan cocuq,

O şən əyyamında nə bəxtəvərsən,

Varmı bu dünyada qəmxanan, cocuq?


Düşün ana kimi yaxının varmı?

Gülüş-sevincinin baisi – Ana!

De ki, ondan başqa bəşər olarmı,

Sənə onun kimi ürəkdən yana!


Bir ana əlidir dərdinə məlhəm,

Yüz dava-dərmandan daha yaxşıdır!

Ana kölgəsində nə kədər, nə qəm?

Tutasan adını baha yaxşıdır!



May, 1995.

Ocaq
Adın bir yurd-yuva rəmzinə dönüb,

Yandığın yer əziz məkandır, ocaq.

Sən ömür-günümüz, səadətimiz,

Qəlblərdə nisgili də yandır, ocaq!


Bir ocaq qalayaq, alovu isti,

Ucalsın göylərə dalğalı tüstü,

Yığışaq başına bir axşamüstü,

Qaranlıq gecədə həyandır ocaq.


Bir doğma, mehriban, xoş söhbəti var,

Həm nuru, həm də ki, hərarəti var,

Sanki, bir pir kimi kəraməti var,

Bəşərə bir dindir, imandır ocaq.


Söndün külün qaldı, sığınaq hara?

Yurd-yuva həsrəti çəkəcək dara,

Yenə də nur çilə doğma diyara

Canımız yolunda qurbandır, ocaq!


İyun, 1994.
Mündəricat
Vətənpərvərlik mövzusunda olan şeirlər.......................................5-14

Əziz Vətən.…………………………..............….…...………........................…........6

Mənim Odlar diyarım.........................................................................................8

Döyüşə gedirəm.......................................................................................................9

Uğur marşı................................................................................................................10

Ay quzeydən gələn namərd..........................................................................11

Savaş..............................................................................................................................12

Millətçilərik biz.....................................................................................................13

Bir eldir axı...............................................................................................................14
Sevgi şeirləri......................................................................15-69

Sənli günlərim........................................................................................................16

Varam...........................................................................................................................17

Qəzəl (Heç nəyim yoxdur, cahanda bir nigarım var mənim)........18

Səadətim.....................................................................................................................19

Səni sevə-sevə........................................................................................................20

Mən ağlamaq istəyirəm...................................................................................21

Sən deyilsən.............................................................................................................22

Get sevgilim.............................................................................................................23

Mənə çıx get deyən gözəl..............................................................................25

Sənsiz bu dünya ki heç gəlir mənə.........................................................26

Mənim biganə sevgilim...................................................................................27

Adi bir insan tək tapmışdım səni.............................................................28

Bir köhnə sevgi......................................................................................................29

Bir gözəl ağlar qoymuşam............................................................................30

Bir an baxdım gül çöhrənə............................................................................31

Küsən yar...................................................................................................................32

Taleyim veribdir bir kərə aman.................................................................33

Tale ulduzlarımız.................................................................................................34

Çıxart gözündən eynəyi..................................................................................35

Tale bizi görüşdürdü..........................................................................................36

Qəzəl (Sən bilirsənmi mənimçün nə deməksən, gözəlim)...38

Quşcığaz.....................................................................................................................39

Özüməm......................................................................................................................40

Günah özümdədir................................................................................................41

Tək bənd (Ayrılığın son qoyubdur hər şeyə)..................................42

Möhtacam..................................................................................................................42

Səndədir......................................................................................................................43

Qəzəl (Yaxşı ki, eşqaləmimdə sən gülüm, var olmusan).......44

Tək bənd (Sən tək bir gözəli sevən bir insan)................................45

Gözəlliyin var.........................................................................................................45

Nəyinə gərəyəm....................................................................................................46

Qəzəl (Var vücudumda dərin yarası naz etməyinin).................47

Mənimçün yaranmamısan.............................................................................48

Məni vəd gözləyən görməyəcəksən.......................................................49

Bilərəmmi mən......................................................................................................50

Qəzəl (Olub eşq aludəsi bir gülərüz yar sevirəm).......................51

Qəzəl (Səni sevən, gözəlim, təkcə bir nəfər kim olar?)..........52

Qəzəl (Hər yerdə, məkanda çıxan aşkarə məhəbbət)...............53

Qəzəl (Gözəlim, öylə gözəl, incə gəlirsən ki, mənə)................54

Qızlar............................................................................................................................55

Qəzəl (Hər kimə sevdalı bu aləmdə sevda yetməyə)................56

Gözəl qız, sən nə gözəlsən............................................................................57

Qəzəl (Kim sevsə bilər ki, necə hikmətdi məhəbbət)...............59

Olasan mənim.........................................................................................................60

Qəzəl (Aşiqlərə afətlərinin vəsli gərəkdir).......................................61

Sevgilim.....................................................................................................................62

Qəzəl (Dilbəra, ol hüsnünə heyran qalanın var sənin).............63

Qəzəl (Gözəl, hüsnün ürəklərdə nə halətdir, biləydin kaş)..64

Özünə vurulmuşam............................................................................................65

Qəzəl (Əhsən o dünyaya ki, sən tək gözəl cananı var)............66

Oldu................................................................................................................................67

Qəzəl (Bir kərə gördüm səni, ey gül, qərarım qalmadı).........68

Qəzəl (Tər güllərin də bülbülə avazı var imiş)……..........…........69


Satirik şeirlər.......................................................................................................70-77

Rüşvətxor müəllim.............................................................................................71

Ağıllı məsləhət (Bəhri-təvil).......................................................................73

Tələbə...........................................................................................................................74

Doğma hər bir sözü rədd eyləyərik........................................................75

Ali məktəb müəllimlərimə............................................................................76


Digər mövzularda olan şeirlər...........................................................78-108

Dəniz.............................................................................................................................79

Ayan qızım...............................................................................................................80

Xəyallar.......................................................................................................................81

İnanıram......................................................................................................................82

Sən göylərə uçduğun gün..............................................................................82

Böyük...........................................................................................................................83

Çıxdı Günəş qırmızı...........................................................................................84

Allahdır........................................................................................................................85

Dərd deyil ki............................................................................................................86

Dünya, səndən əl çəkimmi............................................................................87

Xocalı adlı bir faciəmiz var..........................................................................88

İnsanlıq........................................................................................................................89

Yaşamaq qanunu..................................................................................................90

Gənclər üçündür...................................................................................................91

Fəqirlik.........................................................................................................................92

Qaçqınlıq....................................................................................................................93

Dərd və gülüş..........................................................................................................94

Analar...........................................................................................................................95

Qəzəl (Mehman sənə cahanda kədərdir, könül yenə)..............98

Məhbus qrup yoldaşıma..................................................................................99

Gənclik......................................................................................................................100

Mən özümü bağışlaya bilmirəm............................................................101

Köçkünün gileyi................................................................................................102

Bizi elimizə qaytaran fələk........................................................................103

Beş yaşlı cocuq..................................................................................................104

Qəzəl (Ömrün keçən il-günləri üst-üstə varaqdır)...................105

Çarəsiz qəm...........................................................................................................106

Tək bənd (Qoy könül omasın bir an da dərdsiz).......................107

Məktəbli cocuq...................................................................................................107

Ocaq............................................................................................................................108

Ədilli Şirvani Kamil oğlu
MƏNİM ODLAR DİYARIM

(Şeirlər)
Redaktor:

Fil. e. d., prof. Nəsir Əhmədli


BAKI – “ADİLOĞLU” – 2011





Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin