İsgəndər Etibar. Sən dənizsən, gülüm



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə1/14
tarix31.01.2017
ölçüsü0,72 Mb.
#6969
  1   2   3   4   5   6   7   8   9   ...   14

«Aspoliqraf»
Bakı – 2014
İSGƏNDƏR ETİBAR

İsgəndər Etibar.
Sən dənizsən, gülüm. Bakı, «Aspoliqraf», 2014,  384 səh. 
Исэяндяр Ети ба рын «Сян дянизсян, эцлцм» adlı
kitabına şairin lirikası –  саф  сев эi,  мящяб бя  тя  ся-
дагят вя севэи аьрыларыны тярян нцм едян ше ирлярi
топланмышдыр.
4702060202
053
İ                          2014
©  «Aspoliqraf», 2014
İ73

BİR AZ DA ÖZÜMDƏN DEYİM
(Bu yazı 75 illik ömrümün yığcam hesabatıdır)
İsgəndər Etibar (İsgəndərov İsgəndər Etibar oğlu). 1937-ci il
fevralın 15-də poeziya beşiyi Şamaxıda – İnqə! İnqə! deyib fəh -
lə ailəsində dünya ilə salamlaşdım. Uşaqlığım Sarıtorpaq məh -
lə 
sindəki tez-tez adını dəyişən küçələrdən birində keçdi. O
kü çə nin bir ucundan baxanda Şamaxı – Bakı yolu az qala ya rı ya can
görünür. Bir ucu da Şamaxının yuxarı hissəsindən ətə yin əcən enən yola
birləşir. Uşaqlığımda sakit və düşüncəli ol du ğumdan yaşıdlarım da,
böyüklər də mənə ehtiramla yana şır dılar.
1947–1948-ci tədris ilində şəhər 1 nömrəli orta məktəbə ayaq
açdım. 1953-cü ildə 7-ci sinfi bitirib, Şamaxı Kənd Təsər rü fatı
Texnikumunun zootexnik şöbəsinin tələbəsi oldum. Burada
keçirdiyim 4 il çox qaynar və coşqun illər oldu. Belə ki, bu mək -
təbdə güclü özfəaliyyət dərnəyi yaratdım. Burada yaranan kon-
sert briqadası ilə C.Cabbarlının pyeslərindən hazırlanmış bədii
səhnəciklərlə texnikumda keçirilən bədii gecələrdə və kənd zəh -
mət keşləri qarşısında çıxışlar edirdim.
İlk şeirimi ovçular əleyhinə yazdım. Atam məşhur ovçu idi.
Bir gün çoxlu quş ovlayıb gətirmişdi. O bu quşları yolmağı bizə
(uşaqlarına) tapşırdı. Mənim quşlara yazığım gəldi və ovçuluq
əleyhinə şeir yazdım. Atam şeiri bəyəndi, qardaş-bacılarım za ra -
fa ta  çevirdilər. 
1957-ci ildə texnikumu (mən də daxil olmaqla) 11 nəfər gənc
əla qiymətlərlə bi  tir dik və avqust ayında sənədlərimizi Gəncədəki
Kənd Təsər rüfatı İnstitutuna verdik. Dedilər ki, avqustun orta la rın -
da yoxlama imtahanı olacaq. Əsasən, yuxarı siniflərdə keçiri lən
3
Sən dənizsən, gülüm

kimya, fizika fənlərindən. Biz bu fənləri texnikumun birinci kur-
sunda səthi keçmişdik. Qısa vaxt ərzində bu fənlərə aid kitabları
gecə-gündüz oxumaqla imtahana hazırlaşdım. İmtahan vaxtı gəl -
di. Rektorun otağında idi im ta han. Birinci Heybət adlı oğlan girdi
imtahana və çox çəkmədi ağlaya-ağlaya çıxdı. İkinci mən girdim
imtahan otağına. 
Burada başda rektor və 25–30 nəfər ağsaç, qarasaç alim otur -
muşdu. İlk dəfə idi belə mənzərə ilə üzləşirdim. Lakin mühit mə -
ni çaşdırmadı. İlk sözə rektor başladı və aramızda belə bir dialoq
oldu:
– A bala, haralısan?
– Şamaxılı.
– Mən bilmirəm, necə olur ki, Şamaxı texnikumunda həmişə
şamaxılılar əlaçı olur.
– Qəribə sual verirsiniz. Adam oxuyur, olur əlaçı. Oxu mur,
olmur.
Bu cavabım oturanlara xoş təsir elədi, həm də gülüş yaratdı.
Rektor pərt oldu.
– İndi mən sənə göstərərəm, oxumusan, ya yox, – deyə ye -
rindən qalxdı, başımın üstündə durub kimya və fizikadan sual la -
rı yağdırdı. Elə bil mənə vəhy gəlmişdi. Bütün suallara cavab
verdim. 
Rektor növbəti sualı demək istəyəndə hələ də tanı ma dı ğım
bir çalsaç kişi dilləndi:
– Məncə, yetər. Bu uşaqda nəsə var. Gəlin incitməyək. Rektor
keçib yerində oturdu. Araya sükut çökdü. Nəhayət, rektor dil lən -
di: – sən çaldın, bala, sentyabrın birindən dərsdə ol. Mən, – sağ
olun, – deyib sevinclə otağı tərk etdim və oldum tələbə. 
Həyatımda belə düyünlü keçidlər bir neçə dəfə olub. Bu mənə
uğur da gətirib, çətinlik də. Amma dərslərlə yanaşı, poeziya ilə
də məşğul olurdum. Tələbə yoldaşlar mənimlə bir otaqda qalmaq
istəmirdilər ki, mən gecələr gec yatıram, işıq onlara əngəl törədir.
4
İsgəndər Etibar

Bu illərdə Gəncədə gənc şair kimi də ədəbi-bədii gecələrdə çıxış
edirdim. Şeirlərim institutda çıxan “Kadr uğrunda”, Gəncədə çap
olunan “Kirova bad kommunisti” qəzetlərində çap olunurdu. Hələ
tələbə ikən müxtəlif şəkil mövzularına görə “Kirpi” jurnalının
mükafatını almışdım. 
1962-ci ilin aprelində institutu bitirib təyinatla Şama xı ya
gəldim. Rayon kənd təsərrüfatı şöbəsi məni Çuxuryurd kəndin -
dəki İliç adına kolxoza zootexnik göndərməyi qərara aldı. Bu
ərəfədə rayonda çıxan “Yeni Şirvan” qəzetinin redak toru ilə
görüşdüm. O, mənə qəzetdə işləməyi təklif etdi. Ona əhvalatı
danışdım. O, rayon rəhbərliyi ilə danışmağı qərara aldı. Katib də
redaktorun təşəbbüsünü alqışlayıb. Çünki rayon qə zetinin əsas
işi kənd təsərrüfatını işıqlandırmaqdır. Redak si ya  da həm də kənd
təsərrüfatı şöbəsi vardı. Nəhayət, 5 may 1962-ci ildən “Yeni
Şirvan”da fəaliyyətə başladım. Redak si yanı həm fotolarla, həm
də təhlili kənd yazıları, bədii verilişlərlə təmin edirdim. Rayon
əhalisi məni hər yerdə məhəbbət və eh tiramla qarşılayırdı. Sən
demə, həm də yavaş-yavaş qıs qanc lıq, paxıllıq da baş qaldırırmış.
Bir gün rayon partiya komi tə sin də mühüm və zi fə tutan bir
şamaxılı redaktorun yanına gəlir və ona deyir: – Ay kişi, bu cavan
oğlandan canını qurtar, yerini tu tacaq.
Redaktor (Allah ona rəhmət eləsin! Həyatımda böyük dönüş
rolu oynayıb. Sanki mən bir qatar, o isə bu qatarın yolunu nizam-
layan oldu) gülümsəyib deyir: “A kişi, bu cavan oğlan mənə ney -
lə yir? İşini görür. Qəzet ən çox onun imzası ilə sevilir. İsgəndər
kimi ikinci müxbir də olsaydı, mən hamını işdən çıxardar, bu iki
nəfərlə qəzeti çap edərdim”. Böyük ümidlə xəbərdarlığa gələn
xəbis, suyu axa-axa gedir. 
1964-cü ilin oktyabrında həyatımın ikinci düyünü baş verdi.
Redaksiyamıza bir şikayət məktubu gəlmişdi. Redaktor həll et -
mək üçün onu mənə tapşırdı. Məktubla əlaqədar rayon prokuroru
Vahabovun yanına getdim. Məktubla tanış olan prokuror: – Bu,
5
Sən dənizsən, gülüm

mənlik deyil, – deyib mənə laqeydlik göstərdi (çünki mən hələ
ağzı süd qoxulu gənc, bu isə...). Mən buna dözmədim.
– Siz bu vəzifəni niyə daşıyırsınız? Heykəlsiniz?– dedim. O,
bərk qəzəbləndi: – Mənə heykəl deyirsən? Səni dama basaram.
Mən isə: – Tələsin, mən redaksiyada oturmuşam, polis göndərin,
məni aparsın, – deyib onu tərk etdim. Aylar keçdi. Mən partiya
namizədliyindən üzvlüyə keçməli idim. Bir gün rayon partiya
komitəsində büro iclası keçirildi. Mən də bir neçə nəfərlə bu im-
tahandan keçməli idim. Növbə mənə çatdı. Adım çəkildi. Tər cü -
meyi-halım oxundu. Katib: – Bu cavan haqqında kim nə deyə
bilər? – dedi. Göylər kəndindəki Engels adına kolxozun “Lenin”
ordenli, el arasında nüfuz sahibi olan Canməmməd Rəhimov söz
alıb məni o ki var tərifləyirdi ki, katib ona acıqlandı və: – Otur
aşağı, sən onu yaxşı tanımırsan. Daha kim danışmaq istəyir? –
dedi. Kimsə yerindən tərpənmədi. Bir neçə təkidli müraciətdən
sonra rayon prokuroru Vahabov: – Mən danışacağam, – deyib
ayağa qalxdı və dindi, nə dindi:
– Mən bu cavan oğlanın partiya sıralarında olmasını is tə mi -
rəm. Çünki o, buna layiq deyil. Mənə «heykəl» deyib.
Salonu acı gülüş bürüdü. Katib pərt oldu. O, bir daha salona
üz tutub: – Daha kim söz demək istəyir? – dedi. Bu dəfə rayon
məh kəməsinin sədri Zahid Xəlilov ayağa qalxdı və dedi:
– Mən də bu cavan oğlanın partiya sıralarında olmasını is tə -
mirəm. Çünki o, rayonun prokuroruna «heykəl» deyib. Yenə zalı
acı gülüş bürüdü. Katib yenə zala üz tutdu və daha kim danışmaq
istəyir? – dedi. Kimsə dinmədi. Zalı sükut bürüdü. Sükutu mən
pozdum. Mən danışacağam, – dedim. Katib: – Buyur, – dedi.
Mən üzümü katibə tutub kinayə ilə dedim: – Həyata atıldığım iki
ilə yaxındır. Nə tələbəlik, nə də işlədiyim illərdə heç nəyə təəssüf
etməmişəm. Bu gün ona təəssüf edirəm ki, Şamaxıdakı kom mu -
nistlər ordusuna sizin kimi nadan başçılıq edir. Zalı həyəcan
bürüdü. Növbəti gün işimi və rayonu tərk etdim. Bakıya gəldim.
6
İsgəndər Etibar

Əlbəttə, 1964-cü ildə belə cəsarət gözlənilməz idi. Bu cəsarətimlə
katib el içində dildən-dilə düşdü. Taleyin hökmü ilə o daha işləyə
bilmədi və vəzifədən qovuldu. 
Bakıda işə düzəlməyim müşkülə çevrildi. Məni “Kənd hə -
yatı” adlı res pub lika jurnalına işə dəvət etmişdilər. Yaşamağa
yerim olmadığı üçün tərəddüd edirdim. Əlacsız qalıb bu redak-
siyaya üz tutanda və iş düzəlhadüzəldə ikən redaktoru işdən çı -
xardılar və yenisi gəldi. O, mənimlə söhbət edərkən dedi: –
Zootexniklərin alimi cümlə qura bilmir. Sən necə jurnalist işləyə
bilərsən? Söhbətimiz baş tutmadı. Ümidim üzüldü. Səhəri gün
“Bakı” qəzetində işləyən tanınmış jurnalist, tanışım Şakir Abdul-
layevin yanına getdim. Hal-əhvaldan sonra nə işlə məşğul
olduğumu soruşdu. “Kənd həyatı”ndakı hadisəni ona danışdım
və təzə redaktor E.Məm mədovun mənə dediklərini söylədim. O,
kinayə ilə gülüb dedi: “E.Məmmədov nə vaxtdan jurnalist olub?”
Telefonun dəstəyini götürüb E.Məmmədova zəng etdi. Giley-
güzarını bildirib məni işə götürməyi məsləhət bildi. Səhərisi
gündən mən “Kənd həyatı” jurnalında işə başladım və ilk tapşırıq
Şamaxıdakı Engels adına kolxozdan məqalə yazmaq oldu. Bu işi
yerinə yetirdim və redaktora təqdim etdim. Redaktor yazını
oxuyan dan sonra məni yanına çağırıb dedi: – Düzünü de, bu
məqaləni sənin üçün kim yazıb? Ha and içdim ki, özüm yaz -
mışam, inanmadı və dedi ki, zootexnik belə yazı yaza bilməz. Bir
neçə aydan sonra, yəni bir neçə yazımdan sonra o, mənə dedi: –
Məqalələrinin altından imza qoyma, mən sənə yüksək qonorar
yazacağam. Düzü, bu sözdə bir pislik görmədim. Sonralar məlum
oldu ki, o, mərkəzi komitədə və digər lazımi yerlərdə mənim
imzasız yazılarımı öz yazısı kimi təqdim edir. 
Bununla barışmayıb Kənd Təsərrüfatı Nazirliyində 5 il zo o -
tex nik işlədim və 1973-cü ildə nazirin əmri ilə “Kənd əmək çi sinin
təqvimi” adlı illik jurnala əvvəl ədəbi işçi, 1975-ci ildə məsul katib
keçirildim (burada redaktor kimi nazirin imzası gedirdi. Amma
7
Sən dənizsən, gülüm

bütün işləri sərbəst məsul katib görürdü). Mən bu jurnala bütün
istedadımı sərf etdim. Jurnal o qədər zəngin və gözəl idi ki,
bəziləri onun Azərbaycanda çap olunmasına şübhə ilə baxırdı.
Bu jurnal 1982-ci ilədək çap edildi. Vəzifəyə təzə nazir gəldi. O,
çox zövqsüz və bacarıqsız adam idi. Söhbətimiz tutmadı.
Ölkədəki hərc-mərclik illərində, yəni 1992-ci ildən “Tək
səbir” qəzetini təsis etdirib çapına başladım. M.Ə.Sabirin ruhun-
dan güc alan bu qəzet zövqümü oxşayır və ürəyimcə idi. İlk sa -
yında qəzet böyük maraq doğurdu. 2000-ci ilədək ayda 20 000
tirajla satılan qəzet xəbislərin zavalına gəldi. Ayda 20 000 nüsxə
satılan qəzetin sayı  birdən-birə, guya, ayda 7 ədəd satıldı. Be lə -
liklə, qəzet süquta uğradı. Arabir bir ildə bir-iki nömrə çap etsəm
də, bu bir səmərə vermədi. Mirzə Cəlil, M.Ə.Sabir ruhunu 10 il
qeyrətlə yaşadan bu qəzet mətbuat tariximiz, satira tariximiz ba -
xımından “Molla Nəsrəddin” kimi ölməz bir izdir.
Düyünlü macəralarım çox olub. O ki qaldı yaradıcılığa, «get
zootexnikliyini elə», – deyib, bir çox redaksiyalardan az qala mə -
ni qovurdular. 
Özümü şair kimi sübut etməyim isə ağır imtahan lardan keçdi.
Nəhayət, 1968-ci ildə şair, “Gənclik” nəşriy yatın da baş redaktor
işləyən İlyas Tapdığın qayğısı ilə ilk kitabım “Səslər” işıq üzü
gördü və xalq şairi Məmməd Rahim “Azər bay can” jurnalında
təqdir elədi. 3 çap vərəqi həcmin də ikinci kitabım “Gənclik” nəş -
riy yatında plana salındı. Burada işlə yən yerlim, Şamaxıda iş lər -
kən evimdə aylarla qalan bu şəxs mənə qənim kəsildi. Nəş riyyatın
direktoru ilə dəfələrlə qırğına çıxıb deyirdi ki, İsgəndər Etibarı
məndən yaxşı tanıyan yoxdur. O, şair deyil, onun kitabını plana
salmaq ədəbiyyata hörmət siz likdir. Direktor ona: – Nə üçün
başqa rayondan olan gənclər haqqında yox, elə öz yerlin haq qın -
da belə danışırsan? – deyəndə o, cavabında demişdi: – Onları ta -
nımıram. Nəhayət, 3 çap vərəqi kitabımı 0,5 çap vərəqə en  dirməyə
nail oldu. 
8
İsgəndər Etibar

İndi 20-dən çох kitabın müəllifi, “Tək səbir” qəzetinin redak-
toru olan İsgəndər Etibarı görəndə o, xəcalət çəkirmi, xə bis li yin -
dən utanırmı?
Kimə yaxşılıq etdim,
yamanlıq gördüm.
Neyləyim, Allah?
Dost üçün buğda səpdim,
Zəmi biçdim,
Sonda samanlıq gördüm,
Neyləyim, Allah?
Belə haqsızlıqlarla çox rastlaşmışam. Baş ağrıtmaq istə mi -
rəm. Demək istəyirəm ki, xəbislərdən qorunun. Belələrinin acı -
ğına daha inadla yazın, yaradın. Mütləq qələbə sizin olacaq. Mən
hər an döyüşmüşəm. Heç kimlə yox, özümlə. Qızıl kimi vaxtımı
nəyə görə hansısa nadana sərf etməliyəm? O ki qaldı ya ra dı cı lı -
ğı ma, bu haqda siz danışın. Satirik şair kimi demişəm:
Sən elə bilmə ki, mən yol azmışam,
Gör nələr yaradıb, nələr yazmışam.
Qələmi külüngə, belə çevirib,
Xəbisə, nadana qəbir qazmışam.
Və ya:
Qorxmuram canavardan –
Yeddi cüt canı vardan,
Quyruqlardan qorxuram.
Gözüm elə qorxub ki,
Harda quyruq görürəm,
Tez ayağa qalxıram.
9
Sən dənizsən, gülüm

Məqsədim özümü öymək deyil. Demək istəyirəm ki, biz dən
sonrakı sənət adamları heç kimə xəbislik etmə sinlər. Bu, vətənə,
millətə, bəşərə xəyanətdir. Xəbisliyini boğa bilmirsənsə, özünü
boğ. Bütün maneələrə, xəyanətlərə bax ma yaraq əlinizdəki bu ki -
tab 24-cü şeirlər kitabım – uğurumdur. Hələ daha 10 – 15 kitablıq
şeirlərim var. 
Sizə cansağlığı, özümə yaradıcılıq uğurları arzulayıram. 
Müxtəlif qəzetlərdə çap olunan yüzlərlə məqalələrim, felye -
ton larımdan  danışmıram.
Əlimdəki “Sən dənizsən, gülüm” üçün şeirlər seçərkən göz -
lənilmədən bir an içimdə sürətlə tüğyan edən qan təzyiqin dən
beynim silkələndi. Sağ qıçım, qolum hərəkətdən qaldı. Bey nim
də az qala fəaliyyətdən qalacaqdı. Var olsun Respublika xəstə -
xa na sı nın həkimləri, tibb bacıları, məni ölümün əlindən aldılar.
Aylar 
la yataqda qaldım. Yaratmaq həvəsim sönmədi. Əlim
işləməsə də, ürəyim şeir deyirdi. O şeirlər yazılmadı. Barmaq la -
rım bir ara çətin də olsa qələm tutdu. 2011-ci ilin av 
qust,
sentyabr, oktyabr aylarında və 2012-ci ilin mayına kimi yazılan
şeirlər xəstəlik döv rü mün məhsuludur. 
10
İsgəndər Etibar

SƏN DƏNİZSƏN, GÜLÜM
Dəniz qoxusu gəlir səndən, gülüm, 
dəniz qoxusu;
Qaçıb gözlərimin yuxusu,
Gəmirir içimi dalğa-dalğa 
dəniz qorxusu...
Sən məni qərq edə bilərsən 
dəniz dərinliyində...
Çalxanırsan, çalxanırsan,
Ömrün ümid çənbərində,
Üzür arzu balıqları,
Üzür qəzəb kərgədanları 
dəniz sərinliyində.
Dirsəklənib sahilin sərt daşına,
Ümid toru atmışam arzu balıqlarına.
Əriyəcək içimdəki dəniz qorxusu.
Bir qızıl balıq tutacam indicə,
Deyəcək yaşadığı dənizin 
dadını, duzunu,
Deyəcək nə qədərdi fikrinin 
eni, uzunu.
Sənsiz, səndən kənarda,
Söz süfrəsi açacaq 
qızıl balıq mənimlə.
Mən ondan nə qızıl taxt, 
Nə imarət,
Nə də dəniz umacam.
Mən ondan bəxt umacam, bəxt,
Bir də səni gətirən 
vaxt umacam, vaxt;
Səni mənə yetirsin,
11
Sən dənizsən, gülüm

Səni məndə 
Bir saralmaz gül kimi,
Məni səndə 
Əyilməz palıd kimi bitirsin!
Aramızda bitən kolu, tikanı,
Aramızdan itirsin...
Dəniz qoxusu gəlir səndən, gülüm, 
dəniz qoxusu;
Qaçıb gözlərimin yuxusu...
SƏNSİZLİK NƏĞMƏLƏRİ
I
Yayın istisində 
qora bişir salxım-salxım,
Qumu, torpağı
ələ götürmək olmur bir sıxım.
Sənsiz üşüyürəm.
İstəyirəm çölə çıxım,
Bələnim yayın istisinə.
Sənsiz yetim qalan evimizin
İşıqları qaralır.
Ucsuz-bucaqsız
cığırları daralır.
Töyşüyürəm,
Üşüyürəm.
Evimizə gedən yol
belə uzaг deyildi,
onu kim uzadıb bu qədər?
Gecə keçib...
Mən hələ yol gedirəm fağır-fağır.
Məhəbbətim düyün düşüb.
Hicran bağrımı eşə-eşə,
Dərin quyu açıb ürəyimdə.
12
İsgəndər Etibar

Qorxuram;
Sabahlarımız qərq ola bu quyuda,
ayrılıq ümidlərimi uyuda.
Sənsizlik; 
Quş olub göylərə uçur,
Aya qaçır, ulduzlara qaçır.
Başıma min oyun açır...
Tuta bilmirəm,
Töküm qanını,
Alım canını.
Məndə görmə günahı;
Sənsiz qanadsızam axı!
Gəl,
Gəlişin sel olub
yusun sənsizliyi,
səndəki mənsizliyi.
Unudum yollarda qalmağı,
Gəl,
Paslı tüfəng kimi susma,
Bir yağlı tüfəng kimi
dur qəsdimə,
atıl üstümə.
Bütöv ol sözündə,
Gəl, məni qaldır
Qohumların, qonşuların,
dostların gözündə.
Bütöv ol sözündə,
Saxla o zirvədə
zülm edə-edə.
Gəl,
Xilas elə sənsizliyi,
mənsizliyi.
Gəl, gülüm, gəl…
01.11.2011
13
Sən dənizsən, gülüm

II
Sənsizlik
Göydən yerə kimi səssizlik.
Elə bil ki, vaxt dayanıb,
Hava susub.
Elə bil ki, külək əsib,
Ağaclarla göy daranıb.
Dünya indicə boy qaldırır,
Hər şey təzədən yaranır,
Lal-dinməz.
Hələ torpaq gül açmayıb,
Arabir insan görünür,
Hələ kimsə dil açmayıb.
Bu sükutun dərinliyində,
Günəşsiz bir yerdə –
Yerin sərinliyində,
Dəniz dibindəki
Daş kimiyəm.
Ayım, ilim 
Çiliklənir gün-gün,
saat-saat, 
saniyə-saniyə.
Süzülür beynimə sənsizlik,
Geyilir əynimə sənsizlik.
Elə keyimişəm ki, sanki
deyil eynimə sənsizlik.
Gəncliyim göy çəməndə
ayqır kimi kişnəyir.
Vaxt məni qamçılayır,
göyüm qara buludsuz,
göz yaşı damcılayır.
14
İsgəndər Etibar

Gəl, gəl, dəniz qurusun,
hava durulsun,
Sükut sınsın,
cingildəsin
yerə düşən mis kimi,
Ərisin ürəyimin nisgili.
Gözlərimə nur gəlsin,
Görə bilim dostu, düşməni.
Gəl, gəl, çox saxlama məni
Mən bu sükut içində,
Ömrü sürüyə bilərəm,
Gülüm, çürüyə bilərəm.
Mən cəhənnəm, ay gülüm,
Qorxuram, qorxub yıxılasan,
Birdən-birə yox olasan.
Beləcə, nəyə gərək
bu dünya, ya da o dünya?
Gəl gülüm, gəl!
Tələs!
08.10.2011_TORPAĞIN_ARZUSU'>08.10.2011
TORPAĞIN ARZUSU
Bu torpağın
qəbir-qəbir ağzı var,
çiçək-çiçək nazı var.
Bu torpağın
nəfəs alan,
nəfəs verən ciyəri var.
Bu torpaq milyonçudur;
Qızılı var, gümüşü var,
15
Sən dənizsən, gülüm

Par-par yanan,
parıldayan gülüşü var.
Unutma, salıb qarışığa
Bu torpağın 
İnsan-insan,
dəvə-dəvə, fil-fil,
Qarışqa-qarışqa 
çörəyi var,
Hər nə olsa gərəyi var.
Allahın yoğurduğu
Səhra-səhra, çəmən-çəmən,
Dağ adlı kündə-kündə
xamırdı torpaq.
Qəhrəmandı, igiddi,
fağırdı torpaq.
Namərd mərdə güləndə,
coşdu, bağırdı torpaq.
Bu torpağın 
bir arzusu, diləyi var;
İnsan, insan olsun,
Onda nə dərd, nə nöqsan olsun.
Günü vecsiz səhərləməsin,
İnsan elə yaşasın,
Mən insanı yeyəndə
məni zəhərləməsin.
02.11.2011_NAZİM_HİKMƏT_Kitabından_ayrılmışam,_üşüyürəm,_Dalğаların_Sahilə_atdığı_balıq_kimi_töyşüyürəm._16__İsgəndər_Etibar'>02.11.2011
NAZİM HİKMƏT
Kitabından ayrılmışam,
üşüyürəm,
Dalğаların
Sahilə atdığı balıq kimi
töyşüyürəm.
16
İsgəndər Etibar

Üzməyi bacarmayan,
Yuхulаrdа yox olan 
adam kimi, 
Fikirlərin dalğasında
batıb-çıxıram.
Kimdi səsimi eşidən
bu qaranlıq gecədə,
Ha qışqıram, çağıram.
Torpağı şumlayan kotan kimi,
Şumlayır ürəyimi Nazimin şeiri.
Dalğalı fikirlə, tufanlı sözlə
Тumlayır ürəyimi, Nazimin şeiri.
Gücüm çatmır özümə,
Dənizə qərq olan daş kimiyəm.
Dünya çöküb gözümə,
Özünü itirən baş kimiyəm.
Kitabını örtmüşəm,
Fikrimi, duyğumu örtə bilmirəm.
Şerinin istisi məni əridib,
Təzədən tökцр.
Кющnə duyğuları, düşüncələri,
Toxunma köynək, dağ kimi sökür,
Məni zirvədən-zirvəyə çəkir.
İndi bildim. Gec bildim,
Şair olmaq
Nazim olmaq deməkdi.
Necə xoşbəxtdi dünya,
Onda,
Ləngərlənən, dalğalanan,
Döyüşən Nazim yaşayır,
Yolu, cığırı Nazim daşıyır.
Onu alqışlayırlar:
Yerlilər hər yerdən, təyyarədən,
Göylülər səyyarədən.
Yerin söz Allahıdır Nazim,
17
Sən dənizsən, gülüm

Sevsən, yetər dadına.
O, elə ucadır ki, 
Yetməz təyyarələr də.
Elə nurdu, nurundan
Yanır səyyarələr də.
Ona yetmək və ötmək,
Hələ ki, müşkül işdir.
Deyə bilir; – yox! – desin,
Kim ki, məni eşidir.
08.10.2011
AZADLIQ NƏDİR
75 illik ömrümün 
55 ilində
azadlıq nə olduğunu 
bilməmişəm.
Gözəllər gözlərində həkk edib,
O bunun, bu onun
gözlərində itirib,
Kimi də gözlərində öldürüb.
Kimi də məhəbbətin
qul bazarına gətirib.
Sonralar Xaqani, Nazim, Sabir
Sözü sözə calayıb
zəncirləyiblər məni,
Bilməmişəm, haradan
hara çəkiblər məni.
Vaxt da olub
sözlə dara çəkiblər məni.
18
İsgəndər Etibar

– Bəsdi, gözəllər səni ovladılar, –
deyib, məni qandalladılar,
buxovladılar.
Azad yaşadığım gün nədi,
an olmayıb.
Bəzən də heyrətdən donmuşam,
damarımda qan olmayıb,
Qardaşdan, bacıdan,
dostdan xəbərsiz olmuşam.
Elə uymuşam fikirlərə,
Bəxt üzümə güləndə
fərsiz olmuşam,
Gülüblər mənə.
Şeirə qurban demişəm özümü,
Sözdə elə azmışam,
Bilməmişəm toxam, acam.
Вaxt da olub:
– Vaxtım yoxdur ölməyə, – deyib,
azdırmışam ölümü.
Bu gün sözün güzgüsünə baxdım,
tanımadım özümü.
02.11.2011
GÖZ YAŞI
Torpaqdan su içən,
Uzun boylu gəlin kimi
nazlana-nazlanа
Çinara, palıda sarmaşan,
Pəncə-pəncə yarpaqları
Ay nurunda sayrışan tənək,
19
Sən dənizsən, gülüm

Hansı dərddən, kədərdən
ağlayıb ki,
Kimin oduna yanıb,
kimi anıb ki,
Göz yaşı salxımlanıb.
Əl uzadıb dərdim,
Demədim:
– A mələk, nədi dərdin?
Torpağın göz yaşını,
Tənəklər salxımlayıb!..
Tənək-tənək gözlərlə
Ağlayan torpaqmı,
Tənəkmi?
30.09.2011

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin