Şirvani Ədilli



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix02.12.2016
ölçüsü2,8 Kb.
1   2   3   4   5   6

 
 
 
 

60 
 
 
 
 
             
Olasan mənim
 
            
(Sifarişlə yazılmış şeir)
 
 
Gözəl qız deyirsən adım Nigardır,
 
İstərəm nigarım olasan mənim.
 
Bu qışı, payızı olan cahanda 
 
Çiçəkli baharım olasan mənim!
 
 
Sən oldun qəlbimin eşqi, həvəsi,
 
Bu könlüm istəməz başqa bir kəsi

Həkim qız

mənəm bir vüsal xəstəsi,
 
Sən də xilaskarım olasan mənim!
 
 
Sən olsan ömrümün tək səadəti,
 
Neynirəm mən daha varı, dövləti,
 
Dünyaya vermərəm saf məhəbbəti,
 
Sən hər dövlət
-
varım olasan mənim.
 
 
Sən bu xoş həyatda hər arzum, kamım,
 
Eşqim, məhəbbətim, şeir ilhamım,
 
Ən gözəl dövranım, günüm, əyyamım,
 
Ən xoş ruzigarım olasan mənim.
 
 
Bir kəsə könlümü açdımsa
, inan, 
Xəyanət etmərəm
 
ona heç zaman,
 
Sən də bu sevdaya inanıb hər an,
 
Əhli
-
vəfadarım olasan mənim!
 
 
                                         Oktyabr, 1997.  
 
 
 

61 
 
 
 
 
 
 
 
 
                         
Qəzəl
 
 
Aşiqlərə afətlərinin vəsli gərəkdir,
 
Möhtaclıq axır aşiqi məhv eyləyəcəkdir!
 
 
Bir gün bu könül odlanacaq ehtirasından,
 
Söndürməyə dünya bizə dar, ömr gödəkdir!
 
 
Can məhvi görünməz gözə eşq ehtirasından,
 
Məhv etsə də eşq aşiqi, aşiq sevəcəkdir!
 
 
Pərvanə nə cür ki, özünü yandırar odda,
 
Onda axı
 
eşq vəsli üçün çırpan ürəkdir.
 
 
Şirvani, bu qəlblərdəki
 
eşq hissi əzəldən
 
Ən incə naxışlarla bu dünyaya bəzəkdir!
 
 
                                                  Avqust, 1997.  
 
 
 
 
 
 
 
 
 
 

62 
 
 
 
 
 
 
 
 
                   Sevgilim 
 
Sevgilim, çöhrən bir bahar çiçəyi,
 
Heç vədə solmayıb, solmayacaq da!
 
Mənimçün elin min gözəl
-
göyçəyi
 
Sənin tək olmayıb, olmayacaq da!
 
 
Sevgilim, çöhrəni görəndə bir dəm, 
 
Mənə bu dünyada nə kədər, nə qəm?
 
Bu könlüm özünə sənin tək həmdəm
 
Heç yerdə bulmayıb, bulmayacaq da!
 
 
Sevgilim, bu gözüm görməz özgəni,
 
Tale çıxarandan qarşıma  səni.
 
Heç kim bu cür dəli sevdaya məni
 
Heç zaman salmayıb, salmayacaq da!
 
 
                                          Noyabr, 1996.  
 
 
 
 
 
 
 
 
 
 

63 
 
 
 
 
 
 
 
                              
Qəzəl
 
 
Dilbəra, o
 
hüsnünə heyran qalanın var sənin,
 
Hər gəliş, hər halətindən zövq alanın var sənin.
 
 
Bir kərə şəfqətli çöhrəndən görərkən bir gülüş
 
Min bəlalardan çıxıb bidərd olanın var sənin.
 
 
Dilbəra, xaliq nə cür xəlq eyləmiş sən tək bəşər?
 
Çöhrənə bir büt deyib səcdə qılanın var sənin.
 
 
Sənlə dərk eylər könül Məcnun nədir, səhra nədir,
 
Qeys tək səhrada məskənlər salanın var sənin.
 
 
Dilbəra, sənlə cəhənnəmlər də dönmüş cənnətə,
 
Ömrünə vəslinlə
 
xoşbəxtlik bulanın var sənin.
 
 
Dilbəra, kim dərk edər bir gerçək eşqi dünyada,
 
Söyləməz Şirvaniyə “zərrə yalanın var sənin”! 
 
 
                                                     Oktyabr, 1996. 
 
 
 
 
 
 
 
 

64 
 
 
 
 
 
 
 
 
                                
Qəzəl
 
 
Gözəl,
 
hüsnün ürəklərdə nə halətdir, biləydin kaş,
 
Görüb, dərk etmək əslində
 
nə hikmətdir, biləydin kaş.
 
 
Gözəl, hüsnündə xaliqdən nə möcüz iqtidar vardır,
 
Ki, baş əymək önündə bir şərafətdir, biləydin kaş.
 
 
Gözəl, səndən bu könlümdə olubdur hislərim pünhan,
 
Bu pünhan hislərim məhz o məhəbbətdir, biləydin kaş.
 
 
Gözəl, bir yol bu dünyada sənə biganə davranmaq
 
Məhəbbət aləmində bir cinayətdir, biləydin kaş.
 
 
Gözəl, varsan deyə sevmiş Ədilli ömrünü bil ki,
 
Bu hər
 
bir vaxt danılmaz bir həqiqətdir, biləydin kaş.
 
 
                                                                   
İyul,  
1996.  
 
 
 
 
 
 
 
 
 
 

65 
 
 
 
 
 
 
 
 
 
            
Özünə vurulmuşam
 
 
Bir 
gülərüzlü
 
dilbər bir taleh məqamında
 
Ürəyimə iz salıb, izinə vurulmuşam.
 
Gözləri gözlərimə tuş olanda bir anlıq
 
Gözlərimlə danışan gözünə vurulmuşam!
 
 
Bu dilbərin surəti “mən”inin güzgüsüdür,
 
O gözəllik, məlahət qəlbinin cizgisidir,
 
Qəlbimdəki bu sevgi ilahi sevgisidir,
 
Danışanda dilinin sözünə vurulmuşam.
 
 
Bu dilbərin adına qəlbimdəki yer dərin,
 
Varlığını duyanda ruhu edər səp
-
sərin,
 
Könlüm mənə deyir ki, bu sevdiyim dilbərin
 
Nə qaşına, nə də ki gözünə vurulmuşam,
 
                                     
Özünə vurulmuşam!
 
                                     
Özünə vurulmuşam!
 
   
                                                        Iyul, 1996. 
      
 
 
 
 
 
 

66 
 
 
 
 
 
 
 
 
                             
Qəzəl
 
 
Əhsən o dünyaya ki, sən tək gözəl cananı var,
 
Şükr, Allahın bizə bir böylə ərməğanı var.
 
 
Mən nə xoşbəxtəm səni görmək mənə olmuş nəsib,
 
Xaliqin dünyada milyonlar ilə insanı var.
 
 
Min bə
la 
sən tək yarın
 
eşqiylə virandır hər an,
 
Sənlə rast olduqda qəlbin başqa bir sultanı var!
 
 
Göz görüb “bir dəm sənə baxmaq qənimətdir” deyər,
 
Çünki

hüsnündən gələn min bir könül dərmanı var.
 
 
Cahil olmazmı Ədilli bilməyincə qədrini?
 
Səndə ömrün şövqü, dünya zövqü, hikmət kanı var!
 
 
                                                               
İyun, 
1996.  
 
 
 
 
 
 
 
 
 
 

67 
 
 
 
 
            Oldu 
 
Fələyin çarxı dolaşdı,
 
Gözün gözümə sataşdı.
 
Ehtirasım coşub daşdı,
 
Qəlbim biixtiyar oldu!
 
 
Tanrıdanmı gələn meydi,
 
Əlim ürəyinə dəydi,
 
Necə yumşaq bir ürəkdi,
 
Hər yetənə şikar uldu!
 
 
O çöhrənə bir büt dedim,
 
Qoy mən səcdəsinə gedim,
 
Bircə kəlmə üns eylədim

Kədər məndən kənar oldu.
 
 
Sənlə bu dünya cənnətdi,
 
Gözüm baxmağa minnətli,
 
Bilmədim bu nə hikmətdi,
 
Könül sənsiz bikar
 oldu. 
 
Yer-
göydür çöhrənə heyran,
 
Sənlə zənginləşdi cahan,
 
Sən tək gözəl qızlar hər an 
 
Cahana iftixar oldu! 
 
                        Fevral, 1996. 
 
 
 
 

68 
 
 
 
 
 
 
 
 
                             
Qəzəl
 
 
Bir kərə gördüm səni
 
ey gül, qərarım qalmadı,
 
Oldun hər zövqüm mənim, bağım, baharım qalmadı!
 
 
İstədim bir qoxlayıb ətrindən ilham almağı,
 
Etməyə neynim, əlimdə ixtiyarım qalmadı.
 
 
Əl götürdüm bil

həyatımdan bu sənsizlikdə mən,
 
Çünki, ömrümdə sabaha etibarım qalmadı.
 
 
Bircə müşkül dərdimə ölməklə eylərdim dava,
 
Çü
nki, 
asan etməyə öz iqtidarım qalmadı.
 
 
Hansı
 bir 
xoşbəxt
 
təsadüf oldu ki, Şirvaniyə
 
Bir kərə “can” söylədin, dərdim, qubarım qalmadı

 
                                                                      Aprel, 1995. 
 
 
 
 
 
 
 
 
 
 

69 
 
 
 
 
 
 
 
 
                          
Qəzəl
 
 
Tər güllərin də bülbülə avazı var imiş,
 
Həm rəhmi, həm məhəbbəti həm nazı var imiş.
 
 
Nikbin olur görəndə könül böylə gülləri,
 
Ömrün də böylə gül yetirən yazı var imiş.
 
 
Sən bir kübar, mənsə fəqir, çoxdu fərqimiz,
 
Bu eşqə fərqimiz kimi narazı var imiş.
 
 
Artmaz bu sevgim ey gül

axı başqa
-
başqayıq

Yəqin məhəbbətin də çoxu, azı var imiş.
 
 
Şirvani 
birc
ə söz yazamaz nikbin olmasa,
 
Nikbin olanda mütləq onun sözü var imiş.
 
 
                                                      Noyabr, 1994. 
 
 
 
 
 
 
 
 
 
 

70 
 
 
 
 
 
 
 
 
 
 
           
     
      
 
Satirik şeirlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

71 
 
                 
Rüşvətxor müəllim
 
 
Qurtar bizi, Allah, sən özün ahı
-amandan, 
Bəd günlərə qaldıq.
 
Dövranın əzabından usandıq da bu candan,
 
Sap-
sarı saraldıq.
 
Olduq tələbə, sandıq olar bizlərə xoş gün,
 
Heç verdilər imkan?
 
Tez vurdu fələk bəxtimizə dərd ilə möhrün,
 
Olduq da peşiman.
 
Dövranda gələrmiş günümüz qara bizimçün,
 
Məğbul zamanından.
 
Başlarmış o günlər yeni macəra bizimçün,
 
Dad imtahanından!
 
Öyrənmək əvəzdən də biliklər başımızdan
 
Çıxdı bu zamanlar.
 
Sanki, gəlib olduq naşı biz ən naşımızdan,
 
Keçdikcə yalanlar!
 
Məllim dedi: 
-
İstərsən əgər almağa qiymət,
 
Elm ilə çalışma.
 
Fikr eyləmə, sakitcə gəlib ver mənə rüşvət,
 
Aşkarda danışma!
 
Yazmaqla xeyir gəlməsə qiymət yazarammı?
 
Ağlınla düşün b
ir. 
Yüz gün oxusan mən bu yolumdan azarammı?
 
Kəndindədi təqsir.
 
Baxmam bilənə, bilməyənə, gəlməsə rüşvət,
 
Axmaqdı baxanlar!
 
Rüşvət verib həm də gəlib etsin mənə minnət,
 
Haqq əhli çıxanlar!
 
Hər yerdə çalışqan tələbə düşmənim oldu,
 
Bil, böylə həqiqət!
 
Çünki,
 
belə yol bizlər üçün sərfəli yoldur,
 
Yox bizlərə töhmət!
 
Sən sorma o qiymət alan avvarəni məndən,
 

72 
 
Onlar məni andı.
 
Get, sən də gətir, eyləmə kəm parəni məndən,
 
Müşküllər asandır.
 
Pul yoxsa da lap hörmət edib pay gətirərsən,
 
Tut kəndini sən saf.
 
Lap hörmət
 
edib payını hər ay gətirərsən,
 
Yumşalmayan əclaf!
 
Sən get gətir “induşka”, toyuq, ya qoç ətindən,
 
Ət olmaya yağsız,
 
Mer-
meyvə gətirsən də çıxarsan bu çətindən,
 
Etməzsən araqsız.
 
Dostun Gədəbəydən gətirib bir xaşa kartof,
 
Yazdım ona qiymət.
 
Yalnız demişəm lazım olur bozbaşa kartof,
 
Var on
da mərifət!
 
Qoz-
fındığı “Novruz”da gətirtdim Balakəndən,
 
Keçməm belə vardan.
 
Heç keçmərəm o Lənkəranın mandarinindən,
 
Göyçaydakı nardan.
 
Hər kəs Qubadandırsa, gərək alma gətirsin,
 
Hörmətdi mənimçün,
 
Hər kəs Şəkidəndirsə gərək halva gətirsin,
 
Elmindən o üstün!
 
Hər kim ki, mənim sözlərimi hər dəm eşitdi,
 
Dövranda ucaldı.
 
Hər kim ki, mənim təklifimə etiraz etdi,
 
Ağlar günə qaldı!
 
 
                                                    Fevral, 1996 
 
 
 
 
 
 

73 
 
 
“Ağıllı” məsləhət
 
  
(Bəhri
-
təvil)
 
 
Bəşər  övladısan  əl  çəkmə  ginən  keyfi  damaqdan, 
həmişə  özgələri  seyr  et  uzaqdan,  kefini  pozma 
nahaqdan,  oyanıb  sübhi
-
sabahdan  eləmə  halı  xarab,  iç 
cana şəfqətli şərab, heç zaman əl çəkmə araqdan, arağa 
meyl eləyib içsə kim o, əqli
-
cahandır, əsl aqil, əsl alim də 
odur,  özgə  yalandır,  ona  hər  elm  əyandır,  sənə 
həmsöhbət olar, söylədiyi hikmət olar, sən ona əks olma 
ziyandır, çün onun işləri qandır, ona qan tökmək asandır, 
əgər  içsən  səni  tərk  eyləyəcək  qorxu
-
təlaş,  onda  durub 
hər  yeri  mərdanə  dolaş,  hər  yerə  sal  dava
-
dalaş,  qana 
bata  göz  ilə  qaş,  sən  bu  işə  adi  yanaş,  lap  elədikcə 
qazan “əhsən” bu əməldən, həmi əylən bu əməldən, mey 
iç  hər  gün  ki,  bu  mey  könlünü  məstan  edəcəkdir,  o 
cəhənnəmləri,  çox  qəmləri,  çox  yasları,  matəmləri  viran 
edəcəkdir,  meyə
 
yar  olsan  əgər,  bil  yaşamaq  getməz 
hədər, çünki qə
mi-
qüssə, kədər, mey ilə bir anda  gedər, 
könlünü xoşhal edər, bir qədər artıq da içərsən meyi lap 
“hazır” olarsan, lap axır pullara da içki alarsan, yenə bəs 
eyləməsə,  sat  papağı,  al  arağı,  mürgü  yerin  yol
 
qırağı, 
hər  gecə  yollarda  qalarsan,  nə  xəyallara  dalarsan,  bu 
əməllərlə  demə  sən  canına  qəsd  eləyirsən,  özünü  məst 
eləyirsən,  desələr  dinimiz  harəm  buyurubdur,  onu  heç 
içməsin  adəm  buyurubdur,  daha  sən  də  meyi  tərgitmək 
əgər  istəsən  hərdən,  necə  olmuşdusa
 
zatən,  özünün 
nəfsini  öldürməyə  qoy  çatmasın  heç  vaxt  iradən,  bu 
cahanda  dəxi  nuş  etməyə  ispirtli  nə  var  –
  konyak,  araq, 
ya  ki,  çaxır,  insanı  yüksəldər  axır,  dünyada  insanlığa 
yüksəlməyi istərsən əgər sən, meyi içməkdə ol eyzən!   
 
                                                                                                                   
                                                                Oktyabr, 1996. 
 

74 
 
                           
Tələbə
 
 
Oxuyub təhsil alan kəs kimi gendən baxana
 
Görünər
 
bəlkə də bir bəxtəvər insan tələbə.
 
 
Bu çətin, ağrılı dövranda da yüz xiffət ilə
 
Fəqət əslində olar öz qəmi pünhan tələbə.
 
 
İmtahan məqbul elə işlə qatar başını ki, 
 
Özgə məşğulluğa tapmaz bir an imkan tələbə.
 
 
San ki, hər məqbulu, hər imtahanı bir bəladı
r, 
Hər semestr axırı işləri əfğan tələbə!
 
 
Yığılar birdən ağır işləri üst
-
üstə qalar,
 
Olar onda qəmi aləmdə bir ümman tələbə.
 
 
Gərək hər elmə fəda eyləyə öz canını ki,
 
Edə bilsin işinin müşkülün asan tələbə.
 
 
Olmasa müşkülü asan yenə də işlərinin,
 
Gecə
-
gündüzdə görər kabus, şeytan tələbə.
 
 
Hərdən “Əzrayıla dönmüş” bu müəllimlərinin 
 
Tənəsindən də olar halı pərişan tələbə
 
 
Arifə zövq olar elm, amma belə yerdə olar
 
Elmi öyrənməyinin zövqü də viran tələbə.
 
 
Vay o gündən ki, müəllim də inadkarlıq edə,
 
Qala kəsrə, ola bir cüt gözü giryan tələbə.
 
 
Pulu kəm, gəzməyi, kef çəkməyi, zövq almağı kəm,
 
Keçirər əsla fəqir, sadə güzəran tələbə.
 
 

75 
 
Bu çətin dövri
-
kəsadlıqda qazanc etmək üçün
 
Ya gedib alver edər, ya qalar “axran” tələbə.
 
 
Hər əziyyətlə bərabər bu qürur hissi də var,
 
Adı hərdən özünə fəxr, şərəf
-
şan tələbə.
 
 
Bu şərəf hər tələbə kəslərə aid də deyil,
 
Çoxdu tuz, elmsiz, həm cahil, nadan tələbə.
 
 
Bu ada layiq olar hər oxuyan öz gücünə,
 
Kamil, elmli, layiqli çalışqan tələbə!
 
 
                                                   Noyabr, 1997.   
 
 
Doğma hər bir sözü
 
rədd eyləyərik
 
 
Doğma hər bir sözü
 
rədd eyləyərik,
 
Nə bacardıqca da rusca deyərik,
 
Bu cür adətləri 
h
ər vaxt öyərik,
 
Nə bilək, dil, ya 
da 
millət nə demək,
 
Ya qürur, fəxr, şərafət nə demək.
 
 
Söz verək ki, qələmə “ruçka”
 
deyək,
 
Nöqtəyə qoy həmişə “toçka”
 
deyək,
 
Ya nəfəslik nədi, “fortoçka”
 
deyək,
 
Başımızda papağa “şapka”
 
deyək,
 
Əskiyə, cındıra
 
”tıryapka”
 
deyək.
 
 
Unudub doğmanı yad söz alarıq,
 
Sözümüz kəmdi deyib alçalarıq,
 
Milli hislərdən uzaq biz qalarıq,
 
Bu dil
i rus dilinə itdirərik,
 
Onları dil ilə fəxr etdirərik!
 
                                              
İyun,
 1998. 

76 
 
 
Ali məktəb müəllimlərimə

 
                          Dostum 
Həmid Ormanlıya
 
                          
nəzirə 
ya
zılmış
 
şeir.
 
 
Bu rüşvətxor Babakişi
1

Bağırsağın yeyər dişi,
 
Mühazirə d
e
yəndə də,
 
“Konspekt”siz getməz işi.
 
 
Bu məllim də fizik Rizvan,
 
Oxuyana verməz imkan,
 
Deyər ki, bir “zaçot”umun 
 
Qiymətidir otuz “şirvan”!
 
 
Bax bu məllim də Həmiddi,
 
Yığmadı, hamı şahiddi,
 
Müdirinin maşınını
 
Tələbələr təmir etdi!
 
 
Həmid məllim, var qüvvəsi,
 
“Od Yurdu”ndan
2
 
gəlir səsi,
 
Heç yadından çıxmır onun 
 
“Qluşitel” məsələsi!
 
 
Bu məllim də Ağaməmməd,
 
Almaz tələbədən rüşvət,
 
Kitab yazıb sata
-sata 
Bir təhər saxlayar külfət.
 
 
 
 
  1 
Adlar şərti deyil, həqiqidir
 
                2 
”Odlar yurdu” universiteti nəzərdə tutulur
 
 

77 
 
 
 
Bu məllim də Allahverdi,
 
Oxuyana “əla” verdi,
 
Bilməyən tapşırılmasın

“Tapşırizm” onun dərdi!
 
 
Bu məllim də Bəxtiyardır,
 
Özü də
 
tərki
-
diyardır,
 
Deyir: -
Çəkdiyin qapıdan 
 
“Kamaz” girməz, yerin dardır.
 
 
Bu məllim də Məmmədiyə,
 
Sadiq qalar “kişi”liyə
3

Tələbə heç nə verməsə 
-  
Deyir 

 
qiymət yazım

niyə?
 
 
                               
İyun,  1999. 
 
 
 
   

Həmin müəllimin öz aramızda ləqəbi “kişi” idi.
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 

78 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Digər mövzularda
 
olan 
şeirlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

79 
 
                
Dəniz
 
 
Uşaq, körpə, qoca, cavan,
 
Gözəl, çirkin, yaxşı, yaman,
 
Varlı, kasıb, müdrik, avam, 
 
Bu dünyada hər cür adam
 
Birləşibdir, 
 
            
bir olubdur bu dənizdə.
 
Dünyaya yad bir mənzərə
 
               qurulubdur 
bu dənizdə!
 
Dəniz döyür sahilini 
 
                       dayanmadan, 
Dalğaları yuyur çılpaq bədənləri
 
             yorulmadan, usanmadan! 
Böyük dəniz, 
 
Kaş ki, sən bu bədənləri 
 
                       
yuduğun tək
 
Yuya biləydin ruhları,
 
Böyük
-
böyük günahları.
 
Yazıq dəniz,
 
Sən nə qədər çırpınasan
 
          
yenə təmiz olmarıq biz.
 
Vaxt çatacaq,
 
Gün batacaq,
 
Səndə bir olan insanlar,
 
Hərəsi öz libasında,
 
Hərəsi öz maskasında
 
Çəkiləcək köşəsinə,
 
Dönəcək öz peşəsinə,
 
Məmur rüşvət almağında,
 
Kasıb möhtac qalmağınd
a, 
Ayaq tutan ağ yalanlar, 
 
Ucalanlar, 
Alçalanlar,
 
Tərəzidə aldadanlar,
 

80 
 
Uduzanlar və udanlar...
 
Böyük dəniz,
 
Sənsə heç
 vaxt 
dəyişməzsən,
 
                   
elə həminki dənizsən,
 
Cansız bir varlıq olsan da 
 
Fəqət

canlı insanlardan 
 
                   
əslin
d
ə daha təmizsən!
 
 
                                       11. 07. 2010 
 
 
                         

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə