Şuşa —Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yerləşən şəhərdir.Bu şəhərin təməli 1752-ci il Pənahəli xan tərəfindən qoyulmuşdur və ilk vaxtlar onu Şuşa ilə yanaşı “Pənahabad” da adlandırılmışdır.Şuada 17 məhəllə var idi: Seyidli,Culfalar,Quyuluq,Çuxur məhəllə,Dörd çinar,Dördlər qurdu,Hacı Yusifli,Çöl Qala,Qurdlar,Saatlı, Köçərli,Mamayı,Xoca Mərcanlı,Dəmirçilər,Hamamqabağı,Merdinli və Təzə məhəllə.Hər məhəllədə hamam,məscid və bulaq var idi.
XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi.Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər Iran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi. XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar.
XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü.O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur.
Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir.[1] Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür.[7] Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etMİŞDİR.
27 sentyabr 2020-ci il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən və Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən idarə edilən, lakin Azərbaycanın bir hissəsi olan Qarabağ bölgəsində döyüşlər başlamışdır. Azərbaycan qüvvələri 7 noyabrda şəhərə daxil olmuşdur.Əlavə olaraq, bir dəstə, Ermənistan tərəfi şəhərə əlavə dəstək göndərməsin deyə, Laçın dəhlizinin qarşısını almış, başqa bir dəstə isə Daşaltını işğaldan azad etdikdən sonra Şuşaya daxil olan qüvvələri atəş dəstəyi ilə təmin etmişdir.Azərbaycanın xüsusi təyinatlıları şəhərə girəndə müdafiə olunan ermənilərlə yaxın məsafədə ağır küçə döyüşlərinə başladılar. Noyabrın 7-də ərazidə hava dumanlı idi. Bu, Azərbaycan tərəfinin havadan kəşfiyyat aparmaq imkanlarını, eləcə də hava zərbə vasitələrindən istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı.
İlham Əliyev 8 noyabr tarixində, günortadan sonra Azərbaycan qüvvələrinin şəhəri işğaldan azad etdiyi elan etmiş,həmçinin, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin komandiri Hikmət Mirzəyevi də bu münasibətlə təbrik etmişdir. 9 noyabrda Azərbaycan Daxili Qoşunları mayoru Zaur Rəhimovun məruzəsi ilə şəhərdən video yayımlamış və Şuşanın tamamilə Azərbaycan Milli Ordusunun nəzarətində olduğunu təsdiq etmişdir.həmçinin İlham Əliyev Azərbaycan qüvvələrinin şəhərin cənub və şərqindəki Çanaqçı, Sığnaq, Şuşakənd və Daşaltı da daxil olmaqla bir neçə kəndi işğaldan azad etdiklərini açıqlamışdır. Bununla birlikdə, 10 noyabrda Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərinə nəzarət etdiyini təsdiqləyən atəşkəs razılaşmasının imzalanmasından sonra Paşinyan və Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Harutyunyan işğalçı qüvvələrin 7 noyabrda şəhərə nəzarəti itirdiyini etiraf etmişdir.