Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında



Yüklə 491,68 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix28.04.2017
ölçüsü491,68 Kb.
1   2   3   4   5   6

 13.1-ci cədvəl

 

 

  



1 — Soyudulmuş maye qazlar istisna olmaqla 

2  —  Havanın  temperaturu  25

0

S-dən  çox  olduqda  yük  günəş  şüalanmasının  təsirindən 



qorunmalıdır. 

3 — Bir partiya vaqondan artıq olmamaqla anbarda saxlanılmağa yol verilir. 

4 — 415—418 kateqoriyalı maddələr və materiallar (12 nömrəli əlavə) istisna olmaqla. 

5 — Rütubət keçirməyən qablarda olan yüklər atmosfer çöküntüsündən qorunmalıdır. 

6 — 521—523 kateqoriyalı maddələr və materiallar (12 nömrəli əlavə) istisna olmaqla. 


7 — 710—711 kateqoriyalı yüklər istisna olmaqla. 

8 — 712—716 kateqoriyalı yüklər üçün xüsusi ayrılmış anbar bölməsində saxlanılmalıdır, 

bu bölmədə onların başqa yüklərlə birlikdə saxlanılmasına yol verilmir. 

  

Qeyd.

 

1. «+» işarəsi — icazə verilir;



 

2. «—» işarəsi — qadağan edilir

 

3. Saxlanılan yüklərin icazə verilən kütləsi (həcmi) barədə göstərişlər 13.2 yarımbölməsində 



 

göstərilmişdir.

 

13.1.25. 



Bir-birinə 

uyğun 


gəlməyən 

təhlükəli 

yüklərin 

saxlanılmasında 

və 

yüklənilməsində, DTYDBM-in 22-ci əlavəsində müəyyən olunmuş qaydada onların ayrılma 



şərtlərinə riayət olunmalıdır. 

Yüklərin  açıq  və  ya  üstü  örtülü  anbarlarda  saxlandığı,  eləcə  də  onların  körpülərdə  və 

yükləmə-boşaltma  meydançalarında  yerləşdirilməsi  zamanı  gəminin  açıq  göyərtələri  üçün 

müəyyən olunmuş ayrılma şərtləri tətbiq olunmalıdır. 

13.1.26.  3-cü  və  8-ci  sinif,  2.2,  2.4  və  6.1  yarımsiniflər,  eləcə  də  uçucu-zəhərli  və  ya 

aşılayıcı (yeyici) digər siniflər, ərzaq, yem, parfümer-kosmetika, paltar və ev əşyaları yükləri 

ilə  olan  otaqdan  bir  otaq  aralı,  qalan  təhlükəli  yüklər  bu  yüklərdən  uzaqda 

yerləşdirilməlidir. 

13.1.27.  Partlayış  və  güclü  zəhərləyici  maddələrin  və  məmulatların  yüklənməsi  üçün 

istifadə olunan kranlar, müstəqil işləyə bilən iki yükqaldırma və kran qolunun yerdəyişmə 

mexanizmləri ilə təchiz olunmalıdır. 

Bu  tələblər  yerinə  yetirilmədiyi  halda,  kranla  yeri  dəyişdirilən  təhlükəli  yükün  kütləsi, 

kranın yükqaldırma qabiliyyətinin 75 faizindən artıq olmamalıdır. 

13.1.28. 1-ci sinif, 2.3, 2.4, eləcə də 3.1 və 3.2 yarımsinif yüklərlə işləyərkən istifadə olunan 

texnoloji  avadanlığın  bütün  növləri  qığılcımtörətməni  istisna  edən  materiallardan 

hazırlanmalıdır (və ya materialla örtülməlidir). 

13.1.29. Avtonəqliyyat, yükləyib-boşaldan maşınlar, avtokranlar, lokomotivlər 1-ci, 3-cü, 

4-cü sinifli, 2.3, 2.4 yarımsinifli, eləcə də partlayış təhlükəli və tezalışan başqa sinif təhlükəli 

yüklərlə  işləyən  zaman,  işlənmiş  qaz  ixrac  edən  borularda  qığılcımsöndürən,  eləcə  də 

avtokranların statik elektrik cərəyanını yerə ötürən vasitəsi olmalıdır. 

13.1.30.  Təhlükəli  yüklərlə  yüklənmiş  avtomobillərin liman  ərazisində hərəkət  qaydası  və 

onların  bilavasitə  yükləmə-boşaltma  yerlərində  dayanması,  limanın  texniki  təhlükəsizlik 

xidmətinin təyin etdiyi nümayəndə tərəfindən tənzimlənir.

 [16]

 

Gözləyən avtonəqliyyat isə sürücünün daimi nəzarəti altında olmalıdır. 



13.1.31. Təhlükəli yüklər, bir qayda olaraq, gəmiyə sonuncu yüklənməli və birinci növbə 

boşaldılmalıdır. 

13.1.32.  Limanda  lokomotivlərin  manevrləri  ehtiyatla,  təkansız  və  kəskin  dayandırma 

olmadan aparılmalıdır. Hərəkət sürəti saatda 10 km-dən artıq olmamalıdır. 

13.1.33.  Mühərriki  işləyən  avtonəqliyyat  vasitələrinə  təhlükəli  yüklərin  yüklənməsi  və 

boşaldılması əməliyyatlarının aparılması yol verilmir. 

13.1.34.  Üstü  örtülü  anbarlarda  1-ci  sinif  (1.4S  sinifaltıdan  başqa),  2.3,  2.4,  3.1  və  3.2 

yarımsinif yüklərin, eləcə də nəmkeçirən qablarda olan digər yüklərin şimşək və yağmurlu 

zaman yüklənməsinə-boşaldılmasına yol verilmir. 

13.1.35.  Güclü  külək  zamanı  portal  kranların  işinin  dayandırılması  yerli  şəraiti  və 

kranların konstruksiyasını nəzərə almaqla liman üzrə əmrlə müəyyənləşdirilir. 

13.1.36. Limanın təhlükəli yük olan anbarlarında və yükləmə-boşaltma meydançalarında 

yükləmə-boşaltma vasitələrinin dayanmasına və təmirinə yol verilmir. 


13.1.37.  Təhlükəli  yüklər  saxlanılan  anbarlara  və  yükləmə-boşaltma  meydançalarına 

daxil olmağa, təhlükəli yüklərlə təhlükəsiz işləmə üsulları üzrə təlim almayan və Fövqəladə 

Hallar  Nazirliyinin  müvafiq  müfəttişliyi  tərəfindən  yoxlamadan  keçməyən  şəxslərə  icazə 

verilmir. 

13.1.38.  Daxilində  təhlükəli  yük  olan  anbarlara,  konteynerlərə  və  ya  nəqliyyat 

vasitələrinə  daxil  olmaqdan  əvvəl,  yük  yerlərinin  qaz-hava  qarışığı  tərkibinin  yoxlanılması 

və ventilyasiyası tələbləri yerinə yetirilməlidir. 

13.1.39.  Yanğın  və  partlayış  təhlükəli  yük  olan  anbarların  və  nəqliyyat  vasitələrinin 

müayinəsi  (texniki  baxışı)  yalnız  partlayışdan  mühafizə  olunmuş  elektrik  fənərləri  vasitəsi 

ilə həyata keçirilməlidir. 

13.1.40.  1-ci,  3-cü,  4-cü  sinif  və  2.3,  2.4  yarımsinif  yüklərin  saxlandığı  və  yükləndiyi 

yerlərin ərazisində kibritlərlə, alışqanlarla və digər əşyalarla daxil olmağa yol verilmir. 

13.1.41.  Yükləmə-boşaltma  əməliyyatlarının  bütün  iştirakçıları  təhlükəli  yüklərlə  qəza 

hadisəsi baş verdikdə anbarı (yük meydançasını) tərk etməlidirlər. Qəzanı aradan qaldırmaq 

üçün qəza yerinə işlənmiş əməli plana uyğun olaraq limanın qəza briqadası çağırılmalıdır. 

Radioaktiv, zəhərləyici və yeyici maddələrlə, baş vermiş qəza haqqında Fövqəladə Hallar 

Nazirliyinə, liman idarəsinə, dispetçer xidmətinə, Dövlət Sanitar Nəzarəti orqanlarına, yanğın 

zamanı isə yanğından mühafizə idarəsinə təcili məlumat verilməlidir.



 [17]

 

13.1.42.  Anbarın,  körpünün  və  yaxud  yükləmə-boşaltma  meydançasının  ərazilərində 



təhlükəli  yükü  olan  yük  vahidinin  hər  hansı  nasazlığının  aradan  qaldırılmasına  və  yaxud 

yenidən qablaşdırılmasına yol verilmir. 

13.1.43. Qəza hadisələrinin aradan qaldırılması, eləcə də gəmi anbarlarının (otaqlarının, 

yük  yerlərinin),  yanalma  körpülərinin,  yükləmə-boşaltma  meydançalarının  və  anbarların 

təmizlənməsi zamanı yığılan yük qalıqları, dərhal onların neytrallaşdırılması, təmizlənməsi 

üçün  limanda  ayrılmış  xüsusi  yerlərə  aparılmalı,  yaxud  basdırılmasından  ötrü  limandan 

kənarda nəzərdə tutulmuş yerə daşınmalıdır. 

13.1.44. Bağlamada olan təhlükəli yüklər yükalana sayhesabı (yenidən çəkilmədən) təhvil 

verilir. 

Bağlamanın xaric tərəfdən zədələnməsi hallarında akt tərtib olunmalıdır və aktda daxili 

qabın salamatlığı haqda qeyd edilməklə, yük yenidən çəkilmədən sayhesabı təhvil verilir. 

Daxili qabın zədələnməsi hallarında yükün kütləsi, yükalan tərəfindən, ekspertin iştirakı 

ilə  öz  anbarında  yoxlanılır.  Zədələnmənin  səbəbləri  və  təhlükəli  yükün  kütləsinin 

çatışmaması haqqında ekspertiza aktı tərtib olunur. 

13.1.45. Təhlükəli yüklərin yüklənməsi və saxlanması dövründə 14-cü və 15-ci bəndlərdə 

müəyyən  olunmuş  yanğından  mühafizə  və  təhlükəsizlik  texnikası  qaydalarının  tələbləri 

yerinə yetirilməlidir. 

  

13.2.  Ayrı-ayrı  siniflərə  aid  olan  təhlükəli  yüklərin  saxlanılmasına  və  yüklənməsinə 



dair tələblər 

13.2.1. 1-ci sinif yüklər 

1) qablarda ədədi və paketləşdirilmiş 1-ci sinif yüklər ixtisaslaşdırılmış örtülü anbarlarda 

saxlanılmalıdır. 

Selitr-amonyakın  partlayış  maddələri,  amonium  nitrat  və  1.4  yarımsinif  kateqoriyasına 

aid  olan  yüklərin  açıq  və  örtülü  (çardaq  tipli)  anbarlarda  saxlanılmasına  yol  verilir.  Belə 

hallarda  yük  qalağının  (nizamla  yığılmış  halda)  uzunluğu  —  15  metr,  eni  —  6  metr, 

hündürlüyü — 3 metrdən artıq olmamalıdır. 


Yük qalağı taxta altlıqlar və yaxud aralıqlar üzərində yerləşdirilməlidir. Anbarların yük 

meydançaları beton örtüyünə malik olmalıdır. 

2) 1.1-ci yarımsinif qablarda ədədi, tüstülü və tüstüsüz barıtlar, bütün növ detonatorlar, 

bir qayda olaraq, anbarların divarlarına yaxın qoyulmuş stellajlarda yerləşdirilməlidir. 

Stellajların səthi metal çıxıntılarını istisna edən taxta materiallardan olmalıdır. 

Qalan  1-ci  sinif  yüklər  qablarda  ədədi  və  paketləşdirilmiş  yüklərin  taxta  altlıqlar  və 

aralıqlar üzərində qalaqla (nizamla) yığılmış halda saxlanılmasına icazə verilir. 

Qalağın  hündürlüyü  2  metrdən,  eni  isə  dörd  bağlama  sırasının  enindən  artıq 

olmamalıdır. 

3)  1-ci  sinif  yükləri  olan  konteynerlər  açıq  anbarlarda,  ikinci  yarusdan  yuxarı  olmamaq 

şərti ilə yalnız yuxarı yarusda yerləşdirilməlidirlər. 

4) 1-ci sinif yüklər, bir qayda olaraq, günün işıqlı vaxtında yüklənməlidir. 

Qaranlıq  vaxtı  yükləmə  əməliyyatlarının  aparılması liman  idarəsinin  rəhbərinin  və  yaxud 

yükləmə istehsalat kompleksinin rəisinin razılığı ilə yükləmə işləri aparılan zonada, işıqlanma 50 

lyuksdan az olmayaraq, təmin olunduğu halda aparıla bilər.



 [18]

 

5) 1-ci sinif yüklər limana yalnız gəmi yüklənmək üçün tam hazır olduqda keçirilə bilər 



və yaxud körpüyə verilə bilər. 

1-ci sinif yüklər yalnız onların daşınması üçün təyin olunmuş nəqliyyat vasitələrinin tam 

hazır olduğu halda gəmidən boşaldılmalıdır. 

6)  1-ci  sinif  yüklərin  saxlanıldığı  anbarlar  mühafizə  olunmalıdır.  Yükləmə-boşaltma 

yerlərinə  buraxılış  rejimi  tətbiq  edilməlidir.  Mühafizə  olunan  zona  yükləmə-boşaltma 

yerlərindən ən azı 10 metrlik məsafədə yerləşən sahədə olmalıdır. 

7)  1-ci  sinif  yüklərin  yüklənməsi  işə  rəhbərlik  edən  şəxsin,  eləcə  də  yükü  müşahidə 

edənin daimi nəzarəti altında olmalıdır. Yükləmə-boşaltma yerlərindən minimum məsafədə 

post (yanğınsöndürən maşın və yaxud kater) qoyulmalıdır. 

1-ci  sinif  yüklər  yüklənən  körpülərdə  və  yükləmə-boşaltma  meydançalarında  başqa 

təhlükəli yüklər olmamalıdır. 

8)  Anbarların  otaqları  (bölmələri)  1-ci  sinif  yüklər  yerləşdirildikdən  sonra  əsaslı 

yoxlanilmalı, bağlanmalı və möhürlənməlidir. 

9)  Ayrıca  anbarda  və  yaxud  o  birilərindən  yanğın  əleyhinə  arakəsmələrlə  ayrılmış 

bölmələrdə 1-ci sinif yüklərin birgə saxlanılmasına aşağıda göstərilən hallarda icazə verilir: 

a) bir uyğunluq qrupuna aid olduqda; 

b) «C», «D» və «E» uyğunluq qruplarına aid olduqda (5 nömrəli əlavə); 

c)  «A»  və  «L»  uyğunluq  qruplarından  başqa,  1.4  «S»  qrup  yüklərin  1-ci  sinifə  aid  olan 

bütün yüklərlə bir yerdə saxlanılmasına icazə verilir. 

10)  1-ci  sinif  yüklərin  eyni  vaxtda  limanda  və  ya  anbarda  saxlanılmasına  yol  verilən 

maksimum miqdarı, eləcə də anbarlar (qalaqlar) arasındakı təhlükəsizlik məsafəsi, partlayış 

işlərində təhlükəsizliyin vahid qaydalarına uyğun olaraq hesablanmalıdır. 

11)  1-ci  sinif  yüklər  saxlanılan  anbarların  elektrik  avadanlığı  partlayışdan  mühafizə 

tələblərinə cavab verməlidir. 

Partlayışdan  mühafizə  olunmayan  işıqlandırma avadanlığı  açıq  anbarların  və  yükləmə-

boşaltma yerlərinin sərhədlərindən ən azı 5 metr olan üfüqi məsafədə yerləşməlidir. 

12)  1-ci  sinif  yüklərin  saxlanılmasında  və  yüklənməsində  partlayış  işlərində 

təhlükəsizliyin vahid qaydalarının tələblərinə əməl edilməlidir. 

13) Limanın  ərazisində  və  akvatoriyasında 1-ci  sinif  yük  qablarının  təmirinə  və  onların 

yenidən qablaşdırılmasına yol verilmir. 

  


13.2.2. 2-ci sinif yüklər 

2-ci sinif təhlükəli yüklər 4 yarımsinifə bölünür: 

2.1 yarımsinifi — alışmayan və zəhərli olmayan qazlar; 

2.2 yarımsinifi — zəhərli qazlar; 

2.3 yarımsinifi — alışan (yanan) qazlar; 

2.4 yarımsinifi — alışan zəhərli qazlar. 

1) 2.1 və 2.3 yarımsinifi qazların saxlanılması üçün istifadə olunan, ümumi təyinatlı üstü 

bağlı anbarlar yüngül örtüklü olmalıdır və üfürmə-sorma sisteminə malik olan ventilyasiya 

ilə təchiz olunmalıdırlar. 

2.3  yarımsinif  yüklər  saxlanılan  anbarların  elektrik  avadanlığı  partlayışdan  mühafizə 

tələblərinə  cavab  verməlidir  və  onların  ventilyasiya  sistemi  alovu  dayandıran  armaturla 

təchiz olunmalıdır. 

Anbarların  arakəsmələri  və  örtükləri,  yanğına  davamlılığı  II  dərəcədən  aşağı  olmayan, 

yanmayan materiallardan düzəldilməlidir. 

Yay  vaxtlarında  tutumların  günəş  şüalarından  qızmasının  qarşısını  almaq  üçün 

anbarların pəncərələri pərdələrlə (jalüzlərlə) örtülməlidir. 

2.3  yarımsinifinə  aid  olan  qazlar  saxlanılan  anbarların  döşəmələri,  onlara  hər  hansı 

əşyanın dəyməsi zamanı qığılcımın törənməsini istisna edən materiallardan düzəldilməlidir. 

2) Bağlı tək anbarda və yaxud bir-birindən yanğına qarşı arakəsmələrlə ayrılmış bölmədə 

2.2—2.4  yarımsinifinə  aid  olan  qazlarla  doldurulmuş  500-dən  artıq  konteyner,  eləcə  də  2.1 

yarımsinifə aid olan qazla doldurulmuş 1000-dən artıq konteyner yerləşdirilməməlidir. 

Anbarda olan konteynerlərin ümumi sayı 3000 ədəddən (konteynerin hər birinin 40 litr 

həcmində olmasını hesaba almaqla) çox olmamalıdır. 

Açıq və üstü talvarlı anbarlarda, qazla dolu konteynerlər və tutumlar, sayı 50-dən artıq 

olmayan qruplar şəklində saxlanılmalıdır. 

3) 2-ci sinif yüklər saxlanılan anbarlarla digər anbarların arasındakı məsafə: 

a) 50 ədədədək konteyner saxlanıldıqda — 10 metr; 

b) 51-dən — 500 ədədədək konteyner saxlanıldıqda — 20 metr; 

c) 501-dən — 1500 ədədədək konteyner saxlanıldıqda — 25 metr; 

ç) 1500 ədəddən çox konteyner saxlanıldıqda — 30 metrdən az olmamalıdır. 

2-ci  sinif  yük  olan  anbarlarla  3—5-ci  sinif  yüklərin  anbarları  arasındakı  məsafə  50 

metrdən az olmamalıdır. 

2-ci  sinif  yüklər  yığılmış  anbarlarla  yaşayış  və  xidməti  binalar  arasındakı  məsafə  100 

metrdən az olmamalıdır. 

4) Qazla doldurulmuş konteynerlər şaquli və üfüqi vəziyyətdə saxlanıla bilər. 

Soyudulmuş  maye  qazla  doldurulmuş  konteynerlər  bir  yarusda,  şaquli  vəziyyətdə 

saxlanılmalıdır. 

5)  Başmaqları  olan  konteynerlər  şaquli  vəziyyətdə  saxlanıla  bilər.  Konteynerlər  xüsusi 

təchiz olunmuş yuvalarda və qəfəslərdə qoyulmalı və etibarlı bərkidilməlidir. 

6)  Başmaqları  olmayan  konteynerlər  yuvacıqları  olan  taxta  çərçivələrdə  və  stellajlarda 

üfüqi vəziyyətdə saxlanılmalıdır. 

Açıq  və  üstü  talvarlı  anbarlarda  saxlanılan  başmaqlı  konteynerlər  üst-üstə  yığılarkən, 

kəndir, taxta və ya rezindən aralıqlar qoyulmalıdır. 

Konteynerlər  qalağa  yığılarkən  onların  ventilləri  eyni  tərəfə  yönəldilməlidir.  Qalağın 

hündürlüyü 1,5 metrdən artıq olmamalıdır. 

7) 2-ci sinif yüklər anbarlarda olan qızdırıcı cihazlardan və digər istilik mənbələrindən ən 

azı 1 metr məsafədə yerləşdirilməlidir. 


8)  Konteyner-sisternlərdə  və  ixtisaslaşdırılmış  konteynerlərdə  (konteyner-çəlləklərdə) 

olan  2.2  və  2.4  yarımsinifinə  aid  olan  maye  qazlarla  gəmilərə  yükləmə-boşaltma 

əməliyyatları birbaşa həyata keçirilməlidir. 

Konteyner-sisternlərdə  olan  2.1  və  2.3  yarımsinifinə  aid  olan  maye  qazlar  açıq 

anbarlarda, 

ikinci 


yarusdan 

yüksək 


olmayaraq, 

qalağın 


yuxarı 

yaruslarında 

yerləşdirilməlidir. 

9)  Qazla  doldurulmuş  konteynerlər  avtomaşınlarla  və  avtoyükləyicilərlə  daşınarkən, 

ventilləri eyni tərəfə yönəldilməklə, üfüqi vəziyyətdə olmalıdır. 

Konteynerlər yuvacıqları olan taxta aralıqlar üzərində yığılmalı və yaxud rezin halqalarla 

təmin  olunmaqla  etibarlı  bağlanmalıdır.  Konteynerlərin  üç  yarusdan  artıq  yığılmasına  yol 

verilmir. 

10)  Konteynerlərin  ventillərinin  tıxaclarla  təmin  olunmaları  və  qoruyucu  qapaqlarla 

mühafizə olunmaları tələb olunur. 

11)  Tutumların,  konteynerlərin,  konteyner-sisternlərin,  konteyner  çəlləklərin  və  onların 

armaturlarının limanın ərazisində və akvatoriyasında təmir olunmasına yol verilmir.



 [19]

 

12)  2-ci  sinif  yüklərin  limanlarda  saxlanılması  və  yüklənməsi  zamanı  təzyiq  altında 



işləyən  tutumların  qurulması  və  istismarı,  texniki  təhlükəsizlik  qaydalarının  tələblərinə 

uyğun olaraq yerinə yetirilməlidir. 

13)  2.2  və  2.4-cü  yarımsinifinə  aid  olan  yüklərin  yüklənməsində,  eləcə  də  bu  yüklər 

saxlanılan  anbarlarda  işləyənlər  fərdi  mühafizə  vasitələri  ilə  təmin  olunmalıdır,  nəfəs 

orqanlarını qoruyan fərdi mühafizə vasitələri isə istifadəyə hazır vəziyyətdə olmalıdır. 

  

13.2.3. 3-cü sinif yüklər — tezalışan mayelər (TAM) 

3-cü sinif təhlükəli yüklər üç yarımsinifə bölünür: 

a) 3.1 yarımsinifi — alışma temperaturu 18

0

C-dən aşağı olan TAM



b) 3.2 yarımsinifi — alışma temperaturu 61

0

C-dən aşağı olmayan TAM; 



c) 3.3 yarımsinifi — alışma temperaturu 23

0

C-dən az, lakin 61



0

C-dən çox olmayan TAM. 

1) Tezalışan mayelərin (TAM) saxlanılması üçün istifadə olunan, ümumi təyinatlı örtülü 

anbarlar  2-ci  dərəcəli  odadavamlıqdan  az  olmamalıdır  və  hava  vurma-sorma  ventilyasiya 

sistemi ilə təchiz olunmalıdır. 

Ventilyasiya  sistemi  alovboğucu  artmaturla  təchiz  olunmalıdır.  Anbarların  elektrik 

avadanlıqları partlayışdan mühafizə tələblərinə cavab verməlidir. 

3.1  və  3.2  yarımsinif  yüklər  saxlanılan  anbarların  döşəmələri,  hər  hansı  bir  əşyanın 

dəyməsindən, qığılcım törəməsini istisna edən materiallardan hazırlanmalıdır. 

2)  Örtülü  anbarın,  digər  bölmələrindən  yanğın  əleyhinə  arakəsmələrlə  ayrılmış 

bölməsində,  200  kub.metrdən  artıq  olmayan  TAM  saxlanılmamalıdır  və  anbarın  bütöv 

binasında saxlanılan TAM miqdarı isə 200 kub.metrdən çox olmamalıdır. 

3)  TAM  üçün  örtülü  anbar  olmadıqda,  onlar  açıq  və  talvarlı  anbarlarda  aşağıda 

göstərilən miqdardan artıq olmayaraq saxlanıla bilər: 

a)  3.1  və  3.2  yarımsinifindən  olan  TAM  (bir  vaqon  partiyası)  limanda  500  kub.metrdən 

artıq olması istisna edilməklə bir anbarda

b)  3.3  sinifatlı  TAM  bir  anbarda  500  kub.metrdən  artıq  olmamaq  şərti  ilə  qalaqların 

ölçüləri aşağıda göstərilənlərdən artıq olmamalıdır: 

a) qalağın uzunluğu — 25 metr, eni — 15 metr; 

b) qalaqlararası məsafə 15 metrdən az olmamalıdır. 

Açıq və talvarlı anbarların döşəmələri yanmayan materialdan olmalıdır. 


4) Açıq anbarlarda ümumi həcmi 100 kub.metrdən artıq olmayaraq 3.1 və 3.2 yarımsinif, 

500  kub.metrdən  artıq  olmayaraq  isə  3.3  yarımsinifindən  olan  yüklər  konteynerlərdə  (o 

cümlədən konteyner-sisternlərdə) saxlanıla bilər. 

5)  TAM-lar  yüklənərkən  körpüdə  və  yükləmə-boşaltma  meydançalarında  eyni  vaxtda 

ikidən artıq olmayaraq TAM-la olan vaqon partiyası, giriş dəmir yollarında isə ikidən artıq 

vaqon olmamalıdır. 

  

13.2.4. 4-cü sinif yüklər 

4-cü sinif təhlükəli yüklər üç yarımsinifə bölünürlər: 

4.1-ci yarımsinif: 

a)  zəif  enerji  mənbəyindən  (kibrit  alovu,  qığılcım,  közərən  siqaret  və  başqaları)  qısa 

vaxtda (30 saniyəyə qədər) alışma qabiliyyətinə malik olan, tezalışan bərk maddələr; 

b)  parçalanma  temperaturu  65

0

C-dən  yuxarı  olmayan,  yəni  havasız  ekzotermik 



parçalanmaya meyilli olan, özüparçalanan maddələr

c)  su,  spirt  və  yaxud  başqa  fleqmatizatorla  nəmlənmiş  partlayıcı  və  pirofor  (havada 

tezalışan) maddələr; 

ç) sürtünmədən alışan bərk maddələr və məmulatlar. 

4.2-ci yarımsinif: 

a) pirofor, yəni havada tezalışan maddələr; 

b) alışanadək öz-özünə qızışma qabiliyyətinə malik olan digər maddələr və materiallar. 

4.3-cü yarımsinif: 

20±5

0

C temperaturda,  su  ilə  qarşılıqlı  əlaqədə  olarkən,  saatda  1  litr (kq)  alışan  qaz  ifraz 



edən maddələr. 

1)  4.1  və  4.2  yarımsinifindən  olan  yüklərin  saxlanılması  üçün  istifadə  olunan  ümumi 

təyinatlı  örtülü  anbarların  odadavamlılığı  III  dərəcədən,  4.3  yarımsinifindən  olan  yüklər 

üçün II dərəcədən, qələvi metallar üçün isə I dərəcədən aşağı olmamalıdır. 

4.3 yarımsinif yüklər saxlanılan anbarlar və yaxud bölmələr, alovadavamlı armaturlarla 

təmin  olunmuş,  sorma-üfürmə  sisteminə  malik  olan  ventilyasiya  qurğuları  ilə  təchiz 

olunmalıdırlar.  Anbarların  (bölmələrin)  elektrik  avadanlıqları  partlayışdan  mühafizə 

tələblərinə  cavab  verməlidir.  Anbarların  bölmələrindən  keçən  su  kəmərləri  bağlanmalı, 

kimyəvi və köpüklü odsöndürənlər anbarlardan çıxarılmalıdır. 

2)  Lifli  yüklərin  (pambıq,  cut  və  s.)  saxlanılması  üçün  istifadə  olunan  örtülü  və  talvarlı 

anbarların  yanğınaqarşı  arakəsmələri  arasında  olan  döşəmənin  sahəsi  odadözümlülük 

dərəcəsindən asılı olaraq: 

a) I və II odadözümlülük dərəcəsinə malik olan örtülü anbarlarda — 1800 kv.metr; 

b)  III  odadözümlülük  dərəcəsinə  malik  olan  örtülü  anbarlarda  və  II  odadözümlülük 

dərəcəsinə malik olan qalaqlama anbarlarında  1200 kv.metr; 

c)  IV  odadözümlülük  dərəcəsinə  malik  olan  talvarlı  anbarlarda  900  kv.metrdən  artıq 

olmamalıdır. 

3)  4.1  yarımsinifinə  aid olan  lifli  yüklər  anbarlarda,  hər  birinin  kütləsi  300  tondan  artıq 

olmayan  partiya  ilə  qalaqda  yerləşdirilməlidir.  Örtülü  anbarlarda  yerləşdirilən  qalaqlar 

arasında keçidin eni ən azı 2 metr olmalıdır. 

Açıq və talvarlı anbarlarda olan qalaqlar arasındakı məsafə 10 metrdən az olmamalıdır. 

4)  4.1  və  4.2  yarımsiniflərə  aid  lifli  yüklərlə  doldurulmuş  açıq  və  talvarlı  anbarların 

binalara  və  tikililərə  qədər  olan  yanğın  əleyhinə  aralığı  13.2  cədvəlində  müəyyən  edilən 

kəmiyyətdən az olmamalıdır. 



 

 


 

  

5)  4-cü  sinif  yüklər  örtülü  anbarlarda  qızdırıcı  cihazlarından  və  digər  istilik 



mənbələrindən 1 metrdən az olmayan məsafədə yerləşdirilməlidir. 

6) 4.2 və 4.3 yarımsiniflərə aid olan yüklər anbarlarda hər birinin kütləsi 20 tondan çox 

olmayan  partiyalarla  qalaqda  yerləşdirilməlidir.  Qalaqlar  arasındakı  keçidlər  (aralıqlar)  2 

metrdən az olmamalıdır. 

7)  4.3  yarımsinifinə  aid  olan  yüklər  saxlanılan  anbarların  döşəməsinin  səviyyəsi  giriş 

yollarının səviyyəsindən yuxarı olmalıdır. 

8)  Qələvi  metallar  anbarlarda,  hündürlüyü  0,2  metrdən  az  olmayan  stellajlarda 

yığılmalıdır. Stellajlar arasındakı məsafə 1 metrdən az olmamalıdır. 

9)  Lifli  yüklər  saxlanılan  açıq  anbarların  işıqlandırma  cihazları,  onlar  quraşdırılan 

dayaqların  hündürlüyündən  1,5  dəfə  çox  olan,  lakin  17  metrdən  az  olmayan  məsafədə 

yerləşdirilməlidir. 

10)  4.1  və  4.2  yarımsinifinə  aid  olan  lifli  yüklərin  saxlanılması  zamanı  onların 

temperaturu hər gün yoxlanılmalıdır. 

Yüklərdə  özüqızma  halları  baş  verdikdə,  qalaqların  dağıdılması  yolu  ilə  onların 

soyudulması üçün ölçü götürülməlidir. 

Özüqızma  xüsusiyyətlərinə  malik  olan  yüklər  gəmilərdən  boşaldılarkən,  bir  qayda 

olaraq, talvarlı anbarlarda kiçik qalaqlarda yığılmalıdır. 

Temperaturu  35

0

C-dən  yuxarı  olan  yüklər  örtülü  anbarlarda  saxlanılmaq  üçün  qəbul 



edilməməlidir, eləcə də dənizlə daşınması üçün limana gətirilməsinə yol verilməməlidir. 


Kataloq: docs -> pdf
pdf -> Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu
pdf -> Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və
pdf -> Dərman bitkilərinin və təbiət müalicə amillərinin təbii ehtiyatlarını qorumaq tədbirləri haqqında
pdf -> Health problems related to breeding
pdf -> Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında
pdf -> Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında
pdf -> “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri
pdf -> Damazlıq heyvandarlıq haqqında
pdf -> “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq olunması barədə
pdf -> Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi Qaydası

Yüklə 491,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə