Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında



Yüklə 491,68 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix28.04.2017
ölçüsü491,68 Kb.
1   2   3   4   5   6

  

13.2.5. 5-ci sinif yüklər 

5-ci sinif təhlükəli yüklərə aiddir: 

a) 5.1 yarımsinifinə aid olan yüklər—turşulaşdırıcı maddələr

b) 5.1 yarımsinifinə aid olan yüklər—üzvi peroksidlər. 

1) 5-ci sinif yüklərin saxlanılması üçün istifadə olunan, ümumi təyinatlı örtülü anbarların 

və  yaxud  başqalarından  yanğınaqarşı  arakəsmələrlə  (ayrılan)  izolyasiya  edilən  anbar 

bölmələrinin odadavamlılığı II dərəcədən aşağı olmamalıdır. 

Anbarlarda havanın dəyişdirilməsi (ventilyasiya edilməsi) təmin olunmalıdır. 

2)  5.1-ci  sinifə  aid  olan  ammonium-nitrat  gübrələri,  kütləsi  700  tondan  artıq  olmayan 

qalaqlarda  yerləşdirilməlidir.  Qalaqların  sərhədi  divarlardan  ən  azı  1  metr,  qızdırıcı 

cihazlardan və digər istilik mənbələrindən isə ən azı 2 metr məsafədə keçməlidir. 

3)  5-ci  sinif  yüklər  yanan  maddələrlə  və  materiallarla  bir  yerdə  saxlanılmamalıdır, 

onların qablaşdırılmasında  istifadə  olunan  ara  qatı  materialları isə  yanmayan  olmalıdır.  Bu 

məqsəd üçün taxta materialdan istifadə olunursa, o quru və təmiz olmalıdır. 



  

13.2.6. 6-cı sinif yüklər 

6-cı sinif təhlükəli yüklərə aşağıdakılar aiddir: 

a) 6.1 yarımsinifinə aid olan yüklər — zəhərli maddələr; 

b) 6.2 yarımsinifinə aid olan yüklər — yoluxucu maddələr; 

1)  6.1  yarımsinifinə  aid olan  yüklərin  saxlanılması  və  yüklənməsi  müvafiq  təlimat  üzrə 

aparılmalıdır. 

2) 6.1 yarımsinifinə aid olan yüklərin saxlanılması üçün istifadə olunan ümumi təyinatlı 

örtülü  anbarların  II  dərəcədən  az  olmayan  odadavamlı  və  sorma-üfürmə  ventilyasiyası 

olmalıdır. 

3) 6.1 yarımsinifinə aid olan qablarda ədədi və paketlənmiş yüklərin açıq anbarlarda və 

anbar-talvarlarda saxlanılmasına yol verilmir. 

4)  Konteyner-sisternlərdə  olan,  yüksək  təhlükə  dərəcəli  yüklər  istisna  olmaqla, 

konteynerlərdə  6.1  yarımsinifinə  aid  olan  yüklər,  eləcə  də  güclü  təsirə  malik  olan  zəhərli 

maddələr,  istehsalat  və  yaşayış  binalarından  50  metrdən  az  olmayan  məsafəyə 

uzaqlaşdırılmış açıq anbarlarda saxlanıla bilər. 

5) Yüksək təsirə malik olan zəhərli maddələr saxlanılan anbarlar qorunmalıdır. Yükləmə-

boşaltma yerlərində buraxılış rejimi müəyyən olunmalıdır. 

6)  6.1  yarımsinif  yüklərin  bağlamalarının  körpülərdə  və  yükləmə-boşaltma  sahələrində 

təmirinə və yenidən qablaşdırılmasına yol verilmir. 

Bağlamaların təmirinə, eləcə də 6.1 yarımsinifə aid olan bərk maddələrin və zəif təhlükə 

dərəcəli  məhlulların  yenidən  qablaşdırılmasına Fövqəladə  Hallar  Nazirliyinin  və  Dövlət 

Sanitar Nəzarəti orqanları ilə razılaşdırılmış və onların nümayəndəsinin iştirakı ilə ayrılmış 

xüsusi yerlərdə icazə verilir. 

  

13.2.7. 7-ci sinif yüklər (radioaktiv materiallar) 

1) Müstəsna şəraitdə daşınan, III nəqliyyat kateqoriyalı, radiasiya təhlükəli bağlamaların 

ümumi təyinatlı anbarlarda saxlanılmasına yol verilmir. 

III nəqliyyat kateqoriyalı radiasiya təhlükəli bağlamaların yalnız ümumi təyinatlı anbarın 

xüsusi bölməsində saxlanılmasına icazə verilir. 

I  və  II  nəqliyyat  kateqoriyalı  radiasiya  təhlükəli  bağlamalar  ümumi  təyinatlı  anbarda 

saxlanmaq  üçün  qəbul  edilir  və  xidmət  otağından  (idarə,  istirahət  otağından  və  s.) 

maksimum uzaqlaşdırılmış bölmədə yerləşdirilir. 

2) Anbarda  7-ci sinif  yüklərin  yerləşdirilməsi  DTYD  BM-nin  1-ci  cildinin  1-ci hissəsinin 

0105-ci səhifəsinin 7-ci qrafasında verilmiş tələblərə uyğun aparılmalıdır. 

3) Bir qalaqda olan radiasiya təhlükəli bağlamanın nəqliyyat indeksinin cəmi 50-dən çox 

olmamalıdır. 

4)  Yalnız  «müstəsna  istifadə»  şərti  ilə  daşınan  bağlama  saxlanılarkən,  şüalanma 

dozasının gücü anbarın xarici səthində 200 mber/s-dən çox, onlardan 2 metr məsafədə isə 10 

mber/s-dən artıq olmamalıdır. Dozanın gücünə mütləq nəzarət edən adamların daimi və ya 

müvəqqəti olduğu yerlərdə şüalanma dozasının gücü 0,75 mber/s-dən çox olmamalıdır. 

5)  Limanın  yükləmə-boşaltma  istehsalat  kompleksinə  aid  olmayan  yaxınlıqdakı 

binalarda  və  ərazidə  olan  şüalanma  bu  yerə  məxsus  olan  fonddan  0,01  mber/s-dən  artıq 

olmamalıdır. 

6)  Radioaktiv  materialların  saxlanılması  üçün  nəzərdə  tutulan  anbarlar  yanğının  aşkar 

edilməsi və söndürülməsi üzrə avtomatik sistemlərlə təchiz olunmalıdır. 

7) Radiasiya nəzarəti aşağıda göstərilən qaydada həyata keçirilməlidir: 

a) yükgöndərən tərəfindən — 7-ci sinif yükləri yükləməyə hazırlayarkən; 


b) yükalan tərəfindən boşaldılarkən və qəbul edilərkən. 

Fövqəladə  Hallar  Nazirliyinin  müvafiq  müfəttişliyi və  Dövlət  Sanitariya  Nəzarəti 

orqanları müəyyən olunmuş qaydada radiasiya təhlükəsizliyi normalarının tələblərinə əməl 

olunmasına nəzarəti həyata keçirməlidir.

[20]

 

  



13.2.8. 8-ci sinif yüklər 

8-ci sinif təhlükəli yüklər üç yarımsinifə bölünür: 

a)  8.1,  8.2  yarımsinifləri  —  aşındırıcı  və  (yaxud)  korroziyaedici  maddələr,  turşu 

xüsusiyyətlərinə  və  canlı  toxumaya  krotizə  təsirinə  malik  olmayan  və  (və  ya)  metallara 

korroziya təsiri göstərən

b) 8.3 yarımsinifi — 8.1 və yaxud 8.2 yarımsinifinə aid olmayan, canlı toxumaya krotizə 

təsirinə malik olmayan və (və ya) metalı korroziya edən maddələr. 

1)  8-ci  sinif  yüklərin  saxlanılması  üçün  istifadə  olunan  ümumi  təyinatlı  örtülü  anbarlar 

ventilyasiya edilməli və onların odadavamlılığı III dərəcədən aşağı olmamalıdır. Tüstülənən 

turşuları saxlamaq üçün anbarların (bölmələrin), otaqların hərtərəfli hava cərəyanının təmin 

edilməsi üçün, binanın əks tərəflərində yerləşən iki çıxış olmalıdır. 

2)  Anbarların,  o  cümlədən  açıq  və  talvar  anbarların  döşəmə  örtüyü,  turşulara  və 

qələvilərə davamlı, yanmayan materialdan düzəldilməlidir. 

3) Şüşə, keramik və ya farfor tutumlar daxil olmaqla kombinasiya edilmiş qablaşdırmada 

olan təhlükəli yüklər stellajlara və ya aralarında keçid 1 metrdən az olmamaqla, 100 ədəddən 

artıq olmayan qrupla aralıq qatı ilə döşəməyə yığılır. 

4) Maye turşular saxlanıldığı zaman, qablaşmanın kipliyi pozulduğu halda, onların taxta 

və digər tez yanan materiallarla əlaqəsi olmamalıdır. 

  

13.2.9. 9-cu sinif yüklər 

1)  Su  ilə  qarşılıqlı  əlaqə  zamanı,  alışan  qaz  ifraz  edən,  yanan  məhlulların  və  yüklərin 

saxlanılması  üçün  istifadə  olunan  ümumi  təyinatlı  örtülü  anbarlar  ventilyasiya  edilməli  və 

onların odadavamlılığı II dərəcədən aşağı olmamalıdır. 

9-cu  sinifə  aid  olan  digər  yüklərin  saxlanılması  üçün  nəzərdə  tutulan  örtülü  anbarların 

odadavamlılığı IV dərəcədən aşağı olmamalıdır. 

2)  Örtülü  anbarların  bir  bölməsində  1000  kub.metrdən  artıq,  bütövlükdə  anbarda  isə 

6000 kub.metrdən çox olmamaq şərti ilə yanan məhlulların saxlanılmasına yol verilir. 

3)  Açıq  anbarlarda  və  ya  talvarlı  anbarda  altı  qalaqdan  çox  olmamaq  şərti  ilə  yanan 

məhlullar ilə doldurulmuş qabların saxlanılmasına yol verilir. Qalağın uzunluğu 25 metrdən, 

eni 15 metrdən artıq, qalaqlararası məsafələr (ayrılmalar) isə 5 metrdən az olmamalıdır. 

  

13.3. Təhlükəli yüklərin konteynerlərdə və nəqliyyat vasitələrində yerləşdirilməsi  

13.3.1.  Konteynerlər  və  nəqliyyat  vasitələri  (NV)  yüklənmədən  əvvəl  daşınan  yüklərin 

qalığından təmizlənməli, lazım gələn hallarda isə yuyulmalı və qurudulmalıdır. 

13.3.2.  Konteynerə  və  NV-yə  zədələnmiş  (içərisində  olan  mayenin  axması  izləri  olan) 

bağlamalarda yüklərin yığılmasına yol verilmir. 

13.3.3. Yağış, qar, buz altında və ya şaxtada olan təhlükəli yük bağlamaları konteynerə və 

ya NV-yə yüklənməzdən əvvəl təmizlənməli və qurudulmalıdır. 

13.3.4.  Eyni  uyğunluq  qrupuna  aid  olmayan  təhlükəli  yüklərin,  eləcə  də  hər  hansı 

təhlükəli yükün, radioaktiv materiallarla, ərzaqla, çörək məmulatları ilə, parfümer-kosmetik 

yüklərin  isə  paltarla  və  ev  məişət  əşyaları  ilə  birlikdə  bir  konteynerə  və  ya  NV-yə 

yığılmasına yol verilmir. 



13.3.5.  İstifadə  olunan  ayırıcı,  aralıq  və  bərkidici  materiallar,  konteynerə  və  ya  NV-yə 

yüklənən yüklərlə təhlükəli reaksiyaya girən materialdan olmamalıdır. 

13.3.6.  2.3  və  2.4  yarımsinif  yüklər,  eləcə  də  karbon-sulfidli  bağlamalar  bir-birindən, 

konteynerin  və  ya  NV-in  metal  hissələrindən  ayrılmalıdır.  Ayırıcı  material  qığılcım 

yaratmamalıdır. 

13.3.7.  Təhlükəli  yük  bağlamaları  konteynerin  və  NV-nin  döşəməsinin  bütün  sahəsində 

kip  və  bərabər  səviyyədə  yığılmalıdır  və  daxildə  elə  etibarlı  bərkidilməlidir  ki,  yükləmə 

əməliyyatı zamanı, eləcə də dəniz daşınması şəraitində tərpənməsin. 

13.3.8.  Konteynerlərin  və  NV-nin  qapılarının  yaxınlığına  yığılan  bağlamalar  elə 

bərkidilməlidir  ki,  qapı  açılanda  onlar  düşməsin.  Qapının  yanında  yerləşdirilmiş  yüklərin 

nişanları aydın görünməlidir. 

13.3.9.  Konteynerə  və  ya  NV-yə  təhlükəli  və  təhlükəsiz  yüklərin  yüklənməsi  zamanı, 

təhlükəli yük elə yığılmalıdır ki, konteynerin və NV-nin qapısı tərəfdən ona yol olsun. 

13.3.10. Əgər konteynerdə və ya NV-də yükləmə əməliyyatının və daşınmanın gedişində 

bağlamaların  bərkidilməsinin  etibarlılığını  təmin  edən  xüsusi  stellajlar  nəzərdə 

tutulmayıbsa,  toxunma  zənbillərə  yığılmış  böyük  butulkalarda  olan  təhlükəli  yüklərin  və 

sınan qablarda (şüşə,  keramik)  olan  8-ci  sinif  yüklərin  yalnız  bir  yarusda  yığılmasına  icazə 

verilir. 

13.3.11. Təhlükəli yüklər dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində bərkidildikdə 

və  yığıldıqda,  bu  Qaydaların  müddəaları  ilə  birlikdə  müvafiq  nəqliyyat  vasitələri  üzrə 

qüvvədə olan qaydaların tələbləri də yerinə yetirilməlidir. 

13.3.12.  Konteyner-sisternlərin,  avtosisternlərin  və  vaqon-sisternlərin  doldurulma 

dərəcəsi,  DTYDBM-in  1-ci  cildinin  1-ci  hissəsinin  0105-ci  səhifəsinin  7-ci  sütununda 

göstərilənlərdən artıq olmamalıdır. 

13.3.13.  Təhlükəli  yüklərin  konteynerlərdə  və  NV-də  düzgün  yığılmadığı  və 

bərkidilmədiyi səbəbdən baş verən hadisələrə görə cavadehliyi yükgöndərən və ya yükləmə 

işləri aparan liman daşıyır. 

  

13.4. Təhlükəli yüklərin yükləmə-boşaltma işlərinin təşkili  

13.4.1.  Təhlükəli  yüklər  gəmiyə,  bir  qayda  olaraq,  digər  yüklərdən  sonra  yüklənir, 

boşaldıldıqda isə birinci boşaldılır. 

1-ci  sinif  təhlükəli  yüklər  və  digər  sinif  ayrı  yüklər  qalan  bütün  yüklərdən  sonra 

yüklənir, boşaldıqda isə birinci boşaldılır. 

Təhlükəli  yüklərin  daşınması  zamanı  gəminin  yenidən  yüklənməsi  hallarında 

aşağıdakılar nəzərə alınmalıdır: 

a)  təhlükəli  yüklər  elə  yüklənib  yerləşdirilməlidir  ki,  yenidən  yükləmə  zamanı  və  ya 

yenidən yüklənmiş əşyaları boşaltdıqda, təhlükəli yüklərin yerdəyişməsi lazım gəlməsin; 

b)  təhlükəli  yüklərin  bağlanması  və  bərkidilməsi,  təchizatları,  onların  tam  daşınması 

dövründə tərpənməz və saz qalmalıdır. 

13.4.2.  Təhlükəli  yüklər,  yükləyib-boşaltmazdan  əvvəl  nəqliyyat  orqanlarının 

nümayəndəsi və yükləmə-boşaltma işlərinin rəhbəri partlayış, yanğın və ya digər hadisə baş 

verdikdə,  vaqonların,  avtomaşınların  və  gəminin  cəld  geri  çəkilməsi  imkanının  mümkün 

olması üçün əmlakın yerlərinin dəyişdirilmə qaydasını nəzərdə tutmağa borcludurlar. 

13.4.3. Limana boşaldılmaq  üçün  gələn  təhlükəli  yüklü  vaqonları  açmazdan  əvvəl liman 



idarəsinin və  dəmir  yolunun  nümayəndələri  birlikdə  onların  kuzovunun,  qapılarının, 

lyuklarının,  kilidlərinin  və  möhürlərinin  sazlığını  müəyyən  etmək  məqsədi  ilə  baxış 

keçirməlidirlər.

 [21]

 


13.4.4. Kordonyanı və arxa yollara boşaltmaq üçün o qədər yüklü vaqon verilməlidir ki, 

onlar  eyni  vaxtda  boşaldıla  bilsin.  Təhlükəli  yüklə  olan  vaqonların  növbəti  partiyası 

yükləmə-boşaltma  yollarına  yalnız  bütün  əvvəlki  vaqonların  boşaldılması  qurtardıqdan 

sonra verilə bilər. Bilavasitə boşaltma və arxa yollarda dayanan növbəti vaqon və ya vaqon 

partiyasının  yüklənməsinə  yalnız  təhlükəli  yüklə  yüklənmiş  vaqonu  və  vaqon  partiyasını 

götürdükdən sonra başlamaq olar. 

13.4.5.  Lokomotivlərin  manevri  xüsusi  ehtiyatla,  təkansız  və  qəfildən  saxlamamaqla 

aparılmalıdır.  Onların  hərəkət  sürəti  saatda  10  km-dən  artıq  olmamalıdır.  Təhlükəli  yüklü 

vaqonların  əl  ilə  hərəkətə  gətirilməsinə,  yalnız  yükləmə-boşaltma  platformasının  və  ya 

anbarın uzunluğu hüdudunda, yükləmə-boşaltmaya cavabdeh şəxsin nəzarəti altında icazə 

verilir. 

13.4.6.  Təhlükəli  yüklə  yüklənmiş  maşınların liman  ərazisində hərəkət  qaydası  və 

bilavasitə  onların  yükləmə-boşaltma  yerində  dayanması, liman  idarəsi  tərəfindən,  təhlükəli 

yükün  növündən  asılı  olaraq  tənzimlənir.  Yükləmə  və  boşaltma  zamanı  gözləyən 

avtonəqliyyat hətta qısa vaxtda belə sürücü tərəfindən nəzarətsiz qala bilməz.

 [22]

 

13.4.7. Qatarın yanında adamların və böyük partiyada yükün yığılmasına, eləcə də kənar 



şəxslərin təhlükəli yüklərin yükləmə-boşaltma yerinə buraxılmasına yol verilmir. 

13.4.8.  Şimşək  çaxan  vaxtı  yanğın  təhlükəli  yüklərlə  yükləmə-boşaltma  işlərinin 

aparılmasına yol verilmir. 

  

13.5. Yükləmə avadanlığına olan tələblər 

  

13.5.1.  Təhlükəli  yüklərin  yüklənməsində  və  daşınmasında  istifadə  olunan  yükləmə 



vasitələri  texniki  cəhətdən  tam  saz  olmalı  və  yanğından  mühafizə  tələblərinə  cavab 

verməlidir. 

Kranların, 

onların 


qollarının 

və 


mancanaqlarının 

yükqaldırma 

qabiliyyəti Fövqəladə  Hallar  Nazirliyinin  qaldırıcı  qurğulara  nəzarət  edən  müfəttişliyi 

tərəfindən müvafiq sənədlərlə təsdiqlənməlidir. 

13.5.2.  Yükqaldırıcı  maşınların  yük  qaldıran  mancanağı,  qollu  kranlarda  isə  qolun 

qaldırma mancanağı iki tormozla təchiz olunmalıdır. Belə  yükqaldırıcı maşınlarla yüklənən 

yükün  ağırlığı  texniki  təhlükəsizlik  üzrə  sənədlərdə  nəzərdə  tutulmuş  normalardan  artıq 

olmamalıdır.  Yükqaldırıcının  mancanağında  bir  tormoz  olduqda,  qollu  kranlarda  qolun 

yükqaldırma  mancanağı  üçün  müəyyən  edilmiş  yükqaldırma  qabiliyyəti  75  faizdən  artıq 

olmamalıdır. 

13.5.3.  Qaz  generatorlu  avtomaşınların  təhlükəli  yüklərin  aparılıb-gətirilməsi  üçün 

istifadə edilməsinə yol verilmir. 

Maye  yanacaqla  işləyən  avtomaşınlar  və  avtoyükləyicilər  odsöndürənlərlə  təmin 

olunmalıdır. 

1,  3,  4-cü  sinif,  2.3,  2.4  yarımsiniflərə  aid  olan  təhlükəli  yüklərlə,  partlayış  təhlükəli 

tezalışan  və  digər  siniflərə  aid  olan  yanan  yüklərlə  işləyən  avtoyükləyicilərin 

qığılcımsöndürənləri olmalıdır. 

Səsboğucularında  qığılcımsöndürənləri  olmayan,  şamları  ətrafında  qığılcım  yaranan, 

eləcə  də  benzin  bakının  və  benzin  nəql  edən  borularda  axıntısı,  bərkidilməmiş  hissələri  və 

digər  nasazlıqları  olan  avtomaşınlar  və  avtoyükləyicilər  təhlükəli  yüklərin  daşınmasına 

buraxılmır. 

13.5.4. 1, 3, 4-cü sinif və 2.3, 2.4 yarımsinif və digər partlayış təhlükəli, tezalışan və yanan 

yüklərin  başqa  sinifləri  ilə  işlədikdə,  təhlükəli  yüklərin  yüklənməsi  üçün  ayrılmış 


avtokranların  tüstü  borusunun  mütləq  etibarlı  qığılcımsöndürəni,  elektrik  kranlarının  isə 

etibarlı torpaqlama vasitəsi olmalıdır. 

13.5.5.  Teplovozlara  və  elektrovozlara  ümumi  normadan  başqa,  yanğından  mühafizə 

üçün əlavə avadanlıq verilmir. 

13.5.6.  Təhlükəli  yüklərin  yüklənməsi  üçün  elə  yükləmə-boşaltma  inventarı  istifadə 

olunmalıdır  ki,  onun  ölçüsü,  növü,  möhkəmliyi  və  materialının  keyfiyyəti  təhlükəsizlik 

texnikasının tələblərinə cavab versin. 

13.5.7.  Bütün  növlü  yükləmə  və  qaldırıcı  vasitələrin  (xərəklərin,  arabaların,  kirşələrin, 

rolqanqların,  transportyorların,  mancanaqların  və  s.)  yükün  düşməsinin  qarşısını  alan 

etibarlı çəpərləri olmalıdır. 

  

13.6. Yükləmə-boşaltma əməliyyatlarının əl ilə yerinə yetirilməsi  

13.6.1.  Təhlükəli  yüklərlə  yükləmə-boşaltma  əməliyyatları  əl  ilə  yerinə  yetirilən  zaman, 

məsələn,  yükün  gəminin  anbarına,  vaqona,  avtomaşına,  konteynerə,  altlıq  üzərinə  və  s. 

yığılması,  yükün  zədələnmədən  qorunması  və  iş  vaxtı  şəxsi  təhlükəsizlik  tələblərinə  ciddi 

əməl etmək şərti ilə böyük ehtiyatla yerinə yetirilməlidir. 

13.6.2. İşçilər yük yerlərindəki xəbərdaredici yazılarla tələb olunan şərtləri ciddi  şəkildə 

yerinə yetirməlidirlər. 

13.6.3.  Kisədə  olan  9-cu  sinif  yüklər  istisna  olmaqla,  təhlükəli  yükün  çiyindən  atılması, 

taranı zədələyə bilən qarmaqların istifadə olunması, yüklərin çevrilməsi və sürünməsi, eləcə 

də yük yerlərinin (qablarının) vurulması qəti qadağan olunur. 

13.6.4.  Təhlükəli  yüklə  doldurulmuş  çəlləklərin  yerinin  dəyişdirilməsinə,  yalnız  xüsusi 

quraşdırılmış altlıq, trap, döşəmə üzərində sürüşdürmək yolu ilə icazə verilir. 

13.6.5.  Tezalışan  mayelərlə,  turşularla,  qələvilərlə  və  başqa  təhlükəli  yüklərlə 

doldurulmuş  böyük  şüşə  qablar  xüsusi  arabalarda  daşınmalıdır.  Böyük  şüşə  qabların 

dəstəkli səbətdə daşınmasına, səbətin dəstəyinin və dibinin möhkəmliyini yoxladıqdan sonra 

icazə  verilir.  Göstərilmiş  yüklərlə  böyük  şüşə  qabların  kürəkdə,  çiyində  və  ya  qucaqda 

aparılmasına qəti yol verilmir. 

13.6.6. Turşuların, qələvilərin və başqa yeyici və zəhərli yüklərin boş qabları (taraları) ilə 

çox ehtiyatla rəftar olunmalıdır. 

13.6.7.  Buz  bağlama  vaxtı  işçilərin  sürüşməməsi  üçün  təhlükəli  yüklərin  yükləmə-

boşaltma yerlərinin ərazisinə mütləq qum səpilməlidir. 

13.6.8.  Təhlükəli  yüklərin  gəminin  anbarında  və  göyərtəsində  bərkidilməsi  ilə  əlaqədar 

olan işlər böyük ehtiyatla, qığılcım törətməyən alətlərin köməyi ilə (latın, mis, bürünc və s.) 

zərbə, təkan vurmadan və qaba hədsiz təzyiq göstərmədən aparılır. 

  

13.7. Yanğın təhlükəli yüklərlə yükləmə və boşaltma işləri  

13.7.1. Gəminin 20 t-dan artıq yanma təhlükəli yüklə yüklənməsi yalnız xüsusi ayrılmış 

körpülərdə aparılır. 

Yanğın  təhlükəli  yüklərlə  yükləmə-boşaltma  işləri  aparılarkən  zəruri  olan  əsas  tələblər 

yanğından  mühafizənin  təmin  edilməsidir.  Əsas  diqqət  yük  qablarının  zədələnməsinin, 

maddələrin  axmasının  və  dağılmasının,  qığılcam  və  alışma  mənbələrinin  yaranmasının 

qarşısının alınmasına yönəldilir. 

13.7.2.  Təhlükəli  yüklər  yüklənilərkən  və  boşaldılarkən,  avtomobillər  və  mexaniki 

arabacıqlar  iş  yerinə  bir-bir  yaxınlaşmalıdır.  Yüklənməni  gözləyən  və  yüklənmiş 

avtomobillər  və  mexaniki  arabacıqlar  gəmidən  kənarda,  yüklərin  saxlanması  və  yüklənib-

boşaldılması yerindən 25 metrdən az olmayaraq qoyulur. 


13.7.3.  Yanğın  təhlükəli  yüklərlə  olan  yük  yerləri  anbarın,  yarımvaqonun  döşəməsində 

bərabər yerləşdirilir və elə etibarlı bərkidilir ki, təkan və yırğalanma baş verdikdə yerlərini 

dəyişə bilməsin və yaxud bir-birilərinə, eləcə də gəminin və vaqonun divarlarına dəyməsin. 

  

13.8. Təhlükəli maddələrin zərərsizləşdirilməsi  

13.8.1. Çirklənmə və qəza nəticəsində yararsız hala düşmüş və yükalan tərəfindən qəbul 

edilməyən  təhlükəli  maddələr  zərərsizləşdirilir  və  (və  ya) limanın  ərazisindən  və 



akvatoriyasından kənarda xüsusi təyinatlı yerlərdə (məntəqələrdə) ləğv edilir (basdırılır).

 [23]

 

Təhlükəli  maddələrin  yenidən  qablaşdırılması  və  onların  emala  göndərilməsinə  qədər 



müvəqqəti saxlanması və neytrallaşdırılması limanda xüsusi yerlərdə həyata keçirilə bilər. 

13.8.2.  Təhlükəli  maddələrin  zərərsizləşdirilmə  metodları  yükgöndərən  və  yükalan 

tərəfindən hazırlanmış təlimatla təyin olunur. 

13.8.3. Təhlükəli maddələrin ləğv olunması (basdırılması) üzrə təlimatda aşağıdakılar öz 

əksini tapmalıdır: 

a)  bağlamaları  zədələnmiş  olan,  zərərsizləşdirilmiş  maddələrin  təhlükəliliyinin  təyin 

olunması və onların ləğv olunması və basdırılması yerlərinə nəql olunması qaydaları; 

b)  təhlükəli  maddələrin  yenidən  qablaşdırılması  və  müvəqqəti  saxlanılma  yerlərinə 

göndərilməsinin təşkili və nəql olunması qaydaları; 

c) dezinfeksiya edilmiş maddələrin ləğv edilməsi və (və ya) neytrallaşdırılması qaydaları; 

ç)  təhlükəli  maddələrin,  körpülərin,  anbarların,  nəqliyyat  vasitələrinin,  konteynerlərin, 

qabların və ya qurğuların dezinfeksiya edilmə və zərərsizləşdirmə üsulları; 

d)  təhlükəli  yüklərlə  işləyən  zaman  texniki  təhlükəsizlik  və  istehsalat  sanitariyası 

qaydaları; 

e) təhlükəli yüklərlə iş aparılarkən ətraf mühitin və obyektlərin çirklənməsinin qarşısının 

alınmasının təşkili və nəzarət qaydaları. 

13.8.4.  Təhlükəli  maddələrin  körpülərdə,  yükləmə-boşaltma  meydançalarında, 

anbarlarda,  eləcə  də  nəqliyyat  vasitələrində  və  konteynerlərdə  səpələnib  dağılması  və 

tökülməsi  vaxtı  onlar  qablara  yığılmalı  və  zərərsizləşdirmə  (basdırılma)  yerinə  daşınana 

qədər limanın ərazisində xüsusi ayrılmış yerdə yerləşdirilməlidir. 

13.8.5. Zərərli maddələrlə çirklənməsi, təhlükəli maddələrin səpələnməsi və ya tökülməsi 

yerləri, nəqliyyat vasitələri, yük vahidləri, qurğuları, inventarlar, qablar, qoruyucu qurğular 

və alətlər, sonda zərərsizləşdirməklə, mexaniki üsulla əsaslı surətdə təmizlənməlidir. 

13.8.6. maddələrin və ya onların birləşmələrinin səpilmə, dağılma və tökülmə yerlərinin 

zərərsizləşdirilməsi aşağıdakı tərkiblərlə aparılır: 

Civə və onun birləşmələri: 

a) Xlorlu dəmirin 20 faizli sulu məhlulu ilə

b) Xlor turşusu ilə turşulaşdırılmış kalium permanqanatın 10 faizli məhlulu ilə

c)  «Perequda»  pastası  ilə  (iki  çəki  hissəsi  5  faizli  xlor  turşusu,  bir  çəki  hissəsi  marqans 

oksidi); 

Sianlı birləşmələr: 

a)  Sulfat  dəmir  kuporosunun  iki  həcm  10  faizli  məhlulu  və  bir  həcm  10  faizli  sönmüş 

əhəng məhlulu ilə; 

b) Arsen və onun birləşməsi — mis kuporosunun 10 faizli məhlulu, sonra isə sodanın və 

ammonium sulfid turşusunun 2 faiz qarışıq məhlulu ilə; 

c)  Xlorpikrin  —  natrium  sulfid  turşusunun  10  faizli  su  ilə  qarışıq  məhlulu  və  5  faizli 

susuzlaşdırılmış 1:1 nisbətində soda məhlulu ilə; 


ç)  Karbamidlər  —  kalium  permanqanatın  xlor  turşusu  ilə  turşulaşdırılmış  1  faizli 

məhlulu ilə; 

d) Karbon sulfid — susuzlaşdırılmış sodanın 5 faizli məhlulu ilə; 

e) etilləşdirilmiş neft məhsulları — xlor əhənginin sıyığı, qeyri-metal səthlərin 30 dəqiqə 

ərzində təzyiq altında su ilə yuyulub təmizlənməsi, metal səthləri səliqə ilə iki dəfə əski ilə 

silmək və etilsiz benzində və ya ağ neftdə isladılmış əski ilə silməklə, ardınca su ilə yuyub 

təmizləmək yolu ilə zərərsizləşdirmək; 

Zəhərli  kimyəvi  preparatlar  —  ilkin  olaraq  qum  və  ya  ağac  kəpəyi  səpmək,  sonra 

təmizləmək və zərərsizləşdirmək. 

13.8.7. Təhlükəli maddələr olan qabları aşağıdakı üsullarla təmizləyirlər: 

a)  üzvi  xlorlu  və  üzvi  fosforlu  zəhərli  kimyəvi  birləşmələr  —  mexaniki  təmizlənmədən 

sonra  qaba  onun  həcminin  5—10  faizi  miqdarında  kaustik  sodanın  5  faizli  qələvi  (natrium 

hidrooksidi)  məhlulunu  tökürlər,  5—6  saat  ərzində  bütün  daxili  səthini  yuyurlar,  məhlulu 

xaric edirlər, qabı isə bir neçə dəfə təmiz su ilə yuyurlar

b) suda həll olunan zəhərli kimyəvi preparatları — isti su ilə yuyurlar; 

c)  üzvi  civə  zəhərli  kimyəvi  preparatları  —  0,2  faizli  kalium  permanqanatlı,  yüksək 

qatılıqlı xlorid turşusunun (1 litr məhlulda — 5 ml turşu) məhlulu ilə yuyurlar; 

ç) sink fosfidi — 2 faizli sulfat turşusunun məhlulu ilə yuyurlar; 

d)  sianplav  —  dəmir  kuporosunun  10  faizli  suspensiyası  ilə  və  əhəngin  2:1  nisbətinin 

qarışığı ilə yuyurlar. 

1-ci və 2-ci sinif partlayıcı və zəhərləyici maddələr (dixloretan, metilxlorid, metilbromid 

— buxarla) yüksək temperaturlu buxardan istifadə etmək yolu ilə zərərsizləşdirilir. 

13.8.8. 13.8.6 və 13.8.7 yarımbəndlərində göstərilməyən təhlükəli maddələr olan qabların 

təmizlənməsi, səpələnmə və ya tökülmə yerlərinin zərərsizləşdirilməsi aşağıdakı məhlullarla 

aparılır: 

a) natrium hidrooksidinin 3 faizli məhlulu ilə; 

b) kalsium hidrooksid sodasının 5 faizli məhlulu ilə; 

c) yeni sönmüş əhəngin 10 faizli məhlulu ilə; 

d) xlorlu əhəngin sıyığı ilə (suyun birin üçə nisbətində qarışığı ilə). 

  


Kataloq: docs -> pdf
pdf -> Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu
pdf -> Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və
pdf -> Dərman bitkilərinin və təbiət müalicə amillərinin təbii ehtiyatlarını qorumaq tədbirləri haqqında
pdf -> Health problems related to breeding
pdf -> Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında
pdf -> Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında
pdf -> “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri
pdf -> Damazlıq heyvandarlıq haqqında
pdf -> “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq olunması barədə
pdf -> Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi Qaydası

Yüklə 491,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə