Təlimlər / xidmət müqaviləsi üçün texniki tapşırıq Proqram



Yüklə 47,74 Kb.
tarix03.02.2017
ölçüsü47,74 Kb.
#7584

Təlimlər / xidmət müqaviləsi üçün texniki tapşırıq



Proqram: Seçilmiş məcburi köçkün icmalarında gəlir imkanlarının artırılması
Layihənin nömrəsi: 2001.3515.2
AV: Sonia Fontaine
Tədbir: Göygöl, İmişli və Bərdə rayonlarında yaşayan beş məcburi köçkün icmaları üçün məhdud məsuliyyətli cəmiyyətlərin hüquqi və maliyyə məsuliyyətlərinə dair təlim
Müddət: 10 dekabr 2015-ci il – 23 dekabr 2015-ci il
Nəticələr: Hüquqi və maliyyə idarəetməsinə dair təlim; təlim materialları; təlim hesabatı


  1. Layihə barədə qısa məlumat:

Qarabağ müharibəsi zamanı münaqişə ərazilərində yaşayan insanlar Azərbaycanın müxtəlif ərazilərində məskunlaşmağa məcbur olmuşdur; məcburi köçkünlərin ümumi sayı 800000 nəfəri keçmişdir və Göygöl, İmişli və Bərdə rayonlarında onların sayı daha yüksəkdir.


Qeyd edilən üç rayonda məskunlaşmış məcburi köçkün icmaları Qarabağın dağlıq Xocalı, Kəlbəcər və Laçın rayonlarından gəlmişdir. Əhali ənənəvi olaraq heyvandarlıq və arıçılıq ilə məşğul olub. Onların Göygölün dağlıq ərazilərində, İmişlidə və Bərdədə məskunlaşması məşğuliyyətlərini təcrübə və bacarıqlarına uyğun davam etdirməsinə iman yaratmışdır.
İcmalardan ikisi Göygöl rayonunda, ikisi İmişli rayonunda, biri isə Bərdə rayonunda yerləşmişdir. Göygöl rayonundakı icmalar daha çox arıçılıq ilə məşğul olduğu halda, Bərdə və İmişli rayonlarında yaşayan məcburi köçkünlərin əsas məşğuliyyəti heyvandarlıq və şirin su balıqçılığıdır.
Məcburi köçkünlər bazara zəif çıxış imkanına malikdirlər. Bunun əsas səbəbi ev təsərrüfatlarının öz məhsullarını onların şəxsi münasibətlər əsasında qurulan şəbəkələr vasitəsilə satmağa çalışmasıdır. Məhsullar sertifikata malik deyil və təsdiq edilmiş keyfiyyət standartlarına cavab vermir. Baza korporativ hüquqi biliklərin və marketinq bacarıqlarının olmaması informasiya çayışmazlığı ilə nəticələnir ki, bu da məcburi köçkünlərin istehsalı artırmaqla bazara çıxışı genişləndirməsinə imkan vermir.
Bu yaxınlarda, icmalar şəhərlərdəki market və bazarlara çıxış imkanı əldə etmək və istehsalın həcmini artırmaq məqsədilə regional vergi idarələrində məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyatdan keçmişlər. Lakin onlar MMC-nin hüquqları, həmçinin vergi və sosial təminat ilə bağlı dövlət qarşısındakı öhdəlikləri barədə məlumatsızdırlar. İcmalar məhdud məsuliyyətli cəmiyyətlərin hüquqi və maliyyə idarəetməsi istiqamətində lazım olan biliklərə malik deyil.
Məcburi köçkün icmalarının potensialının gücləndirilməsi Azərbaycan Hökuməti üçün mühüm əhəmiyyət kəsb edir.
2014-cü ilin oktyabr ayından GİZ Azərbaycanda yaşayan məcburi köçkün icmalarının gəlir əldə etmək imkanlarının artırılması məqsədilə Araşdırmalar və Ekspertlər Fondu (SDFF) layihəsini həyata keçirir. Sözügedən məcburi köçkün icmalarının iqtisadi vəziyyətinin yaxşılaşdırlması üçün GİZ onlara maddi və ekspert dəstəyi göstərir.


  1. Layihənin məqsədləri

Məqsədə nail olmaq üçün dörd göstərici yerinə yetirilməlidir – Bərdə, Göygöl və İmişli rayonlarında seçilmiş məcburi köçkün icmalarında kişi və qadınların gəlir əldə etmək imkanlarının artırılması:




  • Birinci göstərici: Bal istehsalçıları qrupları üçün marketinq strategiyalarının hazırlanması

  • İkinci göstərici: Seçilmiş beş məcburi köçkün icmalarının məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyatdan keçməsi ilə əlaqədar xərcləri ödəmək iqtidarında olması, vergi orqanlarına və sosial təminat fondlarına hesabatlıq öhdəliklərini yerinə yetirə bilməsi

  • Üçüncü göstərici: Göygöldə yaşayan bal istehsalı ilə məşğul olan məcburi köçkün icmasının istehsal etdiyi məhsulun Bakı şəhərində böyük pərakəndə ərzaq məhsulları satışı mağazasının satış tələblərinə uyğunlaşdırılması.

  • Dördüncü göstərici: Seçilmiş qaçqın icmalarında qadınların iqtisadi inteqrasiyasının gücləndirilməsi konsepsiyalarının hazırlanması

Layihənin əsas göstəriciləri ilə yanaşı, layihə icmalar üçün birbaşa maddi və avadanlıq dəstəyi göstərir və arıçılıq və xəstəliklərin idarə edilməsi sahəsində texniki təcrübə təmin edir.




  1. Tapşırığın məqsədləri

Tapşırıq 2-ci hissədə qeyd edilmiş ikinci göstəriciyə uyğun olaraq, məcburi köçkün icmalarının təmsil etdiyi şirkətlərin vergi hesabatlıq rejimi və hüquqi/maliyyə idarəetməsi ilə bağlı ehtiyaclarının ödənilməsi məqsədini daşıyır. Sözügedən ehtiyaclar aşağıdakı kimi ümumiləşdirilə bilər:



  • Hər məcburi köçkün icmasından ən azı iki nəfər sosial müdafiə fonduna hesabatların verilməsi tələblərini və prosedurunu müstəqil şəkildə başa düşməlidir;

  • Hər məcburi köçkün icmasından ən azı iki nəfər öz məsuliyyətləri daxilində vergi prosedurlarını onlayn və ya oflayn rejimdə müstəqil həyata keçirə bilməlidir;

  • Məcburi köçkün icmalarının nümayəndələri təmsil etdikləri məhdud məsuliyyətli cəmiyyətlərin maliyyə əməliyyatlarını və idarə edilməsi qaydalarını dərk edə bilməlidir;

  • Məcburi köçkün icmalarının nümayəndələri ümumilikdə öz hüquqları, habelə Dövlət qarşısındakı öhdəlikləri barədə məlumatlı olmalıdır.




  1. Fəaliyyət çərçivəsi

Məcburi köçkün icmalarının nümayəndələri Göygöl, Bərdə və İmişli rayonlarında məskunlaşmış orta yaşlı ali təhsilli kişi və qadınlardır. Onların sayı ümumilikdə 10-15 nəfər arasında olmaqla arıçılıq, şirin su balıqçılığı və heyvandarlıq kimi sahələr ilə məşğul olurlar. Onlar kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malik olsalar da, əsasən məhdud məsuliyyətli cəmiyyətin maliyyə və hüquqi idarə edilməsi ilə bağlı ən son hüquqi məsələlər barədə məlumatlı deyildir. Başqa sözlə desək, onlar rəsmi iqtisadiyyat mühitində öz öhdəliklərini bilmirlər.


Podratçı təşkilatdan aşağıdakı tapşırıqların həyata keçirilməsi tələb olunur:


  • Azərbaycanda məcburi köçkünlər üçün qanunla təsbit edilən hüquq və imtiyazlara uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətlərin hüquqi və maliyyə öhdəliklərinə dair təlim proqramının hazırlanması və keçirilməsi. Proqram aşağıdakıları əhatə etməlidir:

    • Onlayn və oflayn vergi hesabatlarının hazırlanması və təqdim edilməsi proseduraları;

    • Yeni işçilər ilə əmək müqaviləsinin bağlanılması və müvafiq hüquqi tələblər;

    • Sosial təminat sahəsində öhdəliklər – Dövlət Pensiya Fondu;

    • Məhdud məsuliyyətli cəmiyyətlərin hüquq və dövlət qarşısında məsuliyyətlərinə dair informasiya;

    • Məhdud məsuliyyətli cəmiyyətlərin idarə edilməsi ilə əlaqədar digər öhdəliklər;

    • Maliyyə planlamasının və mühasibatlığın əsasları;

    • Mühasibatın vergi hesabatı ilə uyğunlaşdırılması.

  • Təlim zamanı öyrənmə prosesini dəstəkləmək məqsədilə proqram üçün təlim materialları hazırlamaq

    • Material Azərbaycan dilində yazılmalıdır;

    • Material asanlıqla başa düşülməli, təlim zamanı təqdim edilən informasiyanı, eləcə də ölkə qanunvericiliyinə istinadları və müvafiq icra hakimiyyəti orqanlarının əlaqə nömrələrini əhatə etməlidir.




  1. Üstünlük verilən təlim metodu

Məcburi köçkünlərin vəziyyətini nəzərə alaraq, təlim tamamilə Azərbaycan dilində, interaktiv formada, müxtəlif təlim metodlarının köməyilə bütün iştirakçıların fəal şəkildə cəlb olunması əsasında təşkil olunmalıdır. Təlim informasiya mübadiləsi və təcrübə sessiyalarından ibarət olmalıdır; təlimçi (təlimçilər) proseduraların izahı və nəzəri sessiyalar zamanı əyani təsvirlərdən istifadə etməli və vergi və sosial müdafiə orqanlarına hesabatlıq rejimi ilə əlaqədar praktik məşğələlər həyata keçirməlidir. Təlimlər GİZ təşkilatının Bakı şəhərindəki ofisində keçiriləcək və çap və digər yardımçı materiallar GİZ tərəfindən təqdim olunacaqdır.




  1. Gözlənilən nəticələr




  1. Göygöl, İmişli və Bərdə rayonlarında yaşayan məcburi köçkün icmaları tərəfindən qeydiyyatdan keçirilmiş məhdud məsuliyyətli cəmiyyətlərin Azərbaycan mühitində hüquqi və maliyyə məsuliyyətlərinə dair təlim;

  2. Təlim keçmiş məcburi köçkün icması nümayəndələrinə təqdim edilən təlim materialları;

  3. Təlimlərin keçirilməsinə və nəticələrin qiymətləndirilməsinə dair İngilis dilində hesabat. Hesabat həmçinin aşağıdakıları özündə ehtiva edir:

    1. İştirakçıların davamiyyətinə və təlim nailiyyətlərinə dair hesabat – İngilis dilində;

    2. İştirakçılar tərəfindən doldurulmuş qiymətləndirmə vərəqələri – Azərbaycan dilində.



  1. GİZ ilə münasibətdə hesabatlıq məsuliyyəti

Müqavilə imzalandıqdan sonra bir həftə müddətində müvafiq bölmələri, müddətləri və məzmuna dair məlumatları əks etdirən təfərrüatlı təlim proqramının təqdim edilməsi.


GİZ ilə təkbətək görüş:
Müraciət edənlər GİZ ilə sıx əməkdaşlıq etməlidir. Bu məqsədlə, təklif edilən təlim proqramının və müddətlərin, təlimlərin keçirilməsi ilə bağlı son hazırlıq işlərini və təlim nəticələrini müzakirə etmək üçün azı iki görüşün keçirilməsi nəzərdə tutulur.

  • Layihənin məsul əməkdaşının məcburi köçkün icmaları ilə ən azı bir birgə görüşü;

  • Təlim nəticələrini və hazırlanan sənədləri müzakirə etmək üçün görüş.

  1. Yer, müddət və vaxt

Təlimlər GİZ-in ofisində keçiriləcəkdir. Yardımçı ləvazimatlar və çap materialları layihə tərəfindən təmin ediləcəkdir.


Təlimin müddəti məcburi köçkün icmalarının rayonlardan Bakıya və geriyə səfəri də daxil olmaqla ən çox iki gün olmalıdır.
Təlimin keçirilmə vaxtı 10-23 dekabr 2015-ci il tarixləri arasında olmalıdır. Dəqiq tarix məcburi köçkün icmaları ilə müzakirə zamanı onların fikirləri nəzərə alınmaqla müəyyən olunacaqdır.


  1. Müraciət üçün tələb olunan sənədlər


Təlim təklifi:
Müraciət edənlər aşağıdakı sənədləri təqdim etməlidir:


  • Təlim proqramının təfərrüatlı planı və metodoloji yanaşmanı əks etdirən təklif (hazırkı sənədin 4-cü bölməsində qeyd edilən parametrlər əsasında);

  • Nəticələr üçün vaxt qrafikini təqdim edən icra planı;

  • Hüquqi şəxs ( Vebsayt və ya şirkət barədə yazılı məlumat) və ya fiziki şəxs (CV) barədə məlumat;


Maliyyə təklifi:
Maliyyə təklifi aşağıdakını əhatə etməlidir:


  • Bütün nəticələrin əks olunduğu birdəfəlik ödəniş təklifi




  1. Tapşırıq ilə əlaqədar tələblər

Müraciətçi şirkət və ya müstəqil fərdi şəxs ola bilər. Hər iki halda fiziki və ya hüququ şəxs adına vergi qeydiyyat nömrəsi mövcud olmalıdır.


Təklif sənədində aşağıdakı kvalifikasiyalar mövcud olmalıdır:

  • Sosial elmlər; xüsusilə hüquq (vergi hüququ) sahəsində ən azı bakalavr dərəcəli ərizəçilərə üstünlük veriləcəkdir;

  • Təlimlərin keçirilməsi sahəsində təsbit olunan təcrübə;

  • Azərbaycan dilində sərbəst danışmaq;

  • Vergi qanunvericiliyi və dövlət sosial təminat fondunun hüquqi bazası barədə biliklər nümayiş etdirmək;

  • Kiçik həcmli məhdud məsuliyyətli cəmiyyətlərin maliyyə planlaması və idarə edilməsi sahəsində adekvat biliklər;

  • Məcburi köçkün icmalarının vəziyyətinə xüsusi həssaslıq.

Araşdırma ilə bağlı metodoloji təlimatlar həm yazılı, həm də təkbətək görüşlər formatında Nicat Qarayev və David Mosler tərəfindən təmin ediləcəkdir. Hesabat Nicat Qarayevə göndərilməlidir.


Hər hansı sual üçün GİZ layihə əməkdaşı Nicat Qarayevə müraciət edə bilərsiniz.
David Mosler, Proqram məsləhətçisi david.mosler@giz.de

Nicat Qarayev, Proqram eksperti nidjat.garayev@giz.de




15.07.2015

Yüklə 47,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin