Təsis edilməsi



Yüklə 327,42 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix08.12.2022
ölçüsü327,42 Kb.
#73224
  1   2   3   4   5
Huquq movzu



6.4. Dünya Ticarət Təşkilatının 
təsis edilməsi
 
160. Dünya Ticarət Təşkilatı (World Trade Organisation) GATT-in (1947) həm maddi hüquqi, həm 
də institusional mexanizmi əsasında yaradılmış, dünyada baş verən qloballaşma, iqtisadiyyatların 
bir-birinə inteqrasiyası proseslərinin önündə gedən, yarandığı vaxtdan etibarən əhatə dairəsini 
ticarətin geniş bir sferası ilə, 
o cümlədən
, ticarətlə yanaşı iqtisadiyyatın xidmət, əqli mülkiyyət, 
investisiya və digər sahələri hesabına genişləndirən beynəlxalq müqavilə əsaslı təşkilatdır. 
Dünyanın ümumi ticarət dövriyyəsinin 95%-nı əhatə edən və 150 dövlətin üzv olduğu bu təşkilat 
həmin dövlətlər üçün ümumi iqtisadi əməkdaşlıq prinsiplərinin qurulması, yeni ticarət qaydalarının 
formalaşdırılması və mübahisələrin həlli mexanizmi üçün çoxtərəfli ticarət danışıqları formudur. 
Hazırda dövlətlərin əksəriyyəti öz fəaliyyətlərini Dünya Ticarət Təşkilatının qayda-qanunlarına 
uyğunlaşdırırlar. Qəbul edilən öhdəliyə görə, Dünya Ticarət Təşkilatının hər bir üzvü öz daxili hüquq 
qaydasını müvafiq çoxtərəfli ticarət öhdəliklərinə uyğun olaraq nizama salmalıdır (m. XVI, b.4). 
GATT-1947 ilə müqayisədə Dünya Ticarət Təşkilatı onun bir çox problemlərini və nöqsanlarını 
istisna edir. 
161. Dünya Ticarət Təşkilatının əsas xüsusiyyəti onun beynəlxalq müqavilə əsasında yaradılmışdır. 
1994-cü il Uruqvay raundunun Yekun Aktında təsbit edilən və 16 maddədən ibarət olan Mərakeş 
sazişi onun hüquqi əsasını təşkil edir. Dünya Ticarət Təşkilatının təsis müqaviləsinə özündə müxtəlif 
saziş və əlavələri əks etdirən Əmtəələrlə ticarət üzrə çoxtərəfli Saziş (Əlavə 1A); Xidmətlərlə ticarət 
üzrə Bazş Saziş (Əlavə 1B); Əqli mülkiyyət hüququnun ticarət aspetləri üzrə Saziş (Əlavə 1C); 
Mübahisələrin həlli proseduru və qaydaları haqqında Saziş (Əlavə 2); Ticarət siyasətinin icmalı 
mexanizmi (Əlavə 3); Məhdud saylı iştirakçılarla çoxtərəfli ticarət sazişləri (Əlavə 4) və d. bəyanat 
və razılaşmalar daxildir. Bütövlükdə təşkilatın hüquqi bazasını 1995-ci ilin yanvarın 1-dən qüvvəyə 
minən 50-yə yaxın sənəddən ibarət Uruqvay raundunun sazişlər paketi təşkil edir. 
162. Dünya Ticarət Təşkilatının istər fəaliyyətinin səmərəliliyi, istərsə də sturuktur baxımından 
GATT-1947-dən fərqləndirən bir sıra əhəmiyyətli xüsusiyyətləri mövcuddur. Əgər GATT çoxtərəfli 
fəaliyyətin nəticəsində de facto təşkilat statusu əldə etmişdirsə, başqa sözlə kvazibeynəlxalq 
təşkilat 
kimi fəaliyyət göstərirdisə
, Dünya Ticarət Təşkilatı beynəlxalq hüquqi şəxs statusuna 
malikdir (m.VIII).
Əgər GATT ilkin dövrlərdə yalnız beynəlxalq saziş kimi diqqəti cəlb edirdisə və demək 
olar ki, heç bir struktura malik deyildisə, bunun əksinə olaraq Dünya Ticarət Təşkilatı təsis 
edildiyi andan beynəlxalq iqtisadi təşkilat kimi meydana gəlmişdir. 
GATT-1947 yalnız beynəlxalq əmtəə ticarətində tətbiq olunurdusa, Dünya Ticarət Təşkilatı 
daha geniş sahəni – “görünməyən” xidmətlərlə ticarəti, investisiya, əqli mülkiyyətin ticarət 
aspektləri, valyuta-maliyyə münasibətləri ilə bağlı məsələləri əhatə edir. 
Keçmiş GATT təcrübəsindən fərqli olaraq Mərakeş konfransında iştirakçı dövlətlər üçün 
vahid öhdəliklər (single undertaking) müəyyən edilir və bu öhdəliklərə qeyd-şərt etmək 
yolverilməzdir. Əvvəlki “sərbəst hərəkətin” yaranmasına səbəb olmuş pick and 


choose siyasəti istisna edilir və iştirakçı dövlətlər Dünya Ticarət Təşkilatının paketinə daxil 
olan hər bir çoxtərəfli ticarət müqaviləsinə əməl etmək öhdəliyini qəbul etmişdir. Başqa 
sözlə Dünya Ticarət Təşkilatının təsis edilməsilə çoxtərəfli ticarətin beynəlxalq hüquqi 
rejimi formalaşdırılmış, Dünya Ticarət Təşkilatının özü isə bu ticarətin tənzimlənməsini 
həyata keçirmək səlahiyyəti əldə etmişdir. 
“Sərbəst seçim” adlandırılan əlavə imtiyazın istisnası Dünya Ticarət Təşkilatının bütün yeni 
üzvlərinə də şamil edilən “öhdəliklərin yerinə yetirilməsi haqqında vəzifə”ni meydana 
gətirmişdir. Faktiki olaraq tədricən ticarətin liberallaşması kimi ümumi öhdəlik qəbul edilir 
(m.XIV, b.2). 
Dünya Ticarət Təşkilatına daxil olmanın hansı üstünlüyə gətirib çıxaracağını müəyyən 
etmək üçün birinci növbədə Dünya Ticarət Təşkilatının fuksiyasını, hüquqi təbiətini, 
müqavilələr sisteminin xaraqterini bilmək lazımdır. Təsisi sənədlərinə uyğun olaraq Dünya 
Ticarət Təşkilatı beynəlxalq ticarət üçün ümumi 
institutusional təsisat olaraq
, çoxtərəfli 
ticarət danışıqları üçün vahid forumdur. Dünya Ticarət Təşkilatı mümkün iqtisadi 
böhranların qarşısını almaq üçün qabqlayıcı tədbirləri təmin edən universal beynəlxalq 
ticarət təşkilatıdır. 
Dünya Ticarət Təşkilatının hüquqi təbiəti, xaraqteri ilə bağlı növbəti fikirləri qeyd etmək 
olar: 
- Dünya Ticarət Təşkilatı müəyyən idarəetmə sturukturuna, aparatına malik olan, formal 
hüquqi beynəlxalq təşkilatdır; 
- beynəlxalq hüquqa müvafiq olaraq bütün immunitet və imtiyazlara malikdir; 
- beynəlxalq ticarət münasibətlərinin tənzimlənməsini və ona nəzarəti təmin edən effektiv 
universal beynəlxalq hüquqi mexanizmdir; 
- Dünya Ticarət Təşkilatı formal olaraq BMT-nin ixtisaslaşdırılmış orqanları sisteminə aid 
deyil və müvafiq qurumlarla qarşılıqlı münasibətlərini beynəlxalq sazişlərlə həyata keçirir; 
- Dünya Ticarət Təşkilatı dövlətüstü xüsusiyyətə və birbaşa beynəlxalq hüquq yaratma 
keyfiyyətinə, funksiyasına malik olmasa da, onun sisteminə daxil edilən hüquqi sənədlərin 
məcmusu Dünya Ticarət Təşkilatının hüququnu formalaşdırıb. 

Yüklə 327,42 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin