Топлу Азярбайъан Республикасы Президенти йанында



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə41/45
tarix06.05.2017
ölçüsü3,76 Mb.
1   ...   37   38   39   40   41   42   43   44   45

             

ƏDƏBİYYAT 

1.Axundov Y. “Naxçıvanın baharı”. “Şərq qapısı” qəzeti, 1961, 25 oktyabr, № 253  

2. Axundov Y.  Ədəbi qüvvələr (Naxçıvan yazıçıları haqqında). “Bakı” qəzeti, 1965,  

    12 iyun, № 137 

3. Axundov Y. Naxçıvan yazıçılarının yaradıcılığı haqqında bəzi qeydlər. “Şərq  

     qapısı” qəzeti, 1965, 17  iyun, № 141 

4.Axundov Y. Bizim günlərin tərənnümü (Naxçıvan yazıçılarının yaradıcılığı  

      haqqında). “Ədəbiyyat və incəsənət” qəzeti, 1965, 19 iyun, № 25 

5.Axundov Y.   “Laləli dağlar” . Şərq qapısı” qəzeti, 1965, 24 sentyabr 

6.Axundov Y.  İstedadlı nasir.  “Azərbaycan gəncləri” qəzeti, 1969, 22 may, № 58 

7.Axundov Y. “İtirilən sağlıq”. “Ədəbiyyat və incəsənət” qəzeti, 1969, 27 iyul, №30 

8. Cavadlı C., Əbdülov M. “Sabahın sorağında” romanı haqqında. “Azərbaycan  

    müəllimi” qəzeti, 1964, 3 dekabr  

9. Həbibbəyli İ .Ə. Nuhçıxandan - Naxçıvana. Bakı: Elm və təhsil, 2015,  846 s. 

10. Mütəllimov T. ”Sabahın sorağında”. “Ədəbiyyat və incəsənət” qəzeti, 1964,  

    12 dekabr  

 

LITERARY REALISTIC ISSUSES IN THE CREATIVE ACTIVITY OF 

YAVUZ AKHUNDLU 

 

The article deals with features of creative activity of  Yavuz Akhundlu, one of 

the most active representatives  of literary critisism of 1950-60`s nad after then. The 

features of Yavuz Akhundlu`s creative activity were investigated and literary-critical 

works were analyzed. The article was based on press materials of 1950-60`s and on 

certain works on literature study. 

 

ЯВУЗА АХУНДЛУ 

 

ЛИТЕРАТУРНО-КРИТИЧЕСКИЕ ВОПРОСЫ В ТВОРЧЕСТВЕ 



ПРОФЕССОРА  

В  статье  повествуется  об  особеннотях  творчества  одного  из  самых 

активных  представителий  литературной  критики 1950-1960-ых  годов  и  в 

последующих годах – Явуза Ахундлу. Были исследованы особенности творчества 

Явуза Ахундлу и проанализированы его литературно-критические работы. Статья 

была обоснована на материалах издательства 1950-60-х годов и на определенные 

работы по литературоведению. 

 

Rəyçi: f.ü.f.d. Nurlana Sabir qızı Əliyeva 



 

 

Filologiya  məsələləri – №02, 2016 

 

366



SAMİRƏ MƏMMƏDOVA 

 AMEA Nizami adına Ədəbiyyat İnstitutu  

samiramammadova23@gmail.com 

 

ŞAH  İSMAYIL  XƏTAİ  QƏRB  ŞƏRQŞÜNASLARININ TƏDQİQİNDƏ 

 

Açar sözlər:  Azərbaycan ədəbiyyatı, Qərb şərqşünaslari, Səfəvi  dövləti 

Ключевые  слова: Литература  Aзербайджана, Западные  востокаведы, 

Сефевидскоe государствo 

Key words: Azerbaijani Literature, Western  Orientalists,  Safavid  Empire 

 

Minillik  şərəfli bir tarixi yol keçmiş klassik Azərbaycan poeziyası bu dövrlər 

ərzində dünya korifeyləri ilə bir sırada duran, əsərləri ilə dünya ədəbiyyatı  xəzinəsini 

zənginləşdirən Q.Təbrizi, N.Gəncəvi, X.Şirvani, F.Şirvani, sonrakı dövrlərdə 

Q.Bürhanəddin,  İ.Nəsimi, Füzuli, Şah  İsmayıl Xətai və digər kamil təfəkkürlü  şairlər 

yetirmişdir. 

Ta qədimdən klassik Şərq öz zəngin milli dəyərləri və ideal gözəlliyi ilə Avropanı 

fəth etmiş, Qərb səyyahları, alimləri, filosofları, yazarları, bu illərdən yaranmış olan 

siyasi və  mədəni  ənənələr marağı ilə  Şərqə üz tutmuş, bu sirli və füsünkarlığı ilə  hər 

kəsi cəlb edən diyarı daha yaxından tanımağa, öyrənməyə  cəhd etmişlər. Təbii ki, bu 

təmas Qərb və Şərq dünyası arasında mədəni və ədəbi əlaqələrin yaranması və inkişafı 

üçün sintez yaratmış, sonrakı mərhələdə sərhədləri aşaraq dünyaya yayılmışdır. Klassik 

Azərbaycan poeziyasının qərb ölkələrinə yol açması,  əcnəbi ölkələrdə bu əsərlərin 

tədqiq edilməsi, tərcümə edilərək yayılması klassik Şərq poeziyasına  böyük marağın 

olduğunu göstərir. Qərb  şərqşünaslığında   haqqında çox bəhs edilən görkəmli 

şairlərdən biri Səvəfi dövlətinin banisi, Şah  İsmayıl Xətai (1487-1524) olmuşdur. 

Xətainin ömür yolu, bir hökmdar kimi fəaliyyəti və ədəbi yaradıcılığı ilə bağlı daha çox 

məlumatı  qərb  şərqşünaslarından C.Malkolm,E.Braun,R.Seyveri, M.K.Robert, 

R.Nikolson və görkəmli  şərqşünas V.Minorskinin tədqiqatlarından alırıq. Bu tədqiqat 

əsərlərində  Şah  İsmayılın yaradıcılıq xüsusiyyətləri hərtərəfli işıqlandırılır,  şairin 

müxtəlif mövzularda, xüsusən dini mövzularda yazdığı  qəzəllər təhlil edilir.Onun 

ingilisdilli qaynaqlarda öyrənilməsindən Azərbaycan 

ədəbiyyatşünaslığında 

H.Araslı,Ə.Məmmədov,O.Əfəndiyev,R.Azadə,S.Məmmədova,İ.Arzumanova,  Ş.Xəlilli, 

L.Əliyeva, L.Musəvi,M.Məmmədova və digər araşdırıcılar bəhs etmiş, qərb 

şərqşünaslarının fikirləri təhlil edilərək dəyərləndirilmişdir. 

     Azərbaycan ədəbiyyatı tarixində Xətai yaradiciliginin  orijinal dəsti xətti və  üslubu 

ilə üc dildə  yazmaq  qabilliyətinə  malik oldugunu, tanınmış  alim  R.Azadə  xüsusi  

qeyd etmisdir: “bədii estetik fikir tariximizin əsas inkisaf meylləri,bir sira dini, fəlsəfi, 

ədəbi problemlər klassik sairlərimizin,xususilə  Səfəvi dövrü ədəbiyyatının 

nümayəndələrinin yaradiciliginda daha dolğun  əks olunmuşdur”[1, s.133] 

      Şah  İsmayılın   Azərbaycan   dilinin rəsmi   dövlət dili səviyyəsinə qalxmasında 

əvəzsiz rolu olmuşdur .Qərb  şərqşünaslarının tədqiq etdiyi qaynaqlarda Şah  İsmayıl 

əsasən qüdrətli hökmdar, Səfəvi dövlətinin «məğlubedilməz» sərkərdəsi kimi 

xarakterizə olunur. Xətai irsinin ingilisdilli qaynaqlarda öyrənilməsindən görkəmli 

tədqiqatçılarımızdan R.Qaibova və S.Məmmədovanın dissertasiyalarında bəhs 

edilmişdir. S.Məmmədova yazirdi:”İngilis şərqşünasları Xətai irsinin öyrənilməsinə bir 


Filologiya  məsələləri – №02, 2015 

 

367



çox  əsərlər həsr etmişlər. R.Qaibovanın dissertasiyasında bu əsərlər təhlil edilir və 

çatışmayan cəhətlər göstərilir. R.Qaibova daha çox E.Braun və V.Minorskinin Xətai ilə 

bağlı fikirlərini təhlil etmiş, lakin təəssüflər olsun ki, alim bu məsələ ilə bağlı daha geniş 

araşdırmalar aparmamışdır”[2,s.12].Tanınmış  tədqiqatçı  Ş.Xəlillinin dediyi kimi 

«Azərbaycan səfəvilər dövrü ədəbiyyatı ingilis şərqşünaslığının, eləcə də ədəbiyyatının 

daha çox müraciət etdiyi aktual bir mövzu kimi ədəbiyyatşünaslığımızda ayrıca tədqiqat 

obyektinə çevrilməmişdir. Müxtəlif dövrlərdə bu mövzu haqqında ingilis mənbələrində 

gedən hər hansı  məlumat, yaxud monoqrafik nəşrlər Azərbaycan Səfəvilər 

hakimiyyətinin beynəlxalq arenada, habelə  İngiltərə ictimai, siyasi, mədəni həyatında 

güclü rezonası və təsiri ilə əlaqədar olmuşdur”.[1,s.133]” 

Təəsüf ki, Xətainin tarixi xidmətlərindən,ədəbi fəaliyyətindən bəhs edən Qərb 

müəllifləri,  şairin  ədəbi irsini düzgün qiymətləndirilməsində    bəzi yanlışlıqlara yol 

vermişdilər.Bəzən Xətaini fars ədəbiyyatının nümayəndəsi, bəzən də onun yazdığı 

şerləri osmanlı dilinin bir dialekti kimi qəbul edərək,bunların daha çox dini səciyyə 

daşıdığından bəhs etmişlər.Onu da qeyd etmək lazımdır ki, şairin fars ədəbiyyatına aid 

olması fikri  alman alimi Hammer Purqştaldan gəlmişdir. Onun Xətai ilə bağlı dediyi 

elmi səhv, sonralar şairin ədəbi irsini araşdıran bir çox qərb yazarları tərəfindən təkrar 

edilmişdir. Bu barədə  Azərbaycanın klassik və çağdaş şairlərinin və nasirlərinin qərb 

tədqiqatında öyrənilməsindən danışan prof. N.Axundov əsərində «başlıca olaraq 

şairlərimizin, yazıçılarımızın və ədəbiyyatşünaslarımızın xaricdə əks-sədasına, yayılma 

coğrafiyasına nəzər salan» və  görkəmli  şərqşünas Hammer Purqştalın (1774-1856) 

çoxcildli  əsərlərinin böyük bir hissəsinin  Şərq xalqlarının  ədəbiyyat tarixinə  həsr 

etdiyini, bu əsərlərdə Azərbaycan klassiklərindən N. Gəncəvi, X. Şirvani və digər 

şairlərlə yanaşı  Şah  İsmayıl Xətai haqqında da zəngin mülahizələr söyləndiyini 

xatırladır. Tədqiqatçı-alim N.Axundov Hammerin əsərlərinin yalnız Qərbi Avropada 

deyil, Rusiyada da Şərq xalqlarının, o cümlədən Azərbaycan xalqının ədəbiyyatına dərin 

maraq doğurduğunu da qeyd edir [3, s.32-34].İngilis alimi Çarlz Rionun da 

kataloqlarında Xətai divanı haqqında  maraqlı  məlumatlara rast gəlinir. O, Britaniya 

Muzeyi üçün tərtib etdiyi Türk əlyazmaları kataloqunda hökmdar-şair Xətainin 

şeirlərindən bəhs edərkən, onun şeirlərinin bir qismini məhəbbət, bir qismini isə dini 

mövzularda yazılmış şeirlər hesab edir.Şərqşünas «dini şeirləri Əli və başqa imamların 

mədhindən və çağırışlarından ibarətdir» deyə səhv nəticəyə gəlir.  

Qərb tədqiqatçılarının Xətai irsinin öyrənilməsində müstəsna rolunun olduğunu 

qeyd edən alim Ə.Məmmədov şərqşünaslar arasında V.Minorskinin xidmətlərini ayrıca 

qeyd edir. Onu da qeyd edək ki, tədqiqatçının  əsərində  «Şah  İsmayıl Xətainin həyatı, 

siyasi fəaliyyəti, Azərbaycan ədəbiyyatının inkişafında rolu, eyni zamanda Xətainin bir 

şair kimi yetişdiyi ədəbi mühit, onun ədəbi irsinin öyrənilməsi tarixi, bədii yaradıcılığı, 

Xətai yaradıcılığının dil-üslub xüsusiyyətləri,  şairin  ədəbi təsiri hərtərəfli 

işıqlandırılır»[4,s. 33]. Ə.Məmmədov uzun illərdən bəri Yaxın  Şərq xalqları 

ədəbiyyatının tədqiqi ilə məşğul olan V.Minorskinin əməyini dəyərləndirsə də, onun da 

digər qərb  şərqşünasları kimi səhv olaraq Xətaini Azərbaycan mədəniyyəti və 

ədəbiyyatından təcrid edilmiş bir şəkildə təhlil etdiyini söyləyir, lakin Minorskinin “The 

Poetry of Shah Ismail I”(Şah İsmayılın poeziyası) əsəri ilə qərbi Avropa şərqşünasları 

içərisində daha mühüm addım atmış olduğunu vurğulayır[5,s.54].  

 Xətainin ingilisdilli qaynaqlarda öyrənilməsi ilə bağlı geniş  məlumatı 

M.Məmmədovanın tədqiqatından alırıq.O, Xətai poeziyasının Qərbi Avropada 



Filologiya  məsələləri – №02, 2016 

 

368



öyrənilməsindən danışarkən zəngin qaynaqlar əsasında  şairin həyatı,yaradıcılığı ilə  

bağlı yazılan  əsərlərə müraciət etmiş, müqayisələr aparmış, Xətai  ədəbi irsini özündə 

əks edən bu əsərləri yeri gəldikcə  dəyərləndirmişdir.Xronoloji üsulla Şah  İsmayıl 

Xətainin Qərbdə öyrənilməsini  izləyən araşdırıcı, şairlə bağlı elmi yazıları, məqalə və 

monoqrafiyaları  təhlil etmiş, qərb  şərqşünaslarının  əsərlərini hərtərəfli araşdırmışdır. 

M.Məmmədova da bu əsərlər içərisində seçilən ən dəyərli tədqiqatın Minorskinin Xətai 

haqqında yazdığı iri həcmli elmi monoqrafiyası olduğunu söyləyir.Xətai  ədəbi irsinin 

Avropada öyrənilməsində böyük əhəmiyət kəsb edən bu əsər 1942-ci ildə Londonda  

çap olunmuşdur.  M.Məmmədova Minorskinin Xətai haqqında özünə  qədər yazan 

Avropa tədqiqatçılarından xeyli irəliyə gedərək  şairin həyat və yaradıcılığını  dərindən  

öyrənməsini, Xətainin ana dilindəki on doqquz şeirini  ərəb  əlifbasındakı orijinal 

mətnləri ilə birlikdə ingiliscəyə sətri , filoloji tərcüməsini verdiyini qeyd edir. O, qeyd 

edir ki,V.Minorski Xətai poeziyasının ingilis dilinə ilk tərcüməçisi 

sayılır.M.Məmmədova tədqiqatında ilk dəfə olaraq Azərbaycan klassik şairlərinin 

şeirlərini ingilis dilinə  tərcümə edən tanınmış mütərcim Q .Evans və V.Minorski 

tərəfindən  Şah  İsmayıl Xətainin ingilis dilinə  tərcümə edilmiş poetik inciləri üzərində 

müqayisələr aparmış, fərqli və oxşar cəhətlərini göstərmişdir.[6] 

 Xətai haqqnıda Qərb oxucularına məlumat verən  daha bir alim,ingilis şərqşünası  

E.Q.Braun olmuşdur. Onun 1924-cü ildə çap edilən “A History of Persian literature in 

Modern times” əsərində  Səfəvi dövlətinin yaranması, bu dövrlərdə baş verən tarixi 

hadisələr geniş əksini tapsa da,fars poeziyasından, onun o çağlarda geniş yayılmasından, 

əsasən poeziyanın fars dilində böyük vüsət tapdığını söyləsə  də, türkdilli poeziyadan, 

Xətainin bu dildə yazılan bədii yaradıcılığından təəssüf ki,bəhs edilməmişdir.E.Braun 

da bir çox qərb  şərqşünasları kimi Xətainin  hökmranlığından,siyasətindən bəhs 

etmişdir. O,Şah  İsmayılla bağlı geniş  məlumat verməyə  cəhd edərək onun sələf və 

xələflərini öyrənmək üçün ilkin qaynaqlara müraciət edir.E.Braunun bu əsərinin «Şah 

İsmayıl» bölməsində Kembric Universitetinin kitabxanasında saxlanılan  əlyazma 

nüsxəsinə əsas mənbə kimi dönə-dönə müraciət edilir.Alim bu qaynaqlarda, xüsusilə 

Səfəvilərlə bağlı məsələlərin öyrənilməsində və təsvirində olan yanlışlıqları göstərir və 

Avropa şərqşünaslarının, alim və səyyahlarının da axtarışlarını və yazılarını gözündən 

qaçırmamağa çalışır.[7,s.195-196].E.Braun  Şah  İsmayıl Xətaiyə geniş yer ayırsa da, 

«Xətai» təxəllüslü türk dilində şeirlər yazan, «Divan», «Nəsihətnamə», «Dəhnamə» 

adlı  şeirlər toplusu və kitabların müəllifi olan Şah  İsmayıl Xətainin yaradıcılığı 

tədqiqatdan kənarda qalmışdır.   

Şah  İsmayıl Xətai  ədəbi irsi bütün dövrlərdə dünya şərqşünaslarının diqqətini 

çəkmiş, bu böyük şəxsiyyətlə bağlı mütamadi olaraq əsərlər yazılır, məqalələr dərc 

edilir.Bu barədə  mərhum alim İ.Həsənlinin «Səfəvilər dövrü Kanada aliminin 

tədqiqatında»yazısı maraq doğurur.Tədqiqatçı R.Seyverinin bütünlükdə  İran, 

Azərbaycan və eləcə  də bir sıra  Şərq ölkələrinin tarixini öyrənmək baxımından vacib 

saydığı, on bölmədən ibarət olan iri həcmli əsərində Səfəvilər sülaləsinin hakimiyyətə 

gəlməsindən, bu  sülalənin tam süqutuna qədərki dövrünün(1501-1736)əhatə 

olunduğunu qeyd edir. O, yazır ki, bir sıra dünya tarixçiləri və şərqşünasları  Səfəvilər 

sülaləsini mənşə etibarilə İrana aid edir və Şah İsmayılın mənşəcə fars olduğunu iddia 

edirlər. Bu fikrə münasibətini bildirən alim artıq mütərəqqi Avropa və  Şərq alimləri, 

xüsusilə Azərbaycan  şərqşünas və tarixçilərinin  Şah  İsmayılın mənşəcə azərbaycanlı 

olmasını sübut etdiklərini bir daha xatırladır. Bu məsələdə R.Seyverinin mövqeyinin 



Filologiya  məsələləri – №02, 2015 

 

369



obyektiv olduğunu, onun Şah  İsmayılın nəslən türkdilli tayfaları ilə qan qohumluğu 

barədə söylədiyi mülahizələrin doğru  və inandırıcı olduğunu nəzərə çatdırır. 

[8,s.181].Şərqşünas R.Seyveri Şərqin  ən böyük  miniatür rəssamı, Kəmaləddin 

Behzadın (1455-1535) Şah  İsmayıl tərəfindən Təbrizə  gətirilməsini xüsusi qeyd edir: 

«Şah  İsmayıl Behzadı  Təbrizə  gətirir.O isə  Təbriz miniatür məktəbinin  əsasını qoyur. 

Akademik H.Araslı  Xətainin sarayında təsviri incəsənətin son dərəcədə yüksəldiyini 

qeyd edərək yazırdı ki, «Şərqin Rafaeli adlanan Kəmaləddin Behzad bu rəssamlara 

başçılıq edir. «Dünya rəssamlıq tarixində «Təbriz məktəbi» adlanan rəssamlıq məktəbi 

Xətainin səyi nəticəsində yaradılmış olur» [9, s.295]. 

R.Seyveri Şah İsmayılın oğlu Şah Təhmasibin hakimiyyəti dövründə (1524-1578) 

Azərbaycanda və  İranda nəqqaşlıq, xəttatlıq və  rəssamlığın daha yüksək inkişaf 

mərhələsinə çatdığını  və  şahın özünün bu sənətin sirlərini öyrənməsini qeyd edir. O, 

əsərində «Xalçaçılıq» bölməsinə  də maraq doğurur.Şərqşünas yazır ki, Səfəvi 

hökmdarları xalça sənətinə  dərin maraq göstərmiş, onun inkişafına lazımı  şərait 

yaratmışlar.  Şah  İsmayıl,  Şah Təhmasib və  Şah Abbas dövründə  Təbrizdə,  Ərdəbildə 

toxunan bir çox məşhur xalçalar hal-hazırda tanınmış Avropa muzeylərini 

bəzəyir»[10,s.183]. Ədəbiyyatşünas alim İ.Həsənli haqlı olaraq Kanada aliminin «XVI-

XVIII əsrlərdə Şərqin bir sıra görkəmli ədəbiyyat xadimlərinin yaradıcılığının kölgədə 

qalması,həmin dövrdə elmin və incəsəntin ayrı-ayrı sahələrindəki nailiyyətlərinin 

üstündən keçilməsi ilə bağlı söylədiyi fikirlərlə razılaşmır.Bununla yanaşı  İ.Həsənli 

R.Seyvərinin Səfəvilər dövründə  elmin bir çox mühüm sahələrini  əhatə edən  əsərini 

dəyərləndirir, bu əsərin Səfəvilər dövrü haqqında bütün Qərb dünyasında təsəvvür 

yarada biləcək bir əsər olduğunu nəzərə çarpdırır, tarixçilərin, 

ədəbiyatşünasların,sənətşünasların, etnoqrafların  bu əsərə müraciət etməsini tövsiyə 

edir. 

 

ƏDƏBİYYAT 



1.  Xəlilli Şahin.  Klassik poeziya və ədəbi əlaqələr-Azərbaycan-ingilis ədəbi əlaqələri 

.Azərbaycan Milli Ensiklopediyası. Nəşriyyat poliqrafiya birliyi. Bakı,2003,163 s. 

2.  Мамедовa  С.А. “Из  истории    изучения  азербайджанской    поэзии  в  западно-

европейском  востоковедении”.  Автореферат.Дис.  на  соис.ученой  степени 

канд.филол.наук.,Баку,1972,35 стр. 

3.  Axundov N.“Azərbaycan sovet ədəbiyyatı xaricdə”.Baki Yazıçı ,1987,205 s 

4.  FeyzullayevaV.“Xətai  ədəbi irsinin tədqiqi tarixindən”Şah  İsmayıl Xətai 

(Məqalələr toplusu )Bakı ;Elm,1988, 237s. 

Məmmədov.Ə.”Şah ismayıl Xətai”,Bakı.Azərbaycan Uşaq və  Gənclər  ədəbiyyatı 

nəşriyyatı.1961,159 s. 

5.  Məmmədova M. Şah  İsmayıl Xətai ingilisdilli qaynaqlarda. Fil.elm. nam. dis. 

Avtoref. Bakı, 2003, 32 s. 

6.  Musəvi L. “Şah İsmayil Xətai Eduard Braunun yaradıcılığında “Şah İsmayıl Xətai 

(Məqalələr toplusu ) Bakı  : Elm, 1988, 237 s. 

7.  Roger  Savory.”İran under the Safavids” .Cambridge  University Press,1982,279 p. 

8.  Arasli H, Şah İsmayil Xətai .tarixi və problemləri.(Seçilmiş əsərlər) Bakı : Gənclik, 

1998,731s. 

9.  Həsənli  İ.Səfəvilər dövrü  Kanada aliminin  tədqiqatında.Şah  İsmayil Xətai 

( Məqalələr toplusu) Baki :Elm, 1988, 237 s. 


Filologiya  məsələləri – №02, 2016 

 

370



 

RESEARCHING THE WORKS OF  SHAH  ISMAIL  

KHATAI  BY WESTERN ORIENTALISTS 

 

SUMMARY 

     The  article  reveals  some  facts  from the works of both Eastern and Azerbaijani 

orientalists regarding to the creativity of a poet and ruler. He produced a large volume 

of lyric poetry in Azerbaijani, and also a number of didactic and philosophical works. 

He is investigated the works of well-known orientalists like  E. Browne, V.Minorsky, 

R.Savory and others, and at the same time their thoughts about  poet. 

 

ИЗУЧЕНИЕ  ТВОРЧЕСТВА  ШАХ  ИСМАИЛ    

ХАТАИ  ЗАПАДНЫМИ   ВОСТОКОВЕДАМИ 

 

РЕЗЮМЕ 

     В  статье  исследуется    период  правления  шаха  Исмаил  Хатаи(1487-1524 ),а 

именно  труды    западных  и  азербайджанских  востоковедов.  Указанные  авторы  в 

первую очередь подчеркивали его политические способности, талант полководца 

и конечно же, художественную эстетику творчества поэта. 

 

Rəyçi :     S.Zeynalova  



                 ADU Üslubiyyat kafedrasının                          

                 müdiri,fil.elm.dok.   

 

 

 

Filologiya  məsələləri – №02, 2015 

 

371



 

                                                                                        ŞƏBNƏM  SALAYEVA 

LDU 

kanan.salaev@gmail.com 

 

BƏXTİYAR VAHABZADƏNİN POEMALARINDA İNSANIN MƏNƏVİ 



ALƏMİNİN TƏDQİQİNƏ MARAQ 

 

Açar sözlər: poema, insan psixologiyası, vicdan, mənəviyyat, əxlaq. 

Ключевые слова: поэма, психология человека, духовный мир, поведение, совесть. 

Key word: poem, human psychology, conscience, spirit, morality. 

   

             Yaratdığı  dəyərli  əsərlərlə  ədəbiyyatımızı daha da zənginləşdirən nəhəng  şair 

Bəxtiyar Vahabzadə  yaradıcılığının mühüm bir qismini müxtəlif mövzularda yazılan 

poemalar təşkil edir. İnsanın daxili dünyası, mənəvi - əxlaqi aləmi, onun gerçəklərlə 

üzləşməsi və kamilləşməsi bu poemaların  əsas mövzularındadır.  Şair poemalarında 

qəhrəmanlarının mənəvi təkamül prosesini çox dolğun və aydın təsvir edir. Məlum 

olduğu kimi dünyada gedən qloballaşma prosesinin şəxsiyyətin və cəmiyyətin inkişafına 

müsbət məziyyətləri ilə yanaşı, mənfi təsirləri də vardır. Belə bir şəraitdə milli 

mentalitetin, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanılması  və  gənc nəslin bu ruhda 

tərbiyə edilməsində B.Vahabzadə yaradıcılığı  əvəzsizdir.  Bəxtiyar Vahabzadənin 

poemalarında ailə, cəmiyyət və şəxsiyyətlə bağlı məqamlara daha çox toxunulur. Yaşar 

Qarayev və  Ş.Salmanov "Poeziyanın kamilliyi" kitabında yazır: "Mübaliğəsiz demək 

olar ki, Bəxtiyarın qüvvətli qələmindən bir sıra elə poemalar meydana çıxmışdır ki, 

bunlar təkcə  şairin yaradlcılığı dairəsində deyil, müasir Azərbaycan poeziyası 

miqyasında görkəmli  ədəbi hadisələr kimi qarşılanmışdır.  Şairin belə poemaları 

arasında biz "Sadə adamlar"( 1954 ), "İztirabın sonu"(1956), "Şəbi- 

hicran"(1958),"Etiraf"(1961), "Yollar oğullar"(1963), "Həyat-ölüm"(1965), 

"Muğam"(1974), "Atılmışlar"(1968)  əsərlərini ayrıca qeyd edə  və  fərqləndirə bilərik. 

Həmin poemalar üçün həyati  hadisələrdən təşkil olunan sujet, onun  dramatik- psixoloji 

planda inkişafı, insanın mənəvi axtarışlar vəziyyətində  təsviri daha çox 

xarakterikdir."(5,99-100s).  

           Şairin "Atılmışlar", "Həyat və ölüm","Ləyaqət" poemalarında bu problemlər 

bariz şəkildə öz əksini tapmışdır. İnsanın psixoloji vəziyyəti, mənəvi aləmi, onun özü ilə 

mübarizəsi, keçirdiyi sarsıntılar, iztirablar  bu poemaların aparıcı mövzularındandır. 

Yuxarıda qeyd olunan poemaların  əsasını   xeyir və  şərin, insanın ləyaqəti və onun 

çirkin ehtiraslarının, pislik və yaxşılığın mübarizəsi təşkil edir. Bu baxımdan  şairin 

"Atılmışlar" poeması diqqəti daha çox cəlb edir. Poemada bütün zamanlar üçün aktual 

olan problemlərdən biri öz əksini tapmışdır.  Əsər bizə valideyn -övlad 

münasibətlərindəki zidiyyətləri və  əxlaq problemlərini açmaq üçün kifayət qədər 

material verir.  Poemanın "Körpə" başlıqlı birinci fəslində  uşağından imtina etmiş 

ananın düşüncələri diqqəti cəlb edir. Burada biz kənddən  şəhərə  təhsil almağa gələn 

iyirmi yaşlı  gənc qızın sevgilisi tərəfindən aldadılaraq tərk edildiyinin şahidi oluruq. 

Ana olduqdan sonra isə qadının qayğıları daha da artır. Qarşılaşacağı  çətinliklər gənc 

ananı qorxudur. Valideynləri və  cəmiyyətin bunu heç də xoş qarşılamayacağı onu 

övladını tərk etməyə sövq edir.Başqalarının onun haqqında nə deyəcəyi, onun haqqında 

nə düşünəcəyi ananı narahat edir.Beləcə o, öz vicdanını unudaraq körpəsini naməlum 

bir evin həyətində qoyaraq qaçır. Etdiyi səhvdən nəticə  çıxarmaq  əvəzinə növbəti 

günaha imza atır. O günaha ki, ömrü boyu onun ağırlığını çinində daşıyacaqdı. 



Filologiya  məsələləri – №02, 2016 

 

372



          Qaçır, 

          amma bilmir o, nəyə qaçır. 

         Ləkədən qaçarkən ləkəyə qaçır. 

         İnsan  bir ömürdə ikidir, iki 

         Atlb körpəsini elə bildi ki, 

          Adının üstündən ləkəni atdı, 

         Özünə başqa bir tale yaratdı. 

         Təmizə çıxartdı o öz adını.(2.218) 

   Ana  körpəsini tərk etməyə çalışarkən özüylə mübarizə aparır, gah özünü 

günahlandırır, gah da haqlı çıxarmağa çalışır.İnsan psixoligiyasına dərindən bələd olan 

şair gənc ananın ruhi narahatlıqlarını olduqca dolğun və  təsirli təsvir edir.Nəhayət, 

özgələrin gözündə günahsız görünmək üçün ana körpəsini atır, lakin sonra  etdiyi 

əməlinin peşmanlığını  çəkir. Poemanın birinci fəsli körpəsini atmış ananın daxili 

həyəcanlarının,  gərgin psixoloji vəziyyətinin təsvirindən ibarətdir. O, ömrünün 

sonunadək ümidlə yaşayır ki nə vaxtsa körpəsini görəcək. Yanında olarkən dəyərini 

bilmədiyi körpəsininin qiymətini itirdikdən sonra anlayır. Digər əsərlərində olduğu kimi 

bu poemanın da sonunda qəhrəman tutduğu  əməldən peşman olur.Burada qəhrəmanın 

özünəqayıdışı, özünüdərketməsi baş verir. Poemanın son fəslində ana hər gün itirdiyi 

körpəsini tapmaq üçün uşaq evinə gedir. Uşaq orada olsa da ana onu tapa, tanıya bilmir, 

çünki onu yeddi il öncə körpə ikən atmışdı. 

Ümidlə, inamla yaşayır ana, 

Günləri, ayları ötüşür belə. 

Küçədə, bayırda uşaq gördümü?  

Baxır diqqət ilə, baxır zənn ilə. 

Axtarır özünün cizgilərini 

O gah bu uşaqda, gah o uşaqda. 

Kimsəyə açmayır ancaq sirrini, 

Gözləri axtarıb hey aramaqda. (2. 223) 

             Poemanın ikinci - "Qoca" fəslində isə onu əzab-  əziyyətlə böyüdən oğulun 

anasına qarşı getdikcə laqeyidləşdiyinin  şahidi oluruq. Ancaq poemanın birinci 

fəslindən fərqli olaraq buradakı ana obrazı qayğıkeş  və  qəlbi övlad məhəbbəti ilə 

döyünən bir qadındır. Gənc yaşlarından dul qalmış ana böyük oğlunu müharibədə  

itirmişdir.Onun yeganə ümid yeri kiçik oğludur. Lakin kiçik oğul evləndikdən sonra 

anasına qarşı laqeyd davranır. Bu ananı kövrək qəlbini çox incidir. Poemanın ən təsirli 

hissələrindən biri oğlanın ad günü mərasimidir. Hamı  şənlənib, onun şərəfinə gözəl 

sözlər deyir, hətta onu dünyaya gətirən ananı da alqışlayırlar:  

-Bu gözəl ölkəyə səni bəxş edən 

Anaya afərin, anaya əhsən! 

Dilxor oldusa da sağlıqdan yana, 

Gəlin susdu... 

Bu yerdə o dinə bilməz. 

Şəninə təriflər  söylənən ana 

Qapı dalındadır, 

bilmədi bir kəs. (2.231)  

Ancaq ana bu məclisdə  iştirak etmir, çünki gəlini belə istəmişdi. Oğul isə  hətta tarını 

sinəsinə sıxıb doğma anasını anlamadan, duymadan "Ana" mahnısını həvəslə çalır...Bu 

ifa gəlini kövrəldir, yəqin ki o da öz anasını anır. Amma anlamır ki qapının o biri 

tərəfində dayanıb onlara qulaq asıb kövrələn qadın da anadır. Ana isə oğlunun xətrinə 

hər şeyə dözür, təki yeganə oğlu darıxmasın, təki oğlu üçün hər şey yaxşı olsun. 



Filologiya  məsələləri – №02, 2015 

 

373



Hər şeyə dözərəm, təki tək balam, 

Qəlbi qırıq balam, o kövrək balam, 

Fikir eyləməsin, heç darıxmasın.(2.232)  

       Nəhayət, ana ona olan soyuq munasibətdən bezib boğçasını götürüb Qocalar evinə 

köçür. 

Atdı anasını ikinci oğul 

Anası bir kəlmə  dedi -çox sağ ol, 

Boğdu içindəki üsyan səsini. 

Dedi: neyləməli, beləymiş qədər. 

Yığdı boğçasını, düyünçəsini, 

Qocalar evinə köçdü bir səhər(2.233) 

         Burada  yazıçı başqa psixoloji məqama toxunaraq övlad - valideyn məsələsinə 

qabarıq münasibət bildirir. Göründüyü kimi şair burada insanın daxili aləmini, onun 

yaşantılarını, düşə biləcəyi çətin vəziyyətləri və bu zaman insanın davranışını,onun 

psixologiyasını çox dolğun  şəkildə  təsvir etmişdir. Hüseyn Xəlilov "Bəxtiyar 

Vahabzadənin yaradıcılığında mənəviyyat məsələləri" adlı  məqaləsində yazır:" Bütün 

zamanlar üçün aktual olan problemlərdən biri bu poemada  öz əksini tapır. Psixoloji 

məqamlar ilə zəngin olan əsər övlad - valideyn münasibətlərindəki zidiyyətləri və əxlaq 

problemlərini açmaq üçün geniş  məlumat verir və bu mövzuda yazılmış  əsərlərə 

öncüllük edir.Əsər həcm etibarilə ilə bir o qədər geniş olmasa da, daxilində bu gün də 

cəmiyyətimiz üçün ciddi problem və qüsurlar olan hadisələrə yer vermişdir."(3.434). 

Ümümiyyətlə, şairin poemalarında qaldırılan məsələlər bütün dövrlər üçün aktual olan 

məsələlərdir. 

     Poemanın üçüncü fəsli "Qocalar evi"  adlanır. Burada Qocalar evi təsvir olunur. Bu 

fəsildə  çilingərin, rəqqasın və ananın dilindən onların həyat hekayələri verilir. Lakin 

onlardan bəziləri öz həyat hekəyalərini danışarkən onu təhrif edirlər. Buradakıların 

hamını bir şey birləşdirir -onlar doğmaları  tərəfindən atılmış insanlardır. "Atllmışlar" 

bunu özlərinə etiraf etsələr də, başqalarına etiraf etməyə  çəkinirlər. Qəlbinin 

dərinliyində gizlətdikləri həqiqət isə onları incidir.Çilingər oğluna yük olmamaqdan 

ötrü ailəsini tərk etdiyini deyir, yaşlı qadın da  övladının onu atmasını danır, sonsuz 

olduğunu deyir.Sanki onların heç biri bununla razılaşmaq, barışmaq və inanmaq istəmir. 

Ana qocalardan biri ilə söhbətində sonsuz olduğunu deyərək, həqiqəti danır .Çünki o da 

başqaları kimi bu rəftarı özünə layiq bilmir. Kədər onu boğsa da özünü zorla saxlayır. 

Sonsuzam! Meyvəsiz bir kökəm, soyam, 

Əsilimin, nəslimin sonuncusuyam. 

Ana yalan dedi, qəlbindəkilər 

Dilinə gəlmədi. 

Yox, gələ bilməz. ( 2. 243) 

       Bu  fəslin  ən təsirli hissəsi çilingərin rəqqasla söhbətindən sonra gizlicə yatağında 

ağlaması epizodudur. Başqalarının qarşısında etiraf etməyə  çəkindiyi həqiqət onu 

incidir, qəlbini göynədir. Çilingər onun qəlbinə toxunduğu üçün üzr istədikdən sonra 

onlar daha səmimi söhbət etməyə başlayırlar: 

Düzünü söylədim mən sənə ancaq 

Qardaş, aldatmayaq bir -birimizi, 

Düzünü deyək ki, atıblar bizi. 

Gerçəyi gizlədib, düzü danmayaq, 

Övladlar utansın, biz utanmayaq.(2,242)  

 Şair  "Həyat və ölüm" poemasının " Eşq-sətəlcəm" fəslində  cəmiyyətin amansız  

qanunları qarşısında ayrılmaqdansa ölümü üstün tutan iki gənci təsvir edir. Lakin oğlan 


Filologiya  məsələləri – №02, 2016 

 

374



intihar etdikdən sonra qız tərəddüd edir, ölüm ona dəhşətli görünür və  məhəbbətsiz 

yaşamağı ölümdən üstün tutur. Hətta sonra sevmədiyi birinə  ərə  də gedir.  Bütün 

bunlardan sonra anlayır ki, əslində bu illər  ərzində o heç də yaşamayıb. Digər 

poemalarında olduğu kimi qəhrəman sonda gec də olsa səhvini anlayır. Həmişəki kmi 

şair qəhrəmanlarını  ağır sınaqlardan keçirir və onların mənəvi cəhətdən yüksəlişdə 

təsvir edir. 



O, ölümdən qorxaraq, 

Həyatını, eşqini 

Çox ucuz satmış, demə. 

Yalnız indi bildi ki, 

Məhəbbətsiz yaşamaq 

Ölümdür insan üçün 

O ölübmüş, 

ölümdən 

Həyata qayıdan gün.(1.197) 

     Poemanın  "Şərəfsiz ölüm" fəslində Fikrətin vəzifəsindən sui - istifadə edərək 

bundan yalnız mənafeyi üçün faydalanması ilə  qarşılaşırıq. Poemanın  əvvəlində o da 

adi bir insandır. Onun da başqaları kimi arzuları var. Ancaq vəzifəsi və imkanları 

artıqdca pula, mal-dövlətə tamahı daha da artır. Getdikcə  mənəviyyatı ölür, cılızlaşır. 

Ləyaqətini itirmiş bu obraz öz mənfi ehtiraslarının  əsirinə çevrilir. Pul onun üçün hər 

şeydən irəlidir. Bunu biz onu mühasib Kərəmlə söhbətində də aydın görürük: 

Pul ki, var Kərəm, 

Mollanı məsciddən didərgin salar, 

Pulun bir himinə göylər alçalar.(1.203) 

Ləyaqətini pula satmış Fikrət insanlığını da tamam unutmuşdur. Xəstə halda yataqda 

can verən Kərimin halına acımır  təcili yardıma belə zəng vurmur ki, o Fikrətin sirri ilə 

birgə ölsün. Və beləcə Kərmin də ölümünə səbəb olmuş olur.  Bu zaman biz onun daxili 

aləmini bütün çılpaqlığı ilə görmüş oluruq. Ləyaqətini, vicdanını itirmiş Fikrət sanki 

şərin təcəssümünə çevrilmişdir. Lakin Kərəmin gündəliynin tapılması ilə Fikrət ifşa 

olunur. Y.Qarayev və  Ş.Salmanov "Poeziyanın kamilliyi" kitabında yazır : " Bu 

hadisədən sonra poemanın bütün sujeti Fikrətin ölüm kamerasında keçirdiyi 

həyəcanların təsviri formasında inkişaf edir, ideya və psixoloji cəhətdən dərinləşir. 

Ömrünün sonuna yaxın Fikrət tədricən özünü, cinayətlərini təsviri formasında inkişaf 

edir, ideya və psixoloji cəhətdən dərinləşir. Ömrünün sonuna yaxın Fikrət tədricən 

özünü, cinayətlərini, yanlış  həyat yolunu dərk edir, vaxtı ilə harın həyat içərisində 

imkan tapıb düşünə bilmədiyi, mənasına dalmadığı böyük bəşəri həqiqətləri özünə 

aydınlaşdırır."(3.109). Kamerda qaldığı müddətdə sanki Fikrət özü-özünü mühakimə 

edir. Onun üçün çıxarılan ölüm hökmünün haqlı olaraq çıxarılıdığına inanır. 

Ax, ey hakim, ey hakim, 

Yoxmudur heç vicdanın- 

İnsan da qol çəkərmiə 

Ölümünə insanın?.. 

Necə? Bəs sən?Bəs özün 

Bir qatil deyilmisən, 

Fikrət, axı özün de? 

Özgəsindən umduğun 

O insaf, o mərhəmət 

Varmı sənin özündə? ( 1.216) 


Filologiya  məsələləri – №02, 2015 

 

375



Nazim  İbrahimov "Bəxtiyar Vahabzadə" kitabında yazır : "Həyat - ölüm poeması 

ictimai- əxlaqi konfliktin sosial siqləti və daha dərindən həll edilməsi, şairin çıxardığı 

mənəvi - fəlsəfi nəticələr baxımından ayrıca qeyd edilməyə layiqdir. Poemada 

gəncliyində xalqının qəhrəman keçmişini, görkəmli  şəxsiyyətlərinin mübarizə yolunu 

öyrənmək üçün tarixçi olmaq arzusu ilə yaşayan, lakin həyata laqeyd münasibətin təsiri 

altında mənəvi iflasa uğrayan, nəhayət ölüm kamerasına düşən  Fikrətin bir insan kimi 

faciəsinin kökləri, sosial-psixoloji səbəbləri açıqlanır. Şair həyatla ölüm arasındakı qısa 

vaxt möhlətində ömür tarixini gözləri önündən keçirən qəhrəmanın özünü bir insan kimi 

dərketmə, yenidən doğulma anını mənəvi zirvə kimi mənalandırır. Maraqlıdır ki, poema 

elə ilk dəfə məhz "Zirvə" adı ilə dərc olunmuşdur."( 4. 16). 

 Beləliklə, biz əsərin sonunda baş  qəhrəmanın öz günahını anlamasının, özünü 

mühakimə etməsinin və bununla da mənəvi cəhətdən təmizlənməsinin  şahidi oluruq. 

Sonda Fikrətdə  dəyişmə baş verir, özünü dərk edir, onda daxili oyanma baş verir. 

Poemanın belə bir sonluqla bitməsi onun ideya konsepsiyası ilə əlaqədardır 

           Şairin "Ləyaqət" poemasın nəzər salaq. On üç yaşlı Saşa mağazada olarkən 

anasının xəstəxanada olması  xəbərini eşidir bu zaman həddən artıq məyus olan uşaq 

anasının yanına getməyə  tələsdiyindən  ərzağın pulunu səhv ödəyir. Lakin uşağı 

oğurluqda günahlandırırlar. Nə  qədər etsə  də  ətrafdakıları inandıra bilmir. Hamı ona 

şübhəylə yanaşır: 

Şübhə! Hər sözə şübhə- 

Qulağa, gözə şübhə, 

Fikrə, kamala şübhə, 

Arzuya, kama şübhə, 

Eşqə, diləyə şübhə, 

Şübhə, hər şeyə şübhə- 

Beynimizdə sözalan 

Dilimizdə söz olan 

Xəyalı da, fikri də necə axtalamışdır, 

Şübhə oğru gözüylə bu dünyaya baxışdır. ( 1. 328) 

Baş verənlər və  ətrafdakıların ona olan inamsızlığı Saşanı intihara sürükləyir. Hələ 

mənəviyyatca saf olan Saşanın kövrək qəlbi buna dözmür. İnsanların ona inamsızlığı, 

oğru adlandırıb ona nəsihət etmələri uşaqın qəlbini çox incidir. Evə qayıtdıqda baş 

verənləri fikirləşdikcə ürəyi sıxılır. Sanki hər tərəfdən üstünə hücüm çəkən insanlar onu 

oğurluqda ittiham edirdilər.  Bütün bunlara dözə bilməyən uşaq özünü asır. Çünki 

ləyaqəti imkan vermir ki eləmədiyi bir işə görə onu mühakimə edib alçaltsınlar. 

Bununla o, sanki onu haqsız yerə mühakimə edənlərin yatmış vicdanını oyatmağa 

çalışırdı. Şair göstərir ki, ləyaqətinin tapdanması Saşa üçün ölümdən betərmiş.  

Sən bir uşaqdakı şəxsiyyətə bax! 

Şəxsiyyət insanı böyüdər ancaq. 

Ölümlə dünyaya dedi sözünü 

Təmizlik önündə o həm özünü,    

Həm də ətrafını tamam unutdu. 

Günahsız ölümü o, uca tutdu 

Ləkəylə qol - boyun yaşamasından, 

Bu yerdə  adından böyükdür insan. (1.338) 

 Poemanın " İstintaq" bölməsi daha maraqlıdır. Burada şair satıcının daxili aləmini açıb  

onun mənəvi cəhətdən necə kasad olduğunu göstərir. Onu uşağın ölümü ilə bağlı 

istintaq edirlər. Öz mənfəttini  güdən satıcı isə uşağın ölümünə zərrə qədər də acımır, bu 



Filologiya  məsələləri – №02, 2016 

 

376



işin ona töhmət verilməsinə səbəb olmasına, kəsilən mükafatlarına ağlayır.  Beləcə şair 

göstərmək istəyir ki əslində Saşa onlardan çox- çox yüksəkdə durur. 

 Poemanın epiloq hissəsində şair üzünü insanlara tutub onları düzlüyə, doğruluğa,bir -

birinə laqeyd olmamağa səsləyir. 

               Qorxaq başqasına biganəlikdən, 

               Qorxaq, əməl qala quru söz təki, 

               Qorxmayaq, dünyanın puç olmasından, 

               Qorxaq adamların öz içindəki, 

               Mənəvi dünyanın dağılmasından. ( 1.346). 

Bəxtiyar Vahabzadə "Atılmışlar", "Həyat və ölüm", "Ləyaqət" poemalarında insanın 

daxili aləminə enərək onun psixoloji yaşantılarını, daxili həyəcanlarını, mənfi 

ehtiraslarını, mənəvi cəhətdən təkamülünü oxucunun düşüncələrinə  təsir edəcək bir 

ustalıqla təsvir etmişdir. 

 

             ШЕБНЕМ САЛАЙЕВА 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə