Xəbər bülleteni №26


Avro və rubl bahalaşıb, dollar dəyər itirib



Yüklə 439,4 Kb.
səhifə4/4
tarix02.12.2016
ölçüsü439,4 Kb.
#661
1   2   3   4

Avro və rubl bahalaşıb, dollar dəyər itirib


17.03.2016

avro 1Azərbaycan manatı martın 17-si avro və Rusiya rublu qarşısında ucuzlaşıb. Avronun rəsmi kursu 1,7966 manatdan 1,8063 manata, rublun məzənnəsi 0,0228 manatdan 0,0234 manata qalxıb.

ABŞ dolları isə manata nəzərən geriləyib. Transparency.az xəbər verir ki, dolların rəsmi məzənnəsi 1,6186 manatdan 1,6102 manata düşüb.


Məzənnələr

Neft üzüyuxarı getdi

17.03.2016



neftDünya birjalarında neftin qiyməti yüksəlib. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 2,62 dollar bahalaşaraq 38,88 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,40 dollar artaraq 40,50 dollar olub.

AZƏRTAC xəbər verir ki, martın 17-də “AzəriLayt” markalı neftin bir barreli 1,50 dollar bahalaşaraq 41,10 dollara satılır.

Martın 16-da “Layt” 36,26 dollara, “Brent” 39,12 dollara, “AzəriLayt” 39,60 dollara təklif olunurdu.

Məcburi ehtiyat normalarının dəyişilməsinə qərar verilib

17.03.2016

merkezi bank
Mərkəzi Bank martın 17-də açıqlama yayıb. Açıqlamada deyilir ki, son vaxtlar qurum milli valyutaya olan etimadı daha da gücləndirmək və bununla dayanıqlı makroiqtisadi sabitliyə dəstək vermək istiqamətində qərarlar qəbul edib: “Həyata keçirilən tədbirlərin davamı olaraq dollarlaşma səviyyəsinin azaldılması, habelə bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi məqsədilə Mərkəzi Bankın İdarə Heyəti bankların xarici valyutada cəlb etdiyi öhdəliklər üzrə məcburi ehtiyat normasını 0,5%-dən 1%-ə yüksəldib, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat normasını isə 0,5%-dən 0%-ə endirib.

Milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş öhdəliklər üzrə isə məcburi ehtiyat norması dəyişməz saxlanıb. Banklar 2016-cı ilin may ayından məcburi ehtiyatlar üzrə hesabatı yeni normalar nəzərə alınmaqla tərtib etməli və iyun ayından etibarən məcburi ehtiyatlarını yeni normaya uyğun saxlamalıdırlar”.

Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmət hesabatı yayıb

17.03.2016



emlak komitesi 1
Əmlak Məsələləri Dövlət Komitəsi indiyədək vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 305 minə yaxın elektron xidmət göstərib. Ötən il elektron xidmətlər vasitəsilə fiziki və hüquqi şəxslərdən 141 mindən çox müraciət qəbul edilib və qanunvericiliyə uyğun olaraq təmin olunub. Komitədən AZƏRTAC-a verilən məlumatda belə deyilir.

Açıqlamaya görə, hazırda komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 31 elektron xidmət, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir: “Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalında (www.e-emdk.gov.az) təqdim olunur. Elektron xidmətlərdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Bu xidmətlərin 27-si interaktiv, 4-ü informativdir. Qeydiyyatla bağlı xidmətlərə daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi və digər xidmətlər aiddir. Həmçinin səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik müəssisə və obyektlərin, yarımçıq tikililərin, nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair hərraclarda iştirak üçün sifarişlərin elektron qəbulu kimi xidmətlər mövcuddur.

İndiyədək yalnız daşınmaz əmlakın qeydiyyatı üzrə 21 elektron xidmətdən istifadə sayı 70 mindən çox olub. Komitənin www.e-gov.az portalında ən çox istifadə olunan elektron xidmət ipoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlı xidmətlərdir. Bu xidmət üzrə indiyədək 30 mindən çox müraciət qeydə alınıb. İkinci yerdə 11 mindən çox müraciətlə dövlət reyestrindən məlumatın verilməsi barədə elektron xidmət dayanır. Ümumilikdə isə indiyədək vətəndaşlardan elektron və onlayn xidmətlər vasitəsilə mülkiyyətin dövlət qeydiyyatı üzrə 298 mindən çox müraciət daxil olub.

Komitənin digər fəaliyyət sahəsi olan dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsinə dair elektron xidmətlər üzrə 7 mindən çox müraciət qəbul edilib. Bu fəaliyyət sahəsi üzrə elektron xidmətlərin içərisində ən çox istifadə edilən xidmət dövlət əmlakının qorunub saxlanmasına dair illik xüsusi hesabat formasının elektron qəbulu xidmətidir. Müraciətlərin böyük əksəriyyəti bu elektron xidmətin payına düşür.

İstifadəyə verilən 31 elektron xidmətin 3-ü eyni zamanda SMS vasitəsilə göstərilir. Bu xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi aiddir. Mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə müvafiq məlumatlar əldə olunur.

Vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışları (Forma-1) notariuslarda onlayn rejimdə əldə edirlər. Bunun üçün ərazi qeydiyyat idarələrinə müraciət etməyə ehtiyac qalmayıb. Digər onlayn xidmət vasitəsilə hər bir əmlak sahibi öz əmlakı barədə dövlət reyestrində olan rəsmi məlumatlarla onlayn rejimdə tanış ola bilir. Üçüncü onlayn xidmət isə notariuslarda rəsmiləşmiş daşınmaz əmlaka dair təkrar bazarda alğı-satqı sənədlərinin onlayn rejimdə ərazi qeydiyyat idarəsinə göndərilməsini təmin edir”.

Rauf Mirqədirov azadlığa buraxıldı

17.03.2016



rauf mirqedirov 1
Martın 17-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun şikayətinə baxılması prosesi başa çatıb. “Report”un məlumatına görə, hakim Abid Abdinbəyovun sədrlik etdiyi prosesdə jurnalistin cəzası 5 il sınaq müddəti tətbiq olunmaqla şərti həbslə əvəzlənib və Rauf Mirqədirov məhkəmə zalından azadlığa buraxılıb.

Ötən il dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsi Rauf Mirqədirovu 6 il müddətinə azadlıqdan məhrum etmişdi.

2014-cü il aprelin 19-da tutulan jurnalist dövlətə xəyanətdə təqsirli bilinib. İttihama görə, jurnalist Sülh və Demokratiya İnstitutunun xətti ilə Ermənistan xüsusi xidmət orqanlarına casusluq edib.

Bu iş üzrə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus da ittiham edilib, sonra bu ittiham üzrə icraat dayandırılıb.

Rauf Mirqədirov 1961-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən Rauf Mirqədirov uzun illər “Zerkalo” qəzetinin siyasi icmalçısı olub, 2010-cu ildən qəzetin Türkiyədə xüsusi müxbiri postunda çalışıb.

Rauf Mirqədirov 2005-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb.

2014-cü ilin dekabr ayında İsveçrədə Rauf Mirqədirovun həyat yoldaşına, iki qızına siyasi sığınacaq verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 54 623 nəfər prezident təqaüdü alır

17.03.2016

prezident-11Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 54 min 623 nəfər Azərbaycan Respublikası prezidentinin aylıq təqaüdü ilə təmin olunur. Martın 17-də yayılan rəsmi məlumata görə, onlardan 176 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmiş şəxslər (həlak olanların ailə üzvlərinə ödənilir), 19 min 114 nəfəri müharibə əlilləri və onlara bərabər tutulanlar, 13 min 187-i şəhid ailələri, 447 nəfəri Böyük Vətən müharibəsi iştirakçılarıdır.

20 Yanvar faciəsi zamanı şəhid olmuş 116 nəfərin ailəsinə və 315 nəfər 20 Yanvar əlilinə, ümumi səbəbdən I qrup əlil olan və əmək pensiyası almaq hüququ olmayan 18 min 525 nəfərə, habelə müvafiq təbəqələrdən olan digər vətəndaşlara da prezidentin aylıq təqaüdü ödənilir.

Prezidentin aylıq təqaüdü ilə təmin olunan vətəndaşların sayı ötən illə müqayisədə 3005 nəfər və ya 5,8 faiz artıb.

İki ayda idxal 42,67 faiz, ixrac 47,59 faiz azalıb


17.03.2016

idxal-ixracDövlət Gömrük Komitəsi xarici ticarət əməliyyatlarının yanvar və fevral ayları üzrə hesabatını açıqlayıb. Transparency.az bildirir ki, rəsmi hesabata görə, xarici ticarət əməliyyatları ötən ilin müvafiq dövrünə nisbətən 45,51 faiz azalıb. 2015-ci ilin ilk iki ayı ilə müqayisədə idxal əməliyyatlarında 42,67 faiz, ixrac əməliyyatlarında 47,59 faiz geriləmə var.

2016-cı ilin ilk iki ayında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 243,2 milyon manat daxil olub.

Hesabata əsasən, 132 ölkə ilə ticarət əməliyyatları aparılıb. Xarici iqtisadi fəaliyyət iştirakçılarının ümumi sayı 3672-dir. Bunun 1533-ü fiziki şəxslər, 2139-u hüquqi şəxslərdir. 114 xarici iqtisadi fəaliyyət iştirakçısı dövlət sektorunu, 2025-i özəl sektoru təmsil edib.

Xarici ticarət iki ayda

Azərbaycandan çıxan malın 85,68 faizi neft və qazın payına düşür

17.03.2016

Bu ilin yanvar və fevral aylarında Azərbaycandan xam neft ixracı 2015-ci ilin ilk iki ayı ilə müqayisədə 48,49 faiz azalıb. Transparency.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin rəsmi hesabatında belə deyilir.

Hesabata görə, 2016-cı ilin birinci iki ayı ərzində neft məhsullarının ixracı üzrə 48,43 faiz azalma olub, təbii qaz ixracı isə 33,18 faiz artıb.

Meyvə-tərəvəz üzrə ixracda 2015-ci ilin ilk iki ayı ilə müqayisədə 1,11 faiz artım qeydə alınıb, amma çay ixracı 65,71 faiz azalıb.

Ötən illə müqayisədə ixracda ən böyük artım pambıq iplik məhsulu üzrə qeydə alınıb: 276,68 faiz. Qara metallar və onlardan hazırlanan məmulatların ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 183,82 faiz artıb.



kemer 1Yanvar və fevral aylarında ölkənin ixracının 76,87 faizini xam neft, 5,15 faizini neft məhsulları, 3,66 faizini təbii qaz, 2,36 faizini meyvə-tərəvəz təşkil edib. Ölkədən çıxan malların 85,68 faizi neft və qazın payına düşür.

İdxalda əsas mallar üzrə göstəricilərə gəlincə, yeyinti məhsullarının idxalı 2015-ci ilin ilk iki ayı ilə müqayisədə 36,42 faiz azalıb. Bəzi məhsullar üzrə isə artım qeydə alınıb. Meyvə-tərəvəz idxalı 134,51 faiz, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 27,06 faiz çoxalıb.

Çay idxalında 140,05 faiz, bitki və heyvan mənşəli piylər və yağların idxalında 56,43 faiz artım var.

Tütün və tütün məmulatlarının idxalı bu ilin ilk iki ayında 77,8 faiz azalıb. Əczaçılıq məhsullarının idxalında 10,67 faiz azalma qeydə alınıb.



Nəqliyyat vasitələri və onların hissələrinin idxalında 94,9 faiz azalma var.
Yüklə 439,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin