Xəstəxanaxarici pnevmaniya



Yüklə 215,5 Kb.
səhifə1/17
tarix26.12.2016
ölçüsü215,5 Kb.
#3604
  1   2   3   4   5   6   7   8   9   ...   17

Xəstəxanadankənar pnevmoniya

Patogenezi və etiologiyası

Aşağı tənəffüs yollarının infeksiya əleyhinə müdafiəsini mexaniki faktlarla (aerodinamik filtrasiya, bronxların şaxələnməsi, qırtlaqüstü, öskürək və asqıraq, bronxların selikli qişasının kiprikli epitelinin dalğavarı hərəkəti), həmçinin, öz növbəsində hüceyrə və humoral - qeyri-spesifik və spesifik immunitet həyata keçirir. Ağ ciyərlərin respirator şöbələrinin iltihab reaksiyasının inkişaf səbəbləri makroorqanizmin müdafiə mexanizmlərinin effektliyinin azalması, həmçinin mikroorqanizmlərin massivliyi və/və ya onların virulentliyi ola bilər.

Pnevmoniyanın inkişafını müxtəlif tezliklə şərtləndirən dörd patogenetik mexanizm ayırd etmək olar:


  • Ağız-udlağın sekretinin aspirasiyası;

  • Mikroorqanizmə malik aerozollarla nəfəs almaq;

  • Mikroorqanizmlərin ağ ciyərdən xaric infeksiya ocaqlarından hematogen (üçtaylı qapağın endokarditi, çanaq venalarının septik tromboflebiti) yayılması;

  • Infeksiyanın zədələnmiş qonşu orqanlardan (məsələn, qara ciyərin abssessi) bilavasitə və ya döş qəfəsinin deşib keçən yaralanmalarından infeksiya nəticəsində yayılması.

Ağız-udlağın möhtəviyyatının aspirasiyası ağ ciyərlərin respirator şöbələrinin yoluxmasının əsas yoludur,deməli, pnevmoniyanın inkişafının əsas patogenetik mexanizmidir. Normal şəraitdə bir sıra mikroorqanizmlər, məsələn Streptococcus pneumoniae, ağız-udlağda kolonizasiya oluna bilər, lakin aşağı tənəffüs yolları bu zaman steril qalır. Ağız-udlağın sekretinin mikroaspiraiyası - fizioloji fenomendir ki, bu da 70% sağlam şəxslərdə, əsasən yuxuda müşahidə edilir, lakin öskürək refleksi, mukosiliar klirensin düzənli mexanizmi alveolyar makrofaqların və sekretor immunoqlobulinlərin antibakterial aktivliyi infeksiyalaşmış sekretin aşağı tənəffüs yollarından eliminasıyasını və onların sterilliyini təmin edirlər. Traxebronxial şaxənin “Özünütəmizləmə” mexanizminin zədələnməsi hallarında, məsələn, bronxların kiprikli epitelinin funksiyasının pozulması və alveolyar makrofaqların faqositar aktivliyinin azalması ilə müşaiyət olunan respirator virus infeksiyalarında pnevmoniyanın inkişafı üçün münbit şərait yaranır. Ayrı-ayrı hallarda müstəqil patogenetik faktor kimi mikroorqanizmin çoxluğu və ya ağ ciyərlərin respirator şöbələrinə makroorqanizmin müdafiə mexanizmlərinin təsirinə davamlı tək-tək yüksək virulentli mikroorqanizmlərin daxil olması ola bilər ki, bu da pnevmoniyanın inkişafına səbəb ola bilər.

Mikroblu aerozolun inhalyasiyası pnevmoniyanın inkişafının az rast gələn yoludur. Bu Legionella spp. ilə yoluxmasında rol oynayır.

Pnevmoniyanın təsvir olunan xüsusiyyətləri nəzərə alınmaqla aydın olur ki, onun etiologiyası yuxarı tənəffüs yollarının mikroflorası ilə bağlıdır.Yuxarı tənəffüs yollarının mikroflorasının növ tərkibinin fərdin mövcud oduğu xarici mühitin xarakterindən, onun yaşından və sağlamlığının ümumi vəziyyətindən asılılıq faktı xəstəxanadankənar pnevmoniyanın etiologiyasının proqnozlaşdırılması üçün istifadə oluna bilər.

Çoxsaylı mikroorqanizmlərdən ancaq bəziləri - artmış virulentliyə malik olanları aşağı tənəffüs yollarına düşdükdə cavab iltihab reaksiyası yaratmağa qabildir:



  • Streptococcus pneumoniae (xəstələnmə hallarının 30-50%-i);

  • Haemophilus influenzae (10-20%)

Xəstəxanadankənar pnevmoniyanın etiologiyasında atipik mikroorqanizmlər müəyyən əhəmiyyətə malikdir. Bunların payı xəstələnmə hallarında 8%dən 25%ə qədər təşkil edir. Lakin onların etioloji mahiyyətini hal-hazırda müəyyən etmək çətindir. Bunlara aşağıdakı mikroblar aiddir:

  • Chlamydophila (chlamydia) pneumoniae;

  • Mycoplasma pneumoniae;

  • Legionella pneumoniae

Xəstəxanadankənar pnevmoniyanın nadir törədicilərinə (3-5%) aşağıdakılar aiddir:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin