XəZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ



Yüklə 381,02 Kb.
səhifə3/97
tarix02.01.2022
ölçüsü381,02 Kb.
#1042
1   2   3   4   5   6   7   8   9   ...   97
Patrik Modianonun “Bülten Gallimar”a müsahibəsi

Bülten Gallimar”: “Tanımadığımız qadınlar” triptix təşkil edən üç qadın monoloqundan ibarətdir. Nədən bu dəfə sözü qadınlara vermək qərarına gəldiniz?



Patrik Modiano: Mən yeni rakurs tapmağa çalışır, əvvəlki romanlarımdakı “mən”dən fərqli başqa təhkiyəçi tapmağa çalışırdım ki, rəvayətçi deyil, dinləyici olum. İstəyirdim oxucuda elə bir təəssürat oyadım, sanki hər dəfə radiodan səs eşidir – kimsə öz həyatından hadisə danışır və qəflətən veriliş kəsilir, ya da onu efirdəki yad səslər, xışıltılar pozur. Dinləyici əbəs yerə çalışır ki, radionun düyməsini hərləyib, dalğanı tapsın, hadisənin davamını öyrənə bilsin.

B. G.”: Adətən, sizin qəhrəmanlar özlərinin, öz keçmişlərinin axtarışıyla məşğul olan insanlardır. İndi isə, deyəsən, bu axtarış yoxdur...



P. M.: Hər bir qadın həyatının bəlli parçasından söz açır, lakin oxucu nə bu qadınların kimliyini, nə onların adını bilir. Rəvayətçilər adsız qalır. Həmin bu üç mətni kiminsə makinada çap etdiyi şahid ifadələri kimi də oxumaq olar. Çap edib, lakin dindirilənlərin adlarını, soyadlarını göstərməyi unudub. Və artıq şəxsiyyəti müəyyən etmək mümkün deyil.

B. G.”: Bir zamanlar demişdiniz: “Mən anladım ki, keçmişi “diriltməkdə” gücsüzəm. Ondan yalnız fraqmentlər, pərakəndə epizodlar qalır”. “Tanımadığımız qadınlar”ı yaddaşın öləziməsi mövzusunda bir variasiya kimi qəbul etmək olarmı?



P. M.: “Tanımadığımız qadınlar”da bizim qarşımızda məhz elə fraqmentlər, dağınıq epizodlar durur. Aydındır ki, hər qadın öz keçmişindən danışır. Amma bəlli deyil, onlar indi, öz hekayətlərini danışarkən hardadırlar və sonradan başlarına nə gəlib. Qısası, eyni zamanda həm çox yaxın, həm də uzaq olan bu səslərin hardan gəldiyi bəlli deyil. Və bütün bu əhvalatları qəhrəmanın sonrakı həyatıyla bağlamaq qeyri-mümkün olduğundan, adama elə gəlir ki, hər bir hekayə böyük buzlaqdan qopmuş, dalğalar qoynunda əbədilik tənha üzməyə məhkum bir buz parçasıdır.

B. G.”: Hərdən xəyallar pərdəsi yırtılaraq, qəddar gerçəkliyin üzünü qismən açır – qəfil həbs, qətl. Bu nədir – reallığın kabusa çevrilməsi, yoxsa xəyalpərəst birisinə özünü kobud bir tərzdə xatırladan reallıq?



P. M.: Mən düşünürəm ki, xəyallara dalanın rastlaşdığı elə reallıqdır və bu görüş onu hər dəfə qəddarcasına yuxusundan oyadır. Lakin hər üç epizod keçmişə aid olduğundan, o, “qəddar gerçəklik”də yuxu, ya da fantaziya cizgiləri tapır.



Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə