YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
FƏSİL 3.
Enerji subsidiyaları
3.1. GİRİŞ
Ayrı-ayrı ölkələr üzrə enerji qiymətləri arasında olan kəskin fərqlər
və qiymətlərin qeyri-sabitliyi, dolayısıyla qlobal güclər tərəfindən enerji
qiymətlərinə beynəlxalq nəzarətin çətinliyi enerji subsidiyaları və bunların
ləğvi məsələsini gündəmə gətirmişdir. Enerji subsidiyalarının enerji ixracat-
çı və idxalatçı ölkələr baxımından ayrı-ayrı qiymətləndirilməsi lazım olan
fiskal problemlər, eyni zamanda enerji subsidiyalarının mövcudluğu ilə ar-
tan enerji istifadəsinin ortaya çıxarığı ekoloji
fəsadlar bu məsələnin aktual-
lığını daha da artırır.
Enerji subsidiyalarının mövcud olması ölkənin fiskal yükünü artırır, belə
ki, dövlət xərclərini böyüdür, dolayısıyla dövlət vergiləri və ya dövlət bor-
cunu artırmağa məcbur edir. Bu isə nəticədə əhalinin aşağı gəlir qrupunun
rifahına mənfi təsir edir.
Enerji subsidiyaları sadəcə ölkənin fiskal yükünü artırmır, həm də bazar
mexanizmində mövcud problemlər səbəbindən özəl investisiyalara mane
olmaqla kölgə iqtisadiyyatını artırır, resursların bölgüsünü əhalinin yüksək
gəlir qrupunun xeyrinə dəyişir. Belə subsidiyalar fərdi və ölkə səviyyəsində
enerji istehlakını artırmaqla ekoloji problemləri dərinləşdirir. Hesablamala-
ra əsasən subsidiyaların ləğv edilməsi dünya üzrə CO2 emissiyasını nə az, nə
çox 13% azalda bilər.
Enerji subsidiyalarının təsiri ilə daha da artan enerji istifadəsi CO2 emis-
siyasının genişlənməsinə və beləliklə, qlobal istiləşməyə səbəb olmuşdur.
Qlobal istiləşmənin artması iqlim dəyişikliyinə, buz təbəqələrinin əriməsiylə
dəniz səviyyəsinin yüksəlməsinə və məhsuldar torpaqların su altında qalma-
sına səbəb olur. CO2 emissiyası 19-cu əsrin əvvəllərinə qədər aşağı sabit
səviyyədə olmuş, daha sonra davamlı olaraq artmışdır. Səbəb isə 18-ci əsrin
sonlarında Avropada başlayan sənaye inqilabıdır. İstehsal xərclərini azalt-
maq məqsədilə sənayenin inkişafında əsas istehsal vasitəsi olan xam enerji
- 76 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
qiymətlərinin aşağı endirilməsi və yanacaq növlərinin ifrat istifadəsi ilə eko-
loji çirklənmə səviyyəsi artmışdır. Dolayısıyla məhdud resurslarla sonsuz
ehtiyacları ödəməyə çalışan iqtisadiyyat ətraf mühit məsələsini arxa plana
keçirmişdir. Bu fəsildə enerji subsidiyaları və bunun iqtisadi-fiskal anlamı,
enerji subsidiyalarının tətbiqinin səbəbləri, enerji subsidiyalarının hesab-
lanmasında tətbiq olunan qiymət fərqi yanaşmasından bəhs edilmişdir.
3.2. Enerji subsidiyalarının təsnifatı və hesablanması
3.2.1. Enerji subsidyalarının təsnifatı
Klassik yanaşmada dövlət büdcəsinin kəsirini ixtisar etməyin bir yolu da
ya aktivləri kəskin şəkildə azaltmaq, ya da gizli öhdəliklərin artırılmasıdır. Ra-
sional dövlət uzun müddətli səmərəlilik üçün bir illik kəsir göstəriciləri ilə
kifayetlənə bilməz. Dolayısıyla xalis aktivlərdəki inkişaf burada daha vacibdir.
Əgər xalis aktiv dəyişməz qalarsa, büdcə kəsirinin azalmasından bəhs edilə
bilməz. Büdcə kəsirinin klassik göstəricilərindən fərqli olaraq (bu yanaşma “axın
konsepsiyası”nda öz əksini tapmışdır), alternativ konsepsiya - “aktuar kəsir”
dövlət öhdəlikərinin dəyişməsi və pul bazası əsasında bu şəkildə ifadə edilə bilər:
Dta=(Bt-Bt-1)+(Mt-Mt-1)
Burada D, t zamanı ərzində aktuar büdcə kəsiridir. B dövlət borcudur, M
isə pul bazasıdır. Aktuar və klassik büdcə kəsiri arasındakkı fərq gizli kəsirdir.
1
Karas və Misra tərəfindən 32 ölkə üçün gizli kəsir hesablanmışdır. On-
lar böhranlara gizli kəsrin səbəb olduğunu iddia edirlər. Gizli dövlət kəsiri
dövlət büdcəsində əks olunmayan müxtəlif dövlət fəaliyyətləri zamanı
meydana gəlir. Məsələn, subsidiyalaşma - dövlət resurslarının özəl sektora
və ya əhaliyə verilməsi bir nümunədir. Burada bir-birilə əlaqəli 3 fenomen
fərqləndirilməlidir:
Gizli büdcə subsidiyaları dövlət tərərfindən ayrı-ayrı şəxslərə və firmalara
edilən nəğd transferlərdir. Gizli subsidiyalara birbaşa büdcə kreditləri, vergi
istisnaları və ödənilməmiş vergi borcları, büdcədənkənar fondlardan edilmş
transfertler, firmaların idxal və ixrac kvotalarından qazancları və problemli
müəssisələrin maliyyələşdirilməsi aiddir.
1
Lev Freinkman et al., (2003), Quasi-fiscal Activities, Hidden Government Subsidies and Fiscal Adjustment in
Armenia, World Bank Working Paper N 16, səh, 4
- 77 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Kvazifiskal fəaliyyətlər/subsidiyalar - dövlət büdcəsindən kənardövlət
sektoru vasitəsi ilə gizli subsidiyaların təminidir.
Şərti öhdəliklər isə gələcəkdə büdcədə açıq şəkildə göstərilə bilən sub-
sidiyalardır. Buna ən klassik misal kommersiya kreditlərinə verilən dövlət
qarantiyalarıdır.
Enerji ilə zəngin ölkələrdə enerji subsidiyaları daha geniş yayılmışdır. Bu
yolla dövlət yanacağın, elektrikin və digər enerji məhsullarının qiymətini
aşağı saxlamaqla əhalini və biznesi subsidiyalaşdırır.
Büdcədə görünən subsidiyalar birbaşa hədəflənməmiş qiymət subsidiyaları-
dır. Hədəflənməmiş dolaylı qiymət subsidiyaları əlavə dəyər və digər satış vergiləri
üzrə güzəştlər, ixrac vergiləri, istehsalçı kvotaları, daşıma və saxlama subsidiyaları
və əmlakın beynəlxalq dəyərdən daha aşağı satılması formasında ola bilər.
Cədvəl 3.1. Enerji Subsidiyalarının əsas növləri
Dövlət müdaxiləsi
Nümunə
Subsidiyalar adətən necə həyata keçir?
İstehsal
xərclərini
azaldaraq
İstehsalçıya
qiymətləri
artıraraq
İstehlakçılar
üçün qiymətləri
aşağı salaraq
Birbaşa maliyyə
transferi
Istehsalçılara verilən qrantlar
İstehlakçılara verilən qrantlar
Aşağı faiz və ya güzəştli borclar
Güzəştli vergi
Satış vergilərində, istehsalçı rüsum
və tariflərində endirim və ya istisnalar
Vergi endirimi
Enerji avadanlıqlarına
sürətləndirilmiş amortizasiya tətbiqi
Ticarət
məhdudiyyətləri
Kvotalar, texniki məhdudiyyətlər və
ticarət embarqoları
Enerjiyə bağlı
xidmətlərin dövlət
tərəfindən birbaşa
tam təminatı
Enerji infrastrukturuna birbaşa
investisiyalar
İctimai araşdırma və inkişaf
Sığorta öhdəlikləri və s.
Enerji sektorunun
tənzimlənməsi
Tələb təminatı və mandat yayılma
dərəcəsi
Qiymətlərə nəzarət
Bazara giriş məhdudiyyətləri
Mənbə: Morgan, T., (2007), Energy Subsidies: Their Magnitute, How They Affect
energy Investment and Greenhouse Gas Emissions, and Prospects for Reform, səh:6
- 78 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Subsidiyalaşdırmanın ən mənfi cəhəti resursların bölüşdürülməsində
ədalətsizlik və qeyri şəffaflıqdır. Bu “neqativ subsidiyalar” adətən müəyən
qruplara xidmət edir. Bu da büdcə prosesinə, fiskal səmərəliliyə və da-
vamlılığa ziyan vurur. Kvazifiskal fəaliyyətin iki tərəfi arasındakı fərqi
müəyyənləşdirmək vacibdir.
1. Özəl sektorun (əhali də buraya daxildir) qeyri-şəffaf subsidiyalaşması
mexanizmi (resurslar necə transfer olunur?).
2. Bu subsidiyaların maliyyələşdirilməsi (bu resusrsların transferini kim
ödəyir və necə?)
Cədvəldən də göründüyü kimi subsidiyalaşma dövlətin müxtəlif
fəaliyyətlərini özündə birləşdirir. İstehsal xərclərini azaldaraq, istehlakçı
qiymətlərini azaldaraq, istehsalçı üçün qiymətlərini artıraraq və ya bunla-
rı eyni zamanda həyata keçirməklə subsidiyalaşmanın əsas məqsədlərini
müəyyənləşdirmək mümkündür. Cədvəldən də göründüyü kimi subsidi-
yalaşma əsasən istehsal xərclərini azaldan və ya azad rəqabəti zəiflədərək
müəyyən istehsalçıların fəaliyyətini dəstəkləyən, dolayısıyla daha çox is-
tehsalçıya xidmət edən iqtisadi-siyasi fəaliyyət olmaqla istehsalda daha
geniş tətbiq olunur. İstehsalçı subsidiyalarıının hesablanmasının konk-
ret üsulunun müəyyənləşdirilə bilinməməsi, artan ekoloji problemlər
fikirlərin istehlakçı subsidiyaları üzərində cəmlənməsinin təkan vericisi
ola bilər.
3.2.2. Enerji subsidiyalarının hesablanması
Enerji subsidiyaları həm istehlakçı, həm də istehsalçını əhatə edir. İs-
tehlakçı subsidiyaları həm firmalar həm də əhalini özündə birləşdirən is-
tehlakçılar tərəfindən ödənilən qiymətin bençmark qiymətindən aşağı ol-
duğu zaman ortaya çıxır. İstehsal subsidiyaları isə tədarükçülər tərəfindən
qəbul edilən qiymətlərin bençmark qiymətlərindən yuxarı olduğu vaxt
ortaya çıxır. Enerji məhsulunun ticarəti beynəlxalq səviyyədədirsə, o za-
man subsidiyaların hesablanmasında bazis bençmark qiyməti beynəlxalq
- 79 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
qiymətlərdir. Qeyri-ticari (non-tradeable) mallarda isə məsələn, elekt-
rik enerjisində müvafiq olaraq bençmark qiyməti yerli istehsalçının
xərclərinə bərabərdir. Subsidiyaların hesablanmasına bu şəkildə yanaşma
adətən “qiymət fərqi yanaşmasi” olaraq ifadə edilir.
İstehlakçı subsidiyaları özündə iki komponenti ehtiva edir: vergi
öncəsi subsidiyalar (pre tax) (əgər firma və əhali tərəfindən ödənilən
qiymətlər tədarük və çatdırma dəyərindən aşağıdırsa) və vergi sonrası
(post tax) subsidiyalar (əgər vergi effektiv səviyyədən aşağıdırsa). Bir çox
ölkələr istehlakçıdan vergi tutmaqla gəlir əldə edir və büdcə xərclərini bu
şəkildə maliyyələşdirir. Effektiv vergiqoyma enerji məhsulları da daxil ol-
maqla bütün istehlakı əhatə etməyi zəruri şərt kimi tələb edir. Effektiv
vergiqoyma həm də ətraf mühitə mənfi təsirləri aradan qaldırmaq üçün
lazımdır.
Haşiyə 1. Vergi öncəsi və vergi sonrası subsidiyalar
Pre tax subsidiya=Pw-Pc
Burada Pc istehlakçılar tərəfindən ödənmiş qiymətdir. Əgər mal və
xidmətlərin beynəlxalq səviyyədə ticarəti həyata keçirilmirsə, (məsələn elek-
trik) bu zaman bençmark qiyməti xərci qarşılayan qiymətdir (Pw).
Post tax subsıdıya=(Pw+t*)-Pc
Vergi sonrası subsidiyaların vergi öncəsi subsidiyalardan fərqi buraya, yəni
bençmark qiymətinə effektiv vergiləmənin (t*>0) əlavə olunmasıdır. Effek-
tiv vergiləmənin məqsədi həm gəlir bölgüsünə təsir etmək, həm də istehlakın
mənfi xarici təsirlərini azaltmaqdır. Dolayısıyla vergi sonrası subsidiya vergi
öncəsi subsidiya ilə effektiv vergiləmənin cəminə bərabərir.
IMF, (2013), Energy Subsidy Reform: Lessons And ImplicationsExecutive
Summary, səh:7
- 80 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Cədvəl 3.2. Neft məhsulları, elektrik, təbii qaz və kömür üçün
vergi sonrası subsidiyalar (2011)%-lə
Ölkələr
Neft məhsulları
Elektrik
Təbii qaz
Kömür
Büdcəyə
nisbəti
ÜDM-ə
nisbəti
Büdcəyə
nisbəti
ÜDM-ə
nisbəti
Büdcəyə
nisbəti
ÜDM-ə
nisbəti
Büdcəyə
nisbəti
ÜDM-ə
nisbəti
Albaniya
0.00
0.00
m.y
m.y
0.04
0.01
0.05
0.01
Azərbaycan
4.96
2.26
2.00
0.91
4.18
1.90
0.00
0.00
Ermənistan
3.86
0.84
1.81
0.40
3.93
0.86
m.y
m.y
Belarusya
0.00
0.00
2.32
0.98
5.86
2.46
0.00
m.y
Bosniya və Hersoqovina
0.00
0.00
m.y
m.y
0.16
0.07
7.35
3.41
Bolqarıstan
0.00
0.00
m.y
m.y
0.81
0.26
6.72
2.18
Xorvatiya
0.00
0.00
m.y
m.y
0.89
0.33
0.60
0.22
Gürcüstan
2.62
0.74
m.y
m.y
1.55
0.44
0.19
0.05
Macarıstan
0.15
0.08
m.y
m.y
1.11
0.59
0.56
0.30
Qazaxıstan
7.99
2.22
3.49
0.97
3.45
0.96
10.11
2.81
Kosova
0.00
0.00
m.y
m.y
m.y
m.y
0.06
0.02
Qırğızıstan
20.39
6.80
17.13
5.71
0.81
0.27
4.07
1.36
Latviya
0.00
0.00
m.y
m.y
1.14
0.41
0.30
0.11
Litviya
0.00
0.00
m.y
m.y
1.17
0.39
0.33
0.11
Makedoniya
0.00
0.00
m.y
m.y
0.31
0.09
4.46
1.28
Moldova
0.00
0.00
m.y
m.y
4.20
1.54
0.34
0.12
Monqolustan
0.00
0.00
m.y
m.y
m.y
m.y
11.49
4.56
Monteneqro
0.00
0.00
m.y
m.y
m.y
m.y
0.00
0.00
Polşa
0.15
0.06
m.y
m.y
0.51
0.19
4.79
1.84
Rumınya
0.00
0.00
m.y
m.y
1.34
0.42
1.74
0.55
Rusiya
3.96
1.52
3.30
1.27
6.45
2.47
2.67
1.03
Serbiya
0.00
0.00
m.y
m.y
0.89
0.37
6.00
2.46
Tacikistan
0.45
0.11
10.04
2.50
0.87
0.22
0.57
0.14
Türkiyə
0.00
0.00
m.y
m.y
0.91
0.31
1.91
0.66
Türkmənistan
44.05
8.31
12.67
2.39
105.63
19.92
m.y
m.y
Ukrayna
0.48
0.20
4.36
1.85
16.31
6.91
6.40
2.71
Özbəkistan
2.28
0.92
14.80
5.95
63.40
25.50
0.67
0.20
Mənbə: IMF, (2013), Energy Subsidy Reform: Lessons And ImplicationsExecutive Summary
- 81 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Cədvəldən də göründüyü kimi keçmiş Sovet İttifaqı ölkələrində ener-
ji subsidiyaları yüksəkdir. Subsidiyaların ən yüksək olduğu ölkələr isə
Türkmənistan, Qırğızıstan və Qazaxıstandır. Enerji subsidiyalarının yüksək
olması əsasən ölkələrin enerji resurslarıyla zəngin olması ilə əlaqəli olsa da,
Qırğızıstan və Ermənistanın enerji resurslarının (xüsusilə neftin) olmamasına
baxmayaraq subsidiyalar bu ölkələrdə də yüksəkdir. Enerji subsidiyalarının
yüksək olması nəticəsində bu ölkələrdə büdcə xərcləri artır və dövlət borcu
yüksəlir. Digər yandan isə ƏDV və istehlakçı tərəfindən ödənilən vergilər artır.
3.2.3. Enerji subsidiyalarının tətbiqi
Enerji subsidiyalarının tətbiqi üçün irəli sürülən əsaslar bunlardır.
•
Enerji yoxsulluğu ilə mübarizə. İstehlakçı subsidiyaları bu məqsədlə tətbiq
olunur və az gəlirli qrupa xidmət etməklə enerjini bu qrup üçün əlçatan edir.
•
Yerli enerji təklifini artırma. İstehsal subsidiyaları bu məqsədlə id-
xaldan asılılığı azaltmaq üçün tətbiq olunur. Bu yanaşma həmçinin
ölkənin xarici və strateji iqtisadi siyasətinə dəstək məqsədilə milli enerji
şirkətlərinin qlobal fəaliyyətinə kömək üçün tətbiq edilir.
•
Sənayenin inkişafı və məşğulluğu dəstəkləmə. Subsidiyalar
sənayeçilər üçün rəqabət üstünlüyü vasitəsidir. Enerji subsidiyaları ener-
jinin intensiv istifadə edildiyi sahələrə investisiyaları stimullaşdırmaq
üçün tətbiq olunur. Məsələn, alüminium əridilməsi sənayesinin belə bir
dəstək olmadan mənfəətli olması çətindir. Enerji subsidiyaları həmçinin
tarif və ticarət məhdudiyyətləri formasında xüsusilə keçid və iqtisadi eniş
zamanı məşğulluğun artırılması üçün tətbiq olunur.
•
Milli sərvətin yenidən bölüşdürülməsi. Xüsusilə enerji istehsal edən
ölkələrdə istehlak subsidiyaları aşağı enerji qiymətləriylə milli resursla-
rın bölüşdürülməsində əhəmiyyətlidir. Bu yanaşma həmçinin iqtisadi
diversifikasiyanı təmin etmək və rəqabətliliyi yüksəltməklə məşğulluğu
artırmaq üçün tətbiq olunur.
•
Ətraf mühiti qoruma. Bu yanaşma xüsusilə inkişaf etmiş ölkələr,
qismən isə yeni sənaye dövlətləri üçün xarakterikdir. Bu ölkələr bərpa
olunan enerjinin inkişafı, nüvə enerjisinin və karbonun zəbti və saxlanıl-
ması məqsədi ilə dəstək proqramları həyata keçirir.
2
2
İEA, OECD: World Bank, 2010, The Scope Of The Fossil Fuel Subsidies İn 2009 And The Roadmap For Phas-
ing Out Fossil Fuel Subsidies
- 82 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Müsbət tərəflərinin mövcud olmasına baxmayaraq subsidiyaların ləğv
edilməsini irəli sürən fikirlər kifayət qədərdir. Enerji subsidiyalarının enerji
istehlakını artırması və CO2 emissiyasını çoxaltması ilə ekologiyaya mənfi
təsiri bu tip subsidiyaların əleyhinə işləyən əsas arqumentdir. Digər bir ça-
tışmazlıq subsidiyaların dövlət büdcəsi üçün yük olmasıdır. Xüsusilə də
dünya bazarında enerji qimətləri yüksəlirsə enerjidaşıyıcılarını idxal edən
ölkələrdə fiskal yük böyüyür. Bəzən mənfəət güdən qrupların manipulya-
siya ilə subsidiya mexanizmlərini öz maraqlarına uyğunlaşdırılması da unu-
dulmamalıdır. Enerji subsidiyaları səbəbi ilə enerji istehlakının artması yerli
ehtiyatlar azaldığından enerji idxalatçılarına idxalı artırmağa sövq edir.
Subsidiyaya dair məlumatın təşkili zamanı zəruri olan ilk addım hər hansı
bir sektor və ya həmin sektorun məhsullarına dair subsidiyalaşma siyasətinin
müəyyənləşdirilməsidir. Bu da subsidiyalara dair məlumatların müxtəlif
aspektlərdən fərdi səviyyədə öyrənilməsinə kömək edir. Bununla da subsidi-
yaların mənbəyini və subsidiyalaşmanın istehlakçı və istehsalçıların davranış-
larına təsirini anlamaq mümkün olur. Aşağıdakıcədvəl 3-də yanacaq sektorun-
da (kömür) bunu əks etdirən köçürmələr matrisi göstərilmişdir.
Cədvəl 3.3. Köçürmələr matrisi (kömür mədənlərində dəstək siyasətinə dair nümunə)
Köçürmə mexanizmi (köçürmə necə yaradılır)
Qanuni və ya rəsmi fəaliyyət
Birbaşa istehlak
Məhsul gəlirləri
Müəssisə gəlirləri
Ara gəlirlər
Istehsal faktorları
Istehlak dəyəri
əhali və ya müəssisə
gəlirləri
Maliyyə
vəsaitinin
birbaşa
köçürülməsi
Vahid subsidiya
life-line elektrik
dərəcəsinin
dövlət tərəfindən
subsidiyalaşdırılması
Ton başına
metallurgiya kömür
subsidiyaları
Kömür mədən
şirkətlərində istifadə
olunan qrantlar
Mədənlərdə istifadə
olunan elektrik
subsidiyaları
Mədənə bağlı
kapitalın əldə
olunması ilə əlaqəli
kapital qrantları
Riskin dövlətə
ötürülməsi
Qiymətə bağlı
istehlak subsidiyası
Büdcə hesablı soyuq
hava qrantları
Kömür bufer
ehtiyatlarına tətbiq
olunan dövlət
xərcləri
Dövlətin mədən
qəzaları üzrə
istehsalçı öhdəliklərini
azaltması
Kömür qatarlarının
təhlükəsizlik
qarantiyaları
Mədənə bağlı
kapitalın əldə
olunması ilə əlaqəli
kredit təminatı
Əvvəlcədən
hesablanmış
vergi gəlirləri
Yanacağa tətbiq
olunan aksiz vergisi
istisnaları
Müəyyən gəlir payını
artıran enerji satışı ilə
əlaqəli vergi endirimləri
Kömürdən
hazırlanan maye
yanacağın
istehsalına tətbiq
olunan vergi
endirimləri
Kömür mədən
şirkətlərində gəlir
vergisi dərəcəsinin
azaldılması
Mədən maşınlarında
istifadə olunan
yanacağa tətbiq
olunan aksiz vergisi
endirimi
Mədən təchizatı
investisiyalarına
tətbiq olunan vergi
endirimləri
Digər
əvvəlcədən
hesablanmış
dövlət
gəlirləri
Son istehlakçı
tərəfindən əldə
edilən təbii
resursların əldə
edilməsinin
dəyərindən aşağı
qiymətləndirilməsi
Kömür
yataqlarında icarə
haqqına tətbiq
olunan endirimlər
Malların, dövlət
xidmətlərinin və
ya təbii resursların
əldə edilməsinin
dəyərindən aşağı
qiymətləndirilməsi
Kömürün saxlanması
üçün istifadə olunan
dövlət torpaqlarının
dəyərindən aşağı
qiymətlə əldə
edilməsi
Məcburi
köçürmələr
Tənzimlənən
qiymətlər, çarpaz
subsidiyalar
Zəruri əhəmiyyət
daşıyan elektrik
dərəcəsi
Kömürə tətbiq
olunan idxal
tarifləri və ya ixrac
subsidiyaları
Kömür şirkətlərində
inhisar imtiyazlarının
verilməsi
Yerli kömür
istehsalında ixrac
məhdudiyyətləri
Mədən
məşğulluğunda
əmək haqqı
nəzarəti
Mənbə: İEA, OPEC, OECD, WB, (2010), Analysis of the Scope of Energy Subsi-
dies And Suggestions for The G20 İnitiative, səh: 12
- 83 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
3.3. Subsidiyaların iqtisadi, sosial və ekoloji təsiri
Subsidiyaların tətbiqi geniş miqyasda iqtisadi, sosial, ekoloji təsirə malik-
dir. Enerji subsidiyaları ləğv edilmədən öncə və ya digər bərpa olunan enerji
subsidiyaları tətbiq edilmədən öncə iqtisadi təhlil aparılmalıdır. Qlobal-
laşmanın artmasıyla subsidiyaların ləğvi məsələsi qloballaşsa da, ölkələrdə
tarixən formalaşmış yanaşma tərzi, resusr bölgüsündə fərqlilik və iqtisadi
inkişaf səviyyəsinin müxtəlif olması məsələyə fərdi yanaşmanı tələb edir.
Şəkil 3.1. Enerji subsidiyalarının sosial, iqtisadi və ekoloji təsiri
Mənbə: İEA, OPEC, OECD, WB, (2010), Analysis Of The Scope Of Energy
Subsidies And Suggestions For The G-20 İnitiative, səh:9
3.3.1. Enerji subsidiyalarının iqtisadi təsiri
Düzgün idarə olunmayan enerji subsidiyaları vergi ödəyiciləri üçün
iqtisadi mənada baha başa gəlir və istixana qazı emissiyasını artırmaqla
havanı çirkləndirir, ətraf mühitə ziyan vurur. Enerji subsidiyaları həm də
yanlış qiymət siqnalları yaratmaqla yüksək enerji istehlakı və ya istehsa-
lı, həmçinin enerji xidmətlərinə sərbəst girişdə maneələrə səbəb olur. İs-
- 84 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
tehlak qiymətlərinin aşağı salınması ilə istehlakın subsidiyalaşması enerji
istifadəsini artırır və enerji səmərəliliyini azaldır.
Enerji subsidiyaları həmişə büdcədə əks olunmur, amma bu müxtəlif
vasitələrlə mütləq ödənməkdədir. Deyək ki, vergi öncəsi istehlak subsidi-
yası dovlət müəssisələri tərəfindən idarə olunur və qiymətlər təklif olunan
qiymətlərdən daha az səviyyədə verilir. Əgər dövlət bu itkini transfertlər
vasitəsiylə maliyyələşdirirsə, istehlak subsidiyaları büdcə xərclərində əks olu-
nacaq və yüksək dərəcəli vergilərlə maliyyələşdiriləcək, borclar artacaq, borc-
lar monetarizasiya olunduğu halda inflyasiya yüksələcək. Amma subsidiya-
lar dövlət təşkilatları tərəfindən maliyyələşdirildikdə və itki və ya mənfəətin
azalması kimi əks olunduqda dövlətə daha az vergi ödəmələri həyata keçəcək
və gecikmiş ödəmələr problemi yaranacaq. Azərbaycan müstəqilliyinin ilk
illərində belə bir problemlə üzləşmişdir. Alternativ olaraq istehlak subsidiyala-
rının dəyəri subsidiyalaşmış enerji gəlirləri vasitəsiylə qarşılanacaq. Bunun da
yükü sonda yenə dövlətin üzərinə düşür. İndoneziya, İordaniya və Malayziya
yanacaq subsidiyalarını büdcədə əks etdirdikləri halda, Sudan və Yəməndə bu
qismən, Anqolada isə tamamən büdcədə əks olunmayıb.
İstehlak subsidiyalarını dövlət büdcəsində əks olunub olunmama-
sından asılı olmayaraq bazar quruluşundan və dövlətin maliyyələşdirmə
siyasətinə görə müəyyənləşdirmək mümkündür. Qrafik 2”yə əsasən ümumi
dəyərlədirmə edilə bilər.
Dostları ilə paylaş: |