6. Etrusk.
Latın (İtaliya)
Balkandan f
ərqli olaraq, Aralıqdənizinin ortasında çəkmə formasına
b
ənzəyən Apennin yarımadasında sivilizasiya bir az keç başlamışdır. Bu-
rada
əkin üçün yararlı torpaq Yunan elindən çox olsa da, Ön Asiya mədə-
niy
ətindən uzaqda yerləşməsi və metallurgiyanın gec mənimsənilməsi
İtaliyanın ikişafını ləngitmişdi. Ümumi ellin adı ilə tanınan yunanlara nis-
b
ətən, buranın əhalisi m.ö. I minildə müxtəlif dilli boylardan ibarət idi.
Dunay
çayı yaxalarından m.ö. II minilin sonunda qalxıb, buraya gələn ita-
lik
boylarından yapiq, osk-umbr, sabin və latınlar, İlliriyadan gələn venet
(Venetsiya bölg
əsi) və daha sonralar gəlib quzeydə yerləşən qallar (kelt),
m.ö.VIII-VI
əsrlərdə Balkandan gəlib güneydə, Siciliyada oturan yunan-
lar hindavropa kök
ənli boylar idi. Lakin buraba dili bilinməyən rutul kimi
b
əzi boylar da vardı. Bura Troyadan və Lidiyadan gələn boyların içində isə
türkdilli uruqlar
vardı. Bunlardan biri də yeni yurda Ön Asiya gələnəklərini
g
ətirən etrusklar idi.
Yunan v
ə Roma mədəniyətınin tarixi axarından Avropa uyqarlığı
ya
randısa, vaxtilə Roma uyqarlığı da etruskların kultur alanları üzərində
qurulmuşdu. Ən azından, avropalılarin yazı kulturu latın əlifbasına borc-
ludur ki, onun da kökü q
ədim türk runik əlifbası ilə eyni olan etrusk əlifba-
sına dayanır. Bunu hər iki əlifbada istifadə olunan qrafik işarələrin müqa-
yis
əsində aydın görmək olur:
483
Polad k
əndindən (İcevan rayonu) toplanan «Qıratın qaçırılması» qolunda söylən-
mişdir (
Вялийев,
1979, 4).
484
Подосинов, 1985, 153.
249
Etrusk dilind
əki türkizmlərdən danışarkən vaxtilə etrusklardan latın
dilin
ə keçmiş sözləri də nəzərə almaq lazımdır. Latin dilindəki pedis (bit),
urbis, orbis
(uram, ordu, şəhər, dairə), sero (sarımaq), balte (beldə, kəmər),
curia (kurum), curulis (dövl
ət taxtı), veto (bitmək), konsilium (konuşma,
g
ənəşmə), camillus (kam, gənc rahib) və bu kimi onlarla sözün etrusk di-
lind
ən qalması mümkündür.
Tarixi
ədəbiyatda Etruskların İtaliyaya haradan gəlməsi, onların
soykökü mövzusu 2500 il bundan önc
ə gündəmə gəlməsinə baxmayaraq
bugün
əcən öz həllini tapmamışdır. XIX əsrin sonunda artıq etrusk dili bir
çox dünya dill
ərilə müqayisə edilmiş, lakin qohum dil axtarışı hələlik bir
n
əticə verməmişdir.
Vergilinin q
ədim Roma tarixindən bəhs etdiyi «Eneida» əsərində
bu şəhərin əsasını qoyan etrusk soyköklü Romul və Remin troyalı Eneyin
tör
əmələri olduğu bildirilir. Romanın məşhur Qay sülaləsi də özünü tro-
yalı Eneyin soyuna bağlayırdı. Məşhur Roma imperatoru Qay Yuli Sezar
senatda ilk çıxışında «Mən əsilzadəyəm, troyalı Eneyin nəslindənəm»
dey
ərək özünü təqdim etmişdir.
Etruskların Tarkvini soyunun Romada
hakimiy
əti (616-510) yüzil sürdü. Roma imperiyasının təməl daşlarının
qoyulduğu bu çağda romalılar mənimsədiyi mifoloji tarixlə, dövlətçilik
g
ələnəyilə sonralar Asiya və Avropada tanındı.
Q
ədim etrüsk əfsanəsinə görə, Eneyin törəmələri Romul və Rem
sahibsiz qaldıqda onları bir dişi börü (qurd) əmizdirir, ölümdən xilas edir.
Sonralar bu ekizl
ər Roma şəhərinin əsasını qoyurlar. Bu baxımdan, türk-
l
ərin qayı boyunun dişi qurd əfsanəsi etrusklarda da vardı. Roma şəhərin-
d
ə etrusk kvartalının (Tuskus vikus) olması, Yugarius vicus (yuxarı) və
Yanikul (yeni qol) m
əhəllələri, qədim subar boyadı ilə Subura adlanan
etrusk kvartalı göstərir ki, şəhər sakinlərinin yalnız bir qismi etruskardan,
dig
ər qismi isə başqa etnoslardan
(latın, sabin və b.) ibarət imiş. Bu
türk adları sanki Romanın simgəsi
sayılan Bozqurdun ünvanını gös-
t
ərən keçmiş tarixin yaddaşı kimi
qalmaqdadır. Bizə düşən bu yad-
daşı oyatmaq, yeniləməkdir. Etruri-
yanın özündə də etrusklar müxtəlif
yerli v
ə gəlmə boylarla qarışıq ya-
şayırdılar.
250
Etrusk xalqı, etrusk dili deyimlərinin gerçək anlam tutumu o çağla-
rın etnik demoqrafiyası, gəlmə-yerli boyların ayrı-ayrı və iç-içə yaşaması
il
ə bağlıdır. Etnik gələnəklərini saxlayan boyların dini inancları sintezin-
d
ən yaranmış yeni etrusk dinilə paralel ortaq ünsiyət vasitəsinə çevrilmiş
etrusk dili d
ə Etruriyada yaşayan müxtəlif boyların mədəni birliyi
idi. Bu
birlik siyasi birliy
ə, etrusk toplumu da superetnosa çevrilmədi. Bu baxım-
dan, etrusk dilin
ə burada yaşayan bir-iki boyun doğma dili, başqa boyla-
rınsa ikinci dili kimi baxmaq gərəkir. XX əsrə qədər Qafqazda azər türk-
c
əsinin rolu nə idisə, etrusk dili də Etruriyada həmin rolu oynamışdır. La-
kin vahid etnos olan az
ər türklərindən fərqli olaraq, etrusklar qarışıq etnos
idi v
ə bu durum onların İtaliyada latınlaşmış bir xalq kimi yeni eraya daxil
olmasına münbit şərait yaratmışdı.
Etrusk yazıları üzərində araşdırma bizdə belə bir qənaət yaratdı ki,
etrusk dili d
ə çuvaş, hay, alban dilləri kimi qarışıq bir dildir.
Bu dild
ə tür-
kizml
ərlə yanaşı başqa bir-iki dilin də izi görünür. Bu izləri leksik qatda
aramaq n
ə qədər asan olsa da, qramatik qatda o qədər çətindir. Etruskolo-
giya
nın uğuru isə bu problemin düzgün çözülməsindən asılıdır. Bu baxım-
dan, etrusk dilini açmaq üçün bir açar yetmir, etrusk dünya
sına girmək
üçün qapıya iki açarla yaxınlaşmaq gərəkir.
Bel
əliklə, türk dili etrusk dilini aça bilən açarlardan biri sayıla bilər,
qalır o biri açarın tapılması. Bunun üçün etrusk əlifbasında bir-iki hərfin
bildirdiyi s
əslərə yenidən baxmağa ehtiyac vardır. Uzun və çətin bir yol
keçmiş etruskologiya elmi üçün əlifbada kiçik düzəlişlər aparmaq o qədər
d
ə çətin olmayacaq. Yetər ki, etrusk əlifbası ilə eyni qaynaqdan olan türk
runik
əlifbasının özəl orfoqrafik qaydalarından yardımçı vasitə kimi istifa-
d
ə olunsun.
485
Önc
ə etrusk onomastikasında geniş yer tutan türk adların-
dan bir neç
əsinə baxaq
.
Kiçi
k Asiyanın qədim dillərindən bəhs edən
V.V. Şevoroşkin kari ad-
larının sonunda görünən alp sözünün burada işlənmiş Alpos adı ilə bağlan-
485
Xocam B
əxtiyar Vahabzadə 1985-də dedi ki, Sumerlə bağlı sənin məqaləni tərcümə
edib çapa ver
ən alman dostumuz Ə. Şmide Bakıdadaır, görüşmək istəyir. Biz Bəxtiyar
mü
əllimgildə görüşdük və söhbət etrusklardan düşəndə o maraqlı bir söz işlətdi, dedi ki,
almanlar etrusklara turx deyir. T
əkcə bu turx sözü o zaman mənim üçün əsas ipucu oldu
v
ə
bir müdd
ət etrusk yazıları ilə ciddi məşğul oldum.
Sonralar b
əzi yazılarımda etrusk
dili,
əlifbası və teonimlərindən bəhs etmiş, türkcə oxuduğum bir neçə etrusk deyimini
«Az
ər xalqı» (2000) bitiyində vermişdim. Keçən bu müddət ərzində topladığm xeyli
etrusk-türk paralell
əri artıq “Etrusk-Türk bağı” adlı ayrıca bitik şəklində çapa hazırdır.
251
tısını mümkün sayır və müqayisə üçün etruskcadan cul-alp sözünü sual
işarəsilə örnək göstərir.
486
Əlbəttə, alp sözünün “igid” anlamı onun türk
adlarına qoşulmasına imkan vermişdir və etruskların tale tanrısı kimi təq-
dim olunan Kul-alp
adında türkcə “şanlı igid” anlamı vardır. Bu baxımdan,
uzmanların etruskların Alpan teonimini cəsarətli tanrıca kimi deyil, onun
ad
ında həvəslə, istəklə (
willingly
)
sözlərini axtarması əbəsdir.
Bir etrusk
yazısının sonluğunda alpan turke (alpan sunağı) sözləri işlənir ki, burada
da alpan sözü
igid, cəsur anlamındadır. Doğu türklərdə Ulgen tanrının
epitetlərindən biri Ayaz adıdır. A. İnan qeyd edir ki, bəzi şaman duaların-
da Ulgenə aqayaz (ağ ayaz), ayazkan deyimlərilə müraciət olunurdu.
487
Et
rusk yazısında bahadır adı kimi keçən Ayvaz yunanların Ayaks (Ayaz)
adı ilə qarşılaşdırılır. Hər halda, Eyvaz variantı da qeyd olunan bu adların
Koroğıu-Herekle bağı fonunda etimoloji baxımdan araşdırmaq yararlı ola
bilər. Etrusk yazılarında işlənən lukumon titulu baş kahin və hökmdar
sanı bildirir, yəni etrusk toplumunda lukumon həm başqam, həm başqan
sayılırdı. Etrusk inancına görə yeraltı qüvvələrlə təmas qurma bacarığı
olan lukumonlar qutsal sa
yılırdı. Romalı yazar Festə görə, lukumon hara
yanaşırdısa, ora təhlükəli məkana çevrilirdi. Yunanların basilevs dediyi
lukumonların yaşamı o qədər rituallaşmışdı ki, onlar dini törələrin quluna
çevri
lirdi. Sözün anlamını açmaq üçün onun hansı məna çalarları olması-
na baxmaq lazım gəlir. Lukumon sanına bu kontekst daxilində baxanda
onun “ulu qam”
anlamı ilə işlənən ulukam
(ulukam-
an) sözü olduğunu
gör
mək olur.
İtaliya dilçisi prof. Mario Alineyi etruskların baş tanrısı Tinia (Tin)
il
ə türklərin Tengri teonimi arasındakı əlaqəni qeyd edib bunlarda eyni
söz kökü olduğunu yazır.
488
Roma elb
əyi (carı) Tiberi adında qədim türk
el (dövl
ət) qurumunda “vali” anlamında təbər, eltəbər titulu durur. Titul
bildir
ən bu söz vaxtilə het diniə də keçmiş və burada sonralar labarna
(hökmdar) for
masını almışdır. Romulun ulu babası kimi verilən Eney
yunanca Afrodita
, latınca Venera adlanan tanrıcanın oğlu idi. Etrusklarda
bu tanrıca Turan adlanırdı.
Appian m.ö.V
əsrdən sonrakı keltlərlə romalıların savaşlarından
b
əhs edərkən Romada tanınmış Fabiy soylu bir qamın adını Qay Fabiy
486
Шеворошкин, 1965, 232.
487
İnan, 1972, 32.
488
Alinei, 2005.
252
Dorson, Tit Liviy is
ə onun adını Qay Fabiy Dorsuon kimi verir.
489
Az
ər
türkl
ərində və başqa türk xalqlarında Dursun, Tursun adı geniş işlənir.
Troya şəhəri İdı dağının ətəində yerləşir. Homer Heranın bu dağın
zirv
ələrindən biri olan Qarqar üzərinə qalxmasını yazır.
490
Buradakı İdı,
Qarqar toponiml
əri qədim türk qarqar boyunun və türk onomastikasında
yayğın “qutsal” anlamlı İdı dağadı ilə bağlıdır. Güney Azərbaycanda İdı
dağadı, Qarqar bölgəsi m.ö. I minilin əvvəllərindən, Quzey Azərbaycanda
is
ə qarqar boyları Alban eli çağından bəlli idi, Qazaxıstanda Qarqar dağı
indi d
ə vardır. Bu baxımdan, İtaliyaya köçənlər içində hansısa türk boyu-
nun
olması quşqu yaratmır.
Uzmanlar etrusk dilinin güney v
ə quzey dialektləri olmasını söylə-
yirl
ər. Yazı örnəkləri olsa belə, şifrəsi açılmamış bir ölü dilin dialekt özəl-
likl
ərinə şərh vermək zor işdir. Doğrudur, Toskanada yaşayan etruskların
bioloji-genetik varisl
əri bugün italyan dilində danışakən sözləri fərqli tələ-
füz ed
ə bilər, lakin bunun etrusk dilinə yox, italyan dilinə dəxli var. Adilə
xanım Aydanın yazdığına görə, bu bölgədə c (k) səsi x kimi deyilir və bu
öz
əllik gorgia toscana (toskana qırtlağı) adlanır.
491
Et
rusk yazılarında ey-
ni adın, sözün müxtəlif yazılış fopmaları aydın göstərir ki, bunların müəy-
y
ən hissəsi dialekt fərqlərilə bağlıdır.
Uzmanlar
etrusk yazılarında işlənən ais (sonralar eis) və cəm halda
aisar
sözünün “tanrı” anlamı daşıdığını söyləyir. Maraqlıdır ki, eyni du-
rum Skandinav xalqlarının saqalarında da özünü göstərir. Özəlliklə, island
dilind
ə “tanrı” anlamında æs [au:s], cəmdə æsir sözü işlənir.
492
Döğrudur,
skandinav dill
ərindəki as sözü Avropanın quzey-batı bölgələrinə Asiya-
dan g
əlmiş qədim as//az boyları, həmin boyların baş tanrısı Odinin və di-
g
ər as tanrılarının ilk məskəni Aser (Azər) yurdu ilə bağlanır.
493
Ancaq
etruskcada ais//eis, aisar sözl
ərinin skandinav saqalarındakı as, aser söz-
l
ərilə əlaqəsinin olub-olmaması hələlik bəlli deyil. Belə ki, aser//asar tan-
rıadını Skan-
dinav ölk
ələri-
n
ə aslar, İtali-
489
Аппиан, 2004, 237.
490
«İlliada», XIV. 292-283.
491
Ayda, 1987, 232.
492
Исландско-русский словарь. М. 1962, 49.
493
Az
ər xalqı, 2005, 11-24.
253
yaya da etrusklar Asiyadan (Az
ər ölkəsindən) aparmışlar.
Etrusk-türk
əlaqəsindən danışmaq üçün türkologiya elmi Altay
teorisin
ə istinad edə bilmir, çünki etruskların İtaliyaya Altaydan
getm
əsini ortaya qoya biləcək bəlgələr yoxdur. Bu baxımdan, türklərin
Atayurdunu Ön Asiyada ver
ən yeni Urmu teorisi isə etrusk-türk
ilişkilərini tarixi gerçəkliyə dayanan elmi ölçülərlə ortaya çıxara bilir.
II mi
nilin sonlarında
Kiçik Asıyanın batısından
köç
ərək Apennin yarıma-
dasının Arno-Tibr çayları
arasında Etruriya (Toskana)
bölg
əsində yerləşən etrusk
boyları artıq I minilin baş-
larından İtaliyanın önəmli
xalqla
rından birinə çevril-
miş, 8-ci əsrin ortalarından
6-
cı əsrə qədər etrusk eks-
pansiyası ətraf bölgələri və
adaları bürümüşdü.
Et
rusk varlığı İtaliya-
da miladdan önc
əki minil
boyu davam etdi, ancaq bu
varlıq 500 il üzüyuxarı yüksəlişlə, 500 il də üzüaşağı enişlə davam etdi.
Etru
sklar Yeni eraya latınca danışan bir toplum kimi keçdi, arxada böyük
m
ədəniyət buraxsa da, öz keçmişini itirdi.
Miladdan önc
ə III-I əsrlər ertuskların asimilyasiya olunma dönəmi-
dir. Etruskların sonu çatdı, bu acı sonluq İtaliyanın mərkəzində Yuli Sezar
v
ə Oktavian Avqust dönəmində tarix yazarlarının gözü önündə baş verdi,
ancaq bu acımasız olayı qələmə alan olmadı, oldusa da, it-bata düşdü,
g
əlib bizlərə çatmadı. Roma imperiyasını yönətən latın siyasi elitası və
latın yazarları hər vəchlə etrusk adının tarixdən silinməsinə çalışırdılar.
Bu duruma münasib
ət bildirən Q. Müleşteynin gerçəkliyi yansıtan belə
bir deyimi var: Etruriya Roma
nın beşiyi, Roma etruskların məzarı oldu.
Yunanlarla cavaşda ölən Troyanın son çarı Priamın və bu savaşda
ona yardım edən Eneyin soybabaları Dardan idi. Dardan, Troy (Tur), Eney
v
ə Priam şəxsadları kimi, Troya ilə bağlı bir sıra toponimlər də türk ono-
mastikasına yad deyildir. Həmin çağlarda batı türklərindən olan subar, er-
254
m
ən, mitan, tiras (tirsa), qaşqay və urmu boylarının, daha əvvəllər dilində
xeyli türk sözl
əri görünən hat boylarının Troya (İlion) ilə əlaqəsini müm-
kün saysaq, onda bel
ə türkizmlərin gerçək varlığı doğaldır. Troya-Lidiya
yör
ələrindən İtaliyaya köçən etruskların da buradakı türkizmləri və yaxud
türk di
lini yeni yurda aparması doğal sayılmalıdır.
Dilin leksik qatında şəxs adları (antroponimlər) önəmli yer tutur. Et-
ruskoloqların verdiyi etrusk adları sırasında türk onomastikası üçün yad
olmayan elementl
ər də görünür. Belə ki, Hathli soyadında hat-lı modeli,
latınlarda Caius//Gaius şəklində işlənən etruskların Cae//Cai adında oğuz
boyadı kayı (qayı), Churchle [Xurxle]-Koroğlu,
Pleku-Pelek, Tute-Tutu,
Ulthes-Ulduz, Karkana-
Karakan şəxs adlarının paralelliyi vardır. Alfiya,
Atiliya, Perca, Culni, Cainei, Sarsinaia, Peci, Araziya, Pinariya, Tanusa,
Suana kimi etrusk
qadın adlarında Sarsın Ay, Bikə adları seçildiyi kimi,
sonda sadalanan adlarda da axarsu il
ə bağlı Araz, Pınar, Dəniz və qutsal
Su-
Ana adları görünür.
Əgər Arnth adının Arnza [Arnca] forması kiçiltmədirsə, onda türk
dill
ərindəki -ca (Qaraca) şəkilçisi görünməkdədir. Şəxsin adında hansı
soydan-
boydan olmasını (koqnomen) göstərən müxtəlif şəkilçilər vardır.
Örn
əyin, turs boyundan Tursikina etrusk adında -ki morfemı onunki, bi-
zimki sözl
ərində olan -ki şəkilçisilə yaxındır.
Etrusk dilinin hansı dil ailəsinə mənsub olmasını müəyyən etmək
üçün bu dild
ə qohumluq bildirən terminlərin düzgün tapılması gərəkir.
Uzmanlar etrusk dilind
ə qohumluq bildirən sözlər sırasında əmi, dayı, bibi,
xala, bacı mənasında işlənən sözlərin olmadığını qeyd edib apa, ati, klan
(oqlan), sex
(qız), neftis (nəvə), ruva (qardaş), puya (arvad, qadın), nene
(n
ənə, dayə), papa (baba) kimi sözlərin
bildirdiyi m
ənaları verirlər ki, bun-
ların da çoxu türk dillərində özünü göstərir.
494
İtalya dilçisi prof. M. Alineyi etrusk dilində işlənən tarxon, camthi,
zilax kimi titul bildir
ən sözlərin vaxtilə macar dilinə də keçmiş (kende,
dyula) türk sözl
əri (tarkun, kende, yula) olduğunu yazır.
495
Mü
əyyən sa-
h
ələr üzrə sənətkarları bildirən terminləri və peşə-sənət bildirən sözlərin
bir qismini başdaşı yazılarından öyrənmək olur. Belə epitafiyalardan bə-
zil
ərinin iki dildə yazılması isə çözümə yardım edir. Örnəyin:
494
Latıncanın nepōs (h.a. *nepōts) terminilə əlaqəsi görünən etrusk dilindəki neftis
sözünün n
əvə və ya qardaş//bacı uşağı anlaminda olması hələ dəqiq müəyən edilməyib.
495
Alinei, 2003.
255
TLE 541:
(latın): ar. trebi. histro
(etrusk): ath: trepi: thanasa
Trebi ad
ının latın variantından həm də aydın olur ki, etrusk yazıla-
rında [p] səsini bildirən p hərfi bəzi sözlərdə [b] səsini də bildirir. Latın
dilində teatr aktyorlarına histr(i)o deyilir və yazının etrusk variantında
onun qarşılığı tanasa sözüdür. Deməli, etrusklar aktyora tanasa demişlər.
Görünür, tanasa sözünün qarşılığı kimi verilən histro sözü sonralar latın
dilində aktyor (artist) anlamı ilə işlənmişdir. Buradakı tanasa sözü bədiz
(
surət, şəkil) anlamında ola bilər. Bu halda bütöv yazı belə oxunur: Arnt
Trebi(nin) bədizi.
Əgər bu ikidilli yazıda semantikası və morfoloji quruluşu ilə diqqəti
çəkən tanasa sözünün güman etdiyimiz “bədiz” anlamı doğrudursa, onda
etruskcanın bu sözü türkcənin tanış, taniq (şahid) sözləri kimi tanı- fei-
lin
dən yaranmışdır. Burada Turab adını xatırladan Trebi antroponimi də
maraqlıdır. Bu ada başqa bir ikidilli (TLE 462) yazıda Kay Trebu şək-
lində rast gəlirik ki, kayı (qayı) soyundan da yuxarıda bəhs olunmuşdu.
O çağlarda etrusk dili kimi başqa qarışıq dillərin də olmasına dair
bəlgələr var. Örnəyin, Herodot qrek (yunan) kökənli sayılan gelonların
yarı qrek, yarı skitçə bir dildə danışdıqlarını yazırdı. Müəyyən tarixi şəra-
itdə bir xalqın ikidilli duruma düşməsini göstərən bəlgələr çoxdur. Bilinq-
vizm adlanan bu dur
um dillərdən birinin üstünlüyü, sonra da qələbəsilə
nəticələnir. Etrusk dilinin latın dililə əvəzlənməsindən öncəki ikidillilik
başdaşı yazılarında geniş əks olunmuşdur. Yeri gəldikcə belə yazılardan
əldə olunan bilgilər üzərində dayanacağıq, çünki bəzi etrusk hərflərinin
etruskologiyada yol verilmiş yanlış yorumuna bu bilgilərlə düzəliş verilir.
Paris Milli kitab
xanasında saxlanan
q
ədim etrusk zəri üzərində saylar rəqəm və
nöqt
ə ilə deyil, sözlərlə verilmişdir.
Etrus-
kologiyada say bildir
ən sözlər 1-thu, 2-zal
(esal), 3-ci (ki), 4-ša, 5-max, 6-huth kimi
oxunur, geniş yayılmışdır, lakin zərlərdə
kubun qarşı tərəflərində olan rəqəmlərin
c
əmi üstündəki nöqtələrə uyğun olub yeddi
sayını verməlidir: 1+6=7; 2+5=7; 3+4=7.
B
əzi uzmanlar isə huth sözünü 4 sayına,
ša sözünü is
ə 6 sayına aid edirlər.
256
Bu say bildir
ən sözləri sırası ilə Polat Kaya (pr, ki, zal, mak, ma,
hut), Selahi Dik
ər (thu, ki, huth, ça, mal, zal) və ola bilsin ki, mənim bil-
m
ədiyim kimsələr də türkcə oxumaq istəmişlər. Vaxtilə zərin üzərində
olan sözl
ərin
t
əxmini
transkripsiya
il
ə
ve-
rildiyini,
z
ərin
pr
yazılan üzünü isə başayaq
tutaraq tu oxuduq
larını görüb,
b
əzi düzəlişlər (şa əvəzinə
pla,
huth
əvəzinə hlth)
vermişdim.
496
Bu
müqayis
ələrdə həmin fərqlər
aydın görünür:
Etruskoloqların oxuduğu
variantla (yuxarı sıra) bizim
va
riant (aşağı sıra) arasındakı
f
ərqləri nəzərə alanda 1, 2, 5,
6 sayları zər üzərindəki düzümə uyğun gəlir, 3 və 4 sayları isə düzgün
transkripsiyası ilə bağlıdır, zəri yzxından görmədiyim üçün tam oxunuş
acıq qalır. Lakin etruskca say bildirən sözlərdən dördünün bilinməsi də
ön
əmlidir
Etrusk
əlifbası üzərində bir az geniş dayanmağa ehtiyac var, çünki
bugün dünya xalqlarından çoxunun istifadə etdiyi latın qrafikalı əlifbanın
kökünd
ə duran etrusk əlifbası qədim türk əlifbası ilə eyni qaynaqdandır.
Avrasiyaya yayılmış runik hərflərin qədim tük damğalarından yaranma
yollarını I bölmədə örnəklərlə göstərmişdik.
497
Vaxtil
ə Əhməd Çəfəroğlu,
Muharrem Ergin v
ə başqa dilçi alimlər də göytürk əlifbasının türk toplu-
munda yarandığını söyləmişlər.
496
Az
ər xalqı, 2000, 152-153; Etruskca pila (beş) sayının çuvaş dilindəki pilĕk (bilək)
varian
tına uyğunluğu göstəriri ki, çuvaş sayları (pĕr, ikĕ, viç, tăvată, pilĕk, ult) başqa
etrusk say
larının da müəyyənləşməsinə yardımçı ola bilər.
497
Vaxtil
ə Mirzə Fətəli Axundov latın qrafikalı əlifba tərtib etsə də, onu Azərbaycan
Demokratik respublikasını quranlar gerçəkləşdirdi, biz də onu 1991-də bərpa etdik. O
vaxt Dövl
ət Əlifba Komissiyasının rəhbəri idim. Mənə irad tutanlardan bəzisi deyirdi,
madam ki
əlifbanı dəyişirsiniz, elə Göytürk əlifbasını qəbul edin. Mən yarızarafat cavab
verirdim ki, el
ə latın əlifbası da bizim qədim əlifbadan yaranıb.
257
Yazıdan istifadə edən qədim xalqların toplumda yazıb oxuya bilən
mirz
ələrə ehtiyacı vardı, ona görə də bitikçi (katib) və dilmancların hazır-
lanması üçün məktəblər yaranırdı. İlk dəfə sumerlərin yaratdığı belə mək-
t
əblər sonralar Ön Asiyada yayğınlaşdı, bu gələnəyi etrusklar da İtaliyaya
g
ətirmişdi. Etrusk yazıları kətan parçaları və üz tərəfinə mum çəkilmiş
ağac lövhələr üzərində öyrənilirdi. Kətan üzərində quş qanadından, ağac
üz
ərində qamışdan düzəldilmiş qələmdən, mürəkkəb kimi doğal boyadan
istifad
ə olunurdu. Romalılar da uşaqlarını yazıb-oxumağı öyrənmək üçün
etrusk m
əktəbinə göndərirdilər.
Etrusk
əlifbası abc sıralanması
il
ə yazı lövhəsində, keramik qablar
v
ə başqa nəsnələr üzərində tapılmış-
dır. Belə nümunələrdə əlifbanın sol-
dan sağa düzülüşünə də rast gəlmək
olur. El
ə örnəklər var ki, orada hərf-
l
ərin sıralanmasında və ya sayında
yanlışlıq görünür:
Etrusk
əlifbasında bəzi hərflərin fərqli şəkilləri və eyni səsi bildirən
f
ərqli hərflərin olması doğaldır. Belə ki, minil boyunca işlənən yazının
m
ərkəzi hakimiyəti olmayan xalqın yaşadığı bölgələr üzrə fərqlənməsi,
h
əm də bu zaman içində inkişaf edən dilin fonetik sistemində baş verən
d
əyişmələrə uyğunlaşması ilə ortaya çıxan fərqləri təbii saymaq gərəkir.
Zaman axarında etrusk və göytürk əlifbasında olan işarələrin bəzisi
d
əyişikliyə uğrasa da, hər iki dilin yazılarında görünən eyni cizgili hərflər
daha çoxdur. Minil davam ed
ən etrusk yazı gələnəyində dilin inkişafı,
dialektl
ərin bölgələr üzrə fərqlənməsi yazı qaydalarına təsir etdiyi kimi,
əlifbadakı hərflərin sayında və cizgisində də iz buraxmışdır. Lakin bu
f
ərqlər Orxon yazıları ilə Yenisey yazıları arasında olan qrafik fərqlərdən
azdır. Türk və etrusk runik əlifbalarının bir qaynaqdan olması eyni səsin
h
ər iki əlifbada eyni işarə ilə verilməsində daha aydın görünür:
258
Əvəllər ellinlərin yazı gələnəyi olmadığını vurğulayan və Elladada
əlifbanın ortaya çıxmasını finiklərə bağlayan, yunanların dəri üzərində
yazılan kitabələrə dephtera (dep-deri) deməsini, istifadə edilən əlifbaya
finik yazısı deyiminin isə uzum müddət yunan dilində davam etməsini
yazan Herodot kadmel
ərin yunanlara gətirdiyi əlifbada yaranan fərqləri
bel
ə izah edir: “Öncə başqa finikiyalılar kimi kadmelərin yazısı finik
əlifbasında idi. Sonralar dillərində baş verən dəyişmələr əlifbaya sirayət
etmiş və bəzi hərflərin fərqli formaları yaranmışdır.”
498
Siciliyalı Diodora görə, Homerdən
önc
əki yunan şairləri pelask əlifbasından
istifad
ə etmişlər, bu əlifbaya dayanan yazı
türl
əri Avropaya da yayılmışdır. Belə
əlifbanı İtaliyaya pelasklar gətirmişlər.
Diodorun fikrin
ə Böyük Pliniy də tərəfdar
çıxmışdır. Bu yorumlar etruskların pelask
sa
yılması ilə bağlıdır, çünki Latın əlifbası
etrusk
əlifbasından yaranmışdır.
Etrusk
əlifbsı əsasında Latın əlifbası-
nın yaranması quşqusuzdur. Artıq bunu eti-
raf ed
ənlərin sayı artmaqdadır: “Latın əlifba-
sı üzərində illərlə davam edən mübahisə ar-
tıq çözülmüşdür. Bəzilərinin iddia etdiyi ki-
mi, latınlar əlifbanı Kumedə yerləşən yunan-
lılardan deyil, quzey qonşuları etrusklardan
almışlar”.
499
Skandinav
runla
rının da etrusklardan
alınması ensiklopediyalarda
qeyd olunur.
500
Lakin
skandinav runlarının mənşə-
yi m
əsələsi hələlik mübahi-
s
əlidir.
Burada verdiyimiz
etrusk
əlifbası uzmanların
498
Herodot, V. 58; Buradakı depdera (dep-deri) da dəri sözü ilə bağlıdır.
499
Bloch, 1963, 120.
500
Britannica, XIX t., 1970, 755.
259
ümumi r
əyinə görə etruskologiyada qəbul olunmuş variantdır. Lakin bu
variant qüsursuz deyildir, çünki bura
dakı yanlışlıq bəzi sözlərin düzgün
oxun
masına imkan vermir. Doğrudur, etruskologiya elmi etrusk
əlifbasındakı hərflərin bildirdiyi səsləri düzgün müəyyən etməsilə uğur
qazan
mışdır, lakin bəzi hərflərin oxunuşu hələ tam aydınlaşmayıb. Bizcə,
bel
ə hərflərin hansı səsi bildirməsini dəqiqləşdirmədən etrusk yazılarını
oxumaq bir sıra yanlışlıqlara yol açır, həm də etrusk dilinin səsləri
quruluşunun dəqiq təsvir edilməsinə mane olur. Belə mübahisəli hərflərin
fonetik d
əyərini burada müəyən etmək iddiasında olmasaq da, bəzisi haq-
qında müşahidəmizi açıqlayıb uzmanlarla paylaşmağın yararı vardır.
Etrusk yazılarında [f] səsi kimi oxunan 8 hərfi əslində [b] səsi kimi
oxunmalıdır. Bunu Tebariy adının Pirqi lövhələrində aramey və etrusk
yazılış variantlarında görmək olur:
Bu adın yanlış olaraq etruskca Tefariy kimi oxunmasının bir səbəbi
d
ə etruskologiyada dərin kök atmış “etrusk dilində [b], [d], [g] samit səslə-
rinin olmaması” fikrindən doğur. İki dilli yazılar belə mübahisəli məsələ-
l
ərin aydınlaşmasına yardım edir. Yenə [b] səsilə bağlı bir adın latın və
etrusk dilind
ə yazılışını əks etdirən ikidilli yazıya (TLE 462) baxaq.
etrusk: cae trepu
latın: c. treboni
Bu yazıda Cae (Kay) Trepu adının latınca C. Treboni(us) şəklində
yazılması p//b, u//o qarşılığını ortaya çıxardır. Bəlli olur ki, etrusk yazı-
sında p//b və u//o qoşa səsləri eyni hərflə verilə bilir. Bu p//b qarşılığını
Trebi
adının keçdiyi başqa bir ikidilli yazı (TLE 541) da təsdiq edir:
etrusk: ath: trepi: thanasa
latın: ar. trebi. histro
Göründüyü kimi, etrusk dilind
ə [b] səsinin olmadığını söyləmək
doğru deyildir. Düşünmək olar ki, əvvəllər etrusk yazılarında B hərfilə
veril
ən bu səsi sonrakı çağlarda 8, bəzi yazılarda isə p [p] hərfilə bildirmiş-
l
ər. Etrusk əlifbasında işarələrin doğru oxunması çox önəmli məsələdir.
Öz
əlliklə, dilarxası samit səsləri bildirən hərflərin dəqiqləşməsinə ehtiyac
vardır. Türk dili kimi etrusk dilində də səsuyumu (sinharmonizm) qanunu
olduğu üçün bu samit hərflərin dilönü (incə) və dilarxası (qalın) saitlərlə
işlənməsi diqqətə alınmalıdır. Türk runikasında sait-samit harmoniyası
260
etrusk yazılarında da özünü göstərməlidir. Nəzəri baxımdan dilarxası sa-
mitl
ərə aid hərflər etrusk dilində bu səsləri bildirə bilər:
Bu
baxım-
dan, etrusk ya
zılarında ϖ hərfinin yalnız [v] samit səsi kimi, ,q hərfinin
is
ə [x] samit səsi kimi oxunması yanlışdır.Yeri gəldikcə, bəzi yazıların
oxunuşunda bu işarələrin bildirdiyi səslər üzərində dayanacağıq. Burada
yalnız 4 hərfin etrusk yazısında 4, türk runikasında isə 9 səs bildirməsi
faktına önəm vermək gərəkir, çünki bu durum səs harmoniyasını etrusk
dilind
ə əks etdirmir. Bu baxım-
dan, etrusk h
ərfləri də ən azı 6
saiti bildirm
əlidir.
Yunan-
latın hərflərilə ya-
xınlığı olan etrusk əlifbasında
əksər hərflərin hansı səsi bildir-
m
əsini müəyən etmək etruskoloqlar üçün o qədər çətin olmamışdır. Belə
ki, etrusk
yazılarında yunan-latın dillərindən alınmış bəzi yer, şəxs və tanrı
adlarını bildirən onomastik sözlərin yazılışında hərflərin səs dəyəri, az da
olsa, bir neç
ə latın-etrusk ikidilli kiçik mətnlərin varlığı etrusk əlifbasının
düzgün mü
əyyənləşməsi üçün imkan vermişdir. Doğrudur, artıq etrusk
əlifbası əksər tədqiqatçılar üçün mübahisə doğurmayan
bir m
əsələyə çevrilmişdir, lakin bir neçə hərfin hansı
s
əsi bildirməsi hələ dəqiq öyrənilməmişdir. Çünki
yunan-
latın dillərində olmayan bəzi səslər etrusk
dilinin öz
əlliyini təşkil edir, onların əlifbada hansı
h
ərflərlə ifadə olunduğunu tapmaq üçün ciddi araşdır-
malara ehtiyac vardır. Buradakı hərflərdən yalnız s, z
s
əslərini bildirənlər quşqu doğurmur.
Etrusk dilinin foneml
ər sistem sait səsləri
bildir
ən hərflərin doğru müəyən edilməsindən çox asılıdır. Bu nədənlə,
etrusk
əlifbası ilə eyni qaynaqdan olan göytürk runuk əlifbasında özünü
göst
ərən eyni işarənin, yuxarıda deyildiyi kimi, işləndiyi sözdən asılı
261
olaraq dilarxası və dilönü saiti ifadə etməsi etrusk
dilind
ə saitləri bildirən hərflər üçün də keçərli ola
bil
ər.
Uzmanlar müxt
əlif sözlərdə işlənən κ , Κ ,
Γ h
ərflərini [k] səsi kimi oxuyurlar. Halbuki, elə
etrusk yazıları var ki, bu hərflərin üçü də orada
işlənir. Örnəyin,
Toskana (Tarquini) adlanan böl-
g
ədə m.ö.VII əsrə aid bu yazıya baxaq:
Dostları ilə paylaş: |