6. Azərbaycan milli mətbəxində sirkəyə və duza qoyulmuş mehsullar
Turşu və ya şoraba — Azərbaycan mətbəxində sirkəyə (turşuya) və duza qoyulmuş məhsullar.
Azərbaycan mətbəxində sirkəyə (turşuya) və duza qoyulmuş məhsullar xüsusi yer tutur. Belə məhsullar iştah artırır, bişirilmiş xörəyin ləzzətini yüksəldir, qış fəslində köməyimizə yetir. Azərbaycan mətbəxində turşu və ya şorabalar müxtəlif üsul və qaydalarla hazırlanır.
Arxaik mədəniyyətdə ilk dəfə torpaqdan edilmə böyük boy küplər içərisində quraşdırılması yapılmaktaydı. Ticari məhsul olaraq istifadə edilməyə başlandığı antik çağlarda taxtadan edilən qablarla daşındığı və saxlandığı da görülməklə birlikdə taxta və turşunun reaksiyaları səbəbiylə qalıcı olaraq həmişə torpaq qablar edilmişdir. İndiki vaxtda bu tür torpaq qabların yerini plastik, şüşə qab, paslanmayan tənəkə qablar almışdır.
Azərbaycan mətbəxində turşu növləri: Kələm turşusu,
Gülkələmi turşusu, Xiyar turşusu, Pomidor turşusu,
Sarımsaq turşusu, Göyəmlə sirkəyə qoyulmuş sarımsaq turşusu, Qarışıq turşu, Sirkəyə qoyulmuş badımcan turşusu,
Duzlu suya qoyulmuş kələm, Kök və bibərli kələm turşusu, Həftəbecər, Dolma bibər turşusu, Duza qoyulmuş üzüm yarpağı, Badımcan turşusu, Duza qoyulmuş zeytun, Duza qoyulmuş pomidor, Yaşıl pomidor turşusu
Sarımsaq dişləri soyulub təmizlənir. Bankanın dibinə ədviyyat qoyulur, əvvəlcə duz vurulmuş sarımsaq dilimləri, sonra göyəm yığılıb üstünə şərab sirkəsi tökülür. Bankanın qapağı hermetik bağlanıb sərin yerdə saxlanılır
QARIŞIQ TURŞU
Hazırlamaq üçün göy bibər, göy pomidor, kök, 4 yerə bölünmüş kələm götürülür, doğranır və bankalara yığılır, aralarına albalı, heyva, üzüm yarpaqları yığılır ki, turşunun dadını yaxşılaşdırsın. Üstündən 5 litr suya 250 qram duz tökülür. Bir neçə gündən sonra artıq duzlu suyu boşaltmaq lazımdır. Bunu günaşırı etməklə 1 həftədən sonra turşunu yoxlayırlar, xarab olmuşlarını götürürlər. Belə turşunu sirkə ilə də hazırlamaq olar. Onda 1,5 litr suya 1 litr sirkə və 400 qram duz götürmək lazımdır.
Dostları ilə paylaş: |