Aparan bəndin qüvvələr hesabı Assur qrupunun qüvvələr hesabını yerinə yetirdikdən sonra dirsəyin (aparan bəndin) hesabı aparılır.
Fərz edək ki, aparan bəndə Fə ətalət qüvvəsi, G ağırlıq qüvvəsi və M1 momenti təsir edir. Bundan əlavə bəndin A nöqtəsində 2 bəndi tərəfindən reaksiya qüvvəsi təsir edir). reaksiya qüvvəsi məlumdur. O, qiymətcə reaksiya qüvvəsinə bərabər olub, istiqamətcə onun əksinə yönəlmiş olur:
.
O nöqtəsində dirsəyə reaksiya qüvvəsi təsir edir. Bu reaksiya qüvvəsini hesablayaq.
Aparan bənd statiki həll olunmayandır. Doğrudan da, onun üçün statikanın 3 müvazinət tənliklərini yazmaq olar. Məchul isə reaksiya qüvvəsinin qiyməti və istiqamətidir. Ona görə də aparan bəndə tətbiq edilmiş qüvvələrin təsiri altında o, müvazinətdə olmayacaqdır. Onun müvazinətdə olması üçün bəndə müvazinətləşdirici qüvvə və ya Mm müvazinətləşdirici moment tətbiq etmək lazımdır.
Müvazinətləşdirici qüvvə və müvazinətləşdirici moment aparan bəndə tətbiq edilən elə qüvvə və moment hesab edilir ki, bu zaman mexanizm verilmiş qanun üzrə hərəkət etsin (adətən aparan bənd müntəzəm hərəkət edir və o, verilmiş olur). Ancaq aparan bəndə tətbiq olunan həqiqi qüvvələr müvazinətləşdirici qüvvədən (və ya müvazinətləşdirici momentdən) fərqli olur, ona görə də həqiqətdə aparan bəndin hərəkəti verilən hərəkətdən fərqli olur.
Aşağıda 2 hala baxaq:
- a) aparan bəndə Mm müvazinətləşdirici moment təsir edir;
- b) aparan bəndə Fm müvazinətləşdirici qüvvə təsir edir.
1-ci hal. Aparan bəndə məlum verilmiş Fə, G qüvvələri və M1 momenti təsir edir. reaksiya qüvvəsini və Mm müvazinətləşdirici momenti təyin etmək tələb olunur.
I hal. Əvvəlcə O nöqtəsinə nəzərən moment tənliyi yazılır və müvazinətləşdirici moment təyin olunur:
,
buradan
.
Sonra aparan bəndə təsir edən qüvvələr üçün vektor tənliyi yazılır:
.
Bu tənliyə görə miqyasla ardıcıl olaraq ə, və vektorları götürübür (şək. 5.13, b). vektorunun sonunu ə , vektorunun əvvəli ilə birləşdirib qapayıcı vektor qurulur. Bu vektor axtarılan vektorudur.