1. Dişli çarx mexanizmlərinin ötürmə nisbəti Dişli çarx mexanizmlərinin sadə sırası Planetar dişli çarx mexanizmləri


ci sinif fırlanma kinematik cutlərdə yaranan reaksiya qüvvələri



Yüklə 0,8 Mb.
səhifə3/10
tarix24.03.2023
ölçüsü0,8 Mb.
#89719
1   2   3   4   5   6   7   8   9   10
mexanizm

7. . 5ci sinif fırlanma kinematik cutlərdə yaranan reaksiya qüvvələri
fırlanma cütündə (silindrik oynaqda) bir bəndin digər bəndə təsirindən yaranan reaksiya qüvvəsi həmin səthə normal istiqamətdə yönəlməklə oynağın oxundan keçir. Bu cür quvvələr sistemi, oynağın oxundan keçən, oynaq müstəvisi üzərində olub, oxa perpendikulyar olan bir qüvvəyə gətirilir. Lakin bu müstəvidə əvəzləyici qüvvənin qiyməti və istiqaməti qabaqcadan məlum olmur. Bu iki reaksiya qüvvəsini iki qarşılıqlı düzbucaq istiqamətdə göstərmək olar. Bu qüvvələrin istiqaməti belə təyin olunmalıdır.V sinif, fırlanma kinematik cütlərdə əvəzləyici reaksiya qüvvəsi oynağın mərkəzindən keçir (şəkil 11.1). Bu qüvvənin qiymət və istiqaməti kinematik cütlərə tətbiq olunmuş, verilmiş qüvvələrin qiymət və istiqamətindən asılı olduğundan məlum deyil. Beləliklə, V sinif ibtidai kinematik cütlərdə reaksiya qüvvəsinin təyin edilməsində iki məchulun təyin olunması tələb olunur
Şəkil 11.1. V sinif fırlanma cütü
9.Mexanizmlərin dinamik tədqiqinin əsas məsələləri.
Mexanizmlərin dinamikası tətbiqi mexanikanın əsas bölmələrindən biri olub, xarici qüvvələrin təsiri altında mexanizmin hərəkətini öyrənir.Bu bölmədə mexanizmin kütləsi, kinematik cütləri (ümumiləşmiş koordinatlarda, sürət və təcillərdə) və bəndlərinə təsir edən qüvvələri arasındakı ümumi asılılıq differensial tənliklərlə ifadə olunur. Bu tənliklərdən istifadə etməklə mexanizmlərin dinamikasında iki əsas məsələ həll edilir.Birinci məsələdə mexanizmin verilmiş hərəkətində, mexanizmə təsir edən qüvvələrin analitik və qrafiki üsulla təyin edilməsi; ikinci məsələdə isə verilmiş qüvvələrə görə mexanizmin hərəkət qanunlarının öyrənilməsi;
Klassik “maşın və mexanizmlər nəzəriyyəsində” bir sərbəstlik dərəcəsinə malik olan sərt bəndlərdən təşkil olunmuş mexanizmlərə baxılır. Müasir mexanizmlərin əksəriyyəti demək olar ki, belə mexanizmlərdən ibarətdir.
Belə mexanizmlərin hərəkətinin sonlu və differensial şəkildə ifadə olunması kinetik enerjinin dəyişməsi teoremindən irəli gəlir. Bu teorem Dalamber prinsipini tətbiq etməklə müasir texniki məsələlərin həllinə də geniş imkanlar yaradır.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin