1. Dişli çarx mexanizmlərinin ötürmə nisbəti Dişli çarx mexanizmlərinin sadə sırası Planetar dişli çarx mexanizmləri


Paralel birləşdirilmiş mexanizmlərin f.i.ə



Yüklə 0,8 Mb.
səhifə7/10
tarix24.03.2023
ölçüsü0,8 Mb.
#89719
1   2   3   4   5   6   7   8   9   10
mexanizm

Paralel birləşdirilmiş mexanizmlərin f.i.ə
Şək. 6.2-də mexanizmlərin paralel birləşdirilməsi sxemi verilmişdir. Mürəkkəb mexanizmə verilən Ah hərəkətetdirici işi ayrı-ayrı mexanizmlər arasında müvafiq olaraq A1, A2, A3, …. An işləri miqdarında bölünür

Şəkil 6.2


Ah = A1 + A2 + A3 + …. + An. (6.12)
Qeyd etmək lazımdır ki, A1, A2, A3, …. An işləri müvafiq mexanizmlər üçün hərəkətetdirici iş kimi qəbul edilir.
Hər bir mexanizm faydalı iş görür və bu işin qiyməti aşağıdakı kimi qəbul edilir:
. (6.13)
Mürəkkəb mexanizmin ümumi faydalı işi ayrı-ayrı mexanizmlərin faydalı işlərinin cəminə bərabərdir:
Aü = . (6.14)
Ayrı-ayrı mexanizmlərin paralel birləşməsi zamanı mürəkkəb mexanizmin f.i.ə. belə hesablanır:
,
və ya
. (6.15)
Bəzən hər bir mexanizmə verilən hərəkətetdirici qüvvələrin Ai işi deyil, hər bir mexanizmin faydalı müqavimət qüvvələrinin işi verilir. Bu halda (6.13) və (6.15) düsturlarını nəzərə alsaq, paralel birləşmədə mexanizmlərin f.i.ə. aşağadakı kimi hesablanır:
. (6.16)


Ardıcıl birləşdirilmiş mexanizmlərin f.i.ə
Mürəkkəb mexanizmlər bir sıra sadə mexanizmlərdən ibarətdir. Sadə mexanizmlər isə ya ardıcıl, paralel, ya da ki, qarışıq birləşdirilmiş olur.
Mexanizmlərin ardıcıl birləşməsində birinci mexanizmə gətirilən iş və ya güc ardıcıl olaraq yerdə qalan bütün mexanizmlərdən keçir rvə bu zaman iş və ya güçün müəyyən hissəsi itirilmiş olur.
Şək. 6.1-də mexanizmlərin ardıcıl birləşməsi göstərilmişdir. ardıcıl birləşmiş mexanizmdə f.i.ə.
(6.8)

Şəkil 6.1

Ayrı-ayrı mexanizmlərin f.i.ə. belə hesablanır:


. (6.9.)
Ayrı-ayrı mexanizmlərin f.i.ə.-nın hasilini hesablasaq:
, (6.10)
və ya
. (6.11)
Beləliklə, mexanizmlərin ardıcıl birləşməsində ümumi f.i.ə. ayrı-ayrı mexanizmlərin f.i.ə.-nın hasilinə bərabərdir.
(6.11) düsturundan göründüyü kimi f.i.ə.-nın qiyməti həmişə vahiddən kiçikdir. Deməli, mexanizmin ümumi f.i.ə. onun tərkibinə dixil olan mexanizmlərin f.i.ə.-nın qiymətindən kiçikdir.
Məsələn, ardıcıl birləşməyə daxil olan mexanizmlərdən birinin f.i.ə. kiçikdirsə, onda mexanizmin ümumi f.i.ə. daha kiçik qiymətə malik olacaqdır. Ona görə də mexanizmlərin ardıcıl birləşməsində ayrı-ayrı mexanizmlərin f.i.ə.-nın böyük qiymət olmasına çalışmaq lazımdır.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin