1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ


Ağır metallarla çirklənmə və onun insan sağlamlığına



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   ...   24   25   26   27   28   29   30   31   ...   37
Ekoloji təhlil mühazirələr

Ağır metallarla çirklənmə və onun insan sağlamlığına 
təsiri
vanadium, nikel, dəmir, marqans, civə, kadmium, kobalt, mis, 
qurğuşun, arsen, qalay, sürmə, selen, xrom və sink şərti olaraq 
ağır metallar adlanır. Təbiətdə ağır metalların əksəriyyəti yalnız 
çox az konsentrasiyada bitkilər və bakteriyalar üçün əlverişlidir. 
Dəmir, mis, sink, selen, marqans, molibden və bəzi digər 
elementlər mikrodozalarda canlı orqanizmlər üçün zəruridir. 
Onlar yalnız böyük, izafi dozalarda təhlükəlidir. Qurğuşun, 
kadmium, arsen, civə və onun birləşmələri istənilən 
konsentrasiyada əksər ali bitkilər və bir çox digər bitkilər üçün 
zəhərlidir. Lakin son tədqiqatlar göstərdi ki, hətta civə kimi 


toksik element mikroorqanizmlərdə leykositlərin aktivliyini və 
maddələr mübadiləsini. 
Qurğuşun
(Pb) Ən toksik metallardan biri olub ətraf mühitə 
etilləşdirilmiş benzinlə işləyən avtomobillərin tullantıları ilə, 
metallurgiya 
müəssisələri, 
poliqrafiya 
müəssisələri, 
maşınqayırma istehsalı, akkumulyator istehsalı və digər 
qurğuşun tərkibli məhsullar istehsal edən müəssisələrin 
tullantıları ilə daxil olur. Etilləşdirilmiş benzindən bir çox 
ölkələrdə istifadə edilməsinin qadağan olunması ilə əlaqədar 
son illər atmosfer havasında qurğuşunun konsentrasiyası xeyli 
azalmışdır. Qurğuşunun yol verilən konsentrasiyası (YVK) 
atmosfer havasında 0,3 mkq/m3 , su mənbələri suyunda 30 
mk/m3 (ÜST-nin tövsiyəsinə əsasən – 10 mk/l) müəyyən 
edilmişdir.
Ətraf mühitdə qurğuşunun miqdarı. Hazırda praktiki olaraq ətraf 
mühitin bütün komponentləri qurğuşunla çirklənməyə məruz 
qalmışdır. Atmosfer havasından başqa qurğuşuna içməli sularda, 
torpaqda və qida məhsullarında da rast gəlinir.. İzafi miqdarda 
qurğuşun içməli suya metallurgiya və digər istehsalatlara yaxın 
yerləşən yaşayış məntəqələrində daxil ola bilər. Əlvan metallar 
istehsal edən şəhərlərdə torpağın tərkibində qurğuşunun miqdarı 
1000-2000 mq/kq-a çata bilər. Torpağın qurğuşunla yüksək 
səviyyədə çirklənməsi, xüsusilə, qurğuşun əridilməsi və 
qurğuşuntərkibli akkumulyatorlar istehsal edən müəssisələr 
yerləşən şəhərlərdə müşahidə olunur. Rusiyada belə şəhərlərdən 
Vladiqafqaz (Şimali Osetiya), Krasnouralski, Çelyabinski, 
Novosibirski, Kursk, Sibirsk, Podolski (Moskva vilayəti), Sankt-
Peterburq (akkumulyator istehsal edən yaşayış rayonunun 
yaxınlığında) və b. göstərmək olar. Torpağı yüksək səviyyədə 


qurğuşunla çirklənən şəhərlərdə sahə kənd təsərrüfatı məhsulları 
üçün istifadə olunduqda təbii ki, qurğuşun qida məhsuluna 
keçir..
Qurğuşunun sağlamlığa təsiri. Qurğuşunun insanlara təsiri ən 
qədim zamanlardan məlumdur. Qədim Romada qurğuşun bahalı 
qabların hazırlanmasında, şərab istehsalında, su kəməri 
borularında istifadə edilirdi. Bunun nəticəsində romalılar 
qurğuşunla zəhərlənmədən əziyyət çəkirdilər, bunu Roma 
zadəganlarının sümüklərində qurğuşunun yüksək səviyyədə 
olması təsdiq edir. Qədim Romanın zəifləməsi (dağılması) 
səbəblərindən biri, Roma zadəganlarının qurğuşunla xroniki 
zəhərlənməsi 
rəvayəti 
mövcuddur. 
İnsan 
orqanizminə 
qurğuşunun əsas hissəsi (70-80%) qida ilə, 10%-dən çoxu su ilə, 
2-25%-ə qədəri isə atmosfer havasından daxil olur. Siqaret 
çəkənlər hər siqaret dənəsindən əlavə olaraq 1 mkq qurğuşun 
qəbul edir. Qurğuşun respirator (nəfəs) və mədə-bağırsaq 
traktından keçdikdə orqanizm tərəfindən sorulur. Qana daxil 
olan qurğuşunun hamısı eritrositlər tərəfindən absorbsiya olunur 
və 
sümüklərdə 
toplanır. 
Qurğuşunun 
sümüklərdən 
yarımtəmizlənməsi 27 il davam edir. Bir çox tədqiqatların 
məlumatına əsasən müasir insanın orqanizmində qurğuşunun 
miqdarı bizim əcdadlarımızda olan «təbii» səviyyədən 100 dəfə 
artıqdır. Qurğuşunun yüksək konsentrasiyası reproduktiv, əsəb 
(sinir), ürək-damar, immunitet və endokrin sistemlərinin 
dəyişməsinə səbəb olur. Qurğuşunun təsirilə fəhlələrdə mərkəzi 
əsəb sisteminin zədələnməsi astenik sindromla (kəskin zəiflik, 
yuxunun pozulması, baş ağrıları, hafizənin və diqqətin aşağı 
düşməsi), qorxu hissinin, depressiyanın formalaşması ilə 
səciyyələnir, hərəkət pozuntuları ilə müşayiət olunur (iflicə 
qədər).. Qurğuşunla 10 ildən artıq təmasda olan adamlarda 


xroniki nefropatiyanın inkişaf risk dərəcəsi çoxalır, böyrək 
xəstəliklərindən ölənlərin sayının artması müşahidə olunur. 
Qurğuşunun təsirindən həm də xüsusilə çirklənmə rayonlarının 
yaxınlığında yaşayan uşaqların sidikayırma sistemi əziyyət 
çəkir. Onların sidiklərində oksalatların miqdarının və sidiyin 
fiziki-kimyəvi xassələrinin dəyişməsi qeydə alınmışdır. İnsanın 
orqanizminə daxil olan qurğuşun sümüklərdə toplanır. 
Qurğuşunun əhalinin sağlamlıq vəziyyətinə təsirinin əsas 
göstəricilərindən biri onun qanun tərkibindəki miqdarı hesab 
olunur.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin