1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Sokratın fəlsəfəsinin əsas səciyyəsi belədir



Yüklə 340,51 Kb.
səhifə23/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   19   20   21   22   23   24   25   26   ...   115
felsefeimtahansualları

Sokratın fəlsəfəsinin əsas səciyyəsi belədir: a) söhbət (“dialektik”) səciyyəsi; b) induksiya yolu ilə anlayışların müəyyənləşdirilməsi; c) etik rasionalizm, əsas formulu belədir: “Fəzilət (müsbət dəyərləndirilən insani keyfiyyətlər) –bilikdir” Sokratın söhbətlərinin mövzusunu tipik sofistik problemlər təşkil edir: xeyir nədir, şər nədir; nə gözəl, nə eybəcərdir; fəzilət nədir, qəbahət nədir; “yaxşı olmağı” öyrənmək olarmı və bilik necə əldə olunur.
Sokrat öz söhbət metodunu “mayevtika” (mamaçalıq sənəti) adlandırıb. O, bununla demək istəyirdi ki, o, həqiqətin mənbəyi deyil, yalnız həqiqətin “doğuluşuna” kömək edir. Mayevtikanın qayəsi belədir: həmsöhbətin müddəalarını ziddiyyət və ironiyaya gətirməklə inkar etmə; hiyləgər bilməməzlik, cavabdan yayınma. Nəticədə o, həmsöhbətinin biliyinin həqiqi olmadığını sübuta yetirir. Bu zaman Sokrat özünün heç nə bilmədiyini deyərək, “xalis həqiqəti” söyləyir. Belə ki, ö hesab edir ki, İlahi müdrikliklə müqayisədə insan biliyi bir heçdir.
Sokrat sofistlərin relyativizmini inkar edərək göstərmək istəyir ki, Xeyir, Ədalət kimi universal (ən ümumi) dəyər və normalar mövcuddur. Bunun üçün insana yanılmalardan, həqiqi olmayan biliklərdə qurtulmağa kömək etmək lazımdır. Bu səbəbdən o, verilmiş anlayışların təhlili və onların təyinin axtarılmasından başlayır. “Ədalət nədir?”, “Cəsarət nədir?” və s. Ona görə, anlayışları təhlil edərək şeylərin əslində nə olduğunu dərk edə bilərik. Əgər anlayış yoxdursa, bilik də yoxdur. Deməli, fəaliyyət də ola bilməz –xeyrin, əxlaqın nə olduğunu bilməyən insan xeyir yarada, əxlaqlı ola bilməz. Sokrata görə hər bir insan ruhunda bir xeyir başlanğıcı var. İnsan ona, yəni qəlbinin səsinə qulaq asarsa xeyir törədər. Buradan onun məşhur tezisi alınır: “Öz-özünü dərk et”.
11. Demokrit və Epikürün atomist fəlsəfəsi
Antik atomizmin banisi Levkipp hesab olunur. Lakin, onun həyatı və yaradıcılığı haqqında heç bir məlumat dövrümüzə gəlib çatmayıb. Ona görə də Antik atomizmdən danışanda Demokrit təlimi nəzərdə tutulur. Onun təlimi fəlsəfədə materialist cərəyanın əsası (“Demokrit xətti”) hesab olunur.
Demokrit(m.ö. 470-370) Abderdə, varlı ailədə anadan olmuş, çoxlu səyahət etmiş, sonra vətəninə qayıdaraq, öz təlimini yaratmışdır. Atadan qalma mirası dağıtmaqda günahlandırılmış, qədim yunan adətlərinə əsasən mühakimə edilmişdir.
Məhkəmədə parlaq çıxışı, yazdığı traktatlardan birini şərh etməklə sübut etmişdir ki, o, var-dövləti boş yerə xərcləməyib. Bundan sonra həmvətənlərinin böyük rəğbətini qazanmışdır.
Demokritə görə bütün mövcudluğun ilkbaşlanğıcı, “tikinti materialı” bölünməz mikroskopik hissəciklər –atomlardır. Bu təlimin əsas müddəaları belədir:
-- bütün maddi dünya atomlardan təşkil olunub;
-- atom kiçik hissəcik olub, mövcudluğun “ilkkərpicidir”;
-- atom bölünməzdir;
-- atomlar müxtəlif ölçülərə (kiçik və böyük), müxtəlif formalara (kürəvari, uzunsov, əyri, “tikanlı” və s.) malikdir;
-- atomlar arasında boşluqla doldurulmuş məkan mövcuddur;
-- atomlar əbədi hərəkətdədirlər;
-- atomların dövranı mövcuddur, şeylər və canlı orqanizmlər mövcud olur, parçalanır, bundan sonra həmin atomlardan yeni canlı orqanizmlər və maddi dünyanın predmetləri yaranır;
-- hissi idrak atomları “görmür”.
Epikürçülük. Ellin-Roma dövrünün ən görkəmli nümayəndələrindən biri Epikür (m.ö.341-270) hesab olunur. Onun Afinada açdığı məktəb “Epikür bağı” adı ilə məşhur olmuş, çoxsaylı tərəfdarlar toplamışdır.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin