1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Antik fəlsəfənin xüsusiyyətləri və əsas tarixi inkişaf mərhələləri



Yüklə 340,51 Kb.
səhifə19/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   15   16   17   18   19   20   21   22   ...   115
felsefeimtahansualları

7.Antik fəlsəfənin xüsusiyyətləri və əsas tarixi inkişaf mərhələləri
Antik dövr fəlsəfəsi təqribən min illik dövrü əhatə edib üç böyük mərhələyə
bölünür:
I. Sokrataqədərkilər; (Milet məktəbi, heraklit, demokrit, sofistlər) Sual: 8,9,11(demokrit), 12
II. Klassik dövr (Sokrat, Platon, Aristotel); sual:10,13
III. Ellin-Roma fəlsəfəsi. Sual:14
8,9,10,11(demokrit), 12,13,14 cü sualları əhatə edir

8.Milet materialist məktəbi
1. Milet məktəbi. Fales (təq. m.ö.624-547) Milet məktəbinin banisi və yunanların ilk filosofu hesab olunur. Varlı ailədə doğulmuş, ticarətlə məşğul olarkən dövrün inkişaf etmiş sivilizasiya mərkəzlərinə, o cümlədən Misir, Babilistan və Finikiyaya səfərlər etmiş, müxtəlif sahələrə aid elmi biliklərə yiyələnmişdir.
Fales təlimini ilk baxışda bir az qəribə və bir az da sadəlövh görünən belə bir mühakiməyə gətirmək olar: hər şey sudur (və yaxud, hər şey sudan yaranıb). Lakin Falesin fəlsəfi təlimindən miras qaldığı heç bir şübhə doğurmayan bu mühakiməyə filosof və fəlsəfə tarixçiləri ciddi diqqət yetirmişlər. Belə mühakiməyə gəlmək Falesdən köhnə mifoloji dünyagörüşü ilə dövrün yaşanan sosial inqilabının tələblərinə cavab verəcək yeni elmi təfəkkürün sintezini tələb edirdi.
Falesin ikinci əsas fəlsəfi müddəası belə səslənir: “dünya canlıdır və Allahlarla doludur”. Burada həyat və hərəkətin mənbəyi qismində can haqqında qədim təsəvvürlər əksini tapır. Daş(maqnit) cəzb etdiyi dəmir parçasını hərəkətə gətirir və yaxud özü ona doğru hərəkət edir, deməli daş özü-özünü hərəkətə gətirirsə cana malik olmalıdır. Çünki, can –canlılara məxsus olan hərəkətliyin mənbəyidir. Müddəanın ikinci hissəsi ilə bağlı bunları söyləmək olar: o dövrdə geniş yayılmış təsəvvürlərə can hər şeyə qarışıb; ola bilər ki, buradan çıxış edən Fales hesab edib ki, hər şey Allahlarla doludur. Oxşar fikirlərə əsaslanaraq Falesin təlimini bəzən hilozoizm kimi xarakterizə edirlər.
Falesin astronomiya və həndəsə sahəsində də kəşfləri olmuşdur. Verilən məlumatlara görə ili 365 günə bölmüş, kölgənin uzunluğuna görə piramidaların hündürlüyünü ölçmüş, bir sıra həndəsi teoremləri (məs. bərabəryanlı üçbucağın oturacağına bitişik bucaqların bərabərliyi) isbat etmiş, m.ö. 28 may 585-ci ildə günəş tutulmasını öncədən söyləmiş, Yerin disk şəklində olub su üzərində sükunətdə qaldığını iddia etmişdir.
Fəlsəfə tarixində Falesin əsas xidməti, elmdən dünyagörüşü nəticələri çıxararaq mifoloji dünyagörüşü zamanın ruhuna cavab verən fəlsəfəyə çevirməsidir.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin