1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə



Yüklə 340,51 Kb.
səhifə17/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   13   14   15   16   17   18   19   20   ...   115
felsefeimtahansualları

4.“Adlar məktəbi”. Bu məktəb nümayəndələrinin də əsərləri dövrümüzə gəlib çatmamışdır. Məktəbin əsas ideyaları Çin fəlsəfi fikrinin digər cərəyanlara məxsus mətnlərindən məlumdur. “Adlar məktəbinə” aid mütəfəkkirlər üçün əsas problem adlar (min) və şeylər(şi), adlandırma və onun işarələdiyi predmet arasındakı münasibət olmuşdur.
Adlar məktəbi” çərçivəsində iki istiqamət formalaşmışdır: 1) “oxşarlıq və fərqin birləşdirilməsi məktəbi”; 2) “bərkin ağdan ayrılması məktəbi”.
Birinci istiqamətin ən görkəmli nümayəndəsi Xuey Şi (m.ö.IV əsr) olmuşdur. O, şeylər və təzahürlər arasındakı fərqliliyi nisbi məna kəsb edən zaman, yer və şəraitin konkretikası ilə əlaqələndirmişdir. Onun təlimi on tezislə ifadə olunmuşdur. Tezislərin birincisində deyilir ki, şeylərin bütün çoxluğu “kiçik təkçədən” törəyir. Ona görə də onlar arasında mahiyyətcə fərq yoxdur. Qeyd edək ki, bu tezislər öz paradoksallığı ilə seçilir. Məhz bu səbəbdən fərqli cür təfsirlərə məruz qalmışdır. Məktəb çərçivəsində yaranmış ikinci cərəyanın ən görkəmli nümayəndəsi isə Qunsun Lun olmuşdur. Onun təliminə görə “adların” “şeylərlə” əlaqəsi dayanıqlı, konkret və mahiyyət xarakterlidir. Onun bu aforizmləri məşhurdur: “ağ at –at deyil”, “bərk və ağ daş –mahiyyətcə iki daşdır”. Müasir tədqiqatçılar Qunsun Lunun paradokslarını müxtəlif cür, o cümlədən təkcə və ümuminin, anlayışların həcm və məzmununun nisbəti probleminin ifadəsi kimi və s. şərh edirlər.
5. “Qanunçular məktəbi” –legizm. Təlimin banisi Şan Yan (m.ö.IV əsr) olub. Əsas prinsipləri “Şan tszyun şu” (“Şan əyalətinin hökmdarının kitabı”) traktatında əksini tapmışdır.
Bu təlim tərəfdarları konfusiçi ayinlərə qanunu (fa) qarşı qoymuş, inandırma, daha doğrusu əxlaqi məcburetmə metodundan imtina edərək, hüquqi məcburetmə və cəzalandırma metoduna üstünlük vermişlər. Onlarda vicdan qorxu ilə əvəzlənir.
Dövlət haqqında böyük ailə kimi sadəlövh təsəvvürlər dövlətin qəlbsiz nəhəng mexanizm kimi təsəvvürlərlə əvəzlənir. Fəzilətli müdriklərin yerini məmurlar, xalqın atası kimi qəbul edilən hökmdarın yerini isə özünü əcdadlardan, xalq və hətta səmadan üstün tutan despot-hegemon tutur.
Dövlətin qüdrətini qanunçular əkinçilikdə görmüş, sənətkarlıq və ticarəti məhdudlaşdırmağa üstünlük vermişlər. Şan Yan təkcə nəzəriyyəçi yox, həm də qanunçu-praktik olmuşdur. O bir sıra islahatlar keçirmişdir. Əkin sahələrinə xüsusi mülkiyyət tətbiq edilmiş, ölkədə qarşılıqlı çuğulçuluq sistemi qurulmuşdur.
Konfusiçilikdə olan idarəetmə üsuluna qarşı çıxan Şan Yan bəyan edir ki, əsl fəzilət cəzadan törəyir və onu ölüm hökmləri və ədalətin zorakılıqla barışdırılması yolu ilə əldə etmək olar.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin