1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Fəlsəfədə varlıq problemi, varlığın əsas formaları



Yüklə 340,51 Kb.
səhifə67/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   63   64   65   66   67   68   69   70   ...   115
felsefeimtahansualları

38.Fəlsəfədə varlıq problemi, varlığın əsas formaları
Fəlsəfənin dünyagörüşünün xüsusi növü kimi təyin edilməsinin özü artıq varlıq problemini ehtiva edir. Belə ki, fəlsəfə dünyagörüşünün ali, sistemli formasıdırsa, dünyagörüşü də bütövlükdə dünya və orada insanın yeri haqqında bilik və təsəvvürlərin məcmusudur. Burada qeyd olunmuş “bütövlükdə dünya” ifadəsi o qədər də aydın olmayan mücərrədləşdirmədir. Söhbət təkcə dünyanın görünən hissəsi haqqında yox, həm də müşahidənin və ümumiyyətlə insan təcrübəsinin hüdudlarından kənarda qalanlardan gedir. Məhz bu amil həm də fəlsəfənin elmdən fundamental fərqini göstərir. Nə üçün? Axı dünya bütövlükdə (yəni, görünən və görünməyən) elmin predmetinə çevrilə bilmir. Dünyanın təcrübəyə açıq hissəsi haqqında ciddi elmi bilik fəlsəfi mücərrəd fikirlə, əyani təcrübənin hüdudlarından kənara səyahətlə tamamlanmalıdır. Yalnız bu halda “bütövlükdə dünya” haqqında tam mənzərə formalaşır. Bu isə öz növbəsində varlıq problemini fəlsəfi düşüncələrin mərkəzinə gətirir.
Dünyanın vahid tam kimi dərkinə cəhdlər fəlsəfə yaranmamışdan da əvvəl olub: mifologiya və din çərçivəsində. Məsələn, Bibliyanın “Əhdi-ətiq” hissəsi “Beş kitab”la başlayır, onun da birinci kitabı “Varlıq” adlanır. Bu onu göstərir ki, hər bir dünyagörüşü ilk növbədə onun bütövlükdə dünyanı necə qavraması, onun mənşəyi, strukturu, mümkün sərhədləri necədir sualına cavab verməsi, yəni “varlıq” anlayışının aydınlaşdırılması ilə başlayır. 2
Dünyanın fəlsəfi təhlilində ilk addım aşkar faktın konstatasiyasından başlayır: yaşadığımız dünya mövcuddur, o sadəcə “var”. Eyni zamanda bütün müşahidə olunan dəyişikliklərlə yanaşı dünya hansısa sabitliyini, əlaqəliliyini, nizamlılığını saxlayır.
Dünyanın bütövlükdə şübhəsiz mövcudluğundan uzaqlaşan fəlsəfi fikir labüd olaraq daha irəli gedir: bəs o necə mövcud olur? Bu ümumi sual daha konkret hissələrə şaxələnir:
Dünya əbədidir, yoxsa o nə vaxtsa yaranıb?
− Əgər yaranıbsa, onda kimin iradəsi ilə, və yaxud hansı səbəbdən?
Dünya məkanca məhduddur, yoxsa o sonsuzdur?
− Bütün mövcudiyyətin müşahidə etdiyimiz nizamlılığı, təşkili, qarşılıqlı əlaqəliliyi nə ilə izah olunur?
− Dünyamız təkdir, yoxsa çoxlu belə dünyalar var?
− Bütövlükdə dünya zaman etibarilə keyfiyyətcə dəyişir, yoxsa o sabitdir, bizim gördüyümüz dəyişikliklər isə lokal xarakterlidir?
− Əgər dünya bütövlükdə dəyişirsə, onda bu dəyişikliklərin hərəkətverici qüvvəsi, mənbəyi nədir?
− Dünyanın mövcudluğunda hansısa gizli məna varmı? Dünyaya daxili məqsədəmüvafiqlik xasdırmı?
Bu sualların həll olunmazlığı elə varlıq problemini təşkil edir. Əslində bu problemləri sona qədər həll etmək də mümkün deyil. Çünki, dünya sonsuz, onu dərk edən insan isə sonludur, tarixidir. Müasir bilik səviyyəsindən çıxış etməklə bu suallara hansısa cavab vermədən digər vacib suallara cavab vermək –cəmiyyət, insan, ruh haqqında düşünmək olmaz. Çünki bəşəriyyət hüdudsuz Kainatın çox kiçik bir hissəsidir. Məhz bütöv haqqında ümumi təsəvvür formalaşdırmadan onun hissəsi kimi çıxış edən insan və cəmiyyət haqqında danışmaq sadəcə mümkün deyil.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin