39.Materiyanın fəlsəfi anlayışı
.
Həm idealist, həm də materialist fəlsəfi təlimlərdə materiya anlayışı mövcuddur.
Lakin, idealist sistemlərdə materiya ikinci dərəcəli hesab edildiyi üçün ciddi müzakirə mövzusu olmamışdır (məs. Platon fəlsəfəsində xora, Aristoteldə isə hile adı ilə). Materializmdə isə əsas fundamental kateqoriya hesab edildiyi üçün materiyaya xüsusi əhəmiyyət verilmişdir.
Məzmunca kasad, həcmcə olduqca geniş kateqoriya olan materiyanın tanıtımının (tərifinin) verilməsi hətta materialistləri də çətinliyə salmışdır. Marksist fəlsəfədə materiyanın V.İ.Lenin tərəfindən verilmiş tərifi daha geniş populyarlıq qazanmışdır. Bu tanıtımı qısa şəkildə belə ifadə etmək olar: materiya bizə duyğularımızla verilən obyektiv gerçəklikdir. Sadə görünməsinə baxmayaraq bu tanıtım kifayət qədər qeyri-adidir. Qeyri-adilik ondadır ki, o dialektik qaydada, əkslik vasitəsilə verilir. Bəs “obyektiv” termini nəyi bildirir? Subyektdən, yəni insandan, onun şüurundan asılı olmamağı. Deməli, materiya bizim şüurumuzdan kənarda və ondan asılı olmadan mövcud olandır. Bütün dünya sanki iki yerə ayrılır: bizim şüurumuz və şüurumuzdan kənardakılar. Lakin, formal məntiqi qaydalara görə predmet əksi ilə, inkari yolla təyin edilə bilməz, daha doğrusu bu yolla predmetə tanıtım (tərif) verilə bilməz. Amma, başqa çıxış yolu olmadıqda bu üsul qaçılmaz olur.
Bu gün materiyanın ən geniş yayılmış və mahiyyətcə marksist tərifi təkrarlayan digər tərifi isə Oksford lüğətində belə verilmişdir: Materiya –şüur və ya ruha əks olaraq ümumiyyətlə fiziki substansiyanı işarələmək (bildirmək) üçün istifadə olunan fəlsəfi kateqoriyadır.
5.Materiyanın strukturu və səviyyələri. Materiya mürəkkəb struktura malikdir. Onun strukturunun əsas elementləri aşağıdakılardır:
• cansız təbiət;
• canlı təbiət;
• sosium (cəmiyyət);
Materiyanın hər bir elementi bir neçə səviyyədən ibarətdir:
• cansız təbiətin səviyyələri: submikrozərrəciklər (kvarklar, qlüonlar və s.), mikrozərrəciklər(adronlar, elektronlar), nüvə (atom nüvəsi), atomar (atomlar), molekulyar(molekullar), təkcə şeylər səviyyəsi, makrocisimlər, planetlər, planetlər sistemi, qalaktikalar, qlaktikalar sistemi, Meqaqlaktikalar, Kainat, bütövlükdə dünya.
• canlı təbiət səviyyələri: hüceyrəyəqədərki səviyyə(DNK, RNK, zülallar), hüceyrələr, coxhüceyrəli orqnizmlər, növlər, populyasiyalar, biosenoz, biosfera səviyyəsi.
• sosium səviyyəsi: ayrıca fərd, ailə, qrup, sosial qrup(sinif, strat), etnos, millət, irq, ayrı-ayrı cəmiyyətlər, dövlət, dövlətlər ittifaqı, bütövlükdə bəşəriyyət.
Dostları ilə paylaş: |