Mövzu:3
Nitq mədəniyyətinin tədqiqi,inkişafı və təbliği haqqında
Plan:
1.Antik Yunanıstanda natiqlik
2.Aristotelin”Ritorika əsəri”
3.Qədim Romada natiqlik sənəti
4.Şərqdə natiqlik sənəti
Tarixi qaynaqlardan məlum olur ki, lap qədim zamanlardan məzmunlu, obrazlı,
aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək
qiymətləndirilmişdir. Nitqin gözəlliyi və ona sahib olmağın yolları, vasitələri böyük
şəxsiyyətlərin daima diqqəti mərkəzində olmuşdur. Miladdan əvvəl Qədim
Misirdə, Hindistanda, Çində, Babilistanda, Ərəbistanda və digər bir sıra yerlərdə
görkəmli natiqlər yetişmişdir. Lakin natiqlik sənətinin, gözəl nitqin, fəsahətli və
bəlağətli danışığın, nitq mədəniyyətinin əsl vətəni qədim Yunanıstan olmuşdur.
Natiqlik də bir elm kimi Yunanıstanda
meydana gəlmiş, inkişaf etmişdir.
Qədim Yunanıstanın ictimai-siyasi həyatındakı mübarizələr,
iqtisadiyyatda baş
verən irəliləyiş, elmi tərəqqi və s. ilə bağlı Afina şəhər
dövlətində natiqlik sənəti
inkişaf etməyə, yüksəlməyə başlayır. Ölkəni idarə edənlər ideyalarını müdafiə
etmək, məqsədlərini kütlələrə çatdırmaq, onları öz arxasınca aparmaq məqsədilə
sözdən, natiqlik sənətindən təsirli və kəsərli silah kimi istifadə etməyə çalışırdılar.
Eramızdan əvvəl VII-IV əsrlərdə fəaliyyət göstərən
yunan natiqlik məktəbi
Aristotel, Antifont, Andokid, Lisiy Kvintilian, Demosfen, Esxil, və b. görkəmli natiql
yetirmişdir. Həmin məktəblərdə dərs deyən görkəmli natiqlər bu sənəti həm
nəzəri, həm də praktik şəkildə öyrənənlərə aşılamışlar.
Bu dövrdə natiqlik
sənətinin nəzəriyyəsindən bəhs edən “Ritorika” elmi də yaranır və kamil bir
şəkildə inkişaf edir. Dövrün tarixi şəraitindən qaynaqlanan
natiqlik sənəti bizim
eradan əvvə V və IV əsrlərdə özünün çiçəklənmə dövrünü keçirir. Həmin dövrün
görkəmli şəxsiyyətləri, alimləri, ən başlıcası isə natiqləri, bu sənətin nəzəriyyəsini,
təlimini qurmuş və sistemini yaratmışlar. Antik yunan natiqlik sənətinin yaranması
və inkişafında Aristotelin xüsusi rolu olmuşdur. . Aristotel 335-ci ildə “Ritorika”
adlı əsərini yazıb natiqlik sənətinin elmi əsaslarını vermiş,
sənəti insan
fəaliyyətinin xüsusi növü kimi qiymətləndirmiş,
natiq nitqinin quruluşunu,
üslubunu, orfoepiyasını, ifadəlilik vasitələrini və s. geniş şəkildə izah etmişdir.
Qədim dünyanın bu dövləti natiqlik sənətinə bir sıra görkəmli şəxsiyyətlər bəxş
etmişdir. Katon , Antoni Mark ,Sisseron kimi söz ustaları Roma natiqlik məktəbinin
yetişdirmələri olmuşlar. Bunların içərisində bir natiq kimi dünya şöhrəti qazanmış
görkəmli dövlət xadimi, Siseron xüsusilə fərqlənirdi . Siseron natiqlik sənəti ilə
bağlı “Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlik haqqında” və “Natiq”
traktatlarını yazmışdır. Qədim Roma natiqlik məktəbinin nümayəndələrindən biri
də Kvintilian olmuşdur. O, natiqlik nəzəriyyəçisi kimi tanınmışdır. Acdığı ritorika
məktəbi ona şöhrət gətirmişdi. Kvintilian “Natiqlik təhsili” adlı 12 kitabdan ibarət
əsər yazmışdı. Kvintilian natiqlik sənətinə yiyələnməyi təhsilin zirvəsi hesab edirdi.
O, bunu obrazlı şəkildə belə ifadə edirdi: “Şair doğulurlar, natiq isə olurlar. Natiqlik
sənətinə isə təlimin köməyi ilə yiyələnmək mümkündür” Respublikanın
süqutundan sonra natiqlik sənəti tənəzzülə doğru gedir. Natiqlik sənətinə qədim
mədəniyyət tarixi olan Şərqdə də maraq yaranmış, ritorika elminə insan
fəaliyyətinin xüsusi növü kimi yüksək qiymət verilmişdir. Filosof, siyasətçi,
qanunşünas, böyük islahatçı, cəsur sərkərdə, islam dininin banisi Məhəmməd
Peyğəmbər (ə.s.) ədəb, əxlaq, iffət, vicdan, təvazökarlıq, təmizlik, namuslu olmaq
və s. insani keyfiyyətlər sırasında natiqlik məharətinə xüsusi əhəmiyyət vermişdir.
İnsanın gözəlliyindən biri də onun aydın və gözəl danışmasıdır. İslamın ikinci böyük
şəxsiyyəti olan Həzrət Əlinin zəngin irsində təlimtərbiyə məsələləri ilə yanaşı,
danışıq, onun etik qaydaları barədə ibrətamiz fikirlər söylənmişdir:
Dostları ilə paylaş: